Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-388/2026 09.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Cinayət Kollegiyasının hakimi Əliyev Əli Abdulla oğlunun sədrliyi, Zeynallı Aslan Ismayıl oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X3 və onun müdafiəçisi Şirvan Regional Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, ##.##.1979-cu ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay , orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan X3 Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra – IXM-in) 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Şirvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X3 barəsində IXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Şirvan Şəhər Icra və Probasiya Şöbəsinin böyük icra məmuru X5 tərəfindən ## #### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə Şirvan Şəhər Məhkəməsinə göndərilmişdir. Şirvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarına əsasən X3 IXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 08 (səkkiz) gün müddətində inzibati həbs tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə qərarından narazı qalan barəsində inzibati həbs tənbehi tətbiq edilmiş şəxs X3 şikayət verərək, Şirvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsini və barəsində tətbiq olunmuş inzibati həbs tənbehinin daha yüngül inzibati tənbeh tədbiri ilə əvəz edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. ŞIKAYƏTIN DƏLILLƏRI: PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X3 şikayətinə uyğun izahat verərək, maddi vəziyyətinin və himayəsində yetkinlik yaşına çatmayan uşağın olmasının nəzərə alınmasını, şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən X3 müdafiəçisi X4 şikayətin dəlillərini müdafiə edərək, verilmiş şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, icra məmuru və zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə IXM-in 133.2.4-cü maddəsinə əsasən onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etdi. HÜQUQI MƏSƏLƏLƏR: IXM-in 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış şəxs, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Iş materiallarından görünür ki, Şirvan Şəhər Məhkəməsinin *(***)-***/**** saylı, ## ###### 2020-ci il tarixli icra sənədinə əsasən, cavabdeh X3 ##.##.2020-ci il tarixdən başlayaraq ##.##.2011-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının (və ya başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs Bəxtiyar qızına verilməli olmuşdur. Həmçinin Şirvan Şəhər Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli icra sənədinə əsasən, Şirvan Şəhər Məhkəməsinin *(***)-***/**** saylı, ## ###### 2020-ci il tarixli qətnaməsi əsasında X3 Zərərçəkmiş şəxs Bəxtiyar qızının xeyrinə tutulan alimentin miqdarı dəyişdirilmiş, qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq ##.##.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay üzrə müəyyən olunmuş minimum əməkhaqqının 0,4 misli həddində sabit pul məbləğində aliment tutulması müəyyən edilmişdir. X3 həmin icra sənədləri üzrə yaranmış aliment borcunun alınıb tələbkar Zərərçəkmiş şəxs Bəxtiyar qızına ödənilməsi barədə Şirvan şəhəri üzrə Icra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən xəbərdar edilmişdir. Bu baxımdan iş üzrə hüquqi əhəmiyyət daşıyan əsas məsələ yalnız aliment borcunun mövcudluğu deyil, məhz qanuni qüvvəyə minmiş məhkəmə aktı əsasında verilmiş icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələbinin olub-olmaması, həmin tələbin borcluya çatdırılması, icra üçün müəyyən edilmiş müddətdə öhdəliyin yerinə yetirilməməsi və bu hərəkətsizliyin üzrsüz səbəbdən baş verməsidir. Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Həmin Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). Inzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Icra sənədinin icrası məhkəmə müdafiəsi hüququnun real təminat mexanizmidir. Qanuni qüvvəyə minmiş məhkəmə aktının yalnız formal mövcudluğu deyil, onun faktiki icrası da ədalətli məhkəmə araşdırması hüququnun davamı kimi qiymətləndirilməlidir. Buna görə də icra məmurunun qanuni tələblərinin borclu tərəfindən əsassız icra edilməməsi həm məhkəmə aktının məcburiliyinə, həm də tələbkarın və aliment alan uşağın hüquqlarına ziddir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülki-prosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2006-cı il tarixli qərarında da qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin icrası xüsusilə vurğulanmışdır. Həmin qərarda qeyd olunur ki, “məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar.” Məhkəmə qeyd edir ki, aliment öhdəliyi uşağın saxlanılması və normal inkişafının təmin edilməsi məqsədi daşıyan davamlı xarakterli öhdəlikdir. Borclunun işsizliyi və ya gəlirinin azalması öz-özlüyündə icra sənədini icra etməməyə hüquqi əsas yaratmır. Şəxsin maddi vəziyyətində dəyişiklik baş verdikdə, o, qanunla müəyyən edilmiş qaydada alimentin miqdarının dəyişdirilməsi və ya icra ilə bağlı digər prosessual vasitələrdən istifadə edə bilər, lakin qanuni qüvvəyə minmiş icra sənədini öz mülahizəsinə görə icrasız saxlaya bilməz. Birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyətə malik halları araşdırmış, IXMin 75, 76 və 84-cü maddələrinin tələblərinə uyğun olaraq inzibati xəta haqqında protokolu, icra sənədlərini, xəbərdarlıqla bağlı materialları, iş üzrə verilmiş izahatları və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutları məcmu şəkildə qiymətləndirərək X3 icra məmurunun qanuni tələblərini və icra sənədini üzrsüz səbəbdən icra etməməsi barədə düzgün nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi X3 şikayət dəlilləri ilə razılaşmır və həmin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğvi və ya inzibati həbs tənbehinin daha yüngül tənbehlə əvəz edilməsi üçün əsas hesab etmir. Belə ki, X3 icra sənədi üzrə icra məmurunun qanuni tələblərini icra etməmiş, icra sənədində nəzərdə tutulmuş aliment öhdəliyinin icrasını təmin etməmiş və bunun üzrlü səbəblərlə bağlı olduğunu təsdiq edən mötəbər sübut təqdim etməmişdir. Bu hərəkətsizlik IXMin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın obyektiv və subyektiv əlamətlərini yaradır. Inzibati məsuliyyəti istisna edən və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar müəyyən edilməmişdir. Şikayətdə göstərilən işsizlik, kirayə xərcləri və himayəsində digər yetkinlik yaşına çatmayan uşağın olması halları məhkəmə tərəfindən nəzərə alınmalı hallardır. Lakin həmin hallar yalnız o halda inzibati məsuliyyəti və ya inzibati həbsin tətbiqini istisna edə bilər ki, borclu icra sənədinin icrasının obyektiv olaraq mümkünsüz olduğunu, icra məmurunun tələbinin qanunsuz olduğunu və ya müəyyən edilmiş müddətdə icra etməmənin üzrlü səbəbdən baş verdiyini sübut etsin. Hazırkı iş materiallarında bu məzmunda mötəbər sübut yoxdur. Azərbaycan Respublikasının IXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Əksinə, şikayətçinin özünün də göstərdiyi kimi, aliment borcu 1060 manat təşkil etmiş, borcun yaranması 7-8 aylıq müddəti əhatə etmişdir. Bu müddət ərzində icra sənədinin tam və ya əhəmiyyətli hissədə icra edildiyini, borcun ödənilməsi üçün real və ardıcıl tədbirlər görüldüyünü, habelə apellyasiya baxışı zamanı borcun aradan qaldırıldığını təsdiq edən sənəd təqdim edilməmişdir. Buna görə də şikayətdə göstərilən hallar birinci instansiya məhkəməsinin gəldiyi nəticəni təkzib etmir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Inzibati həbsin tətbiqinin proporsionallığı məsələsinə gəldikdə isə, IXM-in 528.1-ci maddəsinin sanksiyası fiziki şəxslər barəsində həm cərimə, həm də işin hallarına görə və pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq edilməsini nəzərdə tutur. Birinci instansiya məhkəməsi 08 gün müddətində inzibati həbs təyin etməklə sanksiyanın ən yuxarı həddinə yaxınlaşmamış, eyni zamanda məhkəmə aktının icrasının uzun müddət təmin edilməməsini, öhdəliyin aliment xarakterli olmasını və icra məmurunun qanuni tələbinə əməl edilməməsini nəzərə almışdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84-cü maddəsinə görə, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 106.0.5-ci maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən, həll etməli olduğu məsələlərdən biri də mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanılmasının yoxlanılmasıdır. Həmin Məcəllənin 133.1-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası IXM-in 53-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi X3 barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən IXMin 2, 4, 6, 8, 9.1, 12.1, 21, 22, 31.3, 32 və 33-cü maddələrinin tələblərini, habelə inzibati xətanın xarakterini, törədilmə hallarını, şəxsin ailə və maddi vəziyyətini, himayəsində yetkinlik yaşına çatmayan uşağın olmasını, ağırlaşdırıcı halların müəyyən edilməməsini və tətbiq olunan inzibati həbsin sanksiyanın yuxarı həddindən xeyli aşağı müddətdə müəyyən edilməsini qanunvericiliyin tələbləri baxımından düzgün nəzərə almışdır. Məhkəmə həmçinin qeyd edir ki, barəsində qərar çıxarılmış şəxsin himayəsində yetkinlik yaşına çatmayan uşağın olması onun ailə vəziyyətini xarakterizə edən hal kimi nəzərə alınsa da, bu hal digər övladının saxlanılması üçün qanuni qüvvəyə minmiş məhkəmə aktından irəli gələn aliment öhdəliyinin icrasından azad etmir. Aliment alan uşağın da hüquqları eyni dərəcədə müdafiə olunmalı, məhkəmə aktının icrasız qalması hesabına həmin hüquqlar məhdudlaşdırılmamalıdır. Odur ki, qanunvericiliyin müddəalarını və inzibati xəta haqqında iş üzrə icraat materiallarını tədqiq edən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticələri işin faktiki hallarına uyğun hesab edir. Beləliklə, inzibati xəta haqqında iş üzrə icraat materiallarının müqayisəli təhlili göstərir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarına əsaslanaraq qanuni və əsaslı qərar qəbul etmişdir. IXM-in 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Odur ki, apellyasiya qaydasında verilmiş şikayət təmin edilməməli, X3 IXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməsinə dair Şirvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanları və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128- 134.1.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Şirvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X3 tərəfindən verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-9)-388/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-388/2026
09.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver