Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-381/2026 17.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Cinayət Kollegiyasının hakimi Əliyev Əli Abdulla oğlunun sədrliyi, Zeynallı Aslan Ismayıl oğlunun katibliyi, ##.##.1983-cü il tarixdə Imişli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, Imişli şəhəri, Xəzər küçəsi, ev 20-də qeydiyyatda olan və yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra – IXM-in) 157-ci maddəsi ilə inzibati tənbeh edilməsinə dair Imişli Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati cərimə tənbeh tədbiri haqqında qərar verilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində IXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Imişli Rayon Polis Şöbəsi tərəfindən ## #### 2026-cı il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə Imişli Rayon Məhkəməsinə göndərilmişdir. Imişli Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarına əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-in 157-ci maddəsi ilə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə qərarından narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayət verərək, Imişli Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. ŞIKAYƏTIN DƏLILLƏRI: PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs, inzibati protokolu tərtib etmiş Imişli Rayon Polis Şöbəsinin nümayəndəsi, həmçinin zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə IXM-in 133.2.4-cü maddəsinə əsasən, onların iştirakı olmadan inzibati işə baxılmasını mümkün hesab etdi. HÜQUQI MƏSƏLƏLƏR: IXM-in 128.1 və 133.2.8-ci maddələrinə əsasən “Barəsində qərar çıxarılmış şəxs, .... zərər çəkmiş şəxs, .... inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər”, “inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır”. Məhkəmə inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, aşağıda göstərilən əsaslara görə şikayət əsassız olduğundan təmin edilməməli, Imişli Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Inzibati xəta haqqında iş üzrə toplanmış materiallara əlavə edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi barədə” ##.##.2026-cı il tarixli qərarda və inzibati xəta materialında əks olunmuş “xxxx” X1 canlı şəxsin ekspertizasının ## ##### 2026-cı il tarixli, *** saylı rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs bədəni üzərində - sağ gözün üst qapağında bayır bucaq nahiyəsində, sifətin sağ yanaq nahiyəsində, boynun sağ yan səthində, sol əlin arxa səthində 4-5-ci daraq sümükləri proyeksiyasında sıyrıqlar aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, müxtəlif şəraitdə, o cümlədən ##.##.2026-cı il tarixdə təsviri hissədə göstərilən şəraitdə əmələ gələ bilərdi. Qeyd olunmuş xəsarətlət dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətində göstərmişdir ki, “o, heç vaxt Zərərçəkmiş şəxs döyməmişdir”. IXM-in 157-ci maddəsinin tərkibi üçün isə fiziki təsirin nəticəsində sağlamlığa zərər faktının yaranması kifayətdir. Birinci instansiya məhkəməsinin iclasında aralarında yaranmış münaqişə zəmnində Zərərçəkmiş şəxs itələdikdən sonra qapını bağlayıb evə daxil olduğunu bildirmiş, məhkəmə tibbi ekspertizasının rəyində də sonuncunun həmin nahiyələrində xəsarətlərin olması əks olunmuşdur. Itələyib şəxsin xəsarət alması ilə nəticələnən əməlin törədilməsi özü də fiziki təsir formasıdır, nəticədə xəsarət yaranması isə tibbi sənədlərlə təsdiq edildikdə, inzibati məsuliyyəti istisna etmir. Məhkəmə şikayətin dəlillərini qiymətləndirərək, belə nəticəyə gəlir ki, zərərçəkmiş şəxsin, onun qanuni nümayəndəsinin ardıcıl izahatları, tibbi rəylə təsdiqlənmiş xəsarət, tərəflər arasında fiziki təmasın inkar edilməməsi, hazırki iş üzrə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsun əməlində IXM-in 157-ci maddəsinin tərkibinin mövcudluğunu istisna etmir. Bu səbəbdən də şikayətin həmin dəlilləri əsassızdır. IXM-in 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, IXM-in 75, 76 və 84-cü maddələrinin tələblərinə uyğun olaraq izahatları və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, düzgün nəticəyə gələrək, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs mübahisə zəmnində Zərərçəkmiş şəxs döyərək ona dərəcəsi təyin olunmayan bədən xəsarətləri yetirməsi, həmçinin inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq hesab etmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Iş materiallarından və birinci instansiya məhkəməsinin araşdırdığı sübutlardan müəyyən edilir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs mübahisə zəminində Zərərçəkmiş şəxs qarşı zor tətbiq etmiş, nəticədə zərərçəkmiş şəxsə dərəcəsi təyin olunmayan bədən xəsarətləri yetirilmişdir. Bu hal zərərçəkmiş şəxsin izahatı, hadisə ilə bağlı tərtib edilmiş inzibati xəta haqqında protokol, habelə iş materiallarında mövcud olan digər sübutlarla təsdiq olunur. Birinci instansiya məhkəməsi tərəfindən sübutlar IXM-in 84-cü maddəsinin tələblərinə uyğun olaraq hərtərəfli, obyektiv və tam şəkildə qiymətləndirilmiş, şəxsin əməlində inzibati xəta tərkibinin mövcudluğu barədə əsaslı nəticəyə gəlinmişdir. Əməlin hüquqi tövsifi IXM-in 157-ci maddəsinə əsasən inzibati xəta hesab olunur və qanunla müəyyən edilmiş inzibati tənbeh tədbirlərinin tətbiqini nəzərdə tutur. Məhkəmə hesab edir ki, şəxs tərəfindən törədilmiş əməl qəsdən zor tətbiqi formasında ifadə olunmuş, zərərçəkmiş şəxsin sağlamlığına xəsarət yetirilməsi ilə nəticələnmiş, lakin xəsarətin dərəcəsinin müəyyən edilməsi üçün tibbi əsaslar olmadığından cinayət tərkibi yaratmamışdır. Bu baxımdan, birinci instansiya məhkəməsi tərəfindən əməlin IXM-in 157-ci maddəsi ilə tövsif edilməsi doğru və qanunauyğun hesab olunur. Inzibati tənbeh tətbiq edilərkən məhkəmə tərəfindən törədilmiş xətanın xarakteri, ictimai təhlükəlilik dərəcəsi, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyəti qiymətləndirilmişdir. Şəxs barəsində 300 (üç yüz) manat məbləğində cərimə təyin edilməsi qanunvericilikdə nəzərdə tutulmuş sanksiya hədlərinə uyğundur, törədilmiş xətanın xarakterinə mütənasibdir, inzibati tənbehin məqsədlərinə tərbiyəedici və preventiv təsir göstərilməsinə cavab verir. Məhkəmə kollegiyası hesab edir ki, tətbiq olunmuş inzibati tənbeh ədalətli, əsaslı və balanslıdır. Apellyasiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini formal, heç bir subutlara əsaslanmayan, əsassız və barəsində inzibati xəta üzrə icraat aparılan şəxsin müdafiə üsulu kimi qiymətləndirir. Belə ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs mübahisə zəminində Zərərçəkmiş şəxs döyərək dərəcəsi təyin olunmayan bədən xəsarətləri yetirmişdir, bununla da IXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Inzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Iş üzrə materialları nəzərdən keçirib hesab edirəm ki, toplanmış sübutlar birinci instansiya məhkəməsində tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbəyinin mötəbərliyi məhkəmədə heç bir şübhə doğurmayan bu sübutlar əsasında birinci instansiya məhkəməsi inzibati xəta törətmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində işin hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş və onun əməlini IXM-in 157-ci maddəsi ilə düzgün tövsif etmişdir IXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84-cü maddəsinə görə, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 106.0.5-ci maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən, həll etməli olduğu məsələlərdən biri də mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanılmasının yoxlanılmasıdır. Həmin Məcəllənin 133.1-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. IXM-in 53-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən, IXM-in 2, 4, 6, 8, 9.1, 12.1, 21, 22, 31.3, 32 və 33-cü maddələrinin tələblərini və inzibati tənbehin minimum həddə tətbiqini qanunvericiliyin tələbləri baxımından düzgün nəzərə almışdır. Odur ki, qanunvericiliyin müddəalarını və inzibati xəta haqqında iş üzrə icraat materiallarını tədqiq edən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticələri işin faktiki hallarına uyğun hesab edir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat materiallarının müqayisəli təhlili göstərir ki, birinci instansiya məhkəməsi maddi və prossesual hüquq normalarına əsaslanaraq qanuni qərar qəbul etmişdir. IXM-in 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Odur ki, apellyasiya qaydasında verilmiş şikayət təmin edilməməli və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməklə barəsində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsinə dair Imişli Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanları və IXM-in 128-134.1.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Imişli Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı barəsində inzibati cərimə tənbeh tədbiri haqqında qərar verilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-9)-381/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-381/2026
17.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver