Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-382/2026 17.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Ələskərov Sənan Adil oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İnşallah oğlunun, inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət X9 yanında Suların İstifadəsinə və X11 Xidməti * saylı Şirvan-X6 nümayəndəsi X3 iştirakı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İnşallah oğlunun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.2-ci maddəsi ilə inzibati xəta haqqında icraata xitam verilməsinə dair Salyan Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarından Azərbaycan Respublikası Dövlət X9 yanında Suların İstifadəsinə və X11 Xidməti * saylı Şirvan-X6 rəisi Ehtiram Muxtarov tərəfindən edilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Azərbaycan Dövlət Su X16 Suların İstifadəsinə və X11 Xidməti * saylı Şirvan-X6 tərəfindən fiziki şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İnşallah oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.2-ci maddəsində nəzərdə tutulmuş 19 mart tarixli 2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün aidiyyəti üzrə Salyan Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən fiziki şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İnşallah oğlu tərəfindən ona məxsus əkin sahəsinin yaxınlığından keçən SAV-17 kollektorununa Salyan rayonu, Marışlı kəndi ərazisində mühafizə zonasına müdaxilə edərək, su ötürücü kanal qazmışdır. Bununla da o, Azzərbaycan Respublikasının Su Məcəlləsinin 103-cü maddəsinin tələblərini pozmuşdur. Salyan Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İnşallah oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətaları törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata onun təqsirliliyi sübuta yetirilmədiyindən AR İXM-nin 53.2-ci maddəsinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası Dövlət X9 yanında Suların İstifadəsinə və X11 Xidməti * saylı Şirvan-X6 rəisi Ehtiram Muxtarov məhkəmənin qərarından Şirvan Apellyasiya Məhkəməsinə şikayət vermişdir. Şikayət ərizəsində qeyd olunmuşdur ki, iş üzrə toplanmış sübutlar bir-biri ilə qarşılıqlı əlaqədə olmaqla inzibati xətanın həm obyektiv, həm də subyektiv tərəfini təsdiq edir. Belə ki, ##.##.2026-cı il tarixli yerində baxış aktı hadisə yerində suötürücü kanalın faktiki mövcudluğunu və onun SAV-17 kollektorunun mühafizə zonasında yerləşdiyini təsdiqləyir. Foto və video materiallar həmin müdaxilənin vizual şəkildə qeydə alındığını, X7 Xidməti PHŞin X5 Sistemlərinin İstismarı idarəsinin ##.##.2026-cı il tarixli aktına əsasən (texniki baxımdan hidrotexniki sistemə müdaxilə edildiyini) * saylı Şirvan-X6nə ünvanladığı ##.##.2026-cı il tarixli “Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs adlı vətəndaşın əkin sahəsinin çıxar sularının SAV-17 kollektorunun mühafizə zolağına müdaxilə edilərək xəndək (tranşe) qazıldığı müəyyən edildi” məzmunlu məktubu və Arbatan bələdiyyəsinin ##.##.2026-cı il tarixli məktubu isə həmin faktın inzibati və yerli özünüidaretmə strukturları səviyyəsində də təsdiq olunduğunu göstərir. Bu sübutlar sistemli şəkildə qiymətləndirildikdə hadisənin təsadüfi deyil, məqsədli insan fəaliyyəti nəticəsində baş verdiyi aydın şəkildə görünür. Bununla belə, Salyan rayon Məhkəməsi ##.##.2026-cı il tarixli qərarı ilə inzibati icraata xitam verərək AR İXM-nin 53.2-ci maddəsinə istinad etmiş, nəticə olaraq təqsirliliyin sübuta yetirilmədiyi qənaətinə gəlmişdir. Məhkəmə hesab etmişdir ki, iş materialları ilə su ötürücü kanalın qazılması faktı öz təsdiqini tapsa da kanalın məhz Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən suvarma suyundan artıq qalan suyun kollektora axıdılması üçün qazılması sübuta yetirilməmişdir. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məxsus torpaq sahəsi kollektordan aşağıda yerləşdiyindən torpaq sahəsində yığılmış artıq suyun özündən yüksəkdə yerləşən kollektora axıdılması mümkünsüzdür. Birinci instansiya məhkəməsinin mövqeyi həm maddi hüquq, həm də prosessual hüquq normalarının pozulması ilə müşayiət olunmuşdur. İlk növbədə, məhkəmə sübutların qiymətləndirilməsində sübutların məcmu və qarşılıqlı əlaqədə təhlili prinsipini pozmuş, hər bir sübutu digərlərindən təcrid olunmuş şəkildə qiymətləndirərək nəticəyə gəlmişdir. Halbuki inzibati xəta işlərində sübutlar ayrılıqda deyil, sistemli şəkildə birlikdə qiymətləndirilməlidir və yalnız bu halda obyektiv həqiqət müəyyən edilə bilər. İkincisi, məhkəmə inzibati orqan tərəfindən təqdim edilmiş foto və video sübutlara hüquqi qiymət verməmiş, onların mötəbərliliyini və iş üçün əhəmiyyətini əsaslandırmadan kənarda saxlamışdır ki, bu da sübutların natamam qiymətləndirilməsi deməkdir. Üçüncüsü, inzibati orqanın nümayəndəsinin məhkəmə iclasında iştirakının təmin edilməməsi, iclasın vaxtı və yeri barədə məlumatlandırmanın həyata keçirilməməsi nəticəsində çəkişmə prinsipi pozulmuş, tərəflərin bərabər prosessual imkanları məhdudlaşdırılmışdır. Bu isə ədalətli məhkəmə araşdırmasının əsas elementlərindən birinin pozulmasıdır. Dördüncüsü, məhkəmə qərarı ehtimallar üzərində qurulmuşdur. Xüsusilə relyef xüsusiyyətlərinə əsaslanan “mümkün deyil” xarakterli mülahizə sübutların qarşısında üstün hüquqi dəyər kimi qəbul edilmişdir ki, bu da sübutetmə standartının yanlış tətbiqidir. Hüquqi qiymətləndirmə ehtimallara deyil, mötəbər və qarşılıqlı təsdiqlənmiş sübutlara əsaslanmalıdır Yuxarıda göstərilənləri nəzərə alaraq Salyan rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilməsi və Arif İnşallah oğlu Cəlilov barəsində Azərbaycan Respublikası İXM-nin 264.0.2-ci maddəsinə uyğun olaraq inzibati tənbeh tətbiq edilməklə yeni qərar qəbul edilməsi xahiş olunur. İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət X9 Yanında Suların İstifadəsinə və X13 Xidməti 8 X2 Regional Bölməsinin nümayəndəsi Nəcəfov Ayaz İmran oğlu şikayətin dəlillərini müdafiə edərək, Salyan Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarının və Arif İnşallah oğlu Cəlilov barəsində Azərbaycan Respublikası İXM-nin 264.0.2-ci maddəsinə uyğun olaraq inzibati tənbeh tətbiq edilməklə yeni qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İnşallah oğlunun şikayətin dəlillərini əsassız hesab edərək, təmin edilməməsini Salyan Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İnzibati Xətalar Məcəlləsinin 128.1 və 133.2.8-ci maddələrinə əsasən “Barəsində qərar çıxarılmış şəxs, .... zərər çəkmiş şəxs, .... inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər”, “inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır”. Şikayətin müəllifi şikayətində hakimin gəldiyi nəticənin işin faktiki hallarına uyğun olmamasını iddia edərək, tələbini İnzibati Xətalar Məcəlləsinin 135.1.2-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Həmin Məcəllənin 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. İnzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Göründüyü kimi, şəxsin inzibati məsuliyyətə cəlb olunması və tənbeh edilməsi üçün bu maddədə sadalanan şərtlərin (inzibati xətanı nəzərdə tutan normanın, təqsirin və inzibati xəta tərkibinin digər əlamətlərinin) mövcudluğu mütləqdir. İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsində inzibati xəta həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) kimi göstərilmişdir. Şikayətin dəlilləri bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Dövlət Su X16 Suların İstifadəsinə və X11 Xidməti * saylı Şirvan-X6 əməkdaşları tərəfindən tərtib edilmiş ****** saylı, ##.##.2026-cı il tarixli Aktdan görünür ki, Azərbaycan Dövlət Su X16 Suların İstifadəsinə və X11 Xidməti * saylı Şirvan-X6 ## #### 2025-ci il tarixli ** nömrəli Sərəncamının icrasının təmin edilməsi və Su qanunvericiliyinin tələblərinə əməl olunma vəziyyətinin araşdırılması məqədilə həyata keçirilən nəzarət tədbirləri zamanı Google Maps tətbiqindəki koordinatı 39.595210 48.905319 olan nöqtələrdən X4 Sistemlərinin İstismar idarəsinin xidməti sahəsinə aid olan sürəti SAV-17 kollektoruna yaxınlıqda yerləşən torpaq sahəsindən başlamaqla kollektora doğru istiqamətlənmiş 1.5m x1x15 ölçüdə xəndək qazılması faktı aşkar olundu. Araşdırma zərurəti ilə əlaqədar əraziyə X4 Sistemlərinin İstismar idarəsinin əməkdaşları Cavid Fərəcov və Elmir Həsənov dəvət olundu və onların iştirakı ilə baxış keçirildi. Əkin təyinatlı torpaq sahəsinin suvarılması zamanı artıq olan sular bir qayda olaraq sahənin çökəkdə olan hissəsinə yığıldığından torpaq mülkiyyətçiləri və ya istifadəçiləri bu suların sahədən uzaqlaşdırılması məqsədilə həmin çökək hissənin yaxınlığındakı kollektora su ötütməklə pozulma halları bəzən müşahidə olunur. Bu ehtimalı nəzərə alaraq, yaxınlıqdakı əkin təyinatlı torpaq sahəsinin mülkiyyətçisinin və ya istifadəçisinin müəyyən olunması və fakta münasibət bildirilməsi üçün hər hansı nəticə əldə olunmamışdır. Bununla da AR Su Məcəlləsinin və “Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında” Qanunun, AR NK-nın ##.##.2000-ci il tarixli ** nömrəli və ##.##.2003-cü il tarixli *** nömrəli qərarlarınınn tələbləri pozulması aşkar olunmuşdur. Azərbaycan Dövlət Su X16 Suların İstifadəsinə və X11 Xidməti * saylı Şirvan-X6 tərəfindən tərtib edilmiş ## #### 2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, fiziki şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İnşallah oğlu tərəfindən ona məxsus əkin sahəsinin yaxınlığından keçən SAV-17 kollektorununa Salyan rayonu, Marışlı kəndi ərazisində mühafizə zonasına müdaxilə edərək, su ötürücü kanal qazması faktı müəyyən edilmiş, bu səbəbdən fiziki şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İnşallah oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş video görüntülərdən görünür ki, Salyan rayonu, Marışlı kəndi ərazisində yerləşən SAV-17 kollekorunun yaxınılığında su ötürücü kanal qazılmışdır. İş materiallarında olan CD diskdə olan video görüntülərə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Salyan rayonu, Marışlı kəndi ərazisində yerləşən X4 Sistemlərinin İstismar idarəsinin balansında olan SAV-17 kollektorunun yaxınlığında yerləşən əkin sahəsindən kollektora istiqamətlənmiş müvafiq ölçüdə qazıntı işləri aparılmışdır. Həmçinin qeyd olunan video görüntülərlə müəyyən olunur ki, əkin sahəsi olan torpaq sahəsinin yerləşdiyi relyef X4 Sistemlərinin İstismar idarəsinin balansında olan SAV-17 kollektoruna nisbətən daha aşağı müstəvidə yerləşir. Bu hal isə inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın məhz əkin sahəsinin çökək hissəsində yığılan artıq suların məhz qazılan bu su ptürücü yol olduğunu iddia etdikləri qazıntı ilə ötürülməsini istisna edir. Belə ki, yerləşmə yerinə görə bir digər sahədən aşağıda olan torpaq sahəsində yığılmış suların həmin torpaq sahəsindən yüksəkdə yerləşən kollektora axıdılması su təbiəti baxımından mümkünsüzdür. Məhkəmə qərarının onunla əsaslandırmışdır ki, fiziki şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İnşallah oğlu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə ki, inzibati xəta haqqında protokolu tərtib etmiş orqan tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İnşallah oğlunun inzibati məsuliyyətə cəlb olunmasına əsas olan fakt, yəni, onun tərəfindən X4 Sistemlərinin İstismar idarəsinin balansında olan SAV-17 kollektorunun yaxınlığında su ötürücü kanalın qazılması hərəkət olaraq öz təsdqini tapsa da, həmin qazıntı işlərinin məhz Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İnşallah oğlu tərəfindən həyata keçirilməsi öz təsdiqini mötəbər sübutlarla öz təsdiqini tapmır. Birinci instansiya məhkəməsi əsaslı olaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İnşallah oğlunun barəsində Azərbaycan Respublikası İXM-nin 264.0.2-cı maddəsi ilə inzibati xəta haqqında icraata xitam vermişdir. Belə ki, Azərbaycan Dövlət Su X16 Suların İstifadəsinə və X11 Xidməti * saylı Şirvan-X6 əməkdaşlarının tərtib etdiyi ## ###### 2026-cı il tarixli və ## ###### 2026-cı il tarixli aktlardan görünür ki, su təsərrüfatı qurğusunun zədələnməsi ilə bağlı müvafiq araşdırmalar aparılsa da, zədələnməyə səbəb olan su xəndəyinin kim tərəfindən qazılmasını müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Dövlət Su X16 Suların İstifadəsinə və X11 Xidməti * saylı Şirvan-X6 istinad edəcəyi yeganə sübut bələdiyyənin məktubudur, hansı ki, həmin məktubda ərazidə yerləşən kənd təsərrüfatı təyinatlə torpaq sahələrinin mülkiyyətçilərindən biri kimi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs adı qeyd olunmuşdur. Göründüyü kimi, Azərbaycan Dövlət Su X16 Suların İstifadəsinə və X11 Xidməti * saylı Şirvan-X6 səlahiyyətli şəxsi heç bir sübut olamadan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati xəta haqqında icraat başlamışdır. Azərbaycan Respublikası İXM-nin 264.0-cı maddəsinin tələbinə görə, Su obyektlərinin mühafizəsi qaydalarının pozulmasına, yəni: 264.0.2-ci maddəsinə əsasən, su təsərrüfatı qurğularının və avadanlığının zədələnməsinə, onların istismar qaydalarına riayət edilməməsinə fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-in 76.1. və 76.2-ci maddələrinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: -134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: -135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; -135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; -135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; -135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; -135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; -135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; -135.1.5-2. inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; -135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə şikayətin dəlilləri yoxlanılarkən müəyyən olunmuşdur ki, inzibati xəta haqqında qərar qəbul etmiş hakim işi tam və hərtərəfli araşdırmış, İXM-in 135-ci maddəsində qeyd olunan əsaslar müəyyən olunmamışdır, qərarın dəyişdirilməsi və ləğv edilməsi üçün əsaslar müəyyən olunmur. Odur ki, şikayət təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135 və 136-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDIM: Azərbaycan Respublikası Dövlət X9 yanında Suların İstifadəsinə və X11 Xidməti * saylı Şirvan-X6 rəisi Ehtiram Muxtarov tərəfindən verilmiş şikayət təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İnşallah oğlu oğlunun Azərbaycan Respublikası İXM-nin 264.0.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Salyan Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, şikayət və protest verilə bilməz. Hakim: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №3(3-9)-382/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-382/2026
17.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver