Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-372/2026 06.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi ilə, icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs, müdafiəçi Şirvan Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Kürdəmir Rayon Məhkəməsinin # #### 2026cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından tələbkar Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Kürdəmir Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə (sədrlik edən hakim İmanov Xaliq Xalıq oğlu) ##.##.1992-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu, Şilyan kəndində qeydiyyatda olmaqla, faktiki olaraq Bakı şəhərində dəqiq məlum olmayan ünvanda yaşayan icra sənədi üzrə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. İŞİN HALLARI: Protokolu tərtib edən orqan daxil olmuş ##.##.2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Kürdəmir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, nəticədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Protokolu tərtib edən orqan icra məmuru H.T.Quliyev tərtib etdiyi inzibati xəta haqqında protokolu şifahi olaraq əsaslandıraraq bildirmişdir ki, Kürdəmir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı icra sənədinə əsasən Kürdəmir Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə müəyyən edilmiş, X4 aylıq qazancının (gəlirinin) yarısı miqdarında Zərərçəkmiş şəxs xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək, iddia ərizəsinin məhkəməyə daxil olduğu ##.##.2025-ci il tarixindən başlayaraq ##.##.2014-cü il təvəllüdlü X2, ##.##.2016-cı il təvəllüdlü X7 və ##.##.2021-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Zərərçəkmiş şəxs xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,325 misli həddində sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İcra sənədi icra edilməsi üçün Protokolu tərtib edən orqan daxil olduqdan sonra icraata başlama haqqında qərar qəbul edilmişdir. Borclu bu gün icra sənədi üzrə 4680 manat borcundan ödəniş etməsi barədə qəbzlər təqdim etmiş, nəticədə onun icra sənədi üzrə hazırda 3.900 manat borcu vardır. Tələbkarın şikayəti əsasında borclu barəsində inzibati xəta haqqında protokol tərtib edərək adiyyəti üzrə baxılması üçün Kürdəmir rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında protokola baxan birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan qərarı qəbul etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İcra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs şikayət verərək onunla əsaslandırmışdır ki, aliment tələbi üzrə tələbkar olduğu iş üzrə aliment ödənilmir. Bu səbəbdən uzun müddət axtarışda olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs min bir əziyyətlə tapıldı. Lakin məhkəmənin gəldiyi qənaətə görə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində qərəz yoxdur. Bu səbəbdən ##.##.2026-cı il tarixdə icraata xitam verildi. Səbəb kimi hakim Tehmura könüllü müddətin verilməsini qeyd edir. Uşaq könüllü müddəti gözləyə bilmir. Uşaq evdə acdır. Teymurun aliment ödəməli olduğundan necə xəbəri olmaya bilər. Teymurla dəfələrlə polis əməkdaşları danışıb yerini müəyyən edə bilmirdi. Qəsdən gizlənirdi. Bu qərəz deyil bəs nədir. Teymur yeni ailə qurduğu arvadı ilə sosial şəbəkələrdə paylaşımlar edir. Arvadına aldığı bahalı telefon və digər hədiyyələr, restoranlarda kef məclisləri keçirir. Demir eləməsin, boşanıblar, özü bilər. Sadəcə olaraq onun uşaqlarına aliment ödənilməsini istəyir. Məhkəmə zalında elə bir vəziyyət yarandı ki, əgər Teymur aliment ödəyəcəkdirsə, hakimin ona göstərdiyi münasibətdən sonra ümumiyyətlə aliment ödəməyəcək. Odur ki, *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarın ləvğ edilməsini, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati qaydada həbs olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏRƏFLƏRİN İZAHATLARI: Apellyasiya instansiyası məhkəməsində: İcra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs bildirdi ki, borclu birinci instansiya məhkəməsində ödənilməmiş 3.900 manat aliment borcundan cəmi 400 manat ödəmişdir. Ümumilikdə 3.500 manat aliment borcu qalmışdır. Borclu barəsində daha sərt tədbirlərin görüıməsini xahiş edir. Müdafiəçi Vəkil apellyasiya şikayətinə dair qeyd olunan dəlillərlə razı olmadığını bildirərək, apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş icra sənədi üzrə borclu və səlahiyyətli orqan Protokolu tərtib edən orqan nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Apellyasiya məhkəməsi işə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və səlahiyyətli orqanın nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün saymışdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya məhkəməsi inzibati xəta haqqında iş üzrə icraat materiallarını araşdırıb, tərəfləri dinləyib, şikayətin dəlillərini iş materialları ilə müqayisəli şəkildə tədqiq edərək hesab edir ki, şikayət təmin olunmalı, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı və borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbirinin tətbiq olunmasına dair yeni qərar qəbul edilməlidir. Belə ki, iş materiallarında olan Kürdəmir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı icra sənədinə əsasən Kürdəmir Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə müəyyən edilmiş, X4 aylıq qazancının (gəlirinin) yarısı miqdarında Zərərçəkmiş şəxs xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək, iddia ərizəsinin məhkəməyə daxil olduğu ##.##.2025-ci il tarixindən başlayaraq ##.##.2014-cü il təvəllüdlü X2, ##.##.2016-cı il təvəllüdlü X7 və ##.##.2021-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Zərərçəkmiş şəxs xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,325 misli həddində sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İş materiallarından görünür ki, icra məmuru tərəfindən ##.##.2025-ci il tarixli qərarla icraata başlanılmış və borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həmin tarixdə könüllü icra üçün 10 günlük müddət verilmişdir. Həmçinin borclu T. Tehmurova icra sənədinin icra edilməsi ilə əlaqədar bildiriş verilmiş və xəbərdarlıq edilmişdir. Birinci instansiya məhkəməsində: Protokolu tərtib edən orqan icra məmuru H.T.Quliyev tərtib etdiyi inzibati xəta haqqında protokolu şifahi olaraq əsaslandıraraq bildirmişdir ki, Kürdəmir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı icra sənədinə əsasən Kürdəmir Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə müəyyən edilmiş, X4 aylıq qazancının (gəlirinin) yarısı miqdarında Zərərçəkmiş şəxs xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək, iddia ərizəsinin məhkəməyə daxil olduğu ##.##.2025-ci il tarixindən başlayaraq ##.##.2014-cü il təvəllüdlü X2, ##.##.2016-cı il təvəllüdlü X7 və ##.##.2021-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Zərərçəkmiş şəxs xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,325 misli həddində sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İcra sənədi icra edilməsi üçün Protokolu tərtib edən orqan daxil olduqdan sonra icraata başlama haqqında qərar qəbul edilmişdir. Borclu bu gün icra sənədi üzrə 4680 manat borcundan ödəniş etməsi barədə qəbzlər təqdim etmiş, nəticədə onun icra sənədi üzrə hazırda 3900 manat borcu vardır. Tələbkarın şikayəti əsasında borclu barəsində inzibati xəta haqqında protokol tərtib edərək adiyyəti üzrə baxılması üçün Kürdəmir rayon Məhkəməsinə göndərmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatında bildirmişdir ki, Kürdəmir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı icra sənədinin icrası barədə bildiriş ona rəsmi qaydada bu gün təqdim edilmişdir. Buna baxmayaraq icra sənədi üzrə müəyyən qədər ödənişlər aparmış, qəbzlərin bir hissəsini icra məmuruna təqdim etmişdir. Qalan borcunu isə hər ay hissə-hissə ödəyəcəkdir. Göstərilənləri nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İcra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs izahatında icra sənədi üzrə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətçi olduğunu bildirmiş və onun inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Həmçinin apellyasiya araşdırılması zamanı: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixli, *(*-*)-***/**** nömrəli bildiriş həmçinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məxsus ***-***-**-** nömrəli mobil telefonuna SMS bildiriş göndərilmişdir. Lakin barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə tərəfindən şəxsin iştirakı olmadan aparılması inzibati xətalar haqqında olan iş üzrə bağlı olan bütün halların hərtərfli, tam və obyektiv tədqiq edilməsinə mane olduğundan onun barəsində məcburi gətirmə barədə ##.##.2026-cı il tarixli, *(*-*)-***/**** nömrəli qərar qəbul edilmiş, apellyasiya şikayəti üzrə məhkəmə baxışı iclası ## #### 2026cı il tarixə saat 15:00-a təxirə salınmış, ## #### 2026-cı il tarixdə saat 15:00-a təyin edilmiş məhkəmə iclasında Kürdəmir rayonu, Şilyan kəndində qeydiyyatda olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şirvan Apellyasuya Məhkəməsində məcburi qaydada iştirakının təmin edilməsi və qərarın icrası aidiyyəti üzrə Kürdəmir Rayon Polis Şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilmişdir. Lakin Kürdəmir Rayon Polis Şöbəsi tərəfindən şəxsin məcburi gətirilməsi barədə qərar icra edilməmiş, həmçinin barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasında təkrarən iştirak etməmiş və məhkəmə iclasında iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Həmçinin məhkəmə tərəfindən təkrar olaraq ##.##.2026-cı il tarixli, *(*-*)-***/**** nömrəli bildiriş vasitəsi ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məlumat verilmiş, eləcə də ona məxsus ***-***-**-** nömrəli möbil telefonuna SMS bildiriş göndərilmişdir. Lakin barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Apellyasiya məhkəməsi aşağıda qeyd olunanlara görə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəsini əsassız sayır. İlk öncə apellyasiya məhkəməsi məhkəmə qərarlarının icrasının təmin edilməsini konstitusiya dəyərləri baxımından vacib hesab edərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası adından çıxarılmış və qanuni qüvvəyə minmiş məhkəmə qərarları hər kəs üçün məcburi olub, onların vaxtında və tam həcmdə icrası məhkəmə hakimiyyətinin nüfuzunun və qanunun aliliyinin təmin edilməsinin əsas elementlərindən biridir. Konstitusiyanın 129-cu maddəsinin İ və II hissələrinə görə, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə görə, məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 3.1. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 3.2. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. 8.2. İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü və dördüncü abzaslarında müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. 12.1. Bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. 44.1. Məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: 44.1.3. könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi. 70.1. Borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi üzrə icraata başladıqdan sonra, icra məmuru bu Qanunun 8-ci maddəsinə uyğun olaraq icra sənədində göstərilmiş hərəkətlərin borclu tərəfindən könüllü icrası üçün müddət təyin edir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində qeyd olunan inzibati xətanın obyekti ədalət mühakiməsinin, xeyrinə məhkəmə qərarı çıxarılmış ayrı-ayrı hüquqi və fiziki şəxslərin, habelə dövlətin mənafeyi olmaqla, obyektiv cəhətdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmədə, həmin məhkəmə qətnaməsinin icrasına maneçilik törətmədə, habelə icra ilə əlaqədar icra məmurlarının qanuni tələblərini icra etməmədə ifadə olunur. Göründüyü kimi, İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibatı xətanın hüquqaziddliyi ondan ibarətdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarını icra etməmə məhkəmə orqanlarını nüfuzdan salır və ən başlıcası, pozulmuş hüquqların bərpası qeyri-mümkün olur və ədalət mühakiməsinin çıxardığı qərarlar kağız üzərində qalır. Məhz qeyd olunan inzibati xətanın obyekti də ədalət mühakiməsinin, xeyrinə məhkəmə qərarı çıxarılmış ayrı-ayrı hüquqi və fiziki şəxslərin, habelə dövlətin mənafeyi olmaqla, obyektiv cəhətdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmədə, həmin məhkəmə qətnaməsinin icrasına maneçilik törətmədə, habelə icra ilə əlaqədar icra məmurlarının qanuni tələblərini icra etməmədə ifadə olunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Hornşbi Yunanıstana qarşı” işi üzrə ## #### 1997-ci il tarixli qərarında xatırlatmışdır ki, «Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi hər kəsin mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə tərəfindən işinin araşdırılması hüququna malikdir. Beləliklə bu hüquq işin məhkəmə tərəfindən araşdırılması hüququnu təsbit edir. Mülki işlər üzrə məhkəməyə iddia vermək bu hüququn bir cəhətini təşkil edir, Razılığa gələn Tərəfin hüquq sistemi qəti məcburi hüquqi qüvvəyə malik olan məhkəmə qərarlarının tərəfin birinə münasibətdə fəaliyyətsiz qalmasına imkan verdiyi halda bu hüquq xəyalı xarakter almış olardı. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin ədalətli, açıq və ağlabatan məhkəmə prosesinin tərəflərə təqdim etdiyi bütün prosessual təminatları dəqiqliklə nəzərdə tutulmasını və məhəkəmə qərarlarının icrası prosesini müdafiə etməməsini düşünmək ağlasığmaz olardı. Konvensiyanın 6-cı maddəsinin yalnız ədalət mühakiməsinə çatmaq hüququnu tənzimlənməsi kimi tərtib olunması Razılığa gələn Dövlətlərin Konvensiyanı imzalayarkən riayət etmələrini öhdələrinə götürdükləri hüququn aliliyi Prinsipi ilə uyğunsuzluğa aparan vəziyyətə gətirib çıxaracaqdır». İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” işdə (# ### 2002-ci il) eyni xarakterli məsələlərə bir daha münasibət bildirərək qeyd etmişdir ki, məhkəmə qərarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma 6-cı maddənin 1-ci bəndində ifadəsini tapmış müddəanı faydalılıq qüvvəsindən məhrum etmiş olur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Kürdəmir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı icra sənədi üzrə icra məmuru tərəfindən "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələbinə uyğun olaraq könüllü icra üçün verilmiş 10 günlük müddət ərzində aliment borcunu ödəməmiş, öhdəliyini könüllü qaydada yerinə yetirmək istiqamətində hər hansı hərəkət etməmişdir. İş materiallarından görünür ki, yalnız inzibati xəta haqqında iş məhkəmə baxışına çıxarıldıqdan sonra borcun cüzi bir hissəsini ödəmiş, qalan borc isə uzun müddət ödənilməmiş qalmışdır. Bundan başqa, apellyasiya baxışı zamanı məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə, barəsində məcburi gətirilmə haqqında qərar qəbul edilməsinə baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Sadalanan hallar belə nəticəyə gəlməyə əsas verir ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Kürdəmir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən qəsdən yayınmışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ####### 2012-ci il tarixli qərarında sərgilədiyi hüquqi mövqeyinə əsasən məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Yuxarıda qeyd olunanlara görə apellyasiya məhkəməsi belə hesab edir ki, borclu E.Nağıyevin Beyləqan Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** saylı icra sənədinin icra olunmasına dair qanuni tələblərini üzrsüz səbəbdən icra etməməsi sübuta yetirilir və ona görə də o, həmin maddə ilə təqsirli bilinib barəsində inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. İcra sənədi üzrə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində tətbiq edilməli olan inzibati tənbeh tədbiri ilə əlaqədar apellyasiya məhkəməsi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin alternativ xarakterli nisbimüəyyən sanksiyasında fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Apellyasiya məhkəməsi borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs törətmiş olduğu inzibati xətanın xarakterini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, icra sənədi üzrə aliment borcunun ödənilməməklə zərərçəkmiş şəxs – tələbkarın haqlı olaraq şikayətçi olmasını nəzərə alaraq, inzibati tənbehin məqsədlərinə nail olmaq, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qanunlara əməl etməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq baxımından onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsinin sanksiyası ilə müəyyən edilmiş 10 (on) gün müddətinə inzibati həbs tənbeh tədbirinin tətbiq olunmasını məqsədəmüvafiq hesab edir. Belə ki, apellyasiya məhkəməsi qeyd edir ki, yazılı qaydada edilmiş xəbərdarlıqlara və könüllü icra üçün qanunla müəyyən edilmiş müddətin verilməsinə baxmayaraq, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədi üzrə mövcud olan 4.680 manat aliment borcundan yalnız 780 manat ödəmiş, nəticədə 3.900 manat aliment borcu qalmışdır. Sonradan borclu tərəfindən cəmi 400 manat (300, 50, 50 manat) ödəniş həyata keçirilsə də, apellyasiya baxışı zamanı 3.500 manat aliment borcu ödənilməmiş qalmışdır. Bundan əlavə, borclu məhkəmə iclaslarının vaxtı və yeri barədə dəfələrlə lazımi qaydada xəbərdar edilməsinə, barəsində məcburi gətirilmə haqqında qərar qəbul edilməsinə baxmayaraq məhkəmə iclaslarında iştirak etməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bu hallar göstərir ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hələ də qanunlara əməl edilməsi ruhunda tərbiyələnməmiş, icra sənədinin icrasından qəsdən yayınmağa davam etmişdir. Belə olan halda apellyasiya məhkəməsi belə qənaətə gəlir ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində sanksiyada nəzərdə tutulmuş ağır tənbeh tədbiri olan 10 (on) gün müddətinə inzibati həbsin tətbiq edilməsi onun şəxsiyyətinə və törətdiyi inzibati xətanın xarakterinə uyğundur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək apellyasiya məhkəməsi belə hesab edir ki, şikayət əsaslı olduğundan təmin olunmalı, Kürdəmir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ləğv edilməli, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 10 (on) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilməlidir. Həmçinin, apellyasiya məhkəməsi belə hesab edir ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs bir daha «İcra haqqında» Azərbaycan Respublikası Qanunun borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin icra olunmamasına görə məsuliyyətdən bəhs edən 82-ci maddəsinin tələbləri izah olunmalıdır: 82.1. Borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. 82.3. İcra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana (bu Qanunun 84-2.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla), icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun # ######## 2018-ci il tarixli Qərarındakı mövqeyə görə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.2, 12 və 35-ci maddələrinin mənası baxımından, şəxs həmin Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra məhkəmə və digər orqanların qərarlarını icra etmədikdə (qərəzli olaraq icra etməmə istisna olmaqla), yenidən inzibati məsuliyyətə cəlb oluna bilər. Odur ki, icra sənədi üzrə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs nəzərinə bir daha çatdırılmalıdır ki, icra sənədi üzrə borcunu üzürsüz səbəblərdən tam şəkildə ödəməyəcəyi təqdirdə «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin tələbinə əsasən onun təkrarən inzibati məsuliyyətə və ya cinayət məsuliyyətinə cəlb olunacağı barədə müvafiq tədbirlər görüləcəkdir. Odur ki, məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: İcra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Kürdəmir Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı həmin şikayətə əsasən ləğv edilsin. İcra sənədi üzrə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tutularaq müvəqqəti saxlama yerinə təhvil verildiyi andan hesablansın. Qərarın icrası Kürdəmir rayon Polis Şöbəsinə həvalə edilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və ya protest verilə bilməz. Hakim: Yaşar Həşimov
Məhkəmə qərarları › İş №3(3-9)-372/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-372/2026
06.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver