Məhkəmə qərarları › İş №3(3-9)-371/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-9)-371/2026

13.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 3(3-9)-371/2026 13.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Cəlilabad rayonu Təklə bələdiyyəsinin sədri Nümayəndə iştirakı ilə. Cəlilabad rayon məhkəməsinin ## ### 2025-cı il tarixli *(***)-**/**** nömrəli qərardadından Cəlilabad rayonu Təklə bələdiyyəsinin sədri tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDIM: Cəlilabad Rayon Məhkəməsinə Cəlilabad rayon Təklə Bələdiyyəsi barəsində Azərbaycan Respublikasının IXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Lənkəran-X3 ## ###### 2025-ci il tarixli, MN ******* saylı protokol daxil olmuşdur Cəlilabad Rayon Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə “Cəlilabad rayon Təklə Bələdiyyəsi Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 20000 (iyirmi min) manat məbləğində cərimə edilmişdir. Cəlilabad rayonu Təklə Bələdiyyəsi ## ### 2026-cı il tarixdə apellyasiya şikayət vermiş, eyni zamanda Cəlilabad rayon məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-(*-***)-**/**** saylı qərarından şikayət vermə müddətinin bərpa edilməsini xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə müddətin bəpa oluynması ilə bağlı vəsatət təmin olunmamışdır. Həmin qərardaddan Cəlilabad rayon Təklə Bələdiyyəsinin sədri şikayət vermişdir. Şikayətdə qeyd olunmuşdur ki, Cəlilabad Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-(*-***)-**/**** saylı qərarı ilə Cəlilabad Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarından verilmiş apellyasiya şikayəti qanunla müəyyən edilmiş müddətin ötürülməsi əsası ilə geri qaytarılmışdır. Həmin qərarla eyni zamanda şikayət vermə müddətinin bərpası barədə müraciət də təmin edilməmişdir. Qəbul edilmiş həmin qərarı qanuni və əsaslı hesab etmirik və hesab edirik ki, iş üzrə mövcud halların tam və obyektiv araşdırılmaması nəticəsində şikayət vermə müddətinin ötürülməsi ilə bağlı nəticəyə formal yanaşılmış, işin konkret halları lazımi qaydada qiymətləndirilməmişdir. Məhkəmə qərardadında göstərilmişdir ki, ## ###### 2026-cı il tarixli qərardan qanunla müəyyən edilmiş müddətdə şikayət verilməmiş və sonradan təqdim olunan şikayət gecikmə ilə daxil olmuşdur. Şikayətvermə müddətinə münasibətdə yalnız formal tarix hesablaması ilə kifayətlənmək iş üzrə ədalətli məhkəmə araşdırılması prinsipinə uyğun deyildir. Birinci instansiya məhkəməsi müddətin təqdim edilmiş arqumentləri tam araşdırmamış, iş üzrə bütün halları qiymətləndirilməmiş və nəticədə işin mahiyyəti üzrə apellyasiya şikayətinin müddətinin bərpasını aradan qaldıran qərar qəbul etmişdir. Qeyd olunanlara əsasən, Cəlilabad Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, 3 (*- ***)-**/**** saylı qərardadının ləğv edilməsi, şikayət vermə müddətinin bərpası barədə müraciət təmin edilməsi və apellyasiya şikayətinin icraata qəbul xahiş olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Cəlilabad rayonu Təklə bələdiyyəsinin sədri Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, Cəlilabad Rayon Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadının ləğv edərək, müddətin bərpa edilməsini xahiş etmişdir. Inzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 129.1.1-ci maddəsinə əsasən hakimin qərarından apelyasiya instansiyası məhkəməsinə verilən şikayət və ya protest - həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiyası məhkəməsinə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Avropa Məhkəməsinin davamlı mövqeyi ondan ibarət olmuşdur ki, prosessual qaydalara riayət edilməsi və məhkəməyə müraciət etmək hüququna müddət məhdudiyyətinin qoyulması, məhkəmə tərəflərinin qanun qarşısında bərabərliyini təmin edən hüquqi müəyyənlik prinsipinin təməl əsaslarını təşkil edir. Bu prinsip Konvensiyanın bütün maddələrində açıq şəkildə ifadə edilmişdir və qanunun aliliyinin fundamental tərkib hissələrindən biridir. Apellyasiya baxışında müəyyən olunmuşdur ki, müddətin bərpa olunması ilə əlaqədar məsələyə baxılarkən, Cəlilabad rayon Təklə Bələdiyyəsinə məlumat verilməmiş, məhkəmə iclası keçirilməmişdir. Bununla da, bələdiyyənin müdafiə hüququ, məhkəmə iclasında iştirak etmək hüququ pozulmuşdur. Yuxarıda gösərilənləri nəzərə alaraq apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Cəlilabad rayonu Təklə bələdiyyəsinin sədri tərəfindən verilmiş apellyasiya şikayət qismən təmin edilməli, Cəlilabad rayon məhkəməsinin ## ### 2025-cı il tarixli *(***)-**/**** nömrəli qərardadı ləğv edilməli, müddətin bərpa olunması ilə bağlı vəsatət yenidən baxılmalıdır. Qeyd olunanlara əsasən və IXM-in 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Cəlilabad rayonu Təklə bələdiyyəsinin sədri tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Cəlilabad rayon məhkəməsinin ## ### 2025-cı il tarixli *(***)-**/**** nömrəli qərardadı ləğv edilsin. Prosessual müddətin bərpa olunması ilə bağlı vəsatətə yenidən baxılması üçün materiallar Cəlilabad rayon Məhkəməsinə göndərilsin. Qərardad elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardaddan şikayət və ya protest verilməsinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar