Məhkəmə qərarları › İş №3(3-9)-375/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-375/2026

10.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-375/2026 10.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin hakimi Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ələsgərov Sənan Adil oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Həbibov Firad Səyad oğlunun iştirakı ilə ##.##.1977-ci ildə Lənkəran rayonu Osaküçə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşqul olan, Lənkəran rayonu Osaküçə kəndində qeydiyyatda olan və orada yaşayan; Həbibov Firad Səyad oğlunun Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə cərimə edilməsinə dair Lənkəran Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ####### 2021-cı il tarixli qərarından barəsində inzibati xəta haqqında qərar verilmiş şəxs Həbibov Firad Səyad oğlu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: Lənkəran rayon Reklam Idarəsinin Estetik nəzarət şöbəsinin müdiri X1 oölu tərəfindən Həbibov Firad Səyad oğlunun Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 428.7.1ci maddəsi ilə ## ######## 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokoldan görünür ki, Lənkəran rayonunun Osaküçə kəndində fəaliyyət östərən Pambəhi istirahət mərkəzi obyektinin reklamlarının müvafiq icazə olmadan açıq məkanda qanunsuz yayımlanmışdır. Lənkəran Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ####### 2021-cı il tarixli qərarı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Həbibov Firad Səyad oğlu Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 1500 manat miqdarında inzibati qaydada cərimə edilmişdir. Məhkəmə qərarından narazı qalan barəsində inzibati haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Həbibov Firad Səyad oğlu apellyasiya şikayəti və prosessual müddətin bərpa edilməsi barədə vəsatət vermişdir. Məhkəmənin ## ###### 2022-ci il tarixli qərardadı ilə müddət bərpa edilmişdir. Şikayət onunla əsaslandırmışdır ki, məhkəmənin qərarı ilə razı deyil, çünki onun məhkəmə iclasının vaxtı və yeri barədə məlumatı olmamış və bu barədə ona rəsmi bildiriş göndərilməmişdir. O, fərdi sahibkarlıqla məşğul olur. Lənkəran rayonu, Osaküçə kənd ərazisində yerləşən “Pambəlli” istirahət mərkəzi ona məxsusdur. Lənkəran regional reklam idarəsinin əməkdaşları tərəfindən Lənkəran rayonu, Osaküçə kəndi ərazisində yerləşən “Pambəlli” istirahət mərkəzində monitorinq keçirən zaman o istirahət mərkəzində olmamış və bu barədə heç kimə məlumat verilməyibdir. Buna görə onun bu olanlardan xəbəri və göndərişdən məlumatı olmamış, ona göndərilmiş göstərişdən də məlumatı olmamışdır. Həmin göstərişin ona çatdırılması barədə xəbərnaməni poçt qəbzinə də o imza etməmişdir. Ola bilsin ki, poçt qəbzinə onun əvəzinə poçt əməkdaşları özləri imza ediblər. Ö vaxtında göstərişi almadığı üçün qeyd olunan 5 gün ərizndə həmin halları aradan qaldıra bilməmiş, lakin məhkəmə Lənkəran regional reklam idarəsinin nümayəndəsinin və onun iştirakını təmin etmədən iş üzrə heç bir araşdırma aparmadan iş materiallarında olan Azərbaycan Respublikasının Dövlət X2 Regional Reklam Idarəsinin əməkdaşları tərətindən tərtib olunmuş ## ######## 2021-ci il tarixli, IRY ****** saylı akta istinad etməklə onu təqsirli bilib inzibati qaydada cərimə etmişdir. Məhkəmə Lənkəran Regional Reklam idarəsinin təqdim etdiyi sübutlara əsaslanaraq əsassız olaraq onu təqsirli bilmişdir. Bunu bildikdən sonra o Lənkəran Regional Reklam idarəsi ilə müqavilə bağlamış və şikayətə əlavə etmişdir. Qeyd olunanlara əsasən Lənkəran Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ####### 2021-cı il tarixli qərarın ləğv edilməsi, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Həbibov Firad Səyad şikayətin təmin edilməsini, Lənkəran Rayon Məhkəməsinin *(***)- ***/**** nömrəli, ## ####### 2021-cı il tarixli qərarın ləğv edilməsi, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Lənkəran Regional Reklam idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Inzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən, nümayəndənin iştirakı olmadan inzibati işə baxılmasını mümkün hesab etdi. Inzibati Xətalar Məcəlləsinin 128.1 və 133.2.8-ci maddələrinə əsasən “Barəsində qərar çıxarılmış şəxs, .... zərər çəkmiş şəxs, .... inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər”, “inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır”. Məhkəmə inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, aşağıda göstərilən əsaslara görə şikayət əsassız olduğundan təmin edilməməli, Lənkəran Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ####### 2021-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. -Iş materiallarında olan Azərbaycan Respublikasının Dövlət X2 Regional Reklam Idarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş ## ######## 2021-cı il tarixli ** saylı baxış aktından görunur kı Lənkəran rayonu Osaküçə ərazısində yerləşən “Pambəlli' istirahət mərkəzinə baxış keçirilən zaman icazə və ya icazə müqviləsi olmadan qanunsuz açıq reklam yayımlanması müəyyən edilmişdir. -Iş materiallarında olan ## ######## 2021-cı il tarixli, IGM ****** saylı göstərişin sürətindən gürünür ki, “Pambəlli” istirahət mərkəzi 5 iş günü ərizində çatışmamazlıqları aradan qaldırmadığı halda barəsində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə tədbir görüləcəyi bildirilmişdir. -Iş materiallarında olan Azərbaycan Respublikasının Dövlət X2 regional Reklam idarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş ## ######## 2021-ci il tarixli ** saylı baxış aktından göürünür ki, Lənkəran rayonu, Osaküçə kəndi ərazisində yerləşən “Pambəlli” istirahət mərkəzinə baxış keçirilərkən icrası məcburi göstərişə əməl edilməyərək qanunsuz reklam yayımlanması davam etdirilmişdir. Iş materiallarında olan xəbərnamələrdən gprünür ki, Firad Həbibov icrası məcbur olan göstərişi ## ######## 2021-ci il tarixdə almışdır. Iş materiallarında olan Vergi uçotuna alınmış vergi ödəyicisi barədə məlumatın çıxarışından görünür ki, Həbibov Firad Səyad oğlu vergi ödəyicisi kimi qeydiyyatdan keçmişdir. Göründüyü kimi, Həbibov Firad Səyad oğlu tərəfindən qanunvericiliyin tələblərinin pozulması haqqında yazılı göstəriş tam və vaxtında yerinə yetirilməməmişdir. Bu halın olması təsdiq edir ki, Həbibov Firad Səyad oğlunun hərəkətlərində IXM-in 428.7.1-cü maddəsinin tərkib hissəsi vardır. Onun şikayətinin dəlilləri inzibati materiallarla təkzib olunmuşdur. Azerbaycan Respublikasının Inzibatı Xətalar Məcəlləsinin 428.7.1-cı maddəsinin dıspozısıyasına əsasən müvafiq icazə texnikı şərtlər pasportu və icazə müqaviləsi olmadan həmçinin onların tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsi həmin maddədə nəzərdə tutulmuş inzibatı xətanın tərkibini yaradır. Bununla da şikayətdə irəli sürülmüş iddianın əksinə olaraq, Həbibov Firad Səyad oğlunun birinci instansiya məhkəməsinin qərarı ilə istinad edilən, ## ######## 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda təsvir edilmiş inzibati xətanı törətməsi, yəni reklam haqqında qanunvericiliyi pozması birinci instansiya məhkəməsində Inzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinə uyğun şəkildə tədqiq və təhlil edilmiş yuxarıda qeyd olunan və digər sübutların məcmusu ilə müəyyən edilmişdir. Belə ki, məhkəmə tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş; hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar yoxlanılmış, qərar çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, sübutlar Inzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun olaraq qiymətləndirilərək Həbibov Firad Səyad oğlunun Inzibati Xətalar Məcəlləsi 428.7.1-cü maddəsi ilə təqsirli bilərək 1500 manat miqdarında inzibati qaydada cərimə edilməsi barədə nəticə çıxarılmışdır. Məhkəmə hesab edir ki, Həbibov Firad Səyad oğlunun əməli düzgün olaraq Inzibati Xətalar Məcəlləsi 428.7.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, şikayət əsassız hesab olunmalıdır. Məhkəmə barəsində inzibati xəta üzrə qərar qəbul edilmiş şəxsə təyin edilmiş inzibati tənbehlə bağlı qeyd edir ki, Inzibati Xətalar Məcəlləsinin 9.1, 21 və 31.2-ci maddələrinə əsasən «Inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır», «Inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır», «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Beləliklə məhkəmə hesab edir ki, Həbibov Firad Səyad oğlunun inzibati tənbeh edilməsinə dair hakim düzgün hüquqi nəticəyə gəlmişdir, IXM ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmamışdır, qərarın ləğv olunması və ya dəyişirilməsi üçün həmin Məcəllənin 135.1.1-135.1.6.-cı maddələrində göstərilən hallar müəyyən olunmur. Inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğundur. Ona görə də şikayət təmin edilməməli, Həbibov Firad Səyad oğlunun Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 428.7.1ci maddəsi ilə cərimə edilməsinə dair Lənkəran Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ####### 2021-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Barəsində inzibati xəta üzrə qərar qəbul edilmiş şəxs Həbibov Firad Səyad oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. Həbibov Firad Səyad oğlunun Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Lənkəran Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ####### 2021-cı il tarixli inzibati xəta haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar