Məhkəmə qərarları › İş №3(3-9)-383/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-383/2026

17.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-383/2026 17.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Cinayət Kollegiyasının hakimi Əliyev Əli Abdulla oğlunun sədrliyi, Zeynallı Aslan Ismayıl oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun müdafiəçisi Şirvan Regional Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, ##.##.1980-ci ildə Salyan rayonu, Qızılağac kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, günəmuzd fəhlə işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra – IXM-in) 528.1-ci maddəsi ilə inzibati tənbeh edilməsinə dair Salyan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs MMC tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində IXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Salyan Rayon Icra və Probasiya Şöbəsinin icra məmuru X3 tərəfindən ## #### 2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Salyan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarına əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 500 (beş yüz) manat miqdarında cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə qərarından narazı qalan zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs MMC şikayət verərək, Salyan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarının ləğv edilərək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati həbs cəzası təyin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. ŞIKAYƏTIN DƏLILLƏRI: Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs MMC şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iclasında tədqiq edilmiş materiallar, icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları ilə sübuta yetirilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədi ilə üzərinə qoyulmuş öhdəliklərini üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədlərinin icrasını təmin etməmiş, buna laqeyd münasibət göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmış, bununla da o, həmin hərəkəti ilə Azərbaycan Respublikasının IXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu isə öz növbəsində, keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Göründüyü kimi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qanunvericiliyin qeyd olunan tələblərini pozaraq heç bir üzrlü səbəb olmadan icra sənədlərini qanunla müəyyən olunmuş müddətdə və qaydada icra etməmiş, icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. X2 yaşadığı yeri müəyyən etmək mümkün olmadığından barəsində axtarış elan edilmiş və məhkəmə iclasına axtarışla gətirilmişdir. Borcluya ödəniş edilməsi ilə bağlı xəbərdarlıq edilməsinə baxmayaraq, üzürsüz səbəbdən öhdəliyini yerinə yetirməkdən yayınmışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hazırda da tikinti fəaliyyəti ilə məşğuldur və borcu ödəməyə maddi imkanı vardır. Göründüyü kimi, borclu maddi imkanı olduğu halda bu günədək tələbkara 1 manat da olsa ödəniş etməmişdir. Ona görə də hesab edirik ki, onun barəsində təyin olunan inzibati xəta haqqında cərimə tənbeh növü çox yüngüldür. Belə ki, borclu barəsində həbs tənbeh növü tətbiq olunmalıdır. Lakin, tələbkar Zərərçəkmiş şəxs MMC-nin mövqeyi ondan ibarətdir ki, işdə borclunun barəsində onun məhkəmə qətnaməsini qərəzli icra etməməsini təsdiq edən kifayət qədər sübut var. Borclu müxtəlif ərazilərdə tikinti fəaliyyəti ilə məşğul olur və yüksək gəlirə malikdir. Onunla dəfələrlə borcunu ödəməsi tələb olunsa da o borcunu qəsdlə ödəməyəcəyini bildirmişdir. Onun borcunun yaranması üç ildən artıq müddətdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun müdafiəçisi X1 hər biri ayrı-ayrılıqda, şikayətin əsassız olduğundan təmin edilməməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi və icra məmuru məhkəmə iclasına gəlməmiş, icra məmuru gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Zərərçəkmiş şəxs MMC isə məhkəməyə müraciət edərək işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını və şikayətin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə IXM-in 133.2.4-cü maddəsinə əsasən, onların iştirakı olmadan inzibati işə baxılmasını mümkün hesab etdi. HÜQUQI MƏSƏLƏLƏR: IXM-in 128.1 və 133.2.8-ci maddələrinə əsasən “Barəsində qərar çıxarılmış şəxs, .... zərər çəkmiş şəxs, .... inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər”, “inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır”. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** saylı ##.##.2025-ci il tarixli icra vərəqəsinə əsasən müəyyən edilir ki, “xxxx” MMC-nin direktoru Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ödənilməmiş qalan 9283,43 manat pulu Zərərçəkmiş şəxs MMCnin xeyrinə ödəməlidir. “Icraata başlamaq haqqında” ##.##.2025-ci il tarixli qərarın surətindən görünür ki, Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** saylı ##.##.2025-ci il tarixli icra sənədi əsasında iş üzrə icraata başlanılmışdır. Salyan rayon Icra və Probasiya şöbəsi tərəfindən borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ünvanlanmış ##.##.2025-ci il tarixli bildirişin surətindən görünür ki, Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** saylı ##.##.2025-ci il tarixli tarixli icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün həmin şəxsə 10 gün müddət verilmişdir. Borclunun ##.##.2026-cı il tarixdə Salyan rayon Icra və Probasiya şöbəsində vermiş olduğu izahatından görünür ki, maddi imkanı olmadığı üçün tam borcu bağlaya bilmir. 125000 manat alacağı var, həmin pulu aldıqdan sonra borcunu tam ödəyəcəkdir. Salyan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarına əsasən müəyyən edilir ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Bununla da Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi təsdiqlənir və bu, şikayətdə mübahisələndirilmir. Zərərçəkmiş şəxsin şikayətində nə inzibati xətanın baş verməsi, nə də Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təqsirliliyi mübahisələndirilmir. Şikayətin yeganə dəlili ondan ibarətdir ki, birinci instansiya məhkəməsi tərəfindən tətbiq edilmiş 500 manat cərimə tənbehi həddindən artıq yüngüldür və şəxs barəsində daha ağır tənbeh inzibati həbs tətbiq edilməlidir. Buna görə də IXM-in 133.2.8-ci maddəsinə uyğun olaraq apellyasiya baxışı, mahiyyət etibarilə, tətbiq edilmiş inzibati tənbehin növünün və həddinin qanuniliyi və əsaslılığının yoxlanılması ilə məhdudlaşır. IXM-in 528.1-ci maddəsinin sanksiyası fiziki şəxslər üçün alternativ əsas tənbeh nəzərdə tutur: beş yüz manatdan min manatadək cərimə və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs. Bu iki tənbeh növü arasında seçim zərərçəkmiş şəxsin mövqeyi ilə deyil, hakimin fərdiləşdirmə səlahiyyəti çərçivəsində, qanunla müəyyən edilmiş meyarlar əsasında həll edilir. IXM-in 30.1-ci maddəsinə əsasən, inzibati həbs yalnız müstəsna hallarda, Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan ayrı-ayrı inzibati xətalara görə üç gündən üç ayadək müddətə və yalnız hakim tərəfindən tətbiq edilir. Beləliklə, inzibati həbs ən ağır inzibati tənbeh növü olub, onun tətbiqi qayda deyil, istisnadır və müstəsna halların mövcudluğunu tələb edir. IXM-in 9.1-ci maddəsinə görə, tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh şəxsi cəmiyyətdən təcrid etmək deyil, qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm həmin şəxs, həm də başqaları tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. IXM-in 31.2-ci maddəsinə görə isə tənbeh tətbiq edilərkən xətanın xarakteri, xətanı törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. IXM-in 32-ci maddəsi məsuliyyəti yüngülləşdirən halları müəyyən edir; həmin maddədə birbaşa sadalanmayan başqa halların da hakim tərəfindən yüngülləşdirən hal kimi nəzərə alınması mümkündür (Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqe). Törədilmiş əməl pul tələbi üzrə icra sənədinin icra edilməməsidir; bu, əmlak xarakterli, zorakılıqla bağlı olmayan, şəxsin həyatına, sağlamlığına, ictimai asayişə və ya təhlükəsizliyə qəsd etməyən xətadır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 3-cü qrup əlildir, bununla bağlı 180 manat müavinət alır, borcunu ödəməkdən yayınmır, hər ay 300 manata yaxın ödəniş edə bilər. Bu hallar IXM-in 31.2 və 32-ci maddələri baxımından məsuliyyəti yüngülləşdirən və inzibati həbsin müstəsna tədbir kimi tətbiqinə əks çəki yaradan hallar kimi qiymətləndirilir. Iş materiallarında məsuliyyəti ağırlaşdıran hallar, o cümlədən eyni xətanın təkrar törədilməsi (IXM-in 33.1.2 və 528.1-1-ci maddələri) müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədini icra etməməsi işin hallarına görə qəsdən yayınmadan çox, obyektiv çətinliklərlə - maddi imkansızlıq və ailə yükü ilə bağlıdır. Belə vəziyyətdə inzibati həbs tənbeh növünün tətbiqi ailənin əsas dolanışıq mənbəyi olan şəxsin təcridi ilə nəticələnərək, onun borcu ödəmək imkanını daha da azaldar, ailə vəziyyətini ağırlaşdırar. Bu isə həm icra prosesinin məqsədinə (borcun alınmasına), həm də inzibati tənbehin məqsədinə (tərbiyə və yeni xətanın qarşısının alınmasına) xidmət etmir, əksinə, onlara zidd nəticə verər. Cərimə tənbeh tədbiri isə həm əməlin qanunazidd olduğunu təsbit edir, həm dövlət büdcəsi qarşısında məsuliyyət yaradır, həm də şəxsin borcu ödəmək qabiliyyətini saxlayır. Zərərçəkmiş şəxsin yalnız inzibati həbsin tətbiqi barədə tələbi mahiyyət etibarilə cəza (intiqam) xarakteri daşıyır. Halbuki inzibati tənbeh kreditorun intiqam vasitəsi deyil, ictimai, korreksiyaedici və preventiv məqsədlərə xidmət edən tədbirdir. Zərərçəkmişin qanuni marağı borcun alınması inzibati həbslə deyil, davam edən icra icraatı vasitəsilə təmin olunur. IXM-in 31.5-ci maddəsinə və 528.1-ci maddəsinin Qeydinə görə, inzibati tənbehin tətbiqi borclunu icra sənədi üzrə öhdəlikdən azad etmir; icra davam edir, borclu icranı təmin etmədikdə isə qanun daha ağır məsuliyyət mexanizmini (IXM-in 528.1-1-ci maddəsi üzrə eyni icra sənədinə münasibətdə təkrar törətməyə görə məsuliyyəti) nəzərdə tutur. Beləliklə, cərimənin tətbiqi zərərçəkmişin hüquqlarının müdafiəsi imkanlarını tükəndirmir. Yuxarıda göstərilənlərə əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi IXM-in 9.1, 21, 30.1, 31.2 və 32-ci maddələrinin tələblərini düzgün tətbiq edərək, şəxsin əmlak və ailə vəziyyətini, xətanın xarakterini nəzərə almış, barəsində inzibati həbs tənbehinin tətbiqi üçün müstəsna halların mövcud olmadığını əsaslı müəyyən etmiş və sanksiyanın minimum həddində (500 manat) cərimə tənbeh tədbirini seçməklə tənbehi IXM-in 9.1-ci maddəsinin ədalətlilik prinsipinə uyğun, ədalətli və mütənasib şəkildə fərdiləşdirmişdir. Zərərçəkmiş şəxsin yalnız daha ağır tənbehin-inzibati həbsin tətbiqinə yönələn dəlili işin faktiki hallarının məcmusu ilə təsdiqlənmədiyindən əsassızdır. IXM-in 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Odur ki, apellyasiya qaydasında verilmiş şikayət təmin edilməməli və Salyan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanları və IXM-in 128-134.1.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: Şikayət təmin edilməsin. Salyan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs MMC tərəfindən verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar