Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-373/2026 13.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Cinayət Kollegiyasının hakimi Əliyev Əli Abdulla oğlunun sədrliyi Babayev Variq Baloğlan oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə, M Ü Ə Y Y Ə N E T D İ: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində IXM-in 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında ##.##.2026-ci il tarixli, IXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılmasından ötrü Kürdəmir Rayon Məhkəməsinə göndərilmişdir. Kürdəmir Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarına əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində IXM-in 338.7-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilmişdir. Məhkəmə qərarından narazı qalan zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs şikayət verərək, Kürdəmir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarının ləğv edilməsini, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində IXM-in 338.5ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olmasının müəyyən edilməsini, iş üzrə yeni qərar qəbul edilməklə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qanunvericilikdə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması təmin edilməsini xahiş etmişdir. ŞIKAYƏTIN DƏLILLƏRI: Zərərçəkmiş şəxs şikayətini onunla əsaslandırmışdır ki, Kürdəmir Rayon Polis Şöbəsindən daxil olmuş ##.##.2026-ci il tarixli, IXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ######## 2025-ci il tarixdə, mal-qaranı yolda nəzarətsiz qoyması səbəbindən Zərərçəkmiş şəxs Kürdəmir rayonu Sor-Sor kəndi ərazisində avtomobil yolunda idarə etdiyi "VAZ 21101" markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olarkən 1 baş iribuynuzlu inəyi vurmuş, baş vermiş yol nəqliyyat hadisəsi zamanı avtomobilə ziyan dəymiş, nəticədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən IXM-in 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilməsi ilə bağlı zərərçəkmiş şəxs olaraq -Zərərçəkmiş şəxs iştirakı ilə baş tutan məhkəmə iclasında məhkəmə iş üzrə təqsirkar olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində IXM-in 338.7-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilməsi barədə *(*-***)-***/**** saylı ##.##.2026-cı il tarixli qərar qəbul etmişdir. Məhkəmənin gəldiyi nəticə bu olmuşdur ki, hadisə baş verən zaman bir baş inək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs bilavasitə faktiki nəzarətində olmamış, heyvanları otarmağa aparan şəxs tərəfindən, tapşırıq münasibətləri çərçivəsində idarə olunmuşdur. Tapşırıq alan şəxs mal-qaranın saxlanılması, nəzarətdə saxlanılması, örüşdən yatağa təhlükəsiz şəkildə gətirilməsi və üçüncü şəxslər üçün təhlükə yaratmaması üzrə birbaşa öhdəlik daşıyır. Bu fakt araşdırma zamanı müəyyən edilmişdir. Həmçinin hadisə ilə əlaqədar keçirilmiş məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının rəyi ilə “VAZ 21101" markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Bu qərarla razı deyildir. Təqsirləndirilən şəxs öz izahatında göstərmişdir ki: “Kənddə 30-35 nəfər iri buynuzlu heyvanı otarmaq üçün örüşə yola salır. Hadisə günü də bir nəfər kənd sakini qabaqda gedərək avtomobil yolundan inəkləri keçirmək üçün avtomobillərə nəzarət etmiş, təxminən 30 nəfər şəxs isə arxadan gəlirmiş.” Təqsirləndirilən şəxsin öz izahatından görünür ki, avtomobil yolundan eyni vaxtda çoxsaylı iribuynuzlu heyvan keçirilmiş, bu proses peşəkar təhlükəsizlik tədbirləri olmadan həyata keçirilmiş, hərəkətin koordinasiyası və təhlükəsizliyi lazımi səviyyədə təmin edilməmişdir. “Bir nəfərin qabaqda gedərək avtomobillərə nəzarət etməsi” özü göstərir ki, yol hərəkəti üçün təhlükəli vəziyyət əvvəlcədən məlum olmuş, heyvanların yola çıxmasının qəza riski yaratdığı dərk edilmiş, buna baxmayaraq kifayət qədər təhlükəsizlik tədbirləri görülməmişdir. Əgər həqiqətən təhlükəsizlik tam təmin edilmiş olsaydı heyvan qəfil şəkildə yolun hərəkət hissəsinə çıxmazdı, yol-nəqliyyat hadisəsi baş verməzdi, avtomobilinə zərər dəyməzdi. Deməli, hadisənin baş verməsi birbaşa təhlükəsizlik tədbirlərinin qeyri-kafi olmasının nəticəsidir. Təqsirləndirilən şəxsin izahatında göstərilən “təxminən 30 nəfər şəxs arxadan gəlirdi” ifadəsi hüquqi baxımdan mühüm əhəmiyyət daşıyır. Çünki bu hal göstərir ki, heyvanların hərəkəti mərkəzləşdirilmiş nəzarət altında olmamışdır, konkret məsul şəxs müəyyən edilməmişdir, heyvanların yol hərəkəti iştirakçıları üçün təhlükə yaratmaması təmin edilməmişdir. Çoxsaylı şəxslərin arxadan gəlməsi heyvanların təhlükəsiz idarə olunması demək deyildir. Əksinə kütləvi və nizamsız hərəkət, heyvanların idarəolunmasının zəifləməsi, sürücülər üçün qeyri-müəyyən təhlükə vəziyyəti yaratmışdır. Bu isə inzibati məsuliyyəti istisna edən deyil, əksinə onu daha da gücləndirən haldır. Birinci instansiya məhkəməsi şikayətində qeyd edilən maddi hüquq normalarının təhlilinə dair obyektiv yanaşma göstərməmişdir. Məhkəmə qərarında göstərmişdir ki, hadisə zamanı heyvan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs “birbaşa faktiki nəzarətində” olmamışdır, heyvanları başqa şəxs otarmağa aparmışdır, həmin şəxs tapşırıq münasibətləri çərçivəsində məsuliyyət daşımışdır, ekspertiza rəyi ilə onun “Yol hərəkəti haqqında” Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə tam əməl etmədiyi və hadisənin qarşısını almağa texniki imkanı olduğu göstərilmişdir. Bu qərar qanunsuz, əsassız və natamam araşdırmaya əsaslandığından ləğv edilməlidir. Belə ki, IXM-in 338.5.1-ci maddəsinə əsasən: “mal-qaranın yolda nəzarətsiz qoyulması” inzibati məsuliyyət yaradır. 338.7-ci maddəyə əsasən isə həmin əməl nəticəsində zərərçəkmiş şəxsə maddi zərər vurulduqda inzibati məsuliyyət daha ağır formada tətbiq edilir. Normanın dispozisiyası açıq şəkildə göstərir ki, mal-qara yolda nəzarətsiz qalmamalıdır, heyvanın hərəkət iştirakçıları üçün təhlükə yaratmaması təmin edilməlidir, heyvan sahibinin və ya ona cavabdeh şəxsin məsuliyyəti istisna edilmir. Məhkəmə isə məsuliyyəti əsassız olaraq “tapşırıq alan şəxsin” üzərinə yönəltmişdir. Halbuki heyvanın sahibi və ona hüquqi-faktiki nəzarəti həyata keçirən şəxs təhlükəsizlik öhdəliyindən azad edilə bilməz. Mülki hüququn və inzibati məsuliyyət institutunun ümumi prinsiplərinə görə, artırılmış təhlükə mənbəyi və ya xüsusi nəzarət tələb edən obyekt üzərində sahiblik edən şəxs üçüncü şəxslər qarşısında məsuliyyət daşıyır. Heyvanın başqa şəxs tərəfindən aparılması heyvan sahibinin məsuliyyətini avtomatik aradan qaldırmır. Video-görüntülərdən aşkar görünür ki, heyvanlar nəzarətsiz vəziyyətdə olmuş, yol hərəkəti iştirakçıları üçün real təhlükə yaranmış, heyvan qəfil hərəkət hissəsinə çıxmış, hadisənin baş verməsi birbaşa cavabdeh şəxsin məsuliyyətsiz davranışı ilə əlaqəli olmuşdur. Məhkəmə qərarında göstərilmişdir ki, guya o, “Yol hərəkəti haqqında” Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əməl etsəydi hadisənin qarşısını almaq mümkün olardı. Lakin bu nəticə belə hallarda digər şəxsin məsuliyyətini istisna etmir. Çünki, yolun hərəkət hissəsinə qəfil iribuynuzlu heyvanın çıxması özü yüksək təhlükəli vəziyyət yaradır, sürücünün texniki baxımdan qəzanın qarşısını alma imkanının olması avtomatik olaraq heyvan sahibinin məsuliyyətdən azad olunması demək deyildir. Inzibati xəta tərkibi üçün əsas məsələ malqaranın nəzarətsiz vəziyyətdə yola çıxması faktıdır. Məhkəmə səbəbli əlaqəni düzgün müəyyən etməmişdir. Hadisənin ilkin və əsas səbəbi məhz heyvanın nəzarətsiz şəkildə yolun hərəkət hissəsinə çıxması olmuşdur. Əgər heyvan yolun hərəkət hissəsinə nəzarətsiz buraxılmasaydı, yol-nəqliyyat hadisəsi baş verməzdi. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun təhlükəsizlik prinsiplərinə əsasən, yol hərəkətində iştirak edən bütün şəxslər digər iştirakçıların təhlükəsizliyini təmin etməlidir, yolda təhlükə yaradan maneələrin qarşısı alınmalıdır, mal-qara yalnız təhlükəsizlik qaydalarına əməl edilməklə keçirilə bilər. Malqaranın avtomobil yoluna qəfil çıxması və sürücünün hərəkət zolağında təhlükə yaratması həmin qaydaların kobud pozuntusudur. Inzibati Xətalar Məcəlləsinin 338.5.1-ci maddəsinin mahiyyəti də məhz belə halların qarşısını almağa yönəlmişdir. Azərbaycan məhkəmə təcrübəsində formalaşmış hüquqi yanaşmaya əsasən, mal-qaranın nəzarətsiz şəkildə yolun hərəkət hissəsinə çıxması, sürücünün hərəkətinə maneə yaratması, nəticədə nəqliyyat vasitəsinə zərər dəyməsi inzibati məsuliyyət yaradan hal hesab edilir. Belə işlərdə əsas hüquqi qiymətləndirmə heyvanın yol hərəkəti üçün təhlükə mənbəyinə çevrilməsi faktı ilə bağlıdır. Bir çox hallarda sürücünün müəyyən ehtiyatsızlığı olsa belə, bu, heyvan sahibinin və ya malqaraya nəzarət etməli şəxsin məsuliyyətini tam istisna etmir. Məhkəmə isə əksinə olaraq bütün hüquqi nəticəni yalnız ekspertiza rəyinin bir hissəsinə əsaslandırmış və digər sübutları nəzərə almamışdır. Məhkəmə aşağıdakı prosessual pozuntulara yol vermişdir, sübutları tam araşdırmamışdır, video-görüntülərə hüquqi qiymət verməmişdir, səbəbli əlaqəni düzgün müəyyən etməmişdir, inzibati məsuliyyətin subyektini yanlış müəyyən etmişdir, IXM-in 338.5.1 və 338.7-ci maddələrinin dispozisiyasını düzgün tətbiq etməmişdir. Bu pozuntular qərarın ləğvi üçün kifayətedici əsaslardır. Xülasə, heyvanlar yol kənarında nizamsız vəziyyətdə olmuşdur; · onların hərəkətinə lazımi nəzarət edilməmişdir. Heyvan qəfil şəkildə hərəkət hissəsinə daxil olmuşdur. Yol hərəkəti iştirakçıları üçün real təhlükə yaranmışdır və hadisənin qarşısını almaq üçün sürücünün reaksiya müddəti son dərəcə məhdud olmuşdur. Video materiallar birbaşa sübut edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və ya onun tapşırığı ilə heyvanlara nəzarət edən şəxslər mal-qaranın hərəkətini təhlükəsiz təşkil etməmiş, yol hərəkəti iştirakçıları üçün təhlükəli vəziyyət yaratmışlar. Birinci instansiya məhkəməsi isə görüntülərin məzmununu detallı təhlil etməmiş, onların sübutedici qüvvəsinə hüquqi qiymət verməmiş, yalnız ekspertiza rəyinin bir hissəsinə üstünlük vermişdir. Əgər heyvan sahibi sadəcə “başqa şəxs aparırdı” arqumenti ilə məsuliyyətdən azad oluna bilərsə, bu halda inzibati məsuliyyət norması praktik olaraq tətbiq edilməz vəziyyətə düşər. Həmçinin, video materiallarda belə məhkəmənin qeyd etdiyi “tapşırıq alan” şəxsin kimliyi aydın müəyyən edilmir. Məhkəmənin istinad etdiyi o naməlum adam yoldan keçən bir kənd sakini, yolçu da ola bilər. Bununla yanaşı, məhkəmə gedişində məhkəmə təqsirləndirilən şəxslə bərabər, iddia olunan həmin “tapşırıq alan” şəxsi məhkəməyə dəvət etməmiş və onun izahatı alınmamışdır. Baş vermiş hadisə nəticəsində o, avtomobilinin təmiri üçün xərc çəkməli olmuş, maddi ziyana məruz qalmış, nəqliyyat vasitəsindən istifadə imkanını itirmiş və əlavə maliyyə yükü ilə üzləşmişdir. Lakin məhkəmə qərarı nəticəsində zərərin yaranma səbəbi hüquqi baxımdan qiymətləndirilməmiş, təqsirkar şəxsin məsuliyyəti aradan qaldırılmış, onun zərərçəkmiş şəxs kimi hüquqları faktiki olaraq müdafiəsiz qalmışdır. Azərbaycan Respublikası Konstitusiyasının hüquqi müdafiə və ədalətli məhkəmə araşdırması prinsiplərinə görə dövlət zərərçəkmiş şəxsin hüquqlarını effektiv şəkildə müdafiə etməlidir. Məhkəmə formal deyil, real hüquqi müdafiə təmin etməlidir. Hazırkı qərar isə əksinə olaraq hüquq pozuntusunu nəticəsiz qoymuş, məsul şəxsi məsuliyyətdən azad etmiş və zərərçəkmişin hüquqlarını faktiki müdafiəsiz buraxmışdır. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs şikayətin dəlillərinə uyğun izahat verərək, Kürdəmir Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı ##.##.2026-cı il tarixli qərarın ləğv edilməsini, şikayətinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, Kürdəmir Rayon Məhkəməsinin müvafiq qərarının dəyişdirilmədən saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq inzibati protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə IXM-in 133.2.4-cü maddəsinə əsasən, onun iştirakı olmadan inzibati işə baxılmasını mümkün hesab etdi. HÜQUQI MƏSƏLƏLƏR: IXM-in 128.1 və 133.2.8-ci maddələrinə əsasən “Barəsində qərar çıxarılmış şəxs, .... zərər çəkmiş şəxs, .... inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər”, “inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır”. Məhkəmə inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, aşağıda göstərilən əsaslara görə şikayət əsassız olduğundan təmin edilməməli, Kürdəmir Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Həmin inzibati xəta haqqında protokol isə Protokolu tərtib edən orqan TB-nin təhqiqatçısı X1 tərəfindən qəbul olunmuş ##.##.2026-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar əsasında tərtib olunmuşdur. Həmin qərardan görünür ki, Məhkəmə-avtotexniki ekspertizasının ##.##.2026-cı il tarixli rəyinə əsasən müəyyən edilmişdir ki, "VAZ 21101" markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Buna görə də Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikasının IXM-nin 327.1-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Protokolu tərtib edən orqan-nin DYPB-nə göndərilmişdir. Iş materiallarına əlavə edilmiş ##.##.2026-cı il tarixli qüsur aktından görünür ki, Zərərçəkmiş şəxs məxsus “VAZ 21101" markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilə hadisə zamanı ümumilikdə 1310 manat ziyan dəymişdir. IXM-in 338.7-ci maddəsinə əsasən bu Məcəllənin 338.4 və 338.5-ci maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə, yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir. Birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, verilmiş şikayəti təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırmış və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-in 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta ilə bağlı əməlində inzibati xəta tərkibi olmaması qənaətinə gəlməklə düzgün nəticəyə gəlmişdir. Eyni zamanda Zərərçəkmiş şəxs şikayətinin dəlilləri ilə də razılaşmaq olmaz. Belə ki, inzibati məsuliyyət institutu dövlət tərəfindən qorunan ictimai münasibətlərin, xüsusilə ictimai təhlükəsizliyin və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinə xidmət edir. Inzibati məsuliyyət preventiv və tərbiyəvi xarakter daşıyır və onun tətbiqi yalnız törədilmiş xətaya görə cəza vermək deyil, eyni zamanda hüquq pozuntularının qarşısını almaq məqsədi güdür. Bu baxımdan yol hərəkəti sahəsində müəyyən edilmiş qaydaların pozulmasına görə məsuliyyət tədbirlərinin tətbiqi dövlətin ictimai təhlükəsizliyin təmin olunması üzrə konstitusion vəzifəsindən irəli gəlir. Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsinə əsasən hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, digər şəxslərin hüquq və azadlıqlarına hörmət etməlidir. Konstitusiyanın 80-ci maddəsinə görə isə Konstitusiyanın və qanunların pozulması, o cümlədən qanunla müəyyən edilmiş vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Bu müddəalar göstərir ki, hüquqi dövlət şəraitində hər bir şəxs hüquq normalarında nəzərdə tutulmuş davranış qaydalarına riayət etməyə borcludur və həmin qaydaların pozulması hüquqi məsuliyyət doğurur. Iş materiallarından müəyyən edilir ki, ## ######## 2025-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi zamanı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məxsus iribuynuzlu heyvan avtomobil yolu üzərində Zərərçəkmiş şəxs idarə etdiyi avtomobillə toqquşmuş, bununla əlaqədar Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Lakin iş üzrə toplanmış sübutların məcmusundan görünür ki, hadisə baş verən vaxt həmin heyvan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs bilavasitə faktiki nəzarətində olmamışdır. Həm Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatı, həm də hadisənin videogörüntüsü ilə müəyyən edilir ki, kəndə məxsus mal-qara sürüsü örüşdən geri qaytarılarkən heyvanların qarşısında bir nəfər şəxs hərəkət edərək onların avtomobil yolundan keçirilməsini təşkil etmiş, digər şəxslər isə sürünü müşayiət etmişlər. Bu hallar göstərir ki, hadisə zamanı heyvanların idarə olunması və onlara faktiki nəzarət bilavasitə həmin şəxslər tərəfindən həyata keçirilmişdir. Apellyasiya şikayətində irəli sürülən əsas arqument ondan ibarətdir ki, heyvanın başqa şəxs tərəfindən aparılması onun sahibini inzibati məsuliyyətdən azad etmir. Məhkəmə bu dəlillə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati məsuliyyətin yaranması üçün konkret şəxsin mal-qaranı yolda nəzarətsiz qoyması və bunun nəticəsində zərər vurması sübuta yetirilməlidir. Başqa sözlə, inzibati məsuliyyət yalnız heyvanın mülkiyyətçisi olmağa görə deyil, inzibati xətanı təşkil edən hərəkət və ya hərəkətsizliyin məhz həmin şəxs tərəfindən törədilməsinin sübut olunması şərti ilə yarana bilər. Inzibati məsuliyyət şəxsi xarakter daşıdığından, yalnız heyvanın Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məxsus olması onun birmənalı qaydada inzibati məsuliyyətə cəlb edilməsinə əsas vermir. Iş materiallarında onun hadisə zamanı heyvanı şəxsən idarə etməsi, nəzarətsiz buraxması və ya təhlükəsizlik qaydalarını pozması barədə mötəbər sübut müəyyən edilməmişdir. Qeyd edilməlidir ki, inzibati məsuliyyətin şəxsi xarakteri Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipindən irəli gəlir. Bu prinsip IXM-in 8.1-8.3-cü maddələrində inzibati xətalar haqqında icraata da şamil edilmişdir: barəsində icraat aparılan şəxs onun təqsiri qanuni qüvvəyə minmiş qərarla müəyyən edilməyənədək təqsirsiz sayılır, o, öz təqsirsizliyini sübut etməyə borclu deyildir və onun təqsirli olması barədə aradan qaldırıla bilməyən şübhələr həmin şəxsin xeyrinə həll edilir. Konstitusiya Məhkəməsinin Plenumu da öz hüquqi mövqeyində dəfələrlə vurğulamışdır ki, təqsirin sübut olunmasında yaranan və digər sübutlarla aradan qaldırılması mümkün olmayan şübhələr barəsində icraat aparılan şəxsin xeyrinə həll olunmalıdır. Hazırkı iş üzrə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs heyvanı şəxsən nəzarətsiz buraxması barədə mötəbər və şübhəsiz sübut olmadığından, sırf onun heyvanın mülkiyyətçisi olması təqsirinin sübutu kimi qiymətləndirilə bilməz. Əksinə, iş materialları təsdiq edir ki, hadisə zamanı heyvanlar örüşdən qaytarılarkən onların idarə olunması faktiki olaraq başqa şəxs tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1 və 777.2-ci maddələrinin mənasına görə tapşırığın şifahi qaydada verilməsi mümkündür və belə münasibətlərdə tapşırığı icra edən şəxs üzərinə götürdüyü işin faktiki icrasını həyata keçirir. Hazırkı iş üzrə də heyvanların örüşdən gətirilməsi və avtomobil yolundan keçirilməsi üzrə faktiki nəzarətin həmin şəxs tərəfindən həyata keçirilməsi iş materialları ilə təsdiq olunur. Apellyasiya şikayətində göstərilən "tapşırıq alan şəxsin kimliyi müəyyən edilməmişdir" dəlili də qərarın ləğvi üçün əsas vermir. Çünki bu hal Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təqsirinin mövcudluğunu sübut etmir. Əksinə, inzibati məsuliyyətə cəlb edilən şəxsin təqsiri tam və şübhəsiz sübuta yetirilmədikdə, Azərbaycan Respublikası IXM-in 8.1-8.3cü maddələrinin tələblərinə əsasən mövcud şübhələr həmin şəxsin xeyrinə qiymətləndirilməlidir. Kollegiya həmçinin nəzərə alır ki, hadisə ilə bağlı keçirilmiş məhkəmə yol-nəqliyyat ekspertizasının rəyinə əsasən Zərərçəkmiş şəxs hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin birinci hissəsinin tələblərinə uyğunsuzluq olmuş, həmin tələblərə riayət etdiyi halda yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı mövcud olmuşdur. Doğrudur, ekspertiza rəyi öz-özlüyündə digər şəxsin mümkün məsuliyyətini istisna etmir. Lakin hazırkı iş üzrə həmin rəy hadisənin baş vermə mexanizminin və səbəblərinin qiymətləndirilməsi zamanı nəzərə alınmalı sübutlardan biridir və digər sübutlarla birlikdə qiymətləndirildikdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati xətanı törətməsi barədə qəti nəticəyə gəlməyə imkan vermir. Apellyasiya şikayətində videoyazıya lazımi hüquqi qiymət verilmədiyi göstərilsə də, məhkəmə kollegiyası videomaterialın məzmunundan heyvanların yolun hərəkət hissəsindən keçirilməsi prosesinin müşahidə olunduğunu, lakin həmin görüntülərin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs heyvanları şəxsən nəzarətsiz buraxmasını və ya təhlükəsizlik qaydalarını pozmasını təsdiq etmədiyini müəyyən edir. Əksinə, videogörüntülər heyvanların qarşısında bir şəxsin hərəkət etdiyini və onların keçirilməsini təşkil etməyə çalışdığını göstərir ki, bu da birinci instansiya məhkəməsinin müəyyən etdiyi faktiki hallarla uyğunluq təşkil edir. Apellyasiya şikayətində istinad edilən "heyvan sahibi hər bir halda məsuliyyət daşımalıdır" barədə mülahizələr isə daha çox mülki-hüquqi məsuliyyət institutuna aid olub, inzibati məsuliyyətin əsas prinsipləri ilə uzlaşmır. Inzibati məsuliyyət yalnız konkret inzibati xəta törətmiş şəxsin təqsiri sübuta yetirildiyi halda tətbiq oluna bilər və təqsirin ehtimal və ya fərziyyələr əsasında müəyyən edilməsi yolverilməzdir. Azərbaycan Respublikası IXM-in 76-cı, 84.1 və 84.2-ci maddələrinin tələblərinə uyğun olaraq birinci instansiya məhkəməsi iş üzrə mövcud olan bütün sübutları onların məcmusunda qiymətləndirmiş, heç bir sübuta əvvəlcədən müəyyən edilmiş üstünlük verməmiş və sübutların məcmusundan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində IXM-in 338.7ci maddəsinin dispozisiyasında nəzərdə tutulan inzibati xəta tərkibinin sübuta yetirilmədiyi qənaətinə gəlmişdir. Bundan əlavə, məhkəmə təcrübəsində formalaşmış və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yol hərəkəti qaydalarının pozulmasına dair işlər üzrə mövqeyinə görə, şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmalı, konkret şəxsin hansı normanın tələblərini məhz nə ilə pozması və bu pozuntu ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməlidir. Hazırkı iş üzrə isə toplanmış sübutlar Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs konkret hərəkəti və ya hərəkətsizliyi ilə baş vermiş nəticə arasında belə birbaşa səbəbli əlaqəni təsdiq etmir; əksinə, hadisə zamanı heyvanların faktiki idarə olunması və onlara nəzarət başqa şəxs tərəfindən həyata keçirilmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin IXM-in 84-cü maddəsinin tələblərinə uyğun olaraq sübutları məcmu halında qiymətləndirməklə gəldiyi nəticə əsaslıdır. Bu səbəbdən də IXM-in 53.1.2, 105.1 və 114.2.1-ci maddələrinin tələblərinə uyğun olaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Apellyasiya şikayətində göstərilən hallar mahiyyət etibarilə birinci instansiya məhkəməsi tərəfindən araşdırılmış sübutların fərqli qaydada qiymətləndirilməsinə yönəlmişdir, lakin həmin dəlillər məhkəmənin gəldiyi nəticənin səhv olduğunu göstərən yeni və ya təkzibedilməz sübutlarla təsdiq olunmur. Sübutların azad qiymətləndirilməsi və hakimlərin daxili inamı prinsipinə uyğun olaraq məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi sübutlara düzgün hüquqi qiymət vermiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Birinci instansiya məhkəməsi iş üzrə toplanmış sübutları IXM-in 84-cü maddəsinin tələblərinə uyğun olaraq hərtərəfli, obyektiv və tam şəkildə qiymətləndirmiş, şəxsin əməlində inzibati xəta tərkibinin mövcud olmaması barədə düzgün nəticəyə gəlmişdir. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasına yol verilməmiş, qərar qanuni və əsaslı qəbul edilmişdir. Buna görə də, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati məsuliyyətə cəlb olunması üçün heç bir əsas yoxdur. IXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. IXM-in 75-ci maddəsində qeyd edilir ki, inzibati xətalar haqqında işlərin icraatı zamanı inzibati xəta hadisəsinin, inzibati xəta törətmiş şəxsin, inzibati xəta törətməkdə şəxsin təqsirinin müəyyən edilməsi zəruridir. IXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Apellyasiya məhkəməsi yuxarıda göstərilənlərə məcmu halında qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi qanuni və əsaslı nəticəyə gəlmişdir. Şikayətin dəlilləri formal xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qərarın ləğv edilməsi üçün əsas kimi qəbul oluna bilməz. Ona görə də apellyasiya qaydasında verilmiş şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. IXM-in 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Şərh olunanları və Azərbaycan Respublikası IXM-in 128-134.1.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Kürdəmir Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-9)-373/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-373/2026
13.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver