Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-387/2026 17.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Ələskərov Sənan Adil oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə. ##.##.1992-ci ildə Şirvan (əvvəlki Əli Bayramlı) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşqul olan, Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 29, mənzil 44-də qeydiyyatda olan və orada yaşayan; Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında icraata xitam verilməsinə dair Şirvan şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş Dövlət Yol Polisi idarəsinin rəisi Rəşid Piriyev tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDIM: Qərardan şikayət verən orqan (şəxs) şikayətlə məhkəməyə müraciət edərək, barəsində tərtib edilən ##.##.2026-cı il tarixli, IXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə barədə qərarın qanunsuz hesab edilməklə ləğv edilməsi və başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, istifadə hüququ ilə ona məxsus “Hyundai Grandeur” minik markalı, ** BK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi 122 ərazisində hərəkət edərkən tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra AR IXM) 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi faktı müəyyən olunmuş və buna dair ##.##.2026-cı il tarixli, IXP seriyalı ******* nömrəli inzibati xəta haqqında inzibati protokol tərtib edilmişdir. Həmin protokol əsasında eyni tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarla barəsində 100 manat inzibati cərimə inzibati tənbeh tətbiq olunmuşdur. Qərardan verilmiş şikayət Şirvan şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ilə qismən təmin edilmiş, ##.##.2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv olunmuş və inzibati xəta haqqında iş yenidən baxılması üçün səlahiyyətli orqana göndərilmişdir. ##.##.2026-cı il tarixdə TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarla barəsində 100 (yüz) manat inzibati cərimə inzibati tənbeh tətbiq olunmuşdur. Təqsirli bilindiyi inzibati xəta hadisəsi üzrə ikinci dəfə aparılan icraat zamanı əlavə araşdırma tələb edən xüsusatlar aydınlaşdırılmamış, qərar yeni faktiki hallar müəyyən olunmadan, eyni əsaslarla qəbul edilmişdir. Barəsində tərtib edilən ##.##.2026-cı il tarixli, IXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanunsuz hesab edilərək ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir Şirvan şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası IXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 (yüz) manat məbləğində cərimə olunmasına dair Bakı Şəhər Dövlət Yol Polisi Idarəsinin R X2 tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, ##.##.2026-cı il tarixli inzibati tənbehvermə haqqında qərar ləğv edilmiş və Qərardan şikayət verən orqan (şəxs) barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Qərardan narazı qalan Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş Dövlət Yol Polisi idarəsinin rəisi Rəşid Piriyev apellyasiya şikayəti vermişdir. Şikayətin dəlillərində qeyd olunmuşdur ki, Şirvan şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli iş № *(*-***)-***/**** nömrəli qərarı ləğv edilməli Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən Bakı şəhər BPI Dövlət Yol Polis Idarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Hakim qərarda göstərmişdir ki, qərarından şikayət verilən Azərbaycan Respublikası DIN-nin DYPB-yə məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, Azərbaycan Respublikası DIN-nin DYPB-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası DIN-nin DYPB-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Göründüyü kimi hakim inzibati xəta haqqında iş üzrə icraatın iştirakçısı olan vəzifəli şəxs və ya səlahiyyətli nümayəndəsinin gəlməməsi səbəblərini aydınlaşdırmadan hesab etmişdir ki, iclasın keçirilməsi mümkündür.Bununla da ədalətli araşdırma hüququnu pozaraq formal mülahizələrə uyğun qərar qəbul etmişdir.Göründüyü kimi hakim tərəfindən kobud prosessual pozuntuya yol verilmişdir. Iş materiallarından görünür ki, ##.##.2026-cı il tarixdə Qərardan şikayət verən orqan (şəxs) idarə etdiyi "Hyundai Grandeur" markalı, ** BK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə svetoforun qadağanedici işarəsi verilərkən hərəkəti davam etdirmiş, bununla da Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tələblərini pozmuşdur. Bu fakt səlahiyyətli vəzifəli şəxs tərəfindən müəyyən edilmiş, inzibati xəta haqqında protokol tərtib olunmuş və qanunvericiliyin tələblərinə uyğun inzibati tənbeh tətbiq edilmişdir.Göründüyü kimi X3 törədilmiş inzibati xətaya görə birbaşa məsuliyyət daşıyır və yuxarıda göstərilən hallarla baölı. hər hansı şübhələr və inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar mövcud olmamışdır. Qeyd olunalara əsasən Şirvan şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli iş № *(*-***)-***/**** nömrəli qərarı ləğv edilməsi, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən Bakı şəhər BPI Dövlət Yol Polis Idarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən qüvvədə salnması barədə qərar qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasında Qərardan şikayət verən orqan (şəxs) şikayətinin dəlillərini əssasız hesab edərək, Şirvan şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş Dövlət Yol Polisi idarəsinin rəisi Rəşid Piriyevin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə işin hallarına əsasən nümayəndənin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Inzibati Xətalar Məcəlləsinin 128.1 və 133.2.8-ci maddələrinə əsasən “Barəsində qərar çıxarılmış şəxs, .... zərər çəkmiş şəxs, .... inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər”, “inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır”. Şikayət müəllifi şikayətində hakimin gəldiyi nəticənin işin faktiki hallarına uyğun olmamasını iddia edərək, tələbini Inzibati Xətalar Məcəlləsinin 135.1.2-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Həmin Məcəllənin 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Inzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, səlahiyyətli orqan Bakı Şəhər Dövlət Yol Polisi Idarəsinin R X2 tərəfindən inzibati məsuliyyətə cəlb olunmalı olan, yəni inzibati xətanın subyekti olan şəxsin (fiziki və ya vəzifəli şəxs) əməlində inzibati xəta tərkibinin bütün digər əlamətlərinin daşıyıb-daşımaması məsələsi araşdırılmamış, ümumiyyətlə, səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadan əmələ hüquqi qiymət verilmiş və Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Halbuki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. TP seriyalı ******* nömrəli, ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixdə saat 17:17-də Bakı Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi 122 Qurd Qapısında “Hyundai Grandeur” markalı, ** BK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi qaydalarını pozmuşdur. Nəticədə Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, 100 (bir yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Şirvan şəhər Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə barəsində inzibati xəta haqqında qərar qəbul olunmuş şəxs Qərardan şikayət verən orqan (şəxs) şikayəti qismən edilmiş, Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyi Bakı Şəhər Dövlət Yol Polisi Idarəsi Yol patrul Xidməti inspektoru R X1 ##.##.2026-cı il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyi Bakı Şəhər Dövlət Yol Polis Idarəsi Yol patrul Xidmətinə göndərilmişdir. Şirvan Şəhər Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə barəsində inzibati xəta haqqında qərar qəbul olunmuş şəxs Qərardan şikayət verən orqan (şəxs) şikayəti qismən edilmiş, Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyi Bakı Şəhər Dövlət Yol Polisi Idarəsi Yol patrul Xidməti inspektoru R X1 ##.##.2026-cı il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyi Bakı Şəhər Dövlət Yol Polis Idarəsi Yol patrul Xidmətinə göndərilmişdir. Lakin iş materiallarından görünür ki, Bakı Şəhər Dövlət Yol Polisi Idarəsinin R X2 tərəfindən TP seriyalı ******* nömrəli, ##.##.2026-cı il tarixli inzibati tənbehvermə barədə qərar Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin tələblərinə düzgün əməl edilmədən tərtib edilmişdir. Belə ki, inzibati xəta hadisəsinə yenidən baxılma zamanı məhkəmə qərarında göstərilən halların araşdırılması təmin edilməmiş, mövcud ziddiyyətlər aradan qaldırılmamış və əlavə sübutlar toplanmadan inzibati orqan tərəfindən əvvəlki məzmunlu qərar qəbul edilmişdir. Belə olan halda inzibati xəta hadisəsinin və şəxsin təqsirliliyinin tam və obyektiv araşdırıldığı qənaətinə gəlmək mümkün olmadığından, qəbul edilmiş qərar qanuni və əsaslı hesab edilə bilməz. TP ******* saylı, ##.##.2026-cı il tarixli “Inzibati tənbeh vermə haqqında” qərar qəbul edilən zaman şikayətçi Qərardan şikayət verən orqan (şəxs) iştirakının təmin edilib-edilməməsi, eləcə də, bu qərarın ona göndərilib-göndərilməməsi iş materialları ilə müəyyən edilməmişdir. Bundan başqa, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası DIN-nin DYPB-i məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, eyni zamanda səlahiyyətli orqan tərəfindən inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən müvafiq hüquqi sənədlər məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası IXM-nin 327.2-ci maddəsindən görünür ki, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. IXM-in 76.1-ci maddəsində qeyd olunmuşdur ki, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmənin qənaətinə görə, qeyd olunanlar birinci instansiya məhkəməsi tərəfindən Inzibati Xətalar Məcəlləsinin 135.1.2-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun apellyasiya qaydasında ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Beləliklə məhkəmə verilmiş şikayəti tam, obyektiv, hərtərəfli araşdıraraq, inzibati xəta haqqında qərarın qanuniliyini yoxlayaraq belə hüquqi nəticəyə gəlir ki, Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş Dövlət Yol Polisi Idarəsi tərəfindən ##.##.2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə barədə qərarının hadisənin faktiki hallarına uyğunluğu, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməsi, inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməsi, bu Məcəllə ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmaması üçün birinci instinsasiya məhkəməsinin qərarı qanuni hesab edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri va qanunun normalarını rəhbər tutaraq hesab edir ki, qərarın ləğv olunması üçün Azərbaycan Respublikası IXM-in 135.1.1.-135.1.6-cı maddələrində göstərilən əsaslar müəyyən edilməmişdir, ona görə də, şikayəti təmin edilməməli, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Şirvan şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş Dövlət Yol Polisi idarəsinin rəisi Rəşid Piriyev tərəfindən verilmiş şikayət təmin olunmasın. Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında icraata xitam verilməsinə dair Şirvan şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №3(3-9)-387/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-387/2026
17.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver