Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-380/2026 17.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi, Səlahiyyətli orqan - Azərbaycan Avtomobil Yolları X10 Yollarının Mühafizəsi Xidmətinin nümayəndəsinümayəndə2 iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 354.0.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi barədə Masallı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X1 nümayəndəsi nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Masallı Rayon Məhkəməsinin (hakim Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi) ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs PHŞ Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 354.0.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 3.000 (üç min) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməsi barədə qərar qəbul edilmişdir. İŞİN HALLARI: Azərbaycan Avtomobil Yolları X10 Yollarının Mühafizəsi Xidmətindən daxil olmuş inzibati xəta haqqında ## ### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan və əlavə edilmiş sənədlərdən görünür ki, ##.##.2026-cı il tarixində Y-44-15 (7 km Kürdəbazar) Qarğalıq-Qədirli avtomobil yolunun 8-ci km hissəsində avtomobil yolu təhkim zolağında, yəni alınmış icazənin şərtlərinə əməl etmədən kommunikasiya xətti çəkilməsi müəyyən edilmişdir. Buna görə də, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X1 barəsində Azərbaycan Avtomobil Yolları X10 Yollarının Mühafizəsi Xidməti tərəfindən Azərbaycan Respublikası İXM-in 354.0.2-ci maddəsi ilə ## ### 2026-cı il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilmişdir İşə baxan birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X1 nümayəndəsi nümayəndə1 apellyasiya şikayəti verərək, Masallı Rayon Məhkəməsinin qəbul etdiyi *(*-***)-****/**** saylı, ##.##.2026-cı tarixli qərarı aidiyyət pozulduğunu nəzərə almaqla ləğv edilməsini, Azərbaycan Avtomobil Yolları X10 Yollarının Mühafizəsi Xidmətinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs PHŞə qarşı şikayətinin rədd edilməsi və işin yenidən aidiyyəti üzrə baxılması üçün qərardad çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Avtomobil Yolları X10 Yollarının Mühafizəsi Xidmətindən daxil olmuş inzibati xəta haqqında ## ### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola və əlavə edilmiş sənədlərə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs PHŞ Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 354.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində qərar qəbul edilməsi məqsədilə məhkəməyə müraciət etmişdir. Məhkəməyə müraciət onunla əsaslandırılmışdır ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs PHŞ ##.##.2026-cı il tarixində Y-44-15 (7 km Kürdəbazar) Qarğalıq- Qədirli avtomobil yolunun 8-ci km hissəsində avtomobil yolu təhkim zolağında, yəni alınmış icazənin şərtlərinə əməl etmədən kommunikasiya xətti çəkilməsini Azərbaycan Avtomobil Yolları X10 Yollarının Mühafizəsi Xidməti tərəfindən aşkar edilmişdir. Bu hərəkəti ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs PHŞ Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 354.0.2-ci maddəsind nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Daha sonra, *(*-***)-****/**** saylı ##.##.2026-cı il tarixli məhkəmə qərarında qeyd olunur ki, iş materiallarında olan ##.##.2026-cı il tarixli aktdan görünür ki, Masallı rayonu R- 55 Qızılağac yerli əhəmiyyətli avtomobil yolunun 8-ci km-də sol tərəfdə yolun çiyin hissəsində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs PHŞ tərəfindən ekskovator vasitəsi ilə qeyri-qanuni qazıntı işləri aparılmışdır. № **-*/*-****-*/**** nömrəli texniki şərtin tələblərini pozduqları üçün iş dayandırılmışdır. Tələbləri əsasında texniki şərtə uyğun qazılmış yer bərpa olunmuşdur. Masallı Rayon Məhkəməsinin (hakim: Zeynal Zeynalov) *(*-***)-****/**** saylı inzibati iş üzrə ##.##.2026-cı il tarixində işə mahiyyəti üzrə baxaraq şikayəti təmin edərək, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs PHŞ Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 354.0.2-c maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə taqsirli bilinərək barəsində 3000 (üç min) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Avtomobil Yolları X10 Yollarının Mühafizəsi Xidmətinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs PHŞ-ə qarş “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 354.0.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsina dair” təyin edilmiş məhkəmə iclaslarında iştirak edilməmiş, məhkəmə bildirişlərini almamış, məhkəmənin keçirilməsindən xəbərləri olmamışdır. Məhkəmə iclasının keçirildiyini, məhkəmə tərəfindən qərar qəbul olunduğu barədə yalnız birinci instansiya məhkəməsinin qərarının surətini ##.##.2026-cı il tarixində aldıqda bilmişdirlər. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs publik hüquqi şəxs kimi hüquqi ünvan ünvan 1 84, Hökümət Evi-dir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” məlum 2023-cü il 17 noyavr tarixli **** nömrəli Fərmanına əsasən:
5. Agentliyin tabeliyində aşağıdakı publik hüquqi şəxslər yaradılsın: 5.1. bu Fərmanın 3-cü hissəsi və 5.3-5.5-ci bəndləri nəzərə alınmaqla, tabeliyindəki Azərbaycan Meliorasiya və X2 Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə X7 Xidməti: 5.2. bu Fərmanın 5.5-ci bəndi nəzərə alınmaqla, tabeliyindəki “xxxx” Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti; 5.3. tabeliyindəki Azərbaycan Meliorasiya və X2 Səhmdar Cəmiyyətinin X9 İnstitutunun çevrilmə formasında yenidən təşkili yolu ilə Su və X9 İnstitutu; 5.4. tabeliyindəki Azərbaycan Meliorasiya və X2 Səhmdar Cəmiyyətinin Tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə X12 Müdiriyyəti; 5.5. tabeliyindəki Azərbaycan Meliorasiya və X2 Səhmdar Cəmiyyətinin Su təsərrüfatı obyektlərinin layihələndirilməsi üzrə Azərbaycan Dövlət İnstitutu “Azdövsutəslayihə”nin və tabeliyindəki“xxxx” Açıq Səhmdar Cəmiyyətinin“Sukanal” Elmi Tədqiqat və Layihə İnstitutunun çevrilmə formasında yenidən təşkili yolu ilə Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu. 5.6. “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin ##.##.2023-cü il tarixli Fərmanının 5.1-ci bəndinə əsasən bu Fərmanın 5.3-5.5-ci bəndləri nəzərə alınmaqla, tabeliyindəki Azərbaycan Meliorasiya və X2 Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs yaradılmışdır. Həmin Fərmanın 6.3-cü bəndinə əsasən X7 Xidməti meliorasiya və irriqasiya sahəsində xidmətlər göstərən, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin istismarını və mühafizəsini, balansında (istifadəsində) olan su təsərrüfatı obyektlərinin (su anbarlarının, kanalların, boru xətlərinin və s.) istismarını həyata keçirən, həmçinin Azərbaycan Respublikasının rayon və şəhərlərində (Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Naxçıvan və Şirvan şəhərləri istisna olmaqla) istehlakçıların məişət (təsərrüfat) - içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının emalı və axıdılması xidmətlərini göstərən publik hüquqi şəxsdir. “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki publik hüquqi şəxslərin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2024-cü il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X1 Nizamnaməsi təsdiq edilmiş, müvafiq qaydada dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikas İnzibati Xətalar Məcəlləsinin 130-cu maddəsinə əsasən qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 129.1.1-ci maddəsinə əsasən hakimin qərarından apellyasiya instansiyası məhkəməsinə verilən şikayət və ya protest - həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə veriə bilər. Həmin Məcəllənin 129.1.1-ci maddəsinə əsasən hakimin qərarından apellyasiya instansiyası məhkəməsinə verilən şikayət və ya protest - həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə veriə bilər. Birinci instansiya məhkəməsi materialları araşdırmadan, yalnız şikayət verənin əsassız, şifahi sözlərini əsas götürərək *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli Qərar qəbul etmişdir. Bununla yanaşı, məhkəmə işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qərarda göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, qəbul etdiyi hər bir əhəmiyyətli sübutun məzmunu qərarda şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmə isə sadəcə iddiaçının göstərdikləri ilə kifayətlənmiş və müvafiq araşdırma aparmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasənmaddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 386-cı maddəsinə əsasən maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi dedikdə birinci instansiya məhkəməsinin hüququn tətbiq edilməsində səhv buraxması, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməməsi, yaxud qanunu səhv təfsir etməsi başa düşülür. Birinci instansiya məhkəməsi tərəfindən ərazi aidiyyəti pozulmaqla, işə baxmaqla əsassız və qanunsuz qərar çıxarılmışdır. İş aidiyyətini dəyişdirərək, aidiyyəti üzrə Nəsimi Rayon Məhkəməsinə göndərilməsi təmin edilməlidir Birinci instansiya məhkəməsi işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qərarda göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalı idi. Birinci instansiya məhkəməsinə təqdim edilməmiş yeni sübutlar və onların təqdim edilməsinin əsaslandırılmasına dair dəlillər Təqdim olunmuş materialların içərisində sübut üçün izahatlar, fotoşəkillər, aknümayəndə2 protokol yoxdur.
PROSESSUAL MƏSƏLƏLƏR:
Apellyasiya baxışı zamanı: Səlahiyyətli orqanın nümayəndəsinümayəndə2 apellyasiya şikayətinin təmin edilməməsini, Masallı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, 3(5-145)-1021/2026 nömrəli qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X1 məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Apellyasiya məhkəməsi qanunvericiliyin tələbinə əsasən məhkəmə iclasının qeyd olunan nümayəndənin iştirakı olmadan keçirilməsini qanunamüvafiq hesab etmişdir.
HÜQUQİ MƏSƏLƏLƏR:
Azərbaycan Respublikası İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini mövcud iş materialları əsasında araşdırıb hesab edir ki, şikayət təmin olunmamalı, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İXM-in: 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, inzibati xətalar qanunvericiliyinə görə səlahiyyətli orqan, hakim, kollegial orqan inzibati xəta haqqında iş üzrə işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmalı və müəyyən etdiyi hallar əsasında qanuni və əsaslı qərar qəbul etməlidirlər. Qəbul edilmiş qərar əsaslı olması üçün məhkəmədə və ya səlahiyyətli orqanda tədqiq edilmiş sübutlarla əsaslandırılmalıdır. İXM-in 75 və 76-cı maddələrində sübutlar və sübutetmə qaydaları da müəyyən edilmişdir. Belə ki, İXM-in 75-ci maddəsində qeyd edilir ki, inzibati xətalar haqqında işlərin icraatı zamanı inzibati xəta hadisəsinin, inzibati xəta törətmiş şəxsin, inzibati xəta törətməkdə şəxsin təqsirinin müəyyən edilməsi zəruridir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X1 isnad edilən inzibati xətanı törətməsi işdə olan sübutlarla tam təsdiq edilir. Belə ki, iş materiallarında olan: ##.##.2026-cı il tarixli aktdan görünür ki, Masallı rayonu R-55 Qızılağac yerli əhəmiyyətli avtomobil yolunun 8-ci km-də sol tərəfdə yolun çiyin hissəsində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs PHŞ tərəfindən ekskovator vasitəsi ilə qeyriqanuni qazıntı işləri aparılmışdır. № **-*/*-****-*/**** nömrəli texniki şərtin tələblərini pozduqları üçün iş dayandırılımışdır. Tələbləri əsasında texniki şərtə uyğun qazılmış yer bərpa olunmuşdur. ##.##.2026-cı il tarixli aktdan görünür ki, Y-44-15, Y-44-14 (7 km Kürdəbazar) Qarğalıq- Qədirli avtomobil yolunun 8-ci km-də baş vermiş inzibati xəta hadisəsi üzrə ##.##.2026-cı il tarixə təyin edilmiş inzibati xətalara dair araşdırmada Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs PHŞ-nin nümayəndəsi qismində iştirak edən Müzəffər adlı şəxs şəxsiyyəti təsdiq edən sənədi və müvafiq etibarnaməni təqdim etməmiş, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs PHŞ barəsində tərbir edilmiş inzibati xəta haqqında protokolda iştirak etməkdən, imzalamaqdan və təhvil almaqdan imtina etmişdir. Kommersiya qurumlarının dövlət reyestirndən məlumatdan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs PHŞ kommersiya hüquqi şəxs kimi (VÖEN: **********) qeydiyyatdadır. Göründüyü kimi, yuxarıda qeyd olunan sübutlarla Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X1 Azərbaycan Respublikası İXM-in 354.0.2-ci maddəsi ilə müəyyən edilmiş inzibati xətanı törətməsi tam təsdiq olunmuşdur. Apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlillərini, iş materiallarını, birinci instansiya məhkəməsinin qərarını və tətbiq edilməli hüquq normalarını qarşılıqlı əlaqədə araşdıraraq hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün qanuni əsaslar mövcud deyildir. Belə ki, iş materiallarından müəyyən olunur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X1 tərəfindən Masallı rayonu, Kürdəbazar–Qarğalıq avtomobil yolunun yaxınlığında yerləşən mövcud su xəttinin yolun əks tərəfinə keçirilməsi məqsədilə avtomobil yolunun təhkim zolağında qazıntı işlərinin aparılmasına dair Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciət edilmiş, Agentlik tərəfindən ## ##### 2026-cı il tarixli **-*/*- ****-*/**** nömrəli texniki şərt verilərək həmin işlərin yalnız müəyyən edilmiş şərtlərə ciddi əməl olunmaqla həyata keçirilməsinə razılıq bildirilmişdir. Həmin texniki şərtdə yol hərəkətinin təhlükəsizliyinin təmin olunması, xəbərdaredici yol nişanlarının quraşdırılması, qazıntı işlərinə başlanılmamışdan əvvəl bərpa işlərinə dair müqavilənin və ödənişi təsdiq edən sənədlərin aidiyyəti qurumlara təqdim edilməsi, ictimai nəqliyyatın hərəkətinin tənzimlənməsi məqsədilə müvafiq dövlət orqanına məlumat verilməsi, qazıntı zamanı çıxarılan torpağın birbaşa nəqliyyat vasitələrinə yüklənərək kənarlaşdırılması, yol örtüyünün müəyyən olunmuş qaydada kəsilməsi və digər icrası məcburi olan tələblər nəzərdə tutulmuşdur. Eyni zamanda texniki şərtdə açıq şəkildə göstərilmişdir ki, həmin şərtlərdən hər hansı birinin pozulması verilmiş razılığı hüquqi qüvvədən salır və sifarişçi qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. İş materiallarında olan inzibati xəta haqqında protokol, hadisə yerinə baxış aktı, fotoşəkillər, videogörüntülər və digər yazılı sübutlar məcmu halda qiymətləndirildikdə müəyyən edilir ki, qazıntı işləri aparılarkən texniki şərtlərin bir neçə mühüm tələbi pozulmuşdur. Belə ki, qazıntı sahəsində xəbərdaredici yol nişanları və digər hərəkətin təşkili vasitələri quraşdırılmamış, nəqliyyat vasitələrinin təhlükəsiz və fasiləsiz hərəkəti təmin edilməmiş, qazıntı işlərinə başlanılmamışdan əvvəl texniki şərtlə tələb olunan müqavilə və ödəniş sənədlərinin aidiyyəti qurumlara təqdim edilməsinə dair sübutlar mövcud olmamış, habelə qazıntı nəticəsində çıxarılan torpaq texniki şərtin tələbinin əksinə olaraq birbaşa kənara daşınmayaraq qazılmış sahənin yaxınlığında toplanmışdır. Bu hallar iş materiallarında olan foto və video görüntülərlə də öz təsdiqini tapır. Məhkəmə hesab edir ki, qeyd olunan pozuntular formal xarakter daşımayıb, yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsinə, avtomobil yolunun mühafizəsinə və yol təsərrüfatının normal istismarına xidmət edən məcburi texniki tələblərin pozulmasını ifadə edir. Bu səbəbdən də verilmiş razılıq texniki şərtin özündə göstərildiyi kimi hüquqi qüvvəsini itirmiş və qazıntı işləri alınmış icazənin şərtlərinə əməl edilmədən aparılmış hesab edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 354.0.2-ci maddəsində inzibati məsuliyyət yalnız müvafiq icazə almadan aparılan işlərə görə deyil, həm də alınmış icazənin şərtlərinə əməl edilmədən avtomobil yollarının təhkim və mühafizə zolağında kommunikasiya xətlərinin çəkilməsinə görə nəzərdə tutulmuşdur. Buna görə də hüquqi məsuliyyətin yaranması üçün icazənin ümumiyyətlə olmaması tələb edilmir. Alınmış icazənin şərtlərinin pozulması həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır. Apellyasiya şikayətində məhkəmə bildirişlərinin alınmaması və müdafiə hüququnun pozulması barədə göstərilən dəlillərə münasibətdə apellyasiya məhkəməsi qeyd edir ki, iş materiallarında birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclasının vaxtı və yeri barədə məlumatın qanunvericiliyin tələblərinə uyğun qaydada göndərildiyini təsdiq edən sənədlər mövcuddur. Apellyasiya şikayətində bu sənədlərin həqiqətə uyğun olmadığını təsdiq edən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Buna görə də həmin dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təkzib olunur. Apellyasiya şikayətində işə ərazi aidiyyəti qaydalarının pozulması barədə göstərilən dəlillər də əsaslı hesab edilə bilməz. Belə ki, inzibati xəta hadisəsi Masallı rayonu ərazisində yerləşən avtomobil yolunda baş vermiş, inzibati xəta həmin ərazidə aşkar edilmiş və inzibati protokol da həmin hadisə üzrə tərtib olunmuşdur. Hüquqi şəxsin hüquqi ünvanının Bakı şəhərində yerləşməsi işin ərazi aidiyyətinin müəyyən edilməsində həlledici meyar hesab edilə bilməz. Bu baxımdan birinci instansiya məhkəməsinin işə baxması prosessual qanunvericiliyin tələblərinə uyğundur. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin yalnız inzibati orqanın izahatına əsaslandığı və iş materiallarında fotoşəkillərin, aktların və digər sübutların olmadığı göstərilsə də, bu dəlillər də iş materialları ilə təsdiq olunmur. Çünki inzibati xəta haqqında protokol, hadisə yerinə baxış aktları, texniki şərt, foto və video materiallar, eləcə də digər yazılı sübutlar birinci instansiya məhkəməsi tərəfindən araşdırılmış və həmin sübutlara onların qarşılıqlı əlaqəsi əsasında hüquqi qiymət verilmişdir. Apellyasiya instansiyasına isə həmin sübutların həqiqiliyini və mötəbərliyini şübhə altına alan hər hansı yeni sübut təqdim edilməmişdir. Apellyasiya şikayətində Mülki Prosessual Məcəllənin normalarına istinad edilməsi də hazırkı iş üzrə hüquqi əhəmiyyət kəsb etmir. Hazırkı mübahisə inzibati xəta haqqında iş üzrə icraata aid olduğundan ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin normaları tətbiq edilir. Beləliklə də, apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı inzibati işin materiallarını və yuxarıda qeyd olunan sübutları araşdırıb belə nəticəyə gəlir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X1 Azərbaycan Respublikası İXM-in 354.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsi barədə həm inzibati xəta haqqında protokol tərtib etmiş orqan, həm də işə baxmış birinci instansiya məhkəməsinin hakimi Azərbaycan Respublikası İXM-in 75-76-cı maddələrinin tələblərinə əməl edərək, inzibati xəta törətmiş şəxsin ona istinad olunmuş inzibati xətanı törətməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi düzgün qiymətləndirilmişdir. İşin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin hakiminin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X1 inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar mövcud deyildir. Apellyasiya məhkəməsi aşağıda qeyd olunanlara görə tətbiq edilmiş inzibati tənbeh tədbiri ilə də razılaşır. Belə ki, Azərbaycan Respublikası İXM-in: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X1 tənbeh tətbiq edərkən onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 354.0.2-ci maddəsinin nisbimüəyyən sanksiyasında hüquqi şəxslər üçün üç min manatdan dörd min manatadək məbləğdə cərimə nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X1 barəsində inzibati tənbeh tətbiq edərkən, inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, ailə və əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq, inzibati xətanın məqsədlərinə nail olmaq, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X1ra əməl etməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq baxımından haqlı olaraq sonuncu barəsində Azərbaycan Respublikası İXMin 354.0.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh tədbirinin aşağı həddini tətbiq etmişdir. Qeyd olunanlar belə qənaətə gəlməyə əsas verir ki, “X7 Xidməti" X1 tətbiq edilmiş inzibati tənbeh tədbiri qanuni və ədalətli olmuşdur. Apellyasiya məhkəməsi yuxarıda göstərilənlərə məcmu halında qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi qanuni və əsaslı nəticəyə gəlmişdir. Şikayətin dəlilləri formal xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qərarın ləğv edilməsi üçün əsas kimi qəbul oluna bilməz, ona görə də barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş “X7 Xidməti" X1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Masallı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Odur ki, apellyasiya məhkəməsi qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 133-136-cı maddələrini rəhbər tutaraq,
QƏRARA ALDI:
Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X1 nümayəndəsi nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.
Hakim: Yaşar Həşimov