Məhkəmə qərarları › İş №3(3-9)-369/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-369/2026

10.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-369/2026 10.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, Səlahiyyətli orqan - Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X8 Xidmətinin * saylı Lənkəran-X2 nümayəndəsi Nümayəndə Yahya oğlunun iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsinə dair Cəlilabad Rayon Məhkəməsinin ## ### 2026-ci il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Cəlilabad Rayon Məhkəməsinin ## ### 2026-ci il tarixli, 3(5-117)-415/2026 nömrəli qərarı ilə, vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs (VÖEN **********) Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 800 (səkkiz yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilmişdir. İŞİN HALLARI: Birinci instansiya məhkəməsinin qərarından və iş materiallarından görünür ki, ünvan 1 ünvanında yerləşən obyektin (kafe 055) qarşısında içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılması faktı aşkar edilmişdir. Buna görə də, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X8 Xidmətinin * saylı Lənkəran-X2 tərəfindən Azərbaycan Respublikası İXM-in 262.2.3-cü maddəsi ilə ## ##### 2026-cı il tarixli, ****** nömrəli akta əasən ## ##### 2026-cı il tarixli, MN 2366572 nömrəli protokol tərtib edilərək baxılması üçün Cəlilabad Rayon Məhkəməsinə göndərilmişdir İşə baxan birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cəlilabad Rayon Məhkəməsinin yuxarıda qeyd olunan qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti verərək, Cəlilabad Rayon Məhkəməsinin ## ### 2026cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsi, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilərək inzibati məsuliyyətdən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qərarı tam əsassız və ədalətsiz qərardır. Belə ki, sözü gedən obyekt Cəlilabad şəhəri, Zərifə Əliyeva küçəsi *** nömrəli ünvanda yerləşir və mülkiyyətçisi atası X1r və obyekti “Kafe055" adı ilə atası özü işlədib. Lakin hal-hazırda obyekti fəaliyyət göstərmir. Həmin gün, yəni ## ##### 2026-cı il tarixdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Protokolu tərtib edən orqan əməkdaşları o, obyektdə olduğu vaxtı ora gəldilər, həmin vaxt da kafenin fəaliyyəti olmayıb. Obyektin qarşısında olan əl yuyulan yerdə suyun təyinatsız axdığını görüb ona irad bildirdilər. O, da həmin suyun kafenin anbarı axıdılmasını təmin edəcəyini bildirmişdir. Yəni fikirləşdi ki, atasına bu barədə deyər, atası da həmin nöqsanı aradan qaldırar. Həmin vaxt Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Protokolu tərtib edən orqan əməkdaşları ona bununla bağlı protokol yazılacağını bildirmədən çıxıb getdilər. ## #### 2026-cı il tarixdə Cəlilabad rayon Məhkəməsinin qərarı poçt vasitəsi ilə ünvanına gəldi və ona məlum oldu ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Protokolu tərtib edən orqan əməkdaşları onun barəsində Azərbaycan Respulikası İXM-in 262.2.3-cü maddəsi ilə inzibati protokol tərtib edib Cəlilabad rayon Məhkəməsinə göndəriblər və Cəlilabad rayon Məhkəməsinin hakimi onu Azərbaycan Respulikasının İXM-in 262.2.3-cü maddəsi ilə təqsirli bilib 800 (səkkiz) yüz manat cərimə etmişdir. Halbu ki, atası kafeni işlədərkən onun adına VÖEN açdırıb, lakin “Kafe055” adlı obyekti faktiki olaraq heç vaxt o işlətməmiş və həmin əl yuyulanın suyunun nəzarətsiz axıdılmasının ona heç bir aidiyyəti olmayıb. PROSESSUAL MƏSƏLƏLƏR: Apellyasiya baxışı zamanı: Səlahiyyətli orqanın nümayəndəsi Nümayəndə Yahya oğlunun oğlu apellyasiya şikayətinin təmin edilməməsini, Cəlilabad Rayon Məhkəməsinin ## ### 2026-ci il tarixli, *(*-***)-***/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətinin dəlillərinə dair izahat verərək apellyasiya şikayətinin təmin olunmasını Cəlilabad Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsi, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilərək inzibati məsuliyyətdən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini mövcud iş materialları əsasında araşdırıb hesab edir ki, şikayət təmin olunmamalı, iş üzrə birinci instansiya məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İXM-in: 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, inzibati xətalar qanunvericiliyinə görə səlahiyyətli orqan, hakim, kollegial orqan inzibati xəta haqqında iş üzrə işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmalı və müəyyən etdiyi hallar əsasında qanuni və əsaslı qərar qəbul etməlidirlər. Qəbul edilmiş qərar əsaslı olması üçün məhkəmədə və ya səlahiyyətli orqanda tədqiq edilmiş sübutlarla əsaslandırılmalıdır. İXM-in 75 və 76-cı maddələrində sübutlar və sübutetmə qaydaları da müəyyən edilmişdir. Belə ki, İXM-in 75-ci maddəsində qeyd edilir ki, inzibati xətalar haqqında işlərin icraatı zamanı inzibati xəta hadisəsinin, inzibati xəta törətmiş şəxsin, inzibati xəta törətməkdə şəxsin təqsirinin müəyyən edilməsi zəruridir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ona isnad edilən inzibati xətanı törətməsi işdə olan sübutlarla tam təsdiq edilir. Belə ki, iş matreiallarında olan: ## ##### 2026-cı il tarixli, ****** nömrəli aktdan görünür ki, ## ##### 2026-cı il tarixdə ünvan 1 ünvanında yerləşən “kafe 055” qarşısında əl yuyulan yerdən əmələ gələn çirkab sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılması faktı aşkar edilmişdir. Araşdırma zamanı kafenin sahibi Cəlilabad şəhəri H.Əliyev prospektində yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs olduğu müəyyən edilmiş, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahat verərək əl yuyanda formalaşan çirkab suyunun küçəyə təyinatsız axıdılmasının mahiyyətini bilməmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ##### 2026-cı il tarixli yazılı izahatından görünür ki, o, həmin izahatında ona məxsus obyektin (kafe 055) qarşısında olan əl yuyandan axan çirkab suyun küçəyə axıdılmasının mahiyyətini bilməmiş və qısa müddətdə həmin çirkab suyun kafenin anbarına axıdılmasını təmin edəcəyini bildirmişdir. İnzibati xəta haqqında ## ##### 2026-cı il tarixli, MN ******* saylı protokoldan görünür ki, ünvan 1 ünvanında yerləşən obyektin (kafe 055) qarşısında içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılması faktı aşkar edilmişdir. Göründüyü kimi, yuxarıda qeyd olunan sübutlarla Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-in 262.2.3-cü maddəsi ilə müəyyən edilmiş inzibati xətanı törətməsi tam təsdiq olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Su Məcəlləsinin 103-cü maddəsinə görə su kəmərlərindən, kanallardan və digər su sistemlərindən özbaşına su götürdükdə, habelə içməli, məişət, texniki və tullantı suları kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıtdıqda və s. hallarda vəzifəli şəxslər, fiziki və hüquqi şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada mülki, maddi, inzibati və cinayət məsuliyyəti daşıyırlar. “Su təchizatı və tullantı suları haqqında” AR Qanunun 1-ci maddəsinə əsasən kanalizasiya sistemi yaşayış məntəqəsində və ya sənaye müəssisələrinin fəaliyyəti nəticəsində əmələ gələn tullantı sularını tullantı təmizləyən məntəqəyə nəql etdirən şəbəkədir. “Sudan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2014-cü il tarixli, *** nömrəli qərarı ilə təqsdiq edilmiş “Sudan İstifadə Qaydaları”nın 1.2.5-ci bəndinə görə tullantı suları istehlakçıların istifadə edilərək çirkləndirdiyi, sənaye texnologiyası ilə əlaqədar olaraq çirklənmiş sular, həmçinin yaşayış məntəqəsində insanların fizioloji qalıqları (ifraz maddələri) ilə qarışmış mayelər, baş vermiş qəzalar zamanı ətraf mühitə və kanalizasiya sisteminə atılan şərti təmiz sulardır. İXM-in 262.2.3-cü maddəsinə əsasən içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətinin dəlillərində qeyd etmişdir ki, Cəlilabad Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarı qanunsuz, əsassız və ədalətsiz olduğundan ləğv edilməlidir. Belə ki, inzibati xətanın törədildiyi iddia olunan obyekt onun mülkiyyətində deyil, atası X1 məxsusdur və obyekt faktiki olaraq atası tərəfindən istismar edilmişdir. Hadisə baş verən tarixdə obyekt fəaliyyət göstərməmiş, o isə təsadüfən həmin ərazidə olmuşdur. Suyun təyinatı üzrə istifadə edilməməsi ilə bağlı irad bildirildikdən sonra nöqsanın aradan qaldırılacağını ifadə etsə də, ona inzibati xəta haqqında protokol tərtib ediləcəyi bildirilməmişdir. Sonradan poçt vasitəsilə məhkəmə qərarını aldıqda onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə inzibati protokol tərtib edildiyini və 800 manat məbləğində cərimə tətbiq olunduğunu öyrənmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətində göstərdiyi dəlillər iş materialları ilə öz təsdiqini tapmır və birinci instansiya məhkəməsinin gəldiyi nəticəni təkzib etmir. Belə ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətində obyektin onun mülkiyyətində olmaması, obyektin atası X1 tərəfindən faktiki idarə edilməsi və onun həmin fəaliyyətlə əlaqəsinin olmaması barədə göstərdiyi dəlillər iş materialları ilə təsdiq olunmur. Belə ki, “Kafe 055” adlı obyekt üzrə sahibkarlıq fəaliyyəti Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs adına olan VÖEN əsasında həyata keçirilmişdir. Sahibkarlıq fəaliyyəti dövlət qeydiyyatı və vergi uçotu olmadan həyata keçirilə bilməz. Obyektin fəaliyyətinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs adına qeydiyyatda olan VÖEN əsasında həyata keçirilməsi onu həmin fəaliyyət üzrə dövlət orqanları qarşısında məsul şəxs kimi müəyyən edir. Obyektin daşınmaz əmlak kimi atasına məxsus olması isə sahibkarlıq fəaliyyəti üzrə məsul şəxsin kimliyini dəyişmir. Əgər fəaliyyətin faktiki olaraq başqa şəxs tərəfindən həyata keçirildiyi iddia edilirsə, bu halı təsdiq edən icarə, etibarnamə, idarəetmə müqaviləsi və ya digər hüquqi sənədlər təqdim edilməli idi. Lakin belə sübutlar iş materiallarında mövcud deyildir. Azərbaycan Respublikası İXM-in 17-ci maddəsinin “Qeyd” hissəsinə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq müvafiq səlahiyyətləri həyata keçirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Bu baxımdan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs adına VÖEN-in olması və həmin VÖEN əsasında fəaliyyət göstərən obyekt üzrə sahibkarlıq fəaliyyəti həyata keçirilməsi onun vəzifəli şəxs kimi inzibati məsuliyyət daşımasını şərtləndirir. Apellyasiya şikayətində obyektin atası tərəfindən işlədildiyi bildirilsə də, bu barədə yalnız izahat verilmiş, həmin iddianı təsdiq edən hər hansı obyektiv sübut təqdim edilməmişdir. Kafe kimi sahibkarlıq obyekti öz-özünə fəaliyyət göstərə bilməz və onun fəaliyyəti müəyyən edilmiş vergi qeydiyyatı və məsul şəxs vasitəsilə həyata keçirilir. Bundan əlavə, iş materiallarında olan yazılı izahatdan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs obyektin qarşısında əl yuyulan yerdən yaranan çirkab suyun küçəyə axıdılması faktı ilə bağlı iradları qəbul etmiş və həmin nöqsanın aradan qaldırılacağını bildirmişdir. Bu hal onun həmin obyektin fəaliyyəti ilə əlaqəli olduğunu və aşkar edilmiş pozuntuya münasibətdə məsul şəxs kimi çıxış etdiyini göstərir. Sonradan apellyasiya şikayətində obyektlə heç bir əlaqəsinin olmadığını bildirməsi isə əvvəlki izahatı ilə ziddiyyət təşkil edir. Obyektin həmin tarixdə fəaliyyət göstərməməsi barədə dəlil də inzibati xətanın mövcudluğunu istisna etmir, çünki məsuliyyət obyektin işləməsinə görə deyil, içməli, məişət, texniki və tullantı sularının təyinatsız şəkildə küçəyə axıdılması faktına görə yaranır. Azərbaycan Respublikası İXM-in 17-ci maddəsinə görə vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 17-ci maddəsinin “Qeyd” hissəsinə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq İXMin 262.2.3-cü maddəsi ilə müəyyən edilmiş inzibati xətanı törətməkdə təqsirli bilinib vəzifəli şəxs qismində məsuliyyətə cəlb edilmişdir. Beləliklə də, apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı inzibati işin materiallarını və yuxarıda qeyd olunan sübutları araşdırıb belə nəticəyə gəlir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-in 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsi barədə həm inzibati xəta haqqında protokol tərtib etmiş orqan, həm də işə baxmış birinci instansiya məhkəməsinin hakimi Azərbaycan Respublikası İXM-in 75-76-cı maddələrinin tələblərinə əməl edərək, inzibati xəta törətmiş şəxsin ona istinad olunmuş inzibati xətanı törətməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi düzgün qiymətləndirilmişdir. İşin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin hakiminin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar mövcud deyildir. Apellyasiya məhkəməsi aşağıda qeyd olunanlara görə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tətbiq edilmiş inzibati tənbeh tədbiri ilə də razılaşır. Belə ki, Azərbaycan Respublikası İXM-in: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tənbeh tətbiq edərkən onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etməmişdir. Azərbaycan Respublikası İXM-in 262.2.3-cü maddəsinin nisbi-müəyyən sanksiyasında fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə tənbeh tədbiri nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, ailə və əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq, inzibati xətanın məqsədlərinə nail olmaq, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qanunlara əməl etməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq baxımından haqlı olaraq sonuncu barəsində Azərbaycan Respublikası İXM-in 262.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh tədbirinin ən aşağı həddini tətbiq etmişdir. Qeyd olunanlar belə qənaətə gəlməyə əsas verir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tətbiq edilmiş inzibati tənbeh tədbiri qanuni və ədalətli olmuşdur. Apellyasiya məhkəməsi yuxarıda göstərilənlərə məcmu halında qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi qanuni və əsaslı nəticəyə gəlmişdir. Şikayətin dəlilləri formal xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qərarın ləğv edilməsi üçün əsas kimi qəbul oluna bilməz, ona görə də barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Cəlilabad Rayon Məhkəməsinin ## ### 2026-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Odur ki, apellyasiya məhkəməsi qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 133-136-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cəlilabad Rayon Məhkəməsinin ## ### 2026-ci il tarixli, 3(5-117)-415/2026 nömrəli qərarı həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar