Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 3(3-9)-376/2026 06.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Mən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının hakimi Həşimov Yaşar Xanoğlan oğlu, Qərardan şikayət verən orqan (şəxs)nın Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin ## #### 2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətin geri qaytarılmasına dair Cəbrayıl Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmə iclasından kənar qaydada baxaraq, MÜƏYYƏN ETDİM: Cəbrayıl Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı ilə (sədrlik edən hakim X1) şikayətçi Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin TP ******* saylı, ## #### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət geri qaytarılmışdır. İŞİN HALLARI: Qərardan şikayət verən orqan (şəxs) “inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi, şikayət vermə müddətinin bərpası, dəbbə pulunun silinməsi və inzibati orqanın hərəkətsizliyinin nəzərə alınması barədə” ərizə ilə məhkəməyə müraciət edərək, TP ******* nömrəli inzibati tənbeh tətbiq etmə haqqında qərardan məhkəməyə şikayət vermə müddəti ötürülmüş hesab edilərsə, həmin müddətin üzürlü səbəbdən bərpa edilməsini, IXP ******* nömrəli elektron protokol və TP******* nömrəli inzibati tənbeh tətbiq etmə haqqında qərar üzrə iş materialları Baş Dövlət Yol Polis İdarəsindən tələb edilməsini, inzibati xətanı təsdiq edən fotoşəkil, videogörüntü, texniki vasitə qeydi və digər sübutların məhkəməyə təqdim edilməsini, ##.##.2026-cı il tarixində e-Polis möbil tətbiq vasitəsilə verilmiş şikayətə qanuni müddətdə cavab verilməməsinin nəzərə alınmasını, TP ******* nömrəli inzibati tənbeh tətbiq etmə haqqında qərarın əsassız və qanunsuz hesab edilərək ləğv edilməsini, tətbiq edilmiş cərimə və 3 balı sistemdən silinməsini, şikayət verildiyi müddətdə hesablanmış 11 manat dəbbə pulu qanunsuz hesab edilərək silinməsini və iş üzrə məhkəmə baxışı yekunlaşana qədər barəsində tətbiq edilmiş qərarın icrasının dayandırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə üzrə birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan qərardadı qəbul etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti verərək, hazırkı təkrar şikayətin və izahat icraata qəbul edilməsi, əvvəlki qərardadda göstərilmiş çatışmazlığın aradan qaldırıldığı nəzərə alınması, qərarın ona hansı tarixdə rəsmi qaydada təqdim edildiyini təsdiq edən sübutlar Baş Dövlət Yol Polisi İdarəsindən tələb edilməsi, E-Polis portalında “Kabinetə yerləşdirilmə tarixi” bölməsinin boş olması nəzərə alınmasını, ##.##.2026-cı il saat 21:35:49-da E-Polis vasitəsilə DYP-yə şikayət etdiyi və həmin müraciətin “Gözləmədə...” qalması nəzərə alınması, şikayət müddəti ötürülmüş hesab edilərsə, müddət üzrlü səbəbdən bərpa edilməsini, IXP******* nömrəli elektron protokol və TP******* saylı qərar üzrə iş materialları, fotoşəkil, video görüntü, texniki vasitə qeydi və digər sübutlar DYP-dən tələb edilməsini, TP******* saylı, ##.##.2026-cı il tarixli inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanunsuz və əsassız hesab edilərək ləğv edilməsini, edilmiş 100 manat cərimə və 3 cərimə balın silinməsini, şikayət müddətində və şikayətə cavab verilmədiyi halda hesablanmış dəbbə pulu əsassız hesab edilərək silinməsini, qərarın icrası məhkəmə baxışı yekunlaşanadək dayandırılmış hesab edilməsini, əvvəlki qərardadda “Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi” barədə qeyd edilmiş uyğunsuz ifadənin texniki səhv olduğu nəzərə alınması və iş DYP qərarı üzrə mahiyyəti etibarilə araşdırılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin TP******* saylı, ##.##.2026-cı il tarixli inzibati tənbeh tətbiq etmə haqqında qərarından təkrar şikayət vermişdir. Həmin qərar IXP******* nömrəli elektron protokol əsasında qəbul edilmiş, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi üzrə 100 manat cərimə və 3 cərimə balı tətbiq edilmişdir. Əvvəlki şikayəti Cəbrayıl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə geri qaytarılmışdır. Həmin qərardadda əsas səbəb kimi qərarın ona hansı tarixdə rəsmi qaydada təqdim edildiyinin şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər əsasında müəyyən edilməməsi göstərilmişdir. Hazırkı müraciətlə həmin məsələni daha ətraflı izah edir, əlavə sübutları təqdim edir və şikayətimin icraata qəbul edilməsini xahiş edir. ##.##.****-TP******* saylı qərarın və IXP******* nömrəli elektron protokolun tarixi. E- Polis portalında qərarın verildiyi tarix və inzibati xətanın törədildiyi tarix ##.##.2026 kimi göstərilmişdir ##.##.2026, saat 21:35:49 - E-Polis elektron xidmətlər portalı vasitəsilə Baş Dövlət Yol Polisi İdarəsinə rəsmi şikayət göndərilmişdir. ##.##.2026-dan sonra - E-Polis portalında müraciətin statusu “Gözləmədə...” kimi görünmüş, cavab təqdim edilməmişdir. ##.##.2026 -Cəbrayıl Rayon Məhkəməsi əvvəlki şikayəti qərarın rəsmi təqdim edilmə tarixinin müəyyən edilməməsi səbəbi ilə geri qaytarmışdır. Əvvəlki qərardadda qeyd edilmiş əsas məsələ qərarın ona hansı tarixdə rəsmi qaydada təqdim edilməsinin müəyyən olunmamasıdır. Bununla bağlı təqdim etdiyi yeni sübutlarda E-Polis portalında “Kabinetə yerləşdirilmə tarixi” bölməsinin boş olduğu açıq görünür. Bu fakt o deməkdir ki, qərarın elektron kabinetə hansı tarixdə yerləşdirilməsi, ona hansı tarixdə rəsmi təqdim olunması və şikayət müddətinin hansı tarixdən hesablanmalı olması sistemdə dəqiq göstərilmir. İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə sənədlər rəsmi qaydada təqdim edilməlidir. Elektron qərarın rəsmi qaydada verilmiş hesab olunması üçün şəxsin elektron kabinetində olan mobil telefon nömrəsinə müvafiq SMS məlumatın çatdırılması və ya şəxs tərəfindən elektron kabinetdə yerləşdirilmiş sənədlərlə tanış olunması kimi hallar mövcud olmalıdır. Hazırkı işdə mənə belə rəsmi təqdimetmə faktını təsdiq edən SMS, poçt bildirişi, elektron kabinetə yerləşdirilmə tarixi və ya digər rəsmi sübut təqdim edilməmişdir. Bu səbəbdən şikayət müddətinin onun əleyhinə formal qaydada hesablanması düzgün deyil. Qərarın rəsmi təqdim edildiyi tarix inzibati orqan tərəfindən sübut edilməlidir. Əgər rəsmi təqdimetmə tarixi sübut olunmursa, şikayət müddətinin başlanğıcı da etibarlı və müəyyən hesab edilə bilməz. E-Polis portalında görünən məlumatlara əsasən qərarın tarixi ##.##.2026-cı il, onun DYP-yə şikayət etdiyi tarix isə ##.##.2026-cı ildir. Hətta ən sərt yanaşma ilə qərarın tarixi olan ##.##.2026- cı ildən hesablandıqda belə, o 11-ci gündə inzibati orqana şikayət etmişdir. Yol hərəkəti qaydaları üzrə inzibati tənbeh qərarlarından şikayətlə bağlı İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsində 20 günlük müddət nəzərdə tutulduğu üçün ##.##.2026-cı il tarixli şikayət müddət daxilində edilmiş hesab edilməlidir. Bundan əlavə, qərarın ona rəsmi təqdim edilmə tarixi sistemdə ümumiyyətlə göstərilmədiyindən, 20 günlük müddətin nə vaxtdan başlanması da inzibati orqan tərəfindən sübut olunmalıdır. Belə sübut təqdim edilmədiyi halda, mənim müddəti ötürmüş hesab edilməyim ədalətli və hüquqi baxımdan əsaslı ola bilməz. O, ##.##.2026-cı il saat 21:35:49-da E-Polis vasitəsilə Baş Dövlət Yol Polisi İdarəsinə şikayət göndərmişdir. Bu fakt E-Polis portalının ekran görüntüsü ilə təsdiq olunur. Həmin müraciət üzrə status “Gözləmədə...” kimi qalmaqdadır. Bu isə müraciətinin qəbul olunduğunu, lakin müvafiq orqan tərəfindən cavablandırılmadığını göstərir. İnzibati Xətalar Məcəlləsinin 131.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə daxil olduğu gündən 10 gün müddətində baxılmalıdır. Mənim müraciətimə bu müddətdə cavab verilməmişdir. Bu hal inzibati orqanın hərəkətsizliyini göstərir və məhkəməyə müraciət müddəti ilə bağlı hər hansı şübhə yaranarsa, həmin şübhə mənim ziyanıma qiymətləndirilməməlidir. O, qanuni hüququndan istifadə edərək əvvəlcə inzibati orqana müraciət etmişdir. Cavab verilməməsi, müraciətin “Gözləmədə...” saxlanılması və məsələ üzrə nəticənin bildirilməməsi onun təqsirindən asılı olmayan haldır. Buna görə məhkəmə şikayət müddətinin ötürüldüyü qənaətinə gələrsə belə, həmin müddətin üzrlü səbəbdən bərpasını xahiş edir. E-Polis portalında cərimə məbləği 100 manat, dəbbə məbləği isə 22 manat göstərilmişdir. Lakin o bu qərarla razılaşmadığımı ##.##.2026-cı il tarixində rəsmi qaydada bildirmiş və DYP-yə şikayət etmişdir. Şikayətə baxılmadan və ona cavab təqdim edilmədən dəbbə pulunun hesablanması hüquqi baxımdan mübahisəlidir. Şikayət verildiyi halda qərarın icrası və onun maliyyə nəticələrinin tətbiqi şikayətə baxılma prosesi ilə əlaqəli qiymətləndirilməlidir. O cəriməni ödəməkdən yayınmamışdır; əksinə, qərarın qanuniliyini mübahisələndirmiş və sübutların təqdim olunmasını tələb etmişdir. DYP şikayətə qanuni müddətdə cavab vermədiyi halda, həmin gecikməni maliyyə nəticəsi kimi dəbbə pulunun onun üzərinə qoyulması ədalətli hesab edilə bilməz. Bu səbəbdən dəbbə pulunun silinməsini və qərarın icrasının məhkəmə baxışı yekunlaşanadək dayandırılmış hesab edilməsini xahiş edir. Barəsinddə İXM-in 327.2-ci maddəsi üzrə, yəni 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə qaydalarının pozulması iddiası ilə qərar qəbul edilmişdir. Lakin E-Polis portalında həmin pozuntunu təsdiq edən fotoşəkil, video görüntü, texniki vasitə qeydi və ya digər mötəbər sübut təqdim olunmamışdır. İnzibati məsuliyyətə cəlbetmə yalnız qanuni qaydada əldə edilmiş, aydın, yetərli və obyektiv sübutlarla əsaslandırıla bilər. Şəxsin təqsiri ehtimala, ümumi ifadələrə və sübutsuz iddiaya əsasən müəyyən edilə bilməz. Mənim təqsirimi sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Mən öz təqsirsizliyimi sübut etməyə borclu deyiləm; əksinə, inzibati orqan mənim qayda pozuntusu törətdiyimi qanuni və mötəbər sübutlarla təsdiq etməlidir. Hazırkı işdə isə ona qarşı tətbiq edilmiş inzibati tənbeh qərarı sübutsuz görünür. Foto və video materiallar təqdim edilmədiyi halda, qərarın qanuniliyi və əsaslılığı ciddi şübhə altındadır. Cəbrayıl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadında bir hissədə işin “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin müvafiq qərarı” ilə bağlı olduğu qeyd edilmişdir. Halbuki mənim şikayətim Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin TP******* saylı qərarından verilmişdir. Bu ifadə işin predmeti ilə uyğun gəlmir və böyük ehtimalla texniki/kopyalama xarakterli səhvdir. Lakin həmin uyğunsuzluq onu göstərir ki, əvvəlki şikayəti üzrə sənədlər faktiki hallar baxımından tam dəqiqliklə qiymətləndirilməmiş ola bilər. Bu səbəbdən hazırkı təkrar şikayət və əlavə sübutlar nəzərə alınmaqla işə yenidən, düzgün faktiki hallar əsasında baxılmasını xahiş edir. Yuxarıda qeyd olunan hallar birlikdə qiymətləndirildikdə, əvvəlki qərardadda göstərilmiş qeyri- müəyyənlik hazırkı sübutlarla aydınlaşdırılır. Qərarın ona rəsmi təqdim edilmə tarixi inzibati orqan tərəfindən sübut edilməyib; E-Polis sistemində “kabinetə yerləşdirilmə tarixi” boşdur; o isə qərardan xəbər tutduqdan sonra ##.##.2026-cı il tarixində, yəni 20 günlük müddət daxilində DYP-yə şikayət etmişdir. DYP şikayətə qanunla müəyyən olunmuş müddətdə baxmayıb və cavab verməyib. Bu halda onun məhkəməyə müraciət hüququ formal müddət əsas gətirilərək məhdudlaşdırılmamalıdır. Əksinə, iş mahiyyəti üzrə araşdırılmalı, inzibati orqandan qərarın rəsmi təqdim edilməsini və inzibati xətanı təsdiq edən bütün sübutlar tələb edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarını tam və hərtərəfli şəkildə araşdıraraq hesab edirəm ki, aşağıdakılara əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətinin icraata götürülməsindən imtina olunmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, inzibati xətalar haqqında qanunvericiliyə əsasən hazırkı vəziyyətdə birinci instansiya məhkəməsinin “inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətin geri qaytarılmasına” dair ##.##.2026-cı il tarixli qərardadından Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti vermək hüququ istisna olunur. Belə ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # ###### 2020-ci il tarixli Qərarında əks etdirdiyi mövqeyə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri baxımından inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı qəbul edilən qərardaddan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Həmçinin o da qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi “inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətin geri qaytarılmasına” dair ##.##.2026-cı il tarixli qərardadı ilə Qərardan şikayət verən orqan (şəxs) onun məhkəmə müdafiəsi hüququndan məhrum etməmişdir. Belə ki, məhkəmə şikayəti mahiyyəti üzrə baxılmasından imtina etməmiş, yalnız prosessual qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyi üçün geri qaytarmışdır. Qərardadda şikayətin forma və məzmun baxımından qanunvericiliyin müəyyən etdiyi tələblərə cavab vermədiyi konkret olaraq göstərilmiş, həmçinin mövcud çatışmazlıqların aradan qaldırılması qaydası və bu çatışmazlıqlar aradan qaldırıldıqdan sonra şikayətin yenidən məhkəməyə təqdim edilə biləcəyi izah edilmişdir. Bu baxımdan, şikayətin geri qaytarılması şəxsin məhkəmə müdafiəsi hüququnun məhdudlaşdırılması və ya həmin hüquqdan məhrum edilməsi kimi qiymətləndirilə bilməz. Əksinə, məhkəmə prosessual qanunvericiliyin tələblərinə riayət olunmasını təmin etməklə, şikayətçiyə yol verilmiş nöqsanları aradan qaldırmaq və qanunun tələblərinə uyğun şəkildə yenidən müraciət etmək imkanı yaratmışdır. Prosessual qanunvericilikdə şikayətin forma və məzmununa dair müəyyən edilmiş tələblər məhkəmə icraatının səmərəli, ardıcıl və ədalətli həyata keçirilməsinə xidmət edir. Həmin tələblərə əməl edilməməsi halında məhkəmənin şikayəti geri qaytarması qanunvericilikdə nəzərdə tutulmuş prosessual nəticədir və bu, məhkəməyə müraciət hüququnun mahiyyətinə toxunmur. Beləliklə, birinci instansiya məhkəməsi şikayətin geri qaytarılması barədə qərardad qəbul edərkən prosessual qanunvericiliyin tələblərinə düzgün tətbiq etmiş, mövqeyini kifayət qədər əsaslandırmış və ərizəçinin məhkəmə müdafiəsi hüququnu pozmamışdır. Buna görə də, həmin qərardad qanuni və əsaslı hesab edilməlidir. Belə ki, Qərardan şikayət verən orqan (şəxs) Cəbrayıl Rayon Məhkəməsinə göndərdiyi sənədlərdən görünür ki, o, səlahiyyətli orqanın (hazırkı halda BDYPİ-nin) inzibati tənbeh vermə haqqında qərarından şikayət vermək əvəzinə məhkəməyə ərizə ilə müraciət etmişdir. Halbuki İXM-in 128.1-ci maddəsinin tələbinə görə, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 128.2. İnzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı məhkəməyə və səlahiyyətli orqana (vəzifəli şəxsə) verilir: 128.2.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə. Bununla yanaşı, Qərardan şikayət verən orqan (şəxs) şikayətlə müraciət etməklə şikayətin “nəticə-xahiş edirəm” hissəsində məhkəmədən konkret və aydın şəkildə səlahiyyətli orqanın inzibati tənbeh vermə haqqında qərarının ləğv olunmasını və barəsində İXM-in 327.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmək əvəzinə “100 manat cərimə və 3 cərimə balının, eləcə də dəbbə pulunun silinməsi, inzibati orqanın hərəkətsizliyinin nəzərə alınmasını və sair” xahiş etmişdir ki, bu da yolverilməzdir. Belə ki, Qərardan şikayət verən orqan (şəxs) təqdim etdiyi şikayətin “nəticə-xahiş edirəm” hissəsi inzibati tənbeh vermə haqqında qərardan verilən şikayətlərə dair prosessual tələblərə uyğun olmamışdır. Şikayətçi məhkəmədən inzibati tənbeh vermə haqqında qərarın qanuniliyinin yoxlanılması çərçivəsində qəbul edilə biləcək konkret prosessual nəticəni göstərmək əvəzinə, "100 manat məbləğində cərimənin, 3 cərimə balının və dəbbə pulunun silinməsi, inzibati orqanın hərəkətsizliyinin nəzərə alınması və sair" kimi qeyri-müəyyən və hüquqi baxımdan düzgün formalaşdırılmamış tələblər irəli sürmüşdür. İnzibati tənbeh vermə haqqında qərardan şikayət üzrə məhkəmə araşdırmasının predmeti səlahiyyətli orqanın qəbul etdiyi qərarın qanuniliyi və əsaslılığının yoxlanılmasından ibarətdir. Belə araşdırma nəticəsində məhkəmə yalnız həmin qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə qanunda nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi kimi məsələləri həll edir. Buna görə də şikayətçinin məhkəmədən tələb etdiyi nəticə də məhz həmin prosessual səlahiyyətlərə uyğun və konkret şəkildə ifadə edilməlidir. Halbuki, şikayətçinin irəli sürdüyü "cərimənin və cərimə ballarının silinməsi", "dəbbə pulunun silinməsi", "inzibati orqanın hərəkətsizliyinin nəzərə alınması" kimi tələblər məhkəmənin həmin icraat çərçivəsində həll etdiyi mübahisənin predmetini əks etdirmir. Cərimənin və cərimə balının hüquqi qüvvəsini itirməsi yalnız inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinin hüquqi nəticəsi kimi mümkündür və ayrıca müstəqil tələb kimi irəli sürülməsi prosessual baxımdan düzgün deyildir. Eyni zamanda, inzibati orqanın hərəkətsizliyinə dair iddialar inzibati tənbeh vermə haqqında qərardan verilən şikayət üzrə araşdırmanın predmetinə daxil olmayıb, qanunvericilikdə nəzərdə tutulduğu hallarda ayrıca mübahisə predmeti kimi müvafiq qaydada irəli sürülə bilər. Beləliklə, Qərardan şikayət verən orqan (şəxs) şikayətinin nəticə hissəsində irəli sürdüyü tələblər məhkəmənin bu kateqoriyadan olan işlər üzrə araşdırma predmetinə və səlahiyyətlərinə uyğun gəlməmiş, şikayətin predmetini və tələbin mahiyyətini konkret, aydın və hüquqi cəhətdən düzgün müəyyən etməmişdir. Bu səbəbdən birinci instansiya məhkəməsinin şikayətin forma və məzmununda mövcud olan həmin çatışmazlıqları göstərərək onların aradan qaldırılmasını tələb etməsi prosessual qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Bundan başqa, müəyyən olunur ki, Qərardan şikayət verən orqan (şəxs) eyni ərizədə həm inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini, həm də həmin qərardan şikayət vermək üçün buraxılmış prosessual müddətin bərpasını xahiş etmişdir. Halbuki, prosessual müddətin bərpası barədə müraciət mahiyyət etibarilə əsas şikayətdən fərqli olan, məhkəmənin ilk növbədə həll etməli olduğu ayrıca prosessual məsələdir. Müddətin bərpası barədə məsələ müsbət həll edilmədiyi halda, məhkəmənin şikayətin mahiyyəti üzrə araşdırma aparması prosessual baxımdan mümkün olmur. Bu səbəbdən, şikayət vermək üçün buraxılmış müddətin bərpası barədə tələb əsas şikayətin tərkib hissəsi kimi deyil, ayrıca vəsatət şəklində irəli sürülməli, vəsatətdə müddətin buraxılmasının səbəbləri ətraflı göstərilməli və həmin səbəblərin üzrlü olmasını təsdiq edən sübutlar təqdim edilməlidir. Eyni ərizədə həm inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə tələbin, həm də prosessual müddətin bərpası barədə vəsatətin qarışdırılması məhkəmənin baxmalı olduğu prosessual məsələlərin ardıcıllığını pozur və müraciətin forma və məzmununa dair qanunvericiliyin tələblərinə uyğun hesab edilə bilməz. Çünki müddətin bərpası məsələsi həll edilmədən şikayətin mahiyyəti üzrə araşdırma aparılması mümkün deyildir. Beləliklə, Qərardan şikayət verən orqan (şəxs) prosessual müddətin bərpası barədə ayrıca vəsatət təqdim etməməsi və həmin tələbi şikayətin nəticə hissəsində əsas tələblə birlikdə irəli sürməsi şikayətin forma və məzmununda aradan qaldırılmalı olan çatışmazlıq olmuşdur. Belə ki, İXM-in 130.2-ci maddəsin qeyd edilir ki, bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Birinci instansiya məhkəməsi yuxarıda sadalanan nöqsanları müəyyən edərək onları ərizəçiyə izah etmiş, çatışmazlıqların aradan qaldırılması imkanını göstərmiş və yalnız prosessual tələblərə əməl edilmədiyi üçün şikayəti geri qaytarmışdır. Məhkəmə şikayətin mahiyyəti üzrə hüquqi mövqe bildirməmiş, ərizəçinin məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmamış, əksinə, qanunvericiliyin tələblərinə uyğun şəkildə yenidən müraciət etmək imkanını saxlamışdır. Buna görə də şikayətin geri qaytarılması şəxsin məhkəmə müdafiəsi hüququnun pozulması kimi qiymətləndirilə bilməz. Beləliklə, işin müəyyən edilmiş halları və prosessual qanunvericiliyin tələbləri birinci instansiya məhkəməsinin şikayətin geri qaytarılması barədə qərardadının, eləcə də həmin qərardaddan verilmiş apellyasiya şikayətinin icraata götürülməsindən imtina edilməsi barədə qanuni və əsaslı qənaətə gəlməyə əsas verir. Həmçinin Qərardan şikayət verən orqan (şəxs) izah edilməlidir ki, o, bu qərardadın, eləcə də birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadının təsviriəsaslandırıcı hissələrində göstərilən nöqsanları aradan qaldırmaqla, inzibati tənbeh vermə haqqında qərardan verilən şikayəti qanunvericiliyin tələblərinə uyğun formada ayrıca tərtib etməyə, habelə şikayət vermək üçün buraxılmış prosessual müddətin bərpası barədə əsaslandırılmış və müvafiq sübutlarla təsdiq edilmiş ayrıca vəsatət təqdim etməyə və həmin sənədlərlə yenidən birinci instansiya məhkəməsinə müraciət etməyə haqlıdır. Odur ki, şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDIM: Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Cəbrayıl Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadından verilmiş apellyasiya şikayəti icraata qəbul edilmədən inzibati xəta haqqında iş üzrə icraat materialları birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardan şikayət verən orqan (şəxs) bu qərardadın, eləcə də birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadının “təsviri-əsaslandırıcı” hissələrində sadalanan nöqsanların aradan qaldırılmaqla yenidən birinci instansiya məhkəməsinə müraciət etmək hüququnun olması izah edilsin. Qərardad qəbul edildikdən dərhal sonra qanuni quvvəyə minir. Qərardaddan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-9)-376/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-9)-376/2026
06.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver