Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-377/2026 23.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Cinayət Kollegiyasının hakimi Əliyev Əli Abdulla oğlunun sədrliyi, Zeynallı Aslan İsmayıl oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi Manafov Hüseyn İlqar oğlunun iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM-in) 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsinə dair Cəbrayıl Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində İXM-in 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi haqqında Azərbaycan Respublikası Mərkəzi Bankının Hüquq və təşkilati işlər departamentinin İnzibati icraat və məhkəmə işləri şöbəsinin hüquq məsləhətçisi Nümayəndə tərəfindən ## ##### 2026cı il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Cəbrayıl Rayon Məhkəməsinə göndərilmişdir. Cəbrayıl Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarına əsasən hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati xətanın bilavasitə obyekti olmuş 16.550 (on altı min beş yüz əlli) ABŞ dolları valyuta vəsaiti məbləğinin 20 faizi həcmində, yəni 3.310 (üç min üç yüz on) ABŞ dolları məbləğində (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manat məzənnəsi ilə) inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə qərarından narazı qalan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC Cəbrayıl Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: Hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC şikayətini onunla əsaslandırmışdır ki, ##.##.2024-cü il tarixdə Belarus Respublikasının Mogilev vilayətində qeydiyyatda olan “xxxx” şirkəti ilə taxta-lövhə materiallarının idxalına dair **/****-*** nömrəli alqı-satqı müqaviləsi bağlamış, müqavilə üzrə avans ödənişi kimi 16.550 ABŞ dolları məbləğində vəsaiti xaricə köçürmüşdür. Şikayətə görə həmin müqavilə üzrə mallar faktiki olaraq idxal edilmiş, ************** nömrəli yük gömrük bəyannaməsi ##.##.2024-cü il tarixdə X2 rəsmiləşdirilmiş, gömrük rüsumları ödənilmiş və bəyannamə xidmət bankı olan “xxxx” ASCyə təqdim edilmişdir. Hüquqi şəxs hesab edir ki, bəyannamənin 44-cü qrafasında müqavilə nömrəsinin 02/9477-039 əvəzinə 02/9506-050 kimi göstərilməsi yalnız texniki yazı xətasıdır və bu xəta malın faktiki idxal edilməsi halını aradan qaldırmır. Şikayətdə həmçinin qeyd edilmişdir ki, maddənin tətbiqi üçün avans ödənişi, müəyyən müddətin keçməsi və həmin müddətdə malın idxal edilməməsi və ya vəsaitin geri qaytarılmaması halları birlikdə mövcud olmalıdır; hazırkı işdə isə mallar idxal edildiyindən inzibati xəta tərkibi yaranmamışdır. Bu əsaslarla Cəbrayıl Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi Manafov Hüseyn İlqar oğlu apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin olunmasını, Cəbrayıl Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqan Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Səlahiyyətli orqanın nümayəndəsi Nümayəndə məhkəməyə yazılı müraciət ünvanlayaraq şikayətə etiraz etdiyini, 01241000207888 sorğu nömrəli yük gömrük bəyannaməsində yalnız müqavilə nömrəsinin deyil, həm də müqavilə tarixinin və invoys məlumatlarının avans ödənişinin aparıldığı müqavilə və iş materiallarında olan invoyslarla uyğun gəlmədiyini bildirmiş, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə İXM-in 133.2.4-cü maddəsinə əsasən səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan inzibati işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR: İXM-in 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinin mənasına görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə inzibati işin materiallarını, apellyasiya şikayətinin dəlillərini, məhkəmə iclasında verilmiş izahatları və tətbiq edilməli olan hüquq normalarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, aşağıda göstərilən əsaslara görə şikayət təmin edilməməli, Cəbrayıl Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC vergi ödəyicisi kimi qeydiyyatdadır, VÖEN-i **********-dir, hüquqi ünvanı Biləsuvar rayonu, ** saylı qəsəbə, təsisçisi və qanuni təmsilçisi Manafov Hüseyn İlqar oğludur. İşdə olan **/****-*** saylı, ## ###### 2024-cü il tarixli təchizat/çatdırılma müqaviləsinin surətindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC ilə “xxxx” şirkəti arasında ümumi dəyəri 36.550 ABŞ dolları olan malların alınmasına dair müqavilə bağlanmışdır. CIBFPU********* saylı, ## #### 2024-cü il tarixli ödəniş/köçürmə tapşırığından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən **/****-*** saylı, ## ###### 2024-cü il tarixli müqavilənin icrası ilə bağlı “xxxx” ASC vasitəsilə 16.550 ABŞ dolları məbləğində vəsait qabaqcadan ödəniş kimi Azərbaycan Respublikasından kənara köçürülmüşdür. “xxxx” ASC-nin ## #### 2026-cı il tarixli, KB-**/*-**/**** saylı məktubundan görünür ki, ## #### 2024-cü il tarixli qabaqcadan ödəniş əməliyyatı üzrə 2 il müddət keçməsinə baxmayaraq 16.550 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən sənədlər banka təqdim edilməmiş və qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. ## ##### 2026-cı il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokolda da həmin hallar göstərilərək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin 16.550 ABŞ dolları məbləğində valyuta vəsaitini ## #### 2024-cü il tarixdə qabaqcadan ödəniş kimi xaricə köçürdüyü, lakin müəyyən edilmiş müddətdə idxalı təsdiq edən sənədləri banka təqdim etmədiyi və vəsaitin geri qaytarılmadığı qeyd edilmişdir. İXM-in 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək, hüquqi şəxslər isə inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin ## ###### 2016-cı il tarixli, **/* nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd banka təqdim edilir; qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını və ya xidmətlərin göstərilməsini təsdiq edən sənəd müəyyən edilmiş müddətdə banka təqdim edilməli, yaxud qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Həmin qaydanın məzmununa görə müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda, habelə idxal edilməyən malların və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 ABŞ dolları ekvivalentindən çox olduqda bank qabaqcadan ödəniş əməliyyatına dair sənədləri Protokolu tərtib edən orqan təqdim edir. Bu normaların birlikdə təhlilindən görünür ki, İXM-in 430.4-cü maddəsi üzrə hüquqi məsuliyyətin yaranması üçün həlledici məsələ konkret avans ödənişi üzrə valyuta vəsaitinin taleyinin müəyyən edilmiş müddətdə bank qarşısında təsdiqlənməsidir. Yəni rezident ya həmin ödəniş müqabilində malların idxal edildiyini və ya xidmətlərin göstərildiyini sənədlərlə təsdiq etməli, ya da istifadə olunmamış valyuta vəsaitinin geri qaytarıldığını göstərməlidir. Hazırkı işdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin ## #### 2024-cü il tarixdə 16.550 ABŞ dolları məbləğində vəsaiti avans qaydasında xaricə köçürdüyü mübahisəsizdir. Mübahisə həmin vəsaitin müqabilində malların idxalının 2 il müddətində banka lazımi qaydada təsdiq edilib-edilməməsi və ya valyuta vəsaitinin geri qaytarılıb-qaytarılmaması ilə bağlıdır. Şikayətdə istinad edilən ************** nömrəli yük gömrük bəyannaməsi bu iş üzrə inzibati xəta tərkibini aradan qaldıran sübut kimi qəbul edilə bilməz. Çünki həmin bəyannamənin 44-cü qrafasında göstərilmiş müqavilə nömrəsi və müqavilə tarixi avans ödənişinin aparıldığı **/****-*** saylı, ## ###### 2024-cü il tarixli müqavilənin rekvizitləri ilə uyğun gəlmir. Bununla yanaşı, səlahiyyətli orqan tərəfindən bildirilmişdir ki, bəyannamədə göstərilən invoys məlumatları da iş materiallarında olan invoys məlumatları ilə eyniləşmir. Bu hallar birlikdə qiymətləndirildikdə, söhbət yalnız bir rəqəmin texniki səhv yazılmasından deyil, ödəniş sənədləri ilə idxalı təsdiq edən sənədlər arasında konkret avans əməliyyatını eyniləşdirməyə mane olan mühüm rekvizit uyğunsuzluqlarından gedir. Hüquqi şəxsin nümayəndəsi apellyasiya baxışı zamanı öz təşəbbüsü ilə məhkəməyə əlyazma formasında hesablaşma sənədləri təqdim etmişdir. Həmin sənədlərin məzmunundan görünür ki, qarşı tərəfə ümumilikdə 36.550 ABŞ dolları məbləğində vəsait göndərilmiş, bunun müqabilində 18.159 ABŞ dolları dəyərində mal təqdim edilmiş və 18.391 ABŞ dolları məbləğində borc qalığı göstərilmişdir. Bu rəqəmlər hüquqi şəxsin şikayətdə irəli sürdüyü “16.550 ABŞ dolları məbləğində avans ödənişinin tam həcmdə malla qarşılanması” barədə mövqeyini təsdiq etmir. Əksinə, təqdim edilmiş sənədlərdən göndərilmiş vəsaitin əhəmiyyətli hissəsinin malla qarşılanmadığı, qalıq borcun isə inzibati icraatın predmetini təşkil edən avans ödənişinin məbləğindən artıq olduğu görünür. Bundan əlavə, hüquqi şəxsin nümayəndəsi məhkəmə iclasında izahat verərək bildirmişdir ki, xarici şirkət avans qaydasında ödənilmiş pul vəsaitinin bir hissəsini tərəflər arasında mövcud olan başqa müqavilə üzrə yaranmış borcun əvəzləşdirilməsinə yönəltmişdir. Bu izahatın özü də mübahisə predmeti olan avans ödənişinin həmin müqavilə üzrə tam həcmdə malların idxalı ilə təmin edilmədiyini göstərir. Məhkəmə qeyd edir ki, valyuta nəzarətinin mahiyyəti konkret xarici iqtisadi müqavilə əsasında ölkədən çıxarılan valyuta vəsaitinin taleyinin məhz həmin müqavilə və həmin ödəniş əməliyyatı çərçivəsində izlənilməsindən ibarətdir. Sonradan tərəflərin öz aralarında həmin vəsaiti başqa müqavilələr üzrə hesablaşmalara aid etməsi və ya borcların əvəzləşdirilməsi rezidentin Qaydaların 4.3.1.3-cü yarımbəndindən irəli gələn öhdəliyini aradan qaldırmır. Şikayətdə göstərilən “gömrük bəyannaməsindəki uyğunsuzluğun yalnız texniki tərtibat xətası olması” barədə dəlil də qərarın ləğvi üçün əsas yaratmır. Əgər idxal həqiqətən avans ödənişinin aparıldığı müqavilə üzrə həyata keçirilmişdirsə, rezident həmin eyniləşdirməni təsdiq edən düzgün rekvizitli gömrük sənədlərini, düzəliş edilmiş bəyannaməni və ya digər mötəbər sənədləri banka və məhkəməyə təqdim etməli idi. Lakin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyası məhkəməsinə **/****-*** saylı, ## ###### 2024cü il tarixli müqavilə üzrə 16.550 ABŞ dolları məbləğində avans ödənişinin tam həcmdə malların idxalı ilə bağlandığını və bu halın müəyyən edilmiş müddətdə banka təqdim edildiyini təsdiq edən mötəbər sənəd təqdim etməmişdir. Apellyasiya baxışında hüquqi şəxsin nümayəndəsi iştirak etmiş, şikayətin dəlillərini müdafiə etmiş, əlavə sənədlər təqdim etmiş və izahat vermişdir. Lakin bu dəlillər birinci instansiya məhkəməsinin gəldiyi nəticəni təkzib etməmişdir. İXM-in 76.1 və 84.1-ci maddələrinə əsasən hakim inzibati xətanın olub-olmamasını və iş üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün sübutları işin bütün hallarının məcmusu üzrə, tam və obyektiv araşdırmaya əsaslanan daxili inamı ilə qiymətləndirir. Protokol, bankın məlumatı, ödəniş sənədi, müqavilə, gömrük bəyannaməsinin rekvizitləri, səlahiyyətli orqanın yazılı etirazı, habelə hüquqi şəxsin nümayəndəsinin təqdim etdiyi hesablaşma sənədləri və izahatı birlikdə qiymətləndirildikdə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə nəticə əsaslıdır. İXM-in 3-cü maddəsinə əsasən yalnız inzibati xəta tərkibinin bütün əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 7.3-cü maddəsinə görə hüquqi şəxslər təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyət daşıyırlar. Beləliklə, iş üzrə toplanmış sübutlar Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən 16.550 ABŞ dolları məbləğində avans ödənişi üzrə müəyyən edilmiş 2 il müddətində malların idxalını təsdiq edən sənədlərin banka təqdim edilmədiyini və həmin valyuta vəsaitinin xaricdən geri qaytarılmadığını təsdiq edir. Buna görə də İXM-in 430.4-cü maddəsinin tərkib əlamətləri hazırkı iş üzrə mövcuddur. Tətbiq edilmiş inzibati cərimə də İXM-in 430.4-cü maddəsinin sanksiyası daxilindədir. Hüquqi şəxsə inzibati xətanın obyekti olmuş 16.550 ABŞ dolları məbləğində valyuta vəsaitinin 20 faizi həcmində, yəni sanksiyanın aşağı həddində cərimə təyin edilmişdir. Odur ki, apellyasiya şikayətinin dəlilləri Cəbrayıl Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün hüquqi əsas yaratmır. İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Qeyd olunanlara əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən verilmiş şikayət təmin edilməməli, Cəbrayıl Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanları və İXM-in 128, 133.2.8, 134.1.1, 430.4, 76.1 və 84.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Cəbrayıl Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-9)-377/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-377/2026
23.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver