Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 3(3-9)-386/2026 17.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası – hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi ilə, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməsinə dair Şirvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından səlahiyyətli orqan X3 Xidmətinin Hüquq İdarəsinin rəis müavini Tamerlan Məlikli tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şirvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə X1 tərəfindən verilmiş şikayət təmin olunmuş, X1 X3 Xidməti Bakı şəhər İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə təqsirli bilinərək qəbul edilmiş “inzibati tənbeh vermə haqqında” ##.##.2026-cı il tarixli, MN ******* nömrəli qərarının ləğv edilməsi, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilmişdir. Şirvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından səlahiyyətli orqan X3 Xidmətinin Hüquq İdarəsinin rəsi müavini Tamerlan Məlikli tərəfindən apellyasiya şikayət verilmişdir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə məlumat verilmiş, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) və səlahiyyətli orqan X3 Xidmətinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər, səlahiyytli orqan Azərbaycan Respubliaksının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin hüquq idarəsinin rəis müavini X2 Şəhər Məhkəməsinə məktub ünvanlayaraq Şirva Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından verilmiş ##.##.2026-cı il tarixli, *-**-*/*-*****/**** nömrəli apellyasiya şikayətinin geri qaytarılmasını xahiş etmişdir. Apellyasiya məhkəməsi səlahiyyətli orqanın apellyasiya şikayətinin geri qaytarılması barədə müraciətini şikayətdən imtina kimi qəbul edir və onu qeyd etməyi zəruri hesab edir ki, inzibati xətalar qanunvericiliyində apellyasiya şikayətindən imtina və şikayətin baxılmasına xitam verilməsi məsələləri tənzimlənməmişdir. Odur ki, apellyasiya məhkəməsi mövcud qanunvericilik normalarından, həmçinin özünün əvvəlki hüquqi mövqeyindən çıxış edərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə məhkəmə qərarından verilmiş şikayətdən imtina və şikayətin baxılmasına xitam verilməsi ilə əlaqədar prosessual məsələlərin tənzimlənməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müvafiq normaları qanunun analogiyası üzrə tətbiq edilməlidir. Belə ki, AR Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” 2016-cı il # ###### tarixli Qərarında qeyd olunmuşdur ki, cinayət-prosessual qanunvericiliyinin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu, həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Qanunun analogiya üzrə tətbiqi konkret hüquq münasibətlərini tənzimləyən normanın olmamasını və bu hüquq münasibətlərinə oxşar münasibətləri tənzimləyən digər qanun normasının tətbiqini nəzərdə tutur. Məhz konkret normanın olmaması qanunun analogiya üzrə tətbiqini onun təfsirindən fərqləndirən əsas əlamətdir. Odur ki, apellyasiya məhkəməsi CPM-in oxşar münasibətləri tənzimləyən müvafiq müddəalarına istinad olunmasını əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 391.3. Apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması zamanı apellyasiya instansiyası məhkəməsi bu Məcəllənin müddəalarına müvafiq olaraq aşağıdakı qərarlardan birini qəbul edir: 391.3.10. apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verilməsi haqqında.
396. Apellyasiya şikayətini və ya apellyasiya protestini vermiş şəxslər öz tələblərindən imtina etdiyi və cinayət prosesinin digər iştirakçılarının apellyasiya şikayətləri olmadığı halda apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxılmasına xitam verilməsi haqqında qərar çıxarmalıdır. Yuxarıda qeyd olunanlara qiymət verərək apellyasiya məhkəməsi hesab edir ki, səlahiyyətli orqan X3 Xidmətinin Hüquq İdarəsinin rəis müavini X4 Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilməli, həmin qərardan verilmiş başqa şikayət olmadığından Şirvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, 3(5-160)-698/2026 qərarından X3 Xidmətinin Hüquq İdarəsinin rəis müavini T.Məlikli tərəfindən verilmiş şikayətin baxılmasına xitam verilməlidir. Odur ki, apellyasiya məhkəməsi qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq,
QƏRARA ALDI:
Şirvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından səlahiyyətli orqan X3 Xidmətinin Hüquq İdarəsinin rəis müavini Tamerlan Məliklinin apellyasiya şikayətindən imtinası qəbul edilsin və həmin apellyasiya şikayətinin baxılmasına xitam verilsin. Qərardad qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardaddan şikayət və ya protest verilə bilməz.
Hakim: Yaşar Həşimov