Məhkəmə qərarları › İş №3(3-9)-379/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-379/2026

17.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-379/2026 17.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən hakim Bəhmənov Habil Xanoğlan oğlunun, məhkəmə iclasının katibi X1, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə, ##.##.1938-ci ildə Sabirabad rayonu Məmişlər kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Sabirabad rayonu Məmişlər kəndində qeydiyaytda olan və orada yaşayan; Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə cərimə edilməsinə dair Sabirabad Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından barəsində inzibati xəta haqqında qərar verilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Sabirabad Rayon Polis Şöbəsinin R X2 tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə ## ### 2026-cı il tarixli, İXP ******* saylı protokol tərtib edilmişdir. İnzibati xəta haqqında ## ### 2026-cı il tarixli, İXP ******* saylı protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə saat 14:30- da Sabirabad rayonu Kürkəndi kəndində bir baş iribuynuzlu heyvanı yolda nəzarətsiz qoymuş, nəticədə iribuynuzlu heyvan Zərərçəkmiş şəxs idarə etdiyi “Hyundai Grandeur” minik markalı **-RT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan güzgüsünə buynuzu ilə vurmuş və Zərərçəkmiş şəxs avtomobilinə maddi ziyan dəymişdir. Sabirabad Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 100 (yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Qərardan narazı qalan barəsində inzibati xəta haqqında qərar verilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti vermişdir. Şikayəti onunla əsaslandırmışdır ki, Sabirabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(5-151)-994/2026 säylı qərarından narazıdır. Belə ki, o Sabirabad rayonunun Məmişlər kəndində yaşayır. Yaşlı qadın olmaqla latın qrafikası ilə yazıb poza bilmir. Kənd təsərrüfatı ilə məşğul olur və təsərrüfatında iri buynuzlu (camış) heyvanları var. Lakin onun heyvanlarım Sabirabad rayonunun Kürkəndi kənd ərazisində yox öz kəndlərində otlaq sahələrində otlayırlar. Kürkəndi kəndindədə iri buynuzlu (camış) heyvan saxlayanlar var. Protokolu tərtib edən orqan-dən bizə gələrək guya ki, onun heyvanı Sahil adlı şəxsin avtomobilinə dəyərək zərər vurmuşdu, onu təksib etmiş və hər hansı izahata qol çəkməmişdir. Sonra ona məlum oldu ki, Sabirabad Rayon Məhkəməsi məni 100 manat cərimə cəzası ilə cəzalandırıb. Onun heyvanı tərəfindən zərərçəkmiş şəxsə ziyan vurulmayıb, bunu subut edən hər hansı bir görüntü yoxdur. Sadəcə olaraq heyvan saxladığı üçün onu günahlandırırlar. Kürkəndi kəndində də camış saxlayan var. Odur ki, Sabirabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(5-151)- ***/**** saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasında zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, bildirdi ki, maşının güzgüsünün qiymətini zəng vurub soruşmuş və 220 manat müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ziyanın yarısını ödəsə qalanını özüm qoyacaq. Odur ki, Sabirabad Rayon Məhkəməsinin ##.##.2026cı il tarixli, *(*-***)-***/**** saylı qərarının dəyişdirilmədən saxlanılması xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətinin dəlillərini müdafiə edərək Sabirabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(5-151)- ***/**** saylı qərarının ləğv edilməsini və icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş Sabirabad Rayon Polis Şöbəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. İşin hallarına əsasən məhkəmə şikayətə səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İXM-nin 128.1 və 133.2.8-ci maddələrinə əsasən “Barəsində qərar çıxarılmış şəxs, .... zərər çəkmiş şəxs, .... inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər”, “inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır”. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətində hakimin gəldiyi nəticənin işin faktiki hallarına uyğun olmamasını iddia edərək, şikayətini İnzibati Xətalar Məcəlləsinin 134.1.4. və 135.1.5-1-ci maddələrində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Həmin Məcəllənin 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati xəta haqqında ## ### 2026-cı il tarixli, İXP ******* saylı protokolda qeyd olunanlara əsasən, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə saat 14:30-da Sabirabad rayonu Kürkəndi kəndində bir baş iribuynuzlu heyvanı yolda nəzarətsiz qoymuş, nəticədə iribuynuzlu heyvan Zərərçəkmiş şəxs idarə etdiyi “Hyundai Grandeur” minik markalı **-RT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan güzgüsünə buynuzu ilə vurmuş və Zərərçəkmiş şəxs avtomobilinə maddi ziyan dəymişdir. Lakin iş materaiallarında qəzaya səbəb olan camışların məhz Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs aid olması haqqında heç bir sübut yoxdur. Materiallardan görünür ki, Sabirabad rayon polis şöbəsinə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs adından izahat yazılmıdır. Həmin izahata nəzər yetirildikdə aşkar müəyyən olunur ki, nə xətt, nə də ki, imza nümunəsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məxsusdur. Bu hal onu göstərir ki, sübutlar qeyri-qanuni yolla əldə olunmuşdur. Göründüyü kimi, birinci instansiya məhkəməsində səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. İXM-in 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızılıq üzündən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri sübut edilməlidir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-in 115.1. və 115.1.4.-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda göstərilməli olan hallardan biri də işə baxılarkən müəyyən edilən hallardır. İstinad olunmuş Məcəllənin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İXM-in 135.1., 135.1.1.-135.1.6.-cı maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: -135.1.1.hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; -135.1.2.hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; -135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; -135.1.5-1.bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; -135.1.5-2. inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; -135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Yuxarıda şərh olunanlarla qarşılıqlı təhlil edilərkən bu nəticə ortaya çıxır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, gəlmiş olduğu hüquqi nəticə işin faktiki hallarına uyğun deyil. İXM-in 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: -134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; Beləliklə məhkəmə verilmiş şikayəti tam, obyektiv, hərtərəfli araşdıraraq, inzibati xəta haqqında qərarın, eləcədə məhkəmə qərarının qanuniliyini yoxlayaraq belə hüquqi nəticəyə gəlir ki, İXM-in 135-ci maddəsinə əsasən şikayət verilmiş qərarın ləğv edilməsi üçün prosessual əsaslar müəyyən olunmuş, işə baxan hakimin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Ona görə də şikayət qismən təmin edilməli, Sabirabad Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ləğv olunmalı, və başlanmış inzibati xəta haqqına icraata yenidən baxılması üçün materiallar Sabirabad Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133, 134, 135 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ: Şikayət qismən təmin edilsin. Sabirabad Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ləğv olunaraq, inzibati xəta haqqında materiallar yenidən baxılması üçün Sabirabad Rayon Məhkəməsinə qaytarılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət verilə bilməz. Hakim: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar