AzərbaycanRespublikasıadından Qərar Şirvanşəhəri İş№3(3-9)-378/2026 17.07.2026 ŞIRVANAPELLYASIYAMƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası – hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, GülüşovİsmayılCəbrayıloğlununkatibliyiilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqındaicraataparılanşəxsiştirakıilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 227-ci maddələri ilə başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilməsinə dair Sabirabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindənverilmişapellyasiya şikayətinəaçıqməhkəməiclasındabaxaraq, MÜƏYYƏN ETDİ: Sabirabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarıilə(sədrlikedənhakimX1) X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 227-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin həmin maddələrlə təqsirli olması sübuta yetirilmədiyindənARİXM-in 53.2-cimaddəsinəəsasənxitamverilmişdir. İŞİN HALLARI: Sabirabad Rayon Polis Şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında ## #### 2026-cı il tarixli, MN ******* saylı protokola əsasən Barəsində inzibati xəta haqqında icraat aparılanşəxs#####2026-cıiltarixdəSabirabadşəhərindənalayiqifadələrişlətmişdir. Sabirabad Rayon Polis Şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında ## #### 2026-cı il tarixli, MN ******* saylı protokola əsasən Barəsində inzibati xəta haqqında icraat aparılanşəxsX2400manatpulunumənimsəmişdir. Hər iki inzibati xəta haqqında protokolu bir icraatda birləşdirməklə baxan Sabirabad RayonMəhkəməsiyuxarıdaqeydedilənnəticəyəgəlmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs apellyasiya şikayəti verərək, Sabirabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və işin yenidən araşdırma aparılmasıüçünaidiyyətiüzrəgöndərilməsinixahişetmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sabirabad Rayon Məhkəməsinin hakimi Cavid Cəfərovun sədrliyi ilə baxılmış iş üzrə qəbul edilmiş qərarla Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci və 510.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair iş üzrə icraataonuntəqsirininsübutayetirilməməsiəsasıiləxitamverilmişdir Hesab edir ki, həmin qərar işin faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmaması nəticəsində qəbul edilmiş, mövcud sübutlara natamam hüquqi qiymət verilmişvənəticədəişüzrəvaxtındanəvvəlnəticəyəgəlinmişdir. İş materiallarından görünür ki, o hüquq-mühafizə orqanlarına müraciət edərək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iki dəfə olmaqla hər dəfə 400 manat, ümumilikdə isə 800 manat məbləğində pul vəsaiti verdiyini bildirmişdir. Həmin pul vəsaiti onun pensiya hüquqlarının müdafiəsi və aidiyyəti məhkəmə prosesləri ilə bağlı ona köməklik göstərilməsiməqsədiləverilmişdir. Onun izahatlarından da göründüyü kimi, verilmiş pul vəsaitinin ümumi məbləği 800 manat olmuşdur. Lakin aparılmış araşdırma zamanı bu mühüm hal tam və hərtərəfli araşdırılmamış, iş materiallarında və inzibati xəta haqqında protokolda pul vəsaitinin məbləği müxtəlif şəkildə göstərilmişdir. Belə ki, mənimsənildiyini bildirdiyi məbləğ 800 manat olduğu halda, inzibati xəta haqqında protokolda 400 manat məbləğində mənimsəmə qeyd edilmişdir. Birinci instansiya məhkəməsi də qərarında həmin ziddiyyəti göstərmişdir. Lakin hesab edir ki, həmin ziddiyyət iş üzrə icraata xitam verilməsi üçün deyil, əksinə, əlavə araşdırmanın aparılması üçün əsas olmalı idi. Məhkəmə tərəfindən ziddiyyətin səbəbləri tam araşdırılmadan, həmin uyğunsuzluğun aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülmədənişüzrəicraataxitamverilmişdir. Qərarda göstərilir ki, təhqiqat materiallarında və inzibati xəta haqqında protokolda müəyyən uyğunsuzluqlar mövcuddur. Lakin həmin uyğunsuzluqların mövcudluğu iş üzrə həqiqətin müəyyən edilməsinə yönəlmiş əlavə araşdırmaların aparılmasını tələb etdiyi halda,buhallaryekunolaraqicraataxitamverilməsiüçünəsaskimiqəbuledilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsi hüququ təmin edilir. Hüquqi dövlət prinsipinin əsas tələblərindən biri iş üzrə bütün halların tam, obyektiv və hərtərəfli araşdırılmasıdır. Məhkəmə araşdırmasının məqsədi yalnız mövcud sənədlərin formal qiymətləndirilməsi deyil, həm də obyektivhəqiqətinmüəyyənedilməsidir. Hesab edir ki, iş üzrə əlavə araşdırmalar aparılmalı, hadisənin bütün halları dəqiqləşdirilməli, zərərin məbləği ilə bağlı ziddiyyətlərin səbəbləri müəyyən edilməli, mövcud materiallaryenidənqiymətləndirilməlivəbundansonraqanuniqərarqəbuledilməlidir. PROSESSUAL MƏSƏLƏLƏR: Apellyasiya məhkəmə iclasında: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsininqərarınınqüvvədəsaxlanılmasınıxahişetmişdir. Məhkəmə tərəfindən iclasın vaxtı və yeri barədə zərəçəkmiş şəxs və səlahiyyətli orqana məlumat verilsə də, tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədəməhkəməyəməlumatverməmişlər. Apellyasiya məhkəməsi qeyd olunan şəxslərin iştirakları olmadan məhkəmə iclasının keçirilməsinimümkünhesabetmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası İXM-in 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığıişüzrəolanvəəlavətəqdimolunmuşmateriallarəsasındayoxlanılır. Şikayətin dəlillərini işin materialları üzrə tədqiq edərək, apellyasiya məhkəməsi hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmalı, iş üzrə Sabirabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ləğv olunmalı, iş üzrə yenidən araşdırma aparılması səlahiyyətli orqana həvalə edilməlidir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən inzibatixətahaqqındatoplanmışmateriallarlayanaşıişinfaktikihallarınaəsaslanmışdır. Beləki,işmateriallarınaəlavəedilmiş: ## #### 2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ### 2026-cı il tarixdəSabirabadşəhərindənalayiqifadələrişlətmişdir. ## #### 2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X2 400 manat pulunu mənimsəmişdir. “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” ## #### 2026-cı il tarixli qərardan görünür ki, X2 müraciəti əsasında toplanmış və törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyat kitabında 1011 nömrə ilə qeydə alınaraq araşdırılmış material üzrə cinayət işi başlanmasının rədd edilməsi, X4 barəsində Azərbaycan Respublikası İXM-in 227ci və 510.1-ci maddələri ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti RPŞ-nin İTB-yə verilməsi, qərarın surətinin X2 göndərilməklə, ona qərarla razılaşmadıqları halda CPM-in 212.3-cü maddəsinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora və ya məhkəməyə şikayət etmək hüququ izah edilməsi qəraraalınmışdır. X4 iş materiallarına əlavə edilmiş izahatından görünür ki, o, özünü AR İXM-in 510.1 və 227-ci maddələri ilə təqsirli bilməyərək göstərmişdir ki, X2 hər hansı bir məbləğdə pul almamış,onutəhqiretməmişdir.Oktayınonunbarəsindədedikləriyalanvəböhtandır. Birinci instansiya məhkəməsində iştirak edən: İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Protokolu tərtib edən orqan-nin İTBnin polis sahə rəisi, R X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində qanunvericiliyin tələblərinəuyğuntədbirgörülməsinixahişetmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs özünü İXM-in 510.1 və 227-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilməyərək qeyd etmişdir ki, Zərərçəkmiş şəxs uzun illərdir ki, tanıyır, ədavəti və düşmənçiliyi yoxdur. Ötən ilin oktyabr ayında Oktay rayon mərkəzində ona yaxınlaşmış və söhbət əsnasında demişdir ki, onun təqaüdünü azaldıblar nə etməsini bilmir. Özü də ona izah etmişdir ki, bununla bağlı Şirvan İnzibati məhkəməsinə müraciət etmək lazımdır. Oktay ondan xahiş etmişdir ki, bununla bağlı köməklik etsin. O, da Oktayın adından Şirvan İnzibati Məhkəməsinə ərizə yazmış, Oktay imzaladıqdan sonra poçtla məhkəməyə yollamışdır. Təxminən 1 ay sonra Oktay gəlib demişdir ki, onu məhkəməyə çağırıblar və təyin edildiyi vaxtda ikisi də ora getməlidir. O, Oktayla bərabər prosesdə iştirak etmiş və hakim ona demişdir ki, “narahat olmayın iş barədə müsbət qərar çıxarılacaq” və bundan əlavə olaraq Oktayın iddiası ilə bağlı iki dəfə prosesdə iştirak etmiş, lakin hal hazıradək məhkəmə prosesi davam etdirilir. Oktayın adından ərizə yazıb müraciət etsə də, ondan heç bir məbləğdə, həmçinin 400 manat pul almamışdır. Oktay 151 manat Bakı şəhəri Nizami rayon, 151 manat isə Xətai rayon məhkəməsinə bank vasitəsi ilə rüsum köçürüb. O, Oktayı söyməmiş, təhqir etməmiş, onun yazdıqları yalandır. Xahiş edir ki, göstərilənhallarnəzərəalınsın. Zərərçəkmiş şəxs X5 (texniki səhv olaraq belə yazılıb, əslində isə X2) izahatında göstərmişdir ki, Muradəli adlı şəxsi uzun illərdir ki, tanıyır, ədavəti və düşmənçiliyi olmamışdır. 2006-cı ildən əmək xidməti ilə bağlı 987 manat təqaüd alır. 2025-ci ilin oktyabr ayından təqaüdü azaldılaraq 420 manata çatdırılmış və bunu da iş stajında iki ilinin düzgün hesablanmaması kimi əsaslandırılmışdır. O, bunun həlli üçün maraqlandıqda ona demişlər ki, Sabirabad rayon sakini Muradəli Əliyev adlı şəxs bu məsələnin həllində köməklik edə bilər. Ötən ilin oktyabr ayında Muradəli ilə H.Əliyev prospektində yerləşən “Bosfor” dönərxanasnda görüşmüş, olanları Muradəliyə izah etmişdir. O, da cavab olaraq, onun məsələsin yalnız məhkəmə yolu ilə həll edə bilər və bunun müqabilində 400 manat alacağını demişdir. O, etiraz etməmiş, ona oradaca 400 manat pul, habelə ƏSMM-dən daxil olan gələn məktubu, şəxsiyət vəsiqəsinin surətin təqdim etmişdir. Muradəli də ona söyləmişdir ki, məsələ ilə bağlı müvafiq sənədləşmə edib Şirvan İnzibati Məhkəməsinə yollayacaq. Bir qədər sonra onları Şirvan inzibati Məhkəməsinə dəvət etmişlər, orada ikisinin iştirakı ilə ilkin olaraq prosesə baxılmış, hakim bildirmiş ki, müvafiq sənədlərlə bağlı sorğular veriləcək, prosesə çağırılacaq və buna görə də çıxıb rayona gəlmişlər. Sonradan onun dələduz olmasını hamını aldatmasını eşitdikdə, ##.##.2026-cı il tarixdə gedib Muradəli ilə pulu verdiyi dönərxanada görüşmüş və pulu geri istədikdə Muradəli orada onu nalayiq söyüşlərlə söyüb təhqir etmiş, ona heç bi pul verməyəcəyini demişdir. ##.##.2026-cı il tarixdə RPŞ-nə ərizə yazaraq Muradəli tərəfindən aldadılaraq 800 manat pulumun alınmasını, təhqir olunmağı və pulunun ödənməsində köməklik edilməsini xahiş etmişdir. O, 800 manat pulu, hər dəfə 400 manat olmaqla təklikdə vermiş, görən olmayıb. Həmin vaxt dönərxanada adlarını bilmədiyi işçilərvəmüştərilərolubvəbaşverənlərionlargörüblər. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə aparılmış araşdırma zamanı işin həlli üçün əhəmiyyət kəsb edən bir sıra hallar müəyyən edilmiş, o cümlədən iş materiallarında mövcud olan ziddiyyətlərə hüquqi qiymət verilmişdir. Lakin apellyasiya məhkəməsi hesab edir ki, həmin ziddiyyətlərin mövcudluğu iş üzrə inzibati icraata xitam verilməsi üçün deyil, ilk növbədə işin faktiki hallarının tam və hərtərəfli müəyyənedilməsiməqsədiləəlavəaraşdırmanınaparılmasıüçünəsastəşkiletmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibatiməsuliyyətəcəlbolunabilər. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən şəxsin təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetirilmədikdə həmin şəxs təqsirsiz hesab edilir. Bununla yanaşı, həmin hüquqi norma şəxsin təqsirsizliyi prezumpsiyasını təmin etməklə yanaşı, inzibati xəta haqqında iş üzrə araşdırma aparan səlahiyyətli orqanın üzərinə iş üzrə bütün mühüm hallarıntam,obyektivvəhərtərəfliaraşdırılmasıvəzifəsiniqoyur. İş materiallarından görünür ki, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs hüquq-mühafizə orqanına etdiyi müraciətdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs pensiya məsələsinin həlli və məhkəmə qaydasında hüquqi köməklik göstərilməsi məqsədilə ümumilikdə 800 manat məbləğində pul vəsaiti verdiyini bildirmişdir. Eyni zamanda, onun izahatlarından görünür ki, həmin pul vəsaiti iki dəfə olmaqla, hər dəfə 400 manat məbləğində verilmiş, sonradan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ona qarşı öhdəliyini yerinə yetirmədiyini düşündüyündən pulun geri qaytarılmasını tələb etmiş, lakin həmin zamansonuncutərəfindənnalayiqifadələrlətəhqiredilmişdir. Lakin iş materiallarından müəyyən olunur ki, aparılmış ilkin araşdırma nəticəsində həmin hallar tam şəkildə yoxlanılmamış, zərərçəkmiş şəxsin göstərdiyi 800 manat məbləğində pul vəsaitinin hansı əsasla inzibati xəta haqqında protokolda 400 manat kimi göstərilməsi müəyyən edilməmişdir. Halbuki, həmin məsələ hazırkı iş üzrə mühüm əhəmiyyətdaşıyanhallardanbiridir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta üzrə əmlakın məbləği, həmin əmlakın əldə olunma üsulu və şəxsin hərəkətlərinin xarakteri inzibati məsuliyyət məsələsinin həlli baxımından mühüm hüquqiəhəmiyyətkəsbedir. Apellyasiya məhkəməsi qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən 800 manat və 400 manat məbləğləri arasında olan ziddiyyət düzgün müəyyən edilmişdir. Lakin həmin ziddiyyətin mövcudluğu özü-özlüyündə iş üzrə bütün halların araşdırılmasına ehtiyac olmadığı anlamına gəlmir. Əksinə, belə ziddiyyətlər iş üzrə həqiqi halların müəyyən edilməsi üçün əlavə araşdırmanın aparılmasını zəruri edir. Çünki inzibati xəta haqqında iş üzrə icraatın məqsədi yalnız mövcud sənədlərin formal qiymətləndirilməsi deyil, həm də həmin sənədlərdə əks olunan məlumatların həqiqiliyinin yoxlanılması və nəticədə əsaslandırılmış hüquqinəticəyəgəlinməsidir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə zərərçəkmiş şəxsin izahatları ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatları arasında ciddi ziddiyyətlər mövcuddur. Belə ki, Zərərçəkmiş şəxs pul vəsaitinin verildiyini, həmin pulun müəyyən məqsədlə alındığını və sonradan onun qaytarılmasından imtina edildiyini bildirdiyi halda, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ümumiyyətlə hər hansı pul vəsaiti almadığını, yalnız hüquqi xarakterli köməklik göstərdiyinivəonaqarşıirəlisürüləniddialarınəsassızolduğunugöstərmişdir. ##.##.2026-cı il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iki dəfəyə 800 manat verdiyini bildirsə də həmin qərar əsasında tərtib olunmuş ##.##.2026cı il tarixli, MN №******* inzibati xəta haqqında protokolda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Zərərçəkmiş şəxs 400 manat pulunu mənimsədiyi qeyd edilmişdir. Bundan başqa, ##.##.2026-cı il tarixli, MN №******* digər inzibati xəta haqqında protokolda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə Sabirabad şəhərində nalayiq ifadələr işlətməsi qeyd olunsa da konkret hansı şəxsin ünvanına işlədilməsi qeyd olunmamışdır. Halbuki İXM-in 100.5-ci maddəsinə görə, nömrələnmiş blankda tərtib edilmiş inzibati xətahaqqındaprotokoldaaşağıdakılargöstərilir: 100.5.4.inzibatixətanıntörədildiyiyer,vaxtvəbuxətanınmahiyyəti. Bununla yanaşı, zərərçəkmiş şəxs məhkəmə iclasında göstərilən hadisənin Sabirabad şəhərində yerləşən “Bosfor” dönərxanasında baş verdiyi bildirilmişdir. Lakin iş materiallarından, o cümlədən qeyd olunan inzibati xəta haqqında protokollardan həmin ərazidə olan şəxslərin müəyyən edilməsi, hadisəni görmüş şəxslərin izahatlarının alınması, həmin şəxslərin izahatlarının iş üzrə qiymətləndirilməsi istiqamətində tam araşdırma aparıldığı görünmür. Halbuki, belə şəxslərin mövcudluğu müəyyən edildiyi halda onların izahatları həm pul vəsaitinin verilməsi faktının, həm də zərərçəkmiş şəxsin iddia etdiyi təhqir hadisəsinin müəyyən edilməsi üçün mühüm sübut əhəmiyyətidaşıyabilər. İXM-in 100.5.6-ci maddəsinin tələbinə görə, olduğu halda şahidlərin və zərərçəkmiş fiziki şəxslərin soyadı, adı, atasının adı və onların yaşadığı və olduğu yerin ünvanı barədə məlumatlardainzibatixətahaqqındaprotokoldagöstərilir. Bundan başqa, zərərçəkmiş şəxs tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs pensiya məsələsinin həlli ilə bağlı sənədlərin təqdim edildiyi, sonuncunun həmin sənədlər əsasında müəyyən hərəkətlər etdiyi bildirilmişdir. Bu baxımdan həmin sənədlərin mövcudluğu, tərəflər arasında hər hansı razılaşmanın olub-olmaması, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həqiqətən məhkəmə orqanlarına müraciət edibetməməsi, bu istiqamətdə hansı hərəkətləri həyata keçirməsi də iş üzrə əhəmiyyətli hallardanhesabedilməlidir. Göründüyü kimi, bir halda MN № ******* inzibati xəta haqqında protokol düzgün tərtib olunmamış, digər halda isə MN № ******* protokol natamam olmuşdur. Belə olan halda, birinci instansiya məhkəməsi İXM-in 109.1.6-cı maddəsinin tələbinə əsasən inzibati xəta haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş səlahiyyətli orqana geri qaytarılması haqqında qərardad qəbul etmək əvəzinə icraata qəbul etməklə bir icraatda birləşdirərəkmahiyyətiüzrəbaxmışdır. Apellyasiya məhkəməsi qeyd edir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar işə baxılmasının əsas sübut bazasını təşkil edir. Bu sənədlər qanunun tələblərinə uyğun tərtib edilmədikdə, yaxud təqdim edilmiş materiallar natamam olduqda və həmin çatışmazlıqlar işə baxılması zamanı aradan qaldırıla bilmədikdə, iş üzrə obyektiv, hərtərəflivəqanuniqərarınqəbuledilməsimümkünolmur. Belə hallarda protokolun və digər sənədlərin onları tərtib etmiş orqana və ya vəzifəli şəxsəgeriqaytarılmasıaşağıdakıməqsədlərəxidmətedir: Qanunçuluq prinsipinin təmin edilməsi – iş yalnız qanunvericiliyin tələblərinə uyğunhazırlanmışmateriallarəsasındaaraşdırılır. Obyektiv həqiqətin müəyyən edilməsi – bütün əhəmiyyətli hallar tam və düzgün sənədləşdirildikdənsonraqiymətləndirilir. Şəxsin müdafiə hüququnun qorunması – natamam və ya qüsurlu materiallar əsasındaşəxsinməsuliyyətəcəlbedilməsininqarşısıalınır. Prosessual pozuntuların aradan qaldırılması – protokolun məzmununda, sübutlarda və ya digər prosessual sənədlərdə olan çatışmazlıqlar onları tərtib etmiş orqantərəfindənqanununtələblərinəuyğunşəkildədüzəldilir. Ədalətli qərarın qəbul edilməsinin təmin edilməsi – məhkəmə və ya işə baxan səlahiyyətli orqan sübut toplamaq və ya protokolu yenidən tərtib etmək funksiyasını həyata keçirmir; bu vəzifə inzibati xəta haqqında protokolu tərtib edən orqanın səlahiyyətinə daxildir. Buna görə də, aradan qaldırılması mümkün olmayan qüsurlar aşkar edildikdə materialların geri qaytarılması prosessual funksiyaların bölgüsünə uyğunhesabedilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla,buMəcəlləiləmüəyyənedilmişdigərprotokollarlamüəyyənedilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu ##.##.2021-ci il tarixli Qərarında qeyd etmişdir ki, “inzibati xəta haqqında protokol inzibati xəta haqqında işin həlli üçün zəruri olan məlumatları (iş üzrə icraatın iştirakçılarının izahatları və ifadələri, həmçinin təmin tədbirləri barədə məlumatlar da daxil olmaqla) əks etdirən sənəd olaraq inzibati-delikt prosesi üçün sübut əhəmiyyətinə malikdir. Səlahiyyətli orqan (vəzifəli şəxs) və ya hakim şəxs barəsində inzibati tənbehi inzibati xəta haqqında işin həlli üçün bütün zəruri məlumatları özündə əks etdirən protokol əsasında tətbiq edir. İnzibati Xətalar Məcəlləsində inzibati xəta haqqında protokol ciddi hesabat sənədi kimi müəyyən edilərək tərtib olunmasının qaydası, müddəti, əks etdirməli olduğu məlumatlar dəqiq göstərilmişdir. İnzibati xəta haqqında protokola baxaraq iş üzrə qərar qəbul edən məhkəmə bu protokolu İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq qiymətləndirir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı hakimin və ya səlahiyyətli şəxsin həll etməli olduğu məsələlərin dairəsini müəyyən edən 106.0.3-cü maddəsinə müvafiq olaraq, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsiniyoxlayır. Odur ki, apellyasiya məhkəməsi yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan təmin edilməli, Sabirabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli işin icraata qəbul edilməsi haqqında qərardadı və ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ləğv olunmalı, inzibati xəta haqqında iş üzrə yenidən araşdırma aparılması səlahiyyətliorqanahəvaləedilməlidir. AzərbaycanRespublikasıİXM-in: 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətliorqana(vəzifəlişəxsə)göndərilməsihaqqında; 135.1.İnzibati xəta haqqında iş üzrəqərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslaraşağıdakılardır: 135.1.1.hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin)gəldiyi nəticələr üzrə mühüm əhəmiyyətkəsbedənbütünfaktikihallarınaraşdırılmaması; 135.1.6.bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektivaraşdırılmasınamaneətörədəcəkdərəcədəpozulması. Odur ki, apellyasiya məhkəməsi qeyd olunanlara əsaslanaraq və Azərbaycan RespublikasıİXM-in133,134və136-cımaddələrinirəhbərtutaraq, QƏRARA ALDI: Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Sabirabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli işin icraata qəbul edilməsi haqqında qərardadı və ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarıləğvedilsin. Qərarın təsviri-əsaslandırıcı hissəsində sadalanan məsələlər müzakirə edilməklə iş üzrə yenidən araşdırma aparılması səlahiyyətli orqan - Sabirabad Rayon Polis Şöbəsinə həvalə edilsin və bu məqsədlə inzibati xəta haqqında iş üzrə icraat materialları həmin səlahiyyətli orqana qaytarılması üçün Sabirabad Rayon Məhkəməsinə işin icraata götürülməsimərhələsinəqaytarılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardanşikayətvəyaprotestveriləbilməz. Hakim: Yaşar Həşimov
Məhkəmə qərarları › İş №3(3-9)-378/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-378/2026
17.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver