Məhkəmə qərarları › İş №3(3-9)-368/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-368/2026

10.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-368/2026 10.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, protokol tərtib səlahiyyətli orqan - Neftçala rayon Polis Şöbəsinin nümayəndəsi X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə ##.##.1979-cu ildə Neftçala rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Neftçala şəhəri M.Ə.Rəsulzadə küçəsində qeydiyyatda olan və yaşayan; Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Neftçala Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli qərarından Neftçala Rayon Polis Şöbəsinin rəisi Emil Cavadov tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının IXMnin 525-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair barəsində Neftçala Rayonu Polis Şöbəsi tərəfindən tərəfindən tərtib edilmiş ##.## 2026-cı il tarixli IXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Neftçala Rayon Məhkəməsinə göndərilmişdir. Protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs işlətdiyi Neftçala şəhəri M.Əsədov küçəsində ##.##.2026-cı il tarixdə saat 00:25-də idarə etdiyi VAZ 21214 markalı ** KB *** dövlət qeydiyyat nişanlı avtomobilini sərxoş vəziyyətdə idarə etmişdir. Bununlada Azərbaycan Respublikası IXMnin 333.1-ci maddəsində (həmin maddə «Qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə» məsuliyyət müəyyən edir) nəzərdə tutulan inzibati xətanı törətmişdir. Neftçala Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## #### 2026-cı il tarixli IXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Qərardan narazı qalan Neftçala Rayon Polis Şöbəsinin rəisi X1 Apellyasiya Məhkəməsinə şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə Neftçala şəhərinin “Təzəbazar” adlanan ərazisində xidməti vəzifələrini icra edərkən hərəkətdə olan “xxxx” markalı **-KB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini aşkar etmişdir. Aparılmış yoxlama zamanı həmin nəqliyyat vasitəsinə münasibətdə ödənilməmiş cərimələrin və üzərində həbs qərarının mövcudluğu müəyyən edilmiş, bu əsasla sürücü qanunvericiliyə uyğun olaraq saxlanılmışdır. Saxlanma zamanı sürücü ilə ünsiyyət zamanı ondan spirtli içki qoxusu hiss edilmiş, bu hal onun sərxoş vəziyyətdə ola bilməsi barədə əsaslı və obyektiv şübhənin formalaşmasına səbəb olmuşdur. Bununla əlaqədar sürücü qanunvericiliklə nəzərdə tutulmuş qaydada xüsusi texniki vasitə alkotester ilə yoxlamaya cəlb edilmişdir. Aparılmış yoxlama nəticəsində onun alkoqol qəbul etdiyi xüsusi texniki vasitə tərəfindən təsdiq olunmuşdur. Sürücü ilkin mərhələdə spirtli içki qəbul etmədiyini bildirsə də, sonradan “GO” adlı spirtli içki qəbul etdiyini etiraf etmişdir. Bu etiraf işin faktiki hallarının müəyyən edilməsində mühüm əhəmiyyət kəsb edir. Yoxlama prosesi müxtəlif mərhələlərdə təkrarlanmış və əldə edilmiş nəticələr mahiyyət etibarilə bir-birini təsdiqləmişdir. Sürücünün izahatlarında spirtli içkini qəbul etməsi faktı istisna edilməmiş, əksinə müxtəlif mərhələlərdə təsdiq olunmuşdur ki, bu hal iş üzrə digər sübutlarla birlikdə qiymətləndirildikdə inzibati xətanın mövcudluğunu təsdiq edən mötəbər sübutlar sistemini formalaşdırır. Nəqliyyat vasitəsi duracağa aparılan zaman sürücü söhbət zamanı nahardan əvvəl “Go” adlı spirtli içki qəbul etdiyini bildirmişdir. Vətəndaş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Yol Patrul Xidməti baş inspektoru tərəfindən iki dəfə alkoqol testindən keçirilmişdir. Ilk baxış onun saxlanıldığı yerdə, ikinci baxış isə Neftçala Rayon Polis X3 Polisi Bölməsində videomüşahidə kameralarının nəzarəti altında olan ərazidə aparılmışdır. Lakin həmin video görüntülərin saxlanılma müddəti bir ay olduğundan hazırda onu təqdim etmək mümkün deyildir. Sürücü alkoqol qəbul etməsi faktı ilə razılaşmadığı və ya nəticələrə etiraz etdiyi hallarda o, tibbi müayinədən keçirilməsi üçün müvafiq tibb müəssisəsinə aparılır. Lakin konkret halda vətəndaş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən spirtli içki qəbul edilməsi etiraf olunduğundan və alkoqol test cihazının nəticələri bunu təsdiq etdiyindən əlavə olaraq tibbi müayinənin aparılmasına zərurət görülməmişdir. Sürücü Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs sərxoş halda avtomobil idarə etdiyi müəyyən olunduğundan onun barəsinə Azərbaycan Respublikası IXM-in 333.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Inspektor tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərkən qanunvericiliklə nəzərdə tutulan bütün tələblərə riayət olunmuşdur. Inzibati xəta haqqında materiallarda olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Neftçala Rayon Polis Şöbəsində verdiyi, öz imzası ilə təsdiq edilmiş ##.##.2026-cı il tarixli izahatından görünür ki, ##.##.2026-cı il tarixdə təxminən saat 00:25 radələrində idarə etdiyi VAZ 21214 markalı **-KB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Neftçala şəhəri M.Əsədov küçəsində idarə edərkən yol polisi əməkdaşı tərəfindən saxlanılmışdır. Yol polisi əməkdaşı ilə ünsiyyət zamanı onun spirtli içki qəbul etməsi barədə şübhə yarandığı, daha sonra isə alkotester vasitəsilə aparılmış yoxlama zamanı alkoqol qəbul etdiyi barədə göstəricinin müəyyən edildiyi izahatında təsdiq olunmuşdur. Şəxs tərəfindən “330 qr GO adlı spirtli içki qəbul etmişəm” ifadəsi verilmiş, həmçinin əməlindən peşman olduğu qeyd edilmişdir. Eyni zamanda “spirtli içkini 48 saat əvvəl qəbul etmişəm” kimi ziddiyyətli izahat verməsi onun izahatlarının sabit olmamasını göstərsə də, spirtli içki qəbul etməsi faktının özü tərəfindən inkar edilmədiyini təsdiq edir. Birinci instansiya məhkəməsində iclas zamanı barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs bildirmişdir ki, Neftçala Rayon Polis X3 Polisi Bölməsinin əməkdaşları tərəfindən saxlanıldıqdan sonra onun spirtli içki qəbul edib-etməməsinin müəyyən edilməsi məqsədilə bir neçə dəfə xüsusi texniki vasitə — alkotester ilə yoxlamaya cəlb edilmişdir. Şəxsin izahatına görə, yoxlama əvvəlcə nəqliyyat vasitəsinin yanında, daha sonra isə polis bölməsinin ərazisində müxtəlif mərhələlərdə aparılmışdır. O, ümumilikdə dörd dəfə alkoqol test cihazına üfürüldüyünü, bu yoxlamalar zamanı nəticələrin fərqli göstəricilər verdiyini iddia etmiş və bunun cihazın etibarlılığına dair şübhə yaratdığını bildirmişdir. Bununla belə, həmin izahatlarda spirtli içki qəbul etməsi faktı inkar edilməmişdir. Sədrlik edənin sualına cavab olaraq o, hadisənin ##.##.2026-cı il tarixdə baş verdiyini, əvvəlki gün- ##.##.2026-cı il tarixdə “GO” adlı spirtli içki qəbul etdiyini, daha sonra isə ##.##.2026-cı il tarixdə gecə saatlarında saxlanıldığını bildirmişdir. Bu izahatlar ziddiyyətli xarakter daşısa da, spirtli içki qəbul etməsi faktının özü tərəfindən təsdiq olunduğunu göstərir. ##.##.2026-cı il tarixli xüsusi texniki vasitənin göstəricisinə əsasən, sürücüdə alkoqolun mövcudluğu 3.503 göstəricisi ilə müəyyən edilmişdir. Həmin nəticə iş üzrə digər sübutlarla, o cümlədən şəxsin izahatları və yol hərəkəti qaydalarının pozulması faktının aşkar edilməsi ilə birlikdə qiymətləndirildikdə inzibati xəta tərkibini təsdiq edən vahid və qarşılıqlı əlaqəli sübutlar sistemini formalaşdırır. Şəxsin izahatlarından onun spirtli içki qəbul etməsi faktı inkar edilməmiş, bu hal iş materiallarında öz təsdiqini tapmışdır. Həmin şəxs ##.##.2026-cı il tarixdə idarəetmə zamanı xüsusi texniki vasitə ilə yoxlanılmış və nəticədə alkoqolun mövcudluğu müəyyən edilmişdir. (Şəxs ##.##.2026-cı il tarixdə “GO” adlı spirtli içki qəbul etdiyini qeyd etmiş, təxminən 12 saatdan az müddət sonra ##.##.2026-cı il tarixdə saat 00:25 radələrində avtomobil idarə edərkən saxlanılmış və alkotester müayinəsi zamanı sərxoş vəziyyətdə olduğu təsdiq olunmuşdur). Göründüyü kimi, birinci instansiya məhkəməsinin qərarında eyni vaxtda həm inzibati xətanın sübuta yetirilmədiyi, həm də sübutların əldə olunması və rəsmiləşdirilməsi ilə bağlı formal xarakterli nöqsanlara istinad edilməklə nəticəyə gəlinmişdir. Lakin bu yanaşmalar birbiri ilə hüquqi məntiq baxımından uzlaşmır və qarşılıqlı şəkildə bir-birini istisna edir. Belə ki, sübutların mövcudluğu qəbul edildiyi halda onların yalnız formal çatışmazlıqlara görə tamamilə rədd edilməsi və eyni zamanda xətanın sübuta yetirilmədiyi nəticəsinə gəlinməsi qərarın daxili məntiqində ciddi ziddiyyət yaradır. Bu isə məhkəmə aktının əsaslandırılmasının yetərsiz olduğunu, faktların hüquqi qiymətləndirilməsinin isə sistemsiz və qeyri-ardıcıl aparıldığını göstərir.Bu səbəbdən birinci instansiya məhkəməsinin qərarı hüquqi və faktiki əsaslardan məhrumdur və ləğv edilməlidir. Bundan başqa, məhkəmə qərarında qeyd edilmişdir ki, “##.##.2026-cı il tarixli IXP seriyalı ******* nömrəli protokol nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, protokolda xətanın aşkar edildiyi texniki vasitənin göstəriciləri, tipi, sonuncu dövlət yoxlamasından keçdiyi vaxt, dövlət yoxlamasını təsdiq edən sənədin nömrəsi və tarixi, eləcə də növbəti yoxlama vaxtı göstərilməmişdir. Eyni zamanda barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatı və protokolu imzalamasına dair qeydlər mövcud olmamış, imtina halı da rəsmiləşdirilməmişdir. Həmçinin xüsusi texniki vasitənin (alkotesterin) dövlət yoxlamasından keçməsini təsdiq edən sənəd iş materiallarına əlavə edilməmiş, bu sənədin təqdim edilməsi barədə məhkəmə iclasında verilən göstərişə baxmayaraq, həmin sənəd təqdim olunmamışdır.” Belə ki, inzibati xətalar haqqında işlər üzrə sübutların qiymətləndirilməsində həlledici meyar sübutların formal tərtibatındakı ayrı-ayrı nöqsanlar deyil, onların mahiyyət etibarilə etibarlılığı və iş üzrə digər sübutlarla qarşılıqlı əlaqədə təsdiqlənməsidir. Bununla yanaşı qeyd edilir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs sərxoşluq vəziyyəti müəyyən edilərkən istifadə olunmuş alkotester sonuncu dəfə ##.##.2025ci il tarixdə müvafiq qaydada sertifıkasiyadan keçirilmiş və sertifikatın qüvvədə olma müddəti ##.##.2026-cı il tarixədək davam etmişdir. Beləliklə, ##.##.2026-cı il tarixdə aparılmış yoxlama zamanı istifadə olunan xüsusi texniki vasitə qüvvədə olan sertifikatla təmin olunmuşdur. Sertifikata dair məlumatlar və bunu təsdiq edən sənədlər apellyasiya şikayətinə əlavə edilmişdir. Həmçinin mübahisələndirilən qərarın 11-ci bəndində məhkəmə qeyd etmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs spirtli içkini Protokolu tərtib edən orqan- də verdiyi izahatında 48 saat əvvəl, məhkəmə iclasında isə ##.##.2026-cı il tarixdə saat 11:00-12:00 radələrində qəbul etdiyini bildirmiş, eyni zamanda qəbul etdiyi “GO” adlı spirtli içkinin alkoqol faizi aşağı olduğunu göstərmiş və alkotester nəticəsi ilə razılaşmadığını qeyd etmişdir. Bununla belə, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə göndərilməməsi əsas götürülərək nəticəyə gəlinmişdir. Iş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müxtəlif mərhələlərdə spirtli içki qəbul etməsini etiraf etmiş, alkotester nəticələrinə münasibəti isə ziddiyyətli və dəyişkən xarakter daşıyır. Bu hal digər sübutlarla birlikdə qiymətləndirilməli olan faktiki vəziyyət yaradır. Bundan əlavə, tibbi müayinənin aparılmaması özlüyündə nə inzibati xəta hadisəsinin mövcud olmaması, nə də xüsusi texniki vasitə ilə müəyyən edilmiş nəticələrin etibarsızlığı üçün müstəqil hüquqi əsas yaradır. Tibbi müayinə yalnız əlavə yoxlama vasitəsi olmaqla, onun həyata keçirilməməsi digər sübutların hüquqi qüvvəsini avtomatik şəkildə aradan qaldırmır. Hazırki iş üzrə şəxs tərəfindən spirtli içki qəbul etməsi faktı inkar edilməmiş, xüsusi texniki vasitə ilə aparılmış ölçmə nəticələri isə mövcud sübutlarla tam uyğunluq təşkil etmişdir. Göstərilənlərə əsasən Neftçala Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*- ***)-***/**** saylı qərarı ləğv edilməsi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin tərkib əlamətlərinin mövcudluğu nəzərə alınaraq qanuni və əsaslandırılmış qərar qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasında Neftçala rayon Polis Şöbəsinin nümayəndəsi X4 şikayəti müdafiə edərək, şikayətin təmin edilməsini, Neftçala Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli qərarının ləğv edilməsini və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində IXM 333.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati tənbeh təyin edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətə etiraz edərək bildirdi ki, o, spirtli içkini 48 saat qabaqdan ad günündə içmişdir. Şikayətin təmin edilməməsini və Neftçala Rayon Məhkəməsinin *(*-***)- ***/**** nömrəli, ## ### 2026-cı il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Inzibati Xətalar Məcəlləsinin 128.1. və 133.2.8-ci maddələrinə əsasən “Barəsində qərar çıxarılmış şəxs, ....zərər çəkmiş şəxs, ....inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər”, “inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır”. Şikayətin müəllifi məhkəmə qərarının qanuni olmadığını iddia edərək, tələbini Inzibati Xətalar Məcəlləsinin 135.1.2-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Inzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. IXM-in 133.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası IXM-nin 8.2.-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası IXM-in 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızılıq üzündən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası IXM-nin 76-cı maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası IXM-in 115.1. və 115.1.4.-cü maddələrinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarda göstərilməli olan hallardan biri də işə baxılarkən müəyyən edilən hallardır. Məhkəmə verilmiş şikayəti tam, obyektiv, hərtərəfli araşdıraraq, inzibati protokolun və qərarın qanuniliyini yoxlayaraq belə hüquqi nəticəyə gəlir ki, şikayət təmin olunmamalıdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Neftçala Rayon Polis Şöbəsində verdiyi ##.##.2026-cı il tarixli izahatından görünür ki,##.##.2026-cı il tarixdə təxminən saat 00.25 radələrində idarə etdiyi VAZ 21214 markalı ** KB *** dövlət qeydiyyat nişanlı avtomobilini Neftçala şəhəri M.Əsədov küçəsində idarə edərkən yol polis əməkdaşı tərəfindən saxlanılmışdır. Yol polis əməkdaşı ilə danışığı zamanı onun spirtli içki qəbul etməyi barədə şübhə yarandığı üçün yol polisinə dəvət olunmuş alkotester müayinəsindən keçən zaman sportli içki içdiyi qəbul etdiyi göründü. 330 qr go adlanan spirtli içki qəbul etmişdir. Əməlindən peşmandır. Əlavə olaraq bildirmişdir ki, spirtli içkini 48 saat əvvəl qəbul etmişdir. Həkim iştirakı olmadan alkotester ona göstərilmədən qeyd olunmuşdur. 6. ##.##.2026-cı il tarixli alkotester göstəricisi hesab olunan sənədə əsasən ##.##.2026-cı il tarixdə saat 00.20-də ** GB *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs alkoqolun miqdarı 3,503% göstərir. ##.##.2026-ci il tarixli IXP seriyalı ******* nömrəli protokol nəzərdən keçirilərkən müəyyən edildi ki, protokolda xətanın aşkar edildiyi texniki vasitənin göstəriciləri,tipi, son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt, dövlət yoxlamasından keçdiyini təsdiq edən sənədin nömrəsi və tarixi, növbəti dövlət yoxlamasının keçirilməli olduğu vaxt göstərilməmişdir. Bundan başqa barəsində Inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, protokolu almasına dair imzası qeyd edilməmişdir. Həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin protokolu imzalanmaqdan imtina etməsi barədə hər hansı sənəd və ya protokolda qeydlər mövcud deyildir. Eyni zamanda xətanın aşkar edildiyi texniki vasitənin yəni, alkotestrin dövlət yoxlamasından keçdiyini təsdiq edən sənəd iş materiallarında əlavə edilməmiş, hətta məhkəmə iclaslarında bununla bağlı protokolu tərtib etmiş orqanın nümayəndəsinə həmin sənədi təqdim etmələri barədə məlumat verilsədə təqdim etməmişlər. Həmçinin Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları"nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin ##.##.2014-cü il tarixli *** nömrəli qərarına əsasən müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən sənəd 2 nüsxədə tərtib olunur. Həmin sənədin bir surəti nəqliyyat vasitəsini idarə edən şəxsə verilən protokola əlavə edilir, digər surəti isə polis əməkdaşında saxlanılır. Buna baxmayaraq müayinənin nəticəsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə təqdim edilməmişdir. Həmçinin məhkəmə iclasında həm protokol tərtib etmiş şəxs, həm də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs alkotesterin içərisində kağız olmadığı üçün 3-4 dəfə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin alkotestri üflədiyini hər dəfə fərqli nəticələr göstərdiyini qeyd etmişlər. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs spirtli içkini Protokolu tərtib edən orqan-də verdiyi izahatında 48 saat, məhkəmə iclasında 06.03.206ci il tarixdə saat 11-12 radələrində qəbul etdiyini bildirmiş, həmçinin qəbul etdiyi spirtli içkinin də faizi çox aşağı olan GO içkisi olduğunu bildirmiş, alkotester nəticəsi ilə razı olmadığını qeyd etmişdir. Buna baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə göndərilməsi təklif edilməmiş, tibbi müayinəyə aparılmamışdır. “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları"nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin ##.##.2014-cü il tarixli *** nömrəli qərarının 2.7-ci bəndinə əsasən Nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir. Göründüyü kimi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs sərxoş olmadığını qeyd etməsinə, alkotester nəticəsi ilə razı olmamasına baxmayaraq tibbi müayinəyə göndərilməmişdir. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs istinad edilən inzibati xəta hadisəsinin törədilməsini təsdiq edən heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəməyə hadisinənin qeydə alınması ilə bağlı hər hansı videogörüntü təqdim edilməmişdir. Qeyd olunanlar bütün şübhələr barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsinxeyrinə həll edilməli, onun əməlinə inzibati xəta tərkibi olmadığna görə iş üzrə icraata xitam edilməlidir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində toplanmış sübutlar qeyri-qanuni yolla əldə olunmuşdur. Belə ki, "Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları"nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin ##.##.2014-cü il tarixli *** nömrəli qərarının 2.7-ci bəndinə əsasən Nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir. Göründüyü kimi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs sərxoş olmadığını qeyd etməsinə, alkotester nəticəsi ilə razı olmamasına baxmayaraq tibbi müayinəyə göndərilməmişdir. Belə ki, 76.1. və 76.2-ci maddələrinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. IXM-in 106.0.3-cü və 106.0.5-ci maddələrinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilibedilməməsini və mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıbtoplanmaması məsələlərini həll edir. IXM-in 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Göstərilən bu hallar Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən Azərbaycan Respublikası IXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinin sübuta yetirilməməsinə və inzibati xətanın mötəbər sübutlarla təsdiq edilməməsinə dəlalət edir. Qeyd olunan Məcəllənin 84.1. və 84.2-ci maddələrinə uyğun olaraq inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Bununla əlaqədar nəzərə alınmalıdır ki, təqsirsizlik prezumpsiasından bəhs edən IXM-in 8.1.-8.3-cü maddələrində qeyd olunmuşdur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası IXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Istinad olunmuş Məcəllənin 135.1 və 135.1.5-1-ci maddələrinə uyğun olaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. IXM-in 53.2.-ci maddəsinə görə, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə, Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.2.-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə qeyd edir ki, Neftçala Rayon Polis Şöbəsinin rəisi Emil Cavadov tərəfindən verilmiş şikayəti təmin olunmamalı, Neftçala Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 53, 133, 134, 135 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Neftçala Rayon Polis Şöbəsinin rəisi Emil Cavadov tərəfindən verilmiş şikayət təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Neftçala Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz. Hakim: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar