Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-384/2026 06.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi ilə, icra sənədi üzrə tələbkarın nümayəndəsi Ələkbərova İradə Qardaş qızının, müdafiəçi Şirvan Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsinə dair Salyan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından tələbkar Zərərçəkmiş şəxs nümayəndəsi İ.Ələkbərova tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Salyan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə (sədrlik edən hakim X3) ##.##.1980-cı il tarixdə Salyan rayonu, Qaraçala qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsili, evli, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, X1 Massivi, Ə.Əhmədov küçəsi 124-115 yaşayan icra sənədi üzrə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. İŞİN HALLARI: Salyan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən tərtib edilmiş ## #### 2026-cı il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallar ## #### 2026-cı il tarixdə Salyan Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Salyan Rayon Məhkəməsinin *(***)- ****/****-*** saylı, ##.##.2025-ci il tarixli icra vərəqəsinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ödənilməmiş qalan 2.148 manat pulu Zərərçəkmiş şəxs tam qaydada ödəməkdən imtina edir. İnzibati xəta haqqında protokola baxan birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan qərarı qəbul etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İcra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs nümayəndəsi Ələkbərova İradə Qardaş qızı şikayət verərək, Salyan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarının ləğv edilərək, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati həbs verilməsi barədə yeni bir qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət müəllifi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Salyan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsinə əsasən tərətib edilmiş ## #### 2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında portokol və ona əlavə olunmuş materiallar ## #### 2026-cı il tarixdə Salyan rayon Məhkəməsinə daxil olmuşdir. Salyan rayon Məhkəməsinin *(***)-****/****-*** saylı, ## ###### 2025-ci il tarixli icra vərəqəsinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 2148 manat pul alınaraq Zərərçəkmiş şəxs verilməsi qərara alınmış, lakin indiyədək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs borcunu mənə ödəməmiş və icra məmurunun tələblərini yerinə yetirməmişdir. Nəticədə Salyan rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycar Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 500 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. O, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tətbiq olunan cərimə cəzası ilə razı deyi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs cərimə cəzasını vermək yerinə borclu qaldığı pulu ödətdirmək olardı. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs pulunu ödəməyə-ödəməyə cərimə cəzası vermək onun tamamilə pulunu verməmək kimi birşeydir. Məhkəmə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs cərimə cəzası verərək onu aliment borcunu ödəməkdən yayındırır və ona şərait yaradır. O, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati həbs verilməsini, yada ki borcunun bütövlükdə ödənilməsini tələb edir. Hazırda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs bugünkü günə 2148 manat borcu vardır. TƏRƏFLƏRİN İZAHATLARI: Apellyasiya instansiyası məhkəməsində: İcra sənədi üzrə tələbkarın nümayəndəsi Ələkbərova İradə Qardaş qızı apellyasiya şikayəti üzrə bildirdi ki, borclu borcundan hər hansı ödəniş etməmişdir. Salyan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarının ləğv edilərək, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati həbs verilməsi barədə yeni bir qərar qəbul edilməsini xahiş etdi. Müdafiəçi Vəkil apellyasiya şikayətinə dair qeyd olunan dəlillərlə razı olmadığını bildirərək, apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş icra sənədi üzrə borclu və səlahiyyətli orqan Salyan rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və borclu məhkəməyə teleqram vuraraq səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini və onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini və Salyan Rayon Məhkəməsinin qərarını qüvvədə saxlanılmasını xahiş etmişdir. Apellyasiya məhkəməsi işə borclu və səlahiyyətli orqanın nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün saymışdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya məhkəməsi inzibati xəta haqqında iş üzrə icraat materiallarını araşdırıb, tərəfləri dinləyib, şikayətin dəlillərini iş materialları ilə müqayisəli şəkildə tədqiq edərək hesab edir ki, şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli və borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə həbs inzibati tənbeh tədbirinin tətbiq olunmasına dair yeni qərar qəbul edilməlidir. Belə ki, iş materiallarında olan Salyan Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı icra vərəqəsinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Zərərçəkmiş şəxs xeyrinə 2800 (iki min səkkiz yüz) manat pul və ödənilmiş 48 (qırx səkkiz) manat dövlət rüsumunun tutulması qət edilmişdir. İş materiallarından görünür ki, Salyan Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən ##.##.2025-ci il tarixdə icraata başlanılması haqqında qərar qəbul edilmiş, həmin tarixdə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədinin könüllü qaydada icra olunması üçün qanunla müəyyən edilmiş müddət verilmiş, eyni zamanda ona icra sənədinin icra edilməməsinin hüquqi nəticələri barədə bildiriş təqdim edilərək xəbərdarlıq edilmişdir. Birinci instansiya məhkəməsində: Salyan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 protokolu müdafiə edərək izahatında göstərdi ki, icra sənədi üzrə borclu tərəfindən müvafiq ödənişlərin olmaması səbəbindən və tələbkarın daimi müraciətləri əsasında şəxsin barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün məhkəməyə təqdim edilmişdir. Müvafiq qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bilmişdir. İcra sənədi üzrə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs bildirmişdir ki, icra sənədi üzrə müəyyən aralıqda ödənişlər etmişdir. Belə ki, onun tərəfindən tələbkarlara sonuncu ödəniş cari ilin mart ayında 200 manat məbləğində edilmişdir. Lakin onun sürücülük vəsiqəsinin AR İXM-in 529.3-cü maddəsi ilə sürücülük hüquq məhdudlaşdırıdıldığndan gəlir əldə edə bilməmiş və bu səbəbdən bu müddət ərzində ödəniş edə bilməmişdir. Zərərçəkmiş şəxsə olan borcunu hissə-hissə ödəyəcəkdir. Qeyd olunanların nəzərə alınaraq, onun barəsində inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İcra səsnədi üzrə tələbkar Zərərçəkmiş şəxs etibarnamə üzrə nümayəndəsi Ələkbərova İradə Qardaş qızı izahatında bildirmişdir ki, borclu tərəfindən müəyyən vaxtlarda müvafiq ödənişlər olsa da, onun tərəfindən icra sənədi tam olaraq icra edilməmişdir. Sonuncu aylarda isə ümumiyyətlə ödənişlər olmamışdır. Qeyd olunaların müvafiq qərarın qəbul edilməsi zamanı nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Həmçinin apellyasiya araşdırması zamanı: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixli, *(*-*)-***/**** nömrəli bildiriş həmçinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məxsus ***-***-**-** nömrəli mobil telefonuna SMS bildiriş göndərilmişdir. Lakin barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Təkrar olaraq barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixli, *(*-*)-***/**** nömrəli bildiriş, həmçinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məxsus ***-***-**-** nömrəli mobil telefonuna SMS bildiriş göndərilmişdir. Lakin barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən məhkəməyə ərizə daxil olmuş və məhkəmə iclasında səhəti iləqədar yaranmış problemlə bağlı şəxsin iştirak edə bilməyəcəyini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və Salyan Rayon Məhkəməsinin qərarını dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən şəxsin iştirakı olmadan aparılması inzibati xətalar haqqında olan iş üzrə bağlı olan bütün halların hərtərfli, tam və obyektiv tədqiq edilməsinə mane olduğundan onun barəsində məcburi gətirmə barədə ##.##.2026-cı il tarixli, *(*-*)-***/**** nömrəli qərar qəbul edilmiş, apellyasiya şikayəti üzrə məhkəmə baxışı iclası ## ###### 2026-cı il tarixə saat 14:30-a təxirə salınmış, ## ###### 2026-cı il tarixdə saat 14:30-a təyin edilmiş məhkəmə iclasında ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şirvan Apellyasuya Məhkəməsində məcburi qaydada iştirakının təmin edilməsi və qərarın icrası aidiyyəti üzrə Salyan Rayon Polis Şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilmişdir. Lakin Salyan Rayon Polis Şöbəsi tərəfindən şəxsin məcburi gətirilməsi barədə qərar icra edilməmiş, həmçinin barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasında təkrarən iştirak etməmiş və tərəfindən məhkəməyə teleqram daxil olaraq səhəti ilə əlaqədar iştirak edə bilməyəcəyini və onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini və məhkəmə qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Apellyasiya məhkəməsi aşağıda qeyd olunanlara görə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəsini əsassız sayır. İlk öncə apellyasiya məhkəməsi məhkəmə qərarlarının icrasının təmin edilməsini konstitusiya dəyərləri baxımından vacib hesab edərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası adından çıxarılmış və qanuni qüvvəyə minmiş məhkəmə qərarları hər kəs üçün məcburi olub, onların vaxtında və tam həcmdə icrası məhkəmə hakimiyyətinin nüfuzunun və qanunun aliliyinin təmin edilməsinin əsas elementlərindən biridir. Konstitusiyanın 129-cu maddəsinin İ və II hissələrinə görə, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə görə, məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 3.1. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 3.2. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. 8.2. İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü və dördüncü abzaslarında müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. 12.1. Bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. 44.1. Məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: 44.1.3. könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi. 70.1. Borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi üzrə icraata başladıqdan sonra, icra məmuru bu Qanunun 8-ci maddəsinə uyğun olaraq icra sənədində göstərilmiş hərəkətlərin borclu tərəfindən könüllü icrası üçün müddət təyin edir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində qeyd olunan inzibati xətanın obyekti ədalət mühakiməsinin, xeyrinə məhkəmə qərarı çıxarılmış ayrı-ayrı hüquqi və fiziki şəxslərin, habelə dövlətin mənafeyi olmaqla, obyektiv cəhətdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmədə, həmin məhkəmə qətnaməsinin icrasına maneçilik törətmədə, habelə icra ilə əlaqədar icra məmurlarının qanuni tələblərini icra etməmədə ifadə olunur. Göründüyü kimi, İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibatı xətanın hüquqaziddliyi ondan ibarətdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarını icra etməmə məhkəmə orqanlarını nüfuzdan salır və ən başlıcası, pozulmuş hüquqların bərpası qeyri-mümkün olur və ədalət mühakiməsinin çıxardığı qərarlar kağız üzərində qalır. Məhz qeyd olunan inzibati xətanın obyekti də ədalət mühakiməsinin, xeyrinə məhkəmə qərarı çıxarılmış ayrı-ayrı hüquqi və fiziki şəxslərin, habelə dövlətin mənafeyi olmaqla, obyektiv cəhətdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmədə, həmin məhkəmə qətnaməsinin icrasına maneçilik törətmədə, habelə icra ilə əlaqədar icra məmurlarının qanuni tələblərini icra etməmədə ifadə olunur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Salyan Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı icra vərəqəsi üzrə Salyan Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən "İcra haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq könüllü icra üçün verilmiş müddət ərzində məhkəmə qətnaməsini icra etməmiş, öhdəliyini könüllü qaydada yerinə yetirmək istiqamətində kifayət qədər tədbirlər görməmişdir. İş materiallarından görünür ki, borclu tərəfindən müəyyən dövrlərdə cüzi məbləğlərdə ödənişlər edilsə də, icra sənədi üzrə borcun əsas hissəsi uzun müddət ödənilməmiş qalmışdır. Həmçinin apellyasiya baxışı zamanı məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə, barəsində məcburi gətirilmə haqqında qərar qəbul edilməsinə baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmiş, sonradan məhkəməyə teleqram göndərərək səhhəti ilə əlaqədar iştirak edə bilməyəcəyini bildirmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Sadalanan hallar məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Salyan Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməmiş və icra sənədinin icrasından yayınmışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ####### 2012-ci il tarixli qərarında sərgilədiyi hüquqi mövqeyinə əsasən məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Yuxarıda qeyd olunanlara görə apellyasiya məhkəməsi belə hesab edir ki, borclu E.Nağıyevin Beyləqan Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** saylı icra sənədinin icra olunmasına dair qanuni tələblərini üzrsüz səbəbdən icra etməməsi sübuta yetirilir və ona görə də o, həmin maddə ilə təqsirli bilinib barəsində inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. İcra sənədi üzrə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində tətbiq edilməli olan inzibati tənbeh tədbiri ilə əlaqədar apellyasiya məhkəməsi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin alternativ xarakterli nisbimüəyyən sanksiyasında fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Apellyasiya məhkəməsi borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, iş üzrə müəyyən edilmiş halları, icra sənədi üzrə borcun uzun müddət tam ödənilməməsini, tələbkar Zərərçəkmiş şəxs nümayəndəsinin haqlı olaraq apellyasiya şikayəti verməsini, habelə inzibati tənbehin məqsədlərinə nail olunmasının zəruriliyini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin tətbiq etdiyi inzibati cərimə növündə tənbeh tədbiri işin hallarına uyğun deyildir. Belə ki, iş materiallarından görünür ki, yazılı xəbərdarlıqlara, icra sənədinin könüllü qaydada icrası üçün qanunla müəyyən edilmiş müddətin verilməsinə və icra məmurunun qanuni tələblərinə baxmayaraq, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədi üzrə öhdəliyini tam yerinə yetirməmiş, cəmi 700 manat ödəniş etmiş, nəticədə 2.148 manat məbləğində borc ödənilməmiş qalmışdır. Borclu müəyyən dövrlərdə hissəhissə ödənişlər etsə də, bunlar məhkəmə qətnaməsinin tam icrasını təmin etməmişdir. Eyni zamanda, apellyasiya baxışı zamanı məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə teleqram göndərərək səhhəti ilə əlaqədar iştirak edə bilməyəcəyini bildirmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Göstərilən hallar məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs uzun müddət ərzində icra sənədinin tam icrasını təmin etməmiş, icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və məhkəmə qətnaməsinin icrasından yayınmaqda davam etmişdir. Apellyasiya məhkəməsi qeyd edir ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati həbsə nisbətən daha yüngül tənbeh tədbirinin təyin edilməsi inzibati tənbehin ümumi məqsədlərinə nail olmaq üçün sonuncuya münasibətdə kifayət etməməklə yanaşı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsdə törətmiş olduğu inzibati xətaya laqeydlik hissinin formalaşmasına səbəb ola bilər. Buna görə də, apellyasiya məhkəməsi hesab edir ki, işin bütün halları qiymətləndirildikdə, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli və borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində İXM-in 528.1-ci maddəsinin sanksiyası çərçivəsində daha ciddi inzibati tənbeh tədbirinin tətbiq edilməsi üçün hüquqi əsaslar mövcuddur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək apellyasiya məhkəməsi belə hesab edir ki, şikayət əsaslı olduğundan qismən təmin olunmalı, Salyan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı dəyiçdirilməli, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-in 528.1-ci maddəsi ilə 10 (on) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilməlidir. Həmçinin, apellyasiya məhkəməsi belə hesab edir ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs bir daha «İcra haqqında» Azərbaycan Respublikası Qanunun borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin icra olunmamasına görə məsuliyyətdən bəhs edən 82-ci maddəsinin tələbləri izah olunmalıdır: 82.1. Borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. 82.3. İcra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana (bu Qanunun 84-2.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla), icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun # ######## 2018-ci il tarixli Qərarındakı mövqeyə görə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.2, 12 və 35-ci maddələrinin mənası baxımından, şəxs həmin Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra məhkəmə və digər orqanların qərarlarını icra etmədikdə (qərəzli olaraq icra etməmə istisna olmaqla), yenidən inzibati məsuliyyətə cəlb oluna bilər. Odur ki, icra sənədi üzrə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs nəzərinə bir daha çatdırılmalıdır ki, icra sənədi üzrə borcunu üzürsüz səbəblərdən tam şəkildə ödəməyəcəyi təqdirdə «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin tələbinə əsasən onun təkrarən inzibati məsuliyyətə və ya cinayət məsuliyyətinə cəlb olunacağı barədə müvafiq tədbirlər görüləcəkdir. Odur ki, məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: İcra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs nümayəndəsi Ələkbərova İradə Qardaş qızı tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Salyan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı həmin şikayətə əsasən dəyişdirilsin. İcra sənədi üzrə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə 10 (on) gün müddətinə inzibati həbs təyin edilsin. Həbsetmənin əvvəli Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tutularaq müvəqqəti saxlama yerinə təhvil verildiyi andan hesablansın. Qərarın icrası Salyan rayon Polis Şöbəsinə həvalə edilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-9)-384/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-384/2026
06.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver