Məhkəmə qərarları › İş №3(3-9)-385/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-385/2026

17.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-385/2026 17.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi ilə, məhkəmə iclasının katibi Ələskərov Sənan Adil oğlunun katibliyi ilə. Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Ağcabədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarından protokol tərtib etmiş orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən vərilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər İdarəsinin ## ####### 2025-ci il tarixli MN ******* nömrəli “xxxx” qərarına əsasən Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə təqsirli bilinərək 1000 manat məbləğində cərimə edilmişdir. Qərardan şikayət verən orqan (şəxs) şikayətlə məhkəməyə müraciət edərək, İnzibati xəta haqqında qərardan şikayət vermə müddətinin buraxılmasının üzrlü səbəbdən baş vermiş hesab edilərək bərpa edilməsini, şikayətin icraata qəbul edilməsini, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər İdarəsi tərəfindən onun barəsində tərtib edilmiş ## ####### 2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolun ləğv edilməsini, həmin protokol əsasında qəbul edilmiş ## ####### 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, onun barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər İdarəsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə ## ####### 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında barəsində 1000 (bir min) manat məbləğində inzibati cərimə tətbiq olunması barədə qərar qəbul edilmişdir. Həmin qərardan qanunla müəyyən edilmiş müddətdə şikayət verilməmişdir. Lakin şikayət müddətinin ötürülməsi qəsdən deyil, obyektiv və üzrlü səbəblərlə bağlı olmuşdur. Belə ki, eyni faktiki hallar üzrə direktoru olduğu “xxxx” MMC barəsində də inzibati icraat aparılmış, ## ####### 2025-ci il tarixli MN ******* saylı protokol əsasında hüquqi şəxsə qarşı iş məhkəməyə göndərilmişdir. Ağcabədi Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** saylı qərarı ilə “xxxx” MMC İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə təqsirli bilinərək 2 000 manat məbləğində cərimə edilmişdir. Həmin qərardan verilmiş şikayətə baxılarkən Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-*)-**/**** saylı qərarı ilə hüquqi şəxs barəsində qəbul edilmiş qərar ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, səlahiyyətli orqanın tələbi hüquqi şəxsə faktiki çatdırılmamışdır; inzibati xəta tərkibinin obyektiv və subyektiv elementləri mövcud deyildir, inzibati məsuliyyət üçün hüquqi əsas yoxdur. Məhz eyni faktiki hallar üzrə paralel məhkəmə baxışı davam etdiyindən və həmin işin nəticəsinin onun hüquqi vəziyyətinə birbaşa təsir göstərəcəyinə dair əsaslı hüquqi gözləntisi olduğundan, ayrıca şikayət verməyə zərurət olmadığı qənaətində olmuşdur. Həmçinin Şirvan Apellyasiya Məhkəməsinin yuxarıda göstərilən qərarı ilə artıq eyni hadisə üzrə inzibati xəta tərkibinin mövcud olmadığı məhkəmə qaydasında müəyyən edilmişdir. Belə olan halda, eyni faktiki hadisə üzrə onun vəzifəli şəxs qismində inzibati məsuliyyətə cəlb edilməyi hüquqi əsasdan məhrumdur. Çünki hüquqi şəxsə ünvanlandığı iddia olunan tələb faktiki olaraq çatdırılmamışdırsa, həmin tələbə əməl edilməməsinə görə vəzifəli şəxsin məsuliyyətindən də söhbət gedə bilməz. Eyni faktiki hadisə üzrə hüquqi şəxs barəsində icraata xitam verilməsi, lakin vəzifəli şəxs barəsində cərimənin qüvvədə saxlanılması hüquqi müəyyənlik, mütənasiblik və məntiq prinsiplərinə ziddir. Ona görə də, göstərdiklərini nəzərə alaraq şikayətinin təmin edilməsi haqqında qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ağcabədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) barəsində çıxarılmış ## ####### 2025-ci il tarixli MN seriyalı ******* nömrəli “xxxx” qərar ləğv edilmiş və Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Qərardan narazı qalan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı Şəhər İdarəsinin rəis müavini Tamerlan Məlikli apellyasiya şikayəti vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Ağcabədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(5-106)- ***/**** nömrəli qərarı ləğv edilməli və Xidmətin Bakı Şəhər İdarəsinin ##.##.2025-ci il tarixli, MN ******* nömrəli xxxx qərarı qüvvədə saxlanılmalıdır. Belə ki, X1 şikayəti əsasında Xidmətin Bakı Şəhər İdarəsində aparılan araşdırma zamanı Qərardan şikayət verən orqan (şəxs) direktoru olduğu “xxxx” MMC-yə 3-17- */*-*****/**** nömrəli məktub göndərilərək vətəndaşların müraciətlərinə dair məlumatların və məktubda göstərilən sənədlərin 7 (yeddi) iş günü müddətində Xidmətin Bakı Şəhər İdarəsinə verilməsi tələb olunmuşdur. Qeyd etmək lazımdır ki, həmin məktublar müvafiq olaraq ##.##.2025-ci il tarixində çatdırılmış, lakin sənədlər təqdim edilməmişdir, (sübutlar qoşmaya əlavə olunur. Xidmətin Bakı Şəhər İdarəsi tərəfindən müəyyən edilmiş müddət ərzində sənədlər Qərardan şikayət verən orqan (şəxs) tərəfindən təqdim edilmədiyindən inzibati xəta törədilmiş hesab edilir. Qeyd olunan halları nəzərə almamaqla məhkəmə qanunvericiliyə formal yanaşaraq real qanun pozuntularına görə məsuliyyətin müəyyənləşdirilməsi işini çətinləşdirir, təqsirli şəxslərin məsuliyyətdən yayınmaq üçün imkanlarının süni olaraq genişləndirilməsinə şərait yaradır. Beləliklə, Ağcabədi Rayon Məhkəməsi tərəfindən mötəbər sübutların qiymətləndirilməsi düzgün aparılmadığından işin faktiki hallarına uyğun olmayan əsassız nəticəyə gəlinmişdir. Xidmətin Bakı Şəhər İdarəsi tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən Qərardan şikayət verən orqan (şəxs) əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olduğu aşkar edilmiş və sübuta yetirilmişdir. Yuxarıda qeyd olunan halları nəzərə alaraq Ağcabədi Rayon Məhkəməsinin ##.##.2026cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsi və Xidmətin Bakı şəhər İdarəsi tərəfindən Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş ##.##.2025-ci il tarixli, MN ******* nömrəli xxxx qərarın qüvvədə saxlanılması barədə qərar qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasının vaxtı və yəri barədə lazımi qaydada məlumat verilmiş Qərardan şikayət verən orqan (şəxs) oğlu və Azərbaycan Rəspublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Hüquq İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. İşin hallarına əsasən məhkəmə şikayətə nümayəndələrin iştirakları olmadan baxılmasını mümkün həsab etmişdir. Azərbaycan Rəspublikası İXM-nin 128.1 və 133.2.8-ci maddələrinə əsasən “Barəsində qərar çıxarılmış şəxs, .... zərər çəkmiş şəxs, .... inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protəst vərə bilər”, “inzibati xəta haqqında iş üzrə qərardan vərilən şikayətə və ya protəstə baxılarkən qəbul ədilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim ədilmiş matəriallar əsasında yoxlanılır”. Şikayət müəllifi şikayətində hakimin gəldiyi nəticənin işin faktiki hallarına uyğun olmamasını iddia ədərək, şikayətini İnzibati Xətalar Məcəlləsinin 134.1.2.-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Həmin Məcəllənin 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. AR İXM-in 12-ci maddəsində əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd ədən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya əhtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta həsab olunur. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafələrini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyəktiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar ətməkdən və onu inzibati məsuliyyətə cəlb ətməkdən, çıxarılmış qərarın icrasını təmin ətməkdən, habələ inzibati xətanın törədilməsinə kömək ədən səbəbləri və şəraiti aşkar ətməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri sübut ədilməlidir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən ətməkdən ötrü hakimin əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi təxniki vasitələrin göstəriciləri ilə, əkspərtin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən ədilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyəktiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. ## ####### 2025-ci il tarixli MN ******* nömrəli “xxxx” qərardan görünür ki, X1 şikayəti əsasında AR ƏM-nin 15.2-ci maddəsinə əsasən “xxxx” MMC-nin vəzifəli şəxsinə *-**-*/*- *****/**** saylı göndərilən məktubla qeyd olunan sənədlər 7 iş günü ərzində DƏMX BŞİ-nə təqdim olunması tələb olunmuşdur. Məktubun ##.##.2025-ci il tarixdə çatdırılması baxmayaraq tələb edilən sənədlər ##.##.2025-ci il tarixədək DƏMX BŞİ-yə təqdim edilməmişdir. İş materiallarında olan və qanuni qüvvəsini almış Şirvan Apellyasiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-*)-**/**** saylı qərarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş hüquqi şəxs “xxxx” MMC tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilmiş, Ağcabədi rayon Məhkəməsinin ## ###### 2025- ci il tarixli *(***)-***/**** saylı qərarından şikayətə münasibətdə ləğv edilmiş, hüquqi şəxs “xxxx” MMC barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibinin olmaması əsası ilə İXM-in 53.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. X2 Xidmətininin Bakı Şəhər idarəsi tərəfindən göndərilmiş sorğunun MMC-yə təqdim edilməsinə, yəni onun həmin sorğu ilə faktiki tanış olmasına dair iş materiallarında heç bir sübut yoxdur. İşdə poçt göndərişi haqqında qəbz olmasına baxmayaraq, MMC-nin hüquqi ünvanının faktiki olaraq dəyişməsi, məktubda göstərilən ünvanın əvvəlki hüquqi ünvan olması onu göstərir kı, MMC-nin göndərilmiş sorğudan xəbərdar olub-olmaması sübuta yetirilməmişdir. Sorğu barədə məlumatı olmayan şəxsin onu təqdim etməməsinə görə məsuliyyətə cəlb edilməsi hüquqi dövlət prinsiplərinə, xüsusən də Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsində təsbit edilmiş “heç kəs qanunla müəyyən edilməmiş məsuliyyətə cəlb edilə bilməz” prinsipinə ziddir. Təsadüfi deyil ki, Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) “Öztürk Almaniyaya qarşı” (##.##.1984), “Angel Rumıniyaya qarşı” (##.##.2007) və “Guzzardi İtaliyaya qarşı” ##.##.1980) işlərində vurğulanmışdır ki, inzibati məsuliyyət tədbirləri mahiyyət etibarilə cəza xarakterli olduğundan, bu cür işlərdə də “günahsızlıq prezumpsiyası” prinsipi tətbiq olunmalı, şəxsin təqsiri aydın və şübhə doğurmayan sübutlarla təsdiqlənməlidir. Hazırkı işdə MMCnin hərəkətində inzibati xəta tərkibi və subyektiv əlamətləri sübuta yetirilmədiyindən, inzibati məsuliyyətə cəlb edilməsi üçün hüquqi əsas yoxdur. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, ## ###### 2026-cı il tarixli, *(*-*)-**/**** saylı qərarda müəyyən olunan halları və iş materiallarını əlaqəli şəkildə təhlil edərək, belə qənaətə gəlir ki, səlahiyyətli orqanın göndərdiyi ##.##.2025-ci il tarixli, *-**-*/*-*****/**** saylı sorğu (tələb məktubu) hüquqi şəxsə ünvanlanmış olsa da, faktiki olaraq soğru hüquqi şəxsin hüquqi ünvanına göndərilməmişdir. Sorğunun hüquqi şəxsə faktiki təqdim olunmasına və ya ona çatmasına dair heç bir sübut mövcud olmamışdır. Səlahiyyətli orqan tərəfindən tələb olunan sənədlərin kimə, nə vaxt və hansı qaydada təqdim edilməsinin istənildiyi barədə hüquqi şəxsə real sorğu çatdırılmadığından hüquqi şəxsin həmin tələbi icra etməməsi obyektiv olaraq mümkün olmamışdır. Orqanın tələb etdiyi bütün sənədlər məhz vəzifəli şəxs barəsində şərti cərimə tətbiq edilərkən müəyyən olunmuş müddət ərzində, yəni vaxtında, (## ####### 2025ci ilədək) tam və düzgün şəkildə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərin məzmunu, düzgünlüyü və tamlığı səlahiyyətli orqan tərəfindən mübahisələndirilməmişdir və bu hal iş üzrə mübahisə doğurmamışdır. İnzibati xətanın nəticələri hüquqi şəxsin vəzifəli şəxsi qismində Qərardan şikayət verən orqan (şəxs) tərəfindən səlahiyyətli orqanın müəyyən etdiyi müddət ərzində faktiki olaraq aradan qaldırılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı işdə vəzifəli şəxsin hərəkətində inzibati xəta tərkibi və subyektiv əlamətləri sübuta yetirilmədiyindən, onun inzibati məsuliyyətə cəlb edilməsi üçün hüquqi əsas yoxdur. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, “Qərardan şikayət verən orqan (şəxs) əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinin tərkibi olmadığından həmin Məcəllənin 53.1.2-ci. və 114.2.1-ci maddələrinə əsasən iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsində birinci instansiya məhkəməsi haqlı olmuşdur. Belə ki, işdə olan və məhkəmə iclasında elan edilmiş ## ####### 2025-ci il tarixli MN ******* nömrəli “xxxx” qərardan görünür ki, X1 şikayəti əsasında AR ƏM-nin 15.2-ci maddəsinə əsasən “xxxx” MMC-nin vəzifəli şəxsinə *-**-*/*-*****/**** saylı göndərilən məktubla qeyd olunan sənədlər 7 iş günü ərzində DƏMX BŞİ-nə təqdim olunması tələb olunmuşdur. Məktubun ##.##.2025-ci il tarixdə çatdırılması baxmayaraq tələb edilən sənədlər ##.##.2025ci il tarixədək DƏMX BŞİ-yə təqdim edilməmişdir. Müəyyən edilmişdir ki, səlahiyyətli orqanın göndərdiyi ##.##.2025-ci il tarixli, *-**-*/*-*****/**** saylı sorğu (tələb məktubu) hüquqi şəxsə ünvanlanmış olsa da, faktiki olaraq soğru hüquqi şəxsin hüquqi ünvanına göndərilməmişdir. Sorğunun hüquqi şəxsə faktiki təqdim olunmasına və ya ona çatmasına dair heç bir sübut mövcud olmamışdır. Səlahiyyətli orqan tərəfindən tələb olunan sənədlərin kimə, nə vaxt və hansı qaydada təqdim edilməsinin istənildiyi barədə hüquqi şəxsə real sorğu çatdırılmadığından hüquqi şəxsin həmin tələbi icra etməməsi obyektiv olaraq mümkün olmamışdır. Bundan başqa qanuni qüvvəsini almış Şirvan Apellyasiya Məhkəməsinin ## ###### 2026cı il tarixli, *(*-*)-**/**** saylı qərarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş hüquqi şəxs “xxxx” MMC tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilmiş, Ağcabədi rayon Məhkəməsinin ## ###### 2025 ci il tarixli *(***)-***/**** saylı qərarından şikayətə münasibətdə ləğv edilmiş, hüquqi şəxs “xxxx” MMC barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibinin olmaması əsası ilə İXM-in 53.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İXM-in 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Qeyd olunan Məcəllənin 84.1. və 84.2-ci maddələrinə uyğun olaraq inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Bununla əlaqədar nəzərə alınmalıdır ki, təqsirsizlik prezumpsiasından bəhs edən İXM-in 8.1.-8.3-cü maddələrində qeyd olunmuşdur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Beləliklə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Hüquq İdarəsinin rəis müavini Tamerlan Məlikli tərəfindən verilmiş şikayəti təmin olunmamalı, Ağcabədi Rayon Məhkəməsinin ## #### 2026cı il tarixli, *(*-***)-***/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 133, 134, 135 və 136-cı maddələrini rəhbər tutaraq QƏRAR VERDİM: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Hüquq İdarəsinin rəis müavini Tamerlan Məlikli tərəfindən verilmiş şikayət təmin edilməsin. Ağcabədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, şikayət və protest verilə bilməz. Sədrlik ədən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar