Məhkəmə qərarları › İş №3(3-9)-374/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-374/2026

03.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-374/2026 03.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Cinayət Kollegiyasının hakimi Əliyev Əli Abdulla oğlunun sədrliyi, Zeynallı Aslan İsmayıl oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun müdafiəçisi Şirvan Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, ##.##.1981-ci il tarixdə Kürdəmir rayonu, Atakişili kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Kürdəmir rayonu, Atakişili kəndində qeydiyyatda olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM-in) 528.1-ci maddəsi ilə inzibati tənbeh edilməsinə dair Kürdəmir Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Kürdəmir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən ## #### 2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə Kürdəmir Rayon Məhkəməsinə göndərilmişdir. Kürdəmir Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarına əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 500 (beş yüz) manat miqdarında cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə qərarından narazı qalan zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs şikayət verərək, Kürdəmir Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsini, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində daha ağır inzibati tənbeh növü kimi inzibati həbs tətbiq olunmasını xahiş etmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs şikayətini onunla əsaslandırmışdır ki, alimentin ödənilməsi ilə bağlı uzun müddətdir çətinlik çəkir. Onun fikrincə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs aliment borcunu qəsdən ödəmir və istəsə borcu qısa müddətdə tam ödəyə bilər. Uzunmüddətli müraciətlərindən sonra Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tapıldığını, lakin birinci instansiya məhkəməsinin ona əsassız güzəşt etdiyini göstərmişdir. Şikayətçi hesab edir ki, 2200 manat aliment borcu olduğu halda şəxsin əlavə olaraq dövlət büdcəsinə ödəniləcək 500 manat cərimə ilə tənbeh edilməsi onun və uşağın maraqlarını real müdafiə etmir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun müdafiəçisi Şirvan Regional Vəkil Bürosunun vəkili Vəkil ayrı-ayrılıqda bildirmişlər ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədinin icrasından qəsdən yayınmamış, borcunu imkanı daxilində hissə-hissə ödəmiş, məhkəmə baxışından əvvəl 400 manat ödəniş etmişdir. Onlar şikayətin əsassız olduğundan təmin edilməməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq icra məmuru və zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş, Zərərçəkmiş şəxs məhkəməyə teleqram ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, icra məmuru isə gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İXM-in 133.2.4-cü maddəsinə əsasən, onların iştirakı olmadan inzibati xəta haqqında işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR: İXM-in 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış şəxs, zərər çəkmiş şəxs, habelə qanunda nəzərdə tutulmuş digər şəxslər inzibati xəta haqqında iş üzrə qərardan şikayət verə bilərlər. İXM-in 133.2.8-ci maddəsinə görə isə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Kürdəmir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı icra sənədinə əsasən cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2025ci il tarixdən başlayaraq ##.##.2013-cü il təvəllüdlü X1 üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqının 0,5 misli həddində sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İcraata başlama haqqında qərarın surətindən görünür ki, müvafiq icra sənədi üzrə icraat başlanılmış və icraata başlanılması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs göndərilmişdir. ##.##.2025-ci il tarixli bildirişdən görünür ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs borcun könüllü icrası üçün 10 gün müddət müəyyən edilmişdir. O, bildirişlə ##.##.2025-ci il tarixdə tanış olmuşdur. ##.##.2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tələbkar Zərərçəkmiş şəxs icra sənədi üzrə olan aliment borcunu ödəməmiş, bununla da icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə yol vermişdir. İş materiallarında olan ##.##.2026-cı il tarixli ödəniş qəbzindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tələbkar Zərərçəkmiş şəxs 400 manat ödəniş etmişdir. Beləliklə, iş materiallarında olan icra sənədi, icraata başlanılması barədə qərar, borcluya göndərilmiş bildiriş, inzibati xəta haqqında protokol və ödəniş qəbzi birlikdə qiymətləndirildikdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi təsdiq olunur. Bu hal apellyasiya şikayətində də mahiyyətcə mübahisələndirilmir. Zərərçəkmiş şəxsin şikayətində inzibati xətanın baş verməsi və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təqsirliliyi deyil, yalnız tətbiq edilmiş tənbehin növü mübahisələndirilmişdir. Şikayətin məzmununa görə birinci instansiya məhkəməsi tərəfindən tətbiq edilmiş 500 manat cərimə həddindən artıq yüngül hesab edilir və şəxs barəsində inzibati həbs tətbiq olunması tələb edilir. Buna görə də apellyasiya baxışının predmeti, İXM-in 133.2.8ci maddəsinə uyğun olaraq, birinci instansiya məhkəməsinin tənbeh seçimi zamanı qanunda nəzərdə tutulmuş meyarları düzgün tətbiq edib-etməməsinin yoxlanılmasıdır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilməsi üçün tənbehin sadəcə şikayətçi tərəfindən yüngül hesab edilməsi kifayət deyil. Qərarın dəyişdirilməsi yalnız o halda mümkündür ki, iş materialları tətbiq edilmiş tənbehin açıq-aşkar qeyri-mütənasib olduğunu, birinci instansiya məhkəməsinin qanunda nəzərdə tutulmuş mühüm halları nəzərə almadığını və ya inzibati həbsin tətbiqini zəruri edən müstəsna halların mövcudluğunu təsdiq etsin. Hazırkı iş üzrə belə hallar müəyyən edilmir. İXM-in 528.1-ci maddəsinin sanksiyası fiziki şəxslər üçün alternativ əsas tənbeh nəzərdə tutur: beş yüz manatdan min manatadək cərimə və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs. Qanunvericinin həmin maddədə alternativ sanksiya müəyyən etməsi onu göstərir ki, icra sənədinin icra edilməməsi faktı aşkar olunduğu hər bir halda birmənalı olaraq inzibati həbs tətbiq edilməli deyildir; tənbeh növü konkret işin hallarına uyğun fərdiləşdirilməlidir. İXM-in 30.1-ci maddəsinə əsasən, inzibati həbs yalnız müstəsna hallarda tətbiq edilən ən ağır inzibati tənbeh növüdür. Bu baxımdan inzibati həbsin seçilməsi üçün sadəcə borcun mövcudluğu və zərərçəkmiş şəxsin narazılığı kifayət etmir; iş materiallarında cərimə tənbehinin məqsədə çatmaq üçün yetərsiz olduğunu göstərən xüsusi hallar müəyyən edilməlidir. İXM-in 9.1-ci maddəsinə görə tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh şəxsi cəmiyyətdən təcrid etmək deyil, qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm həmin şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.2-ci maddəsinə görə tənbeh tətbiq edilərkən xətanın xarakteri, xətanı törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İXM-in 32.2-ci maddəsi bu Məcəllənin 32.1-ci maddəsində sadalanmayan başqa halların da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınmasına imkan verir. Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli, Gəncə Hərbi Məhkəməsinin müraciəti əsasında İXM-in 34-1 və 156.2-ci maddələrinin həmin Məcəllənin 30.2 və 610-618-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair qərarında da vurğulanmışdır ki, məsuliyyəti yüngülləşdirən hallar ədalətlilik prinsipindən irəli gəlir və tənbeh inzibati xətanın xarakterinə, törədilməsi hallarına və təqsirli şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Törədilmiş əməl pul tələbi üzrə icra sənədinin icra edilməməsidir; bu xəta əmlak xarakterli olmaqla zorakılıqla bağlı deyil, şəxsin həyatına, sağlamlığına, ictimai asayişə və ya ictimai təhlükəsizliyə bilavasitə qəsd etmir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasında borcu ödəmək niyyətində olduğunu, maddi imkanları daxilində hissəhissə ödəniş etdiyini bildirmiş, iş materiallarına isə onun 400 manat ödəniş etməsi barədə qəbz əlavə edilmişdir. Bu hal icra sənədinin icra edilməməsinə görə məsuliyyəti aradan qaldırmasa da, tənbeh növünün seçilməsi və tənbehin fərdiləşdirilməsi mərhələsində nəzərə alınmalı haldır. İş materiallarında məsuliyyəti ağırlaşdıran hallar, o cümlədən eyni icra sənədinin icra edilməməsinə görə təkrar inzibati məsuliyyətə cəlb olunmanı təsdiq edən məlumat müəyyən edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, borcun tam ödənilməməsi faktı artıq inzibati məsuliyyətin əsasını təşkil etmişdir və həmin fakta görə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs cərimə tənbehi tətbiq olunmuşdur. Lakin tənbeh seçimi mərhələsində məhkəmə yalnız borcun mövcudluğunu deyil, seçilən tənbehin icra sənədinin real icrasına, aliment alan uşağın mənafeyinə və inzibati tənbehin məqsədlərinə təsirini də nəzərə almalıdır. İnzibati həbs borclunun əmək və gəlir əldə etmək imkanını müvəqqəti məhdudlaşdırmaqla aliment borcunun ödənilməsini çətinləşdirə bilər. Cərimə tənbehi isə əməlin qanunaziddliyini hüquqi cəhətdən təsbit etməklə yanaşı, borclunun icra sənədi üzrə öhdəliyini yerinə yetirmək imkanını tam aradan qaldırmır. Zərərçəkmiş şəxsin inzibati həbsin tətbiqi barədə tələbi onun alimentin vaxtında alınmasına dair qanuni marağından irəli gəlsə də, inzibati tənbehin məqsədi yalnız şəxsi daha ağır formada cəzalandırmaq deyil. Zərərçəkmiş şəxsin hüquqlarının müdafiəsi ilk növbədə icra sənədi üzrə borcun alınması ilə təmin edilir. İXM-in 31.5-ci maddəsinə və 528.1-ci maddəsinin Qeydinə görə inzibati tənbehin tətbiqi borclunu icra sənədi üzrə öhdəlikdən azad etmir. Borclu bundan sonra da icra sənədini üzrsüz səbəbdən icra etmədiyi halda qanun eyni icra sənədinə münasibətdə təkrar törətməyə görə İXM-in 528.1-1-ci maddəsində daha ağır məsuliyyət mexanizmini nəzərdə tutur. Bu baxımdan cərimənin tətbiqi zərərçəkmiş şəxsin hüquqlarının müdafiəsi imkanlarını tükəndirmir və icra icraatının davam etdirilməsinə mane olmur. Yuxarıda göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi İXM-in 9.1, 21, 30.1, 31.2 və 32.2-ci maddələrinin tələblərini düzgün tətbiq etmiş, xətanın xarakterini, borclunun şəxsiyyətini və əmlak vəziyyətini, borcun qismən ödənilməsi barədə məlumatı, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq inzibati həbs tənbehinin tətbiqi üçün müstəsna halların mövcud olmadığı nəticəsinə əsaslı gəlmişdir. Sanksiyanın minimum həddində 500 manat cərimə tənbehi seçilməklə tənbeh ədalətlilik və mütənasiblik prinsiplərinə uyğun fərdiləşdirilmişdir. Zərərçəkmiş şəxsin yalnız daha ağır tənbehin, yəni inzibati həbsin tətbiqinə yönələn dəlili iş materiallarının məcmusu ilə təsdiq olunmadığından əsassız hesab edilir. İXM-in 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Odur ki, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs apellyasiya qaydasında verdiyi şikayət təmin edilməməli, Kürdəmir Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanları və İXM-in 128-134.1.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: Şikayət təmin edilməsin. Kürdəmir Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar