Məhkəmə qərarları › İş №3(3-9)-389/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-389/2026

20.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-389/2026 20.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2 iştirakı ilə. Qərardan şikayət verən orqan (şəxs) barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Yardımlı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)- ***/**** nömrəli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X5 Xidmətinin Hüquq İdarəsinin rəis müavini Tamerlan Məlikli tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X5 Xidmətinin Lənkəran-Astara regional şöbəsinin rəisi Etibar Vəliyev tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli, MN ******* saylı qərarı ilə, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycanan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 192.6-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 1500 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Qərardan şikayət verən orqan (şəxs) şikayət verərək ## ###### 2026-cı il tarixli, MN ******* saylı qərarın ləğv edilməsi və inzibati xəta haqqında iz üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Əmək Müfəttişliyi tərəfindən onun guya Azərbaycan Respublikası Əmək Məcəlləsinin 76-cı maddəsinin 2-ci hissəsini, 79-cu maddəsinin 1-ci hissəsinin 3-cü abzasını və 189-cu maddəsinin 2-ci hissəsini pozmaqla X8 əmək müqaviləsinə qanunsuz xitam verdiyi iddia olunmuşdur. Bu əsasla İXM-nin 192.6-cı maddəsi tətbiq edilmiş və 1500 manat məbləğində inzibati cərimə şərti olaraq tətbiq olunmuşdur. Lakin inzibati iş materialları, təqdim etdiyi sənədlər, məktəbdə tərtib edilmiş aktlar, teleqramlar, həmkarlar ittifaqı ilə yazışmalar, yaşayış yeri barədə arayış, işçinin öz izahatı, digər işçinin izahatı və ərizəsi, eləcə də sonradan təqdim olunmuş xəstəlik vərəqəsi göstərir ki, işdən azadetmə intizamın davamlı və kobud pozulması, iş yerinə gəlməmək, faktiki olaraq rayon ərazisində yaşamamaq və işəgötürənə vaxtında rəsmən bildirmədən işdən yayınmaq formada həyata keçirilmişdir. Protokolda onun iclasda iştirak etmədiyi yazılsa da, bu, həqiqətə uyğun deyildir. O Əmək Müfəttişliyində olmuş, izahat vemiş, sənədlər təqdim etmiş, lakin protokolun məzmunu ilə razılaşmadığı üçün onu imzalamaqdan imtina etmişdir. Deməli, protokoldakı «iştirak etmədi» qeydi faktiki vəziyyətə ziddir və icraat sənədinin etibarlılığına ciddi şübhə yaradır. O, ##.##.2025-ci ildən etibarən Alar kənd tam orta ümumitəhsil məktəbində direktor əvəzi kimi fəaliyyətə başlamışdır. Vəzifəsini icra etdiyi ilk dövrdən xadimə X9 iş yerində olmadığı, uzun müddət əmək və daxili intizam qaydalarını kobud pozduğunu aşkar etmişdir. İşçinin həyat yoldaşı ilə telefon əlaqələri zamanı əvvəlcə onun adı açıqlanmayan xəstəxanada müalicədə olduğu və bülletendə olduğunu bildirmiş, daha sonra isə ailənin faktiki olaraq Alar kəndi ərazisində yaşamadığı, sonradan işə gələcəyi etiraf olunmuşdur. İşçi 25-## ###### 2025-ci il tarixlərində işə gəlsə də, ##.##.2025-ci ildən etibarən yenidən işə çıxmamış, bu tarixdən başlayaraq çoxsaylı işdə olmama aktları tərtib edilmişdir. ##.##.2025 və ##.##.2025-ci il tarixlərdə teleqramlar göndərilmiş, ##.##.2025-ci il tarixində iş yerində olmadığı təqdirdə Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam veriləcəyi barədə xəbərdarlq edilmişdir. ##.##.2025-ci il tarixində işçi işə gələrək xəstə olduğunu yazılı şəkildə bildirmiş, lakin bunu təsdiq edən rəsmi sənəd təqdim etməmiş, üstəlik gələcəkdə işə davam edəcəyini bildirmişdir. Sonradan təqdim olunan elektron xəstəlik vərəqəsində işçinin faktiki ünvanı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş karxanası kimi göstərilmişdir ki, bu onun uzun müddət Allar kəndində yaşamaması barədə Arayış və digər materiallarla uzaşır. Hazırki işdə onun təqdim etdiyi sübutlara mahiyyəti üzrə cavab verilməmiş, sənədlərin hərtərəfli araşdırıldığı göstərilməmiş, icraat birtərəfli aparılmışdır. Protokolda daxili ziddiyyət mövcuddur. Bir tərəfdən imza hissəsində onun iştirakına dair qeyd var, digər tərəfdən ayrıca sətirdə «iştirak etmədi» yazılmışdır. Əgər şəxs iclasda olmuş, protokolu imzalamaqdan imtina etmişdirsə, qanun üzrə buna uyğun qeyd aparılmalı idi. Yardımlı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə şikayət qismən təmin edilmiş, X5 Xidmətinin Lənkəran-Astara regional şöbəsinin rəisi Etibar Vəliyev tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycanan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə X5 Xidmətinin Lənkəran-Astara regional şöbəsi tərəfindən başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Qərardan narazı qalan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X5 Xidmətinin Hüquq İdarəsinin rəis müavini Tamerlan Məlikli apellyasiya şikayəti vermişdir. Şikayətdə qeyd olunmuşdur ki, Yardımlı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*- ***)-***/**** nömrəli qərarı ləğv edilməli və Xidmətin Lənkəran-Astara regional şöbəsinin ##.##.2026-cı il tarixli, MN ******* nömrəli qərarı qüvvədə saxlanılmalıdır. Araşdırma ilə bağlı Yardımlı rayonu Alar kənd tam orta məktəbi rəhbərliyinin Xidmətin Lənkəran-Astara regional şöbəsinə təqdim etdiyi ##.##.2026-cı il tarixli ** nömrəli məktubuna, məktuba əlavə edilmiş sənədlərə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq” altsistemində olan məlumatlara əsasən müəyyən edildi ki, Yardımlı rayonu Alar kənd tam orta məktəbin işəgötürəni ilə X8 arasında ##.##.2023-cü il tarixində bağlanmış əmək müqaviləsinə əsasən X8 “xidmətçi” vəzifəsinə işə qəbul edilmiş və işəgötürən Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərini pozaraq X8 əmək qabiliyyətini müvəqqəti itirdiyi müddətdə özünün ##.##.2026-cı il tarixli ** nömrəli əmri ilə X8 əmək müqaviləsinə xitam vermişdir. Nəticədə Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbləri pozularaq X8 əmək müqaviləsinə xitam verilməsi halı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş xətaya səbəb olmuşdur. Beləliklə, Xidmətin Lənkəran-Astara regional şöbəsinin ##.##.2026-cı il tarixli, MN ******* nömrəli qərarı tam qanuni və əsaslıdır. Qeyd olunanlara əsasən Yardımlı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)- ***/**** nömrəli qərarının ləğv edilməsi və Xidmətin Lənkəran-Astara regional şöbəsi tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli, MN ******* nömrəli qərarın qüvvədə saxlanılması barədə qərar qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş protokol tərtib edən orqan X5 Xidmətinin Hüquq İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. İşin hallarına əsasən məhkəmə şikayətə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati Xətalar Məcəlləsinin 128.1 və 133.2.8-ci maddələrinə əsasən «Barəsində qərar çıxarılmış fiziki şəxs, …. inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər», «inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır». Şikayət müəllifi hakimin gəldiyi nəticənin işin faktiki hallarına uyğun olmamasını iddia edərək, tələbini İnzibati Xətalar Məcəlləsinin 135.1.2-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Həmin Məcəllənin 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə şikayətin dəlillərini iş materialları əsasında nəzərdə keçirərək aşağıdakıları qeyd edir. Yardımlı rayon İHB-nin Alar İƏD-si üzrə nümayəndəliyinin ##.##.2025-ci il tarixli 5-35- ****-***/**** saylı arayışından görünür ki, X8 ərazidə yaşamadığını, onun ailəvi olaraq hal hazırda Bakı şəhərində yaşadığı qeyd edilmişdir. X8 ##.##.2025-ci il tarixli izahatından görünür ki, ##.##.2025-ci il tarixdən ##.##.2026-cı il tarixədək işdə olmamasının səbəbi səhhətində olan problemlə əlaqədar olduğunu bildirmiş və əmək müqaviləsinə xitam verilməməsini xahiş etmişdir. Yardımlı rayon Alar tam orta ümumtəhsil məktəbinin ## ###### 2026-cı il tarixli **/* nömrəli əmrindən çıxarışdan görünür ki, X8 Azərbaycanan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «Ç» bəndi nəzərə alınaraq əmək müqaviləsinə xitam verilmişdir. Yardımlı rayon komitəsinin Alar kənd tam orta məktəbi üzrə həmkarlar təşkilatının ##.##.2025-ci il tarixli növdədənkənar iclas protokolundan çıxarışdan görünür ki, Alar kənd tam orta məktəbini direktorunun X8 barəsində olan ##.##.2025-ci il tarixli təqdimatı nəzərə alınaraq, əmək qanunvericiliyinə uyğun qərar qəbul edilməsinə etiraz edilməmiş, X8 əmək pensiyası yaşına az müddətin qalmasının nəzərə alınması xahiş olunmuşdur. XV******* saylı sığorta olunanın xəstəlik vərəqəsindən görünür ki, X8 X3 müraciət etmiş və ##.##.2026-cı il tarixdən ##.##.2026-cı il tarixədək stasionar müalicədə olmuşdur. Vərəqə ##.##.2026-cı il tarixdə imzalanmışdır. Yardımlı rayon Alar kənd tam orta məktəbində xadimə işləyən X6 məktəbin direktoru əvəzi işləyən X1 yazdığı ##.##.2025-ci və ##.##.2025-ci il tarixli ərizələrindən görünür ki, X8 təhkim edilmiş sinif otağını 2024-2025-ci tədris ilində onun tərəfindən təmizlənmiş, Mahirə Şahverənova tərəfindən bunun müqabilində 50 manat, daha sonra 60 manat pul ödəmişdir. Yardımlı rayonu Alar kənd tam orta məktəbində 01-## ###### 2025-ci il tarixlərdə tərtib edilmiş aktlardan görünür ki, X8 iş yerində olmamışdır. İnzibati xəta haqqında ##.##.2026-cı il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Yardımlı rayon Allar kənd tam orta məktəbinin direktoru Qərardan şikayət verən orqan (şəxs) İXM-nin 192.6-cı maddələri ilə inzibati məsuliyyətə cəlb edilmişdir. X5 Xidmətinin Lənkəran-Astara regional şöbəsi tərəfindən qəbul edilmiş inzibati xəta haqqında ##.##.2024-cü il tarixli, MN ******* nömrəli qərardan görünür ki, Yardımlı rayon Allar kənd tam orta məktəbinin direktoru Qərardan şikayət verən orqan (şəxs) həmin məktəbin işçisi X8 ilə əmək münasibətlərinə lə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilməsi haqqında ## ###### 2026-cı il tarixli **/* nömrəli əmr qəbul edərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 76-cı maddəsinin 2-ci hissəsinin, 79-cu maddəsinin 1-ci hissəsinin 3-cü abzasının və 189-cu maddəsinin 2-ci hissəsinin tələblərini (əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə işçi ilə əmək müqaviləsinə xitam verildiyinə görə) pozmuş və buna görə də Qərardan şikayət verən orqan (şəxs) barəsində İXMnin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 1500 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə aşağıda qeyd olunanlara əsasən hesab edir ki, şikayət əsaslıdır və X5 Xidmətinin Lənkəran-Astara regional şöbəsi tərəfindən qəbul edilmiş inzibati xəta haqqında ##.##.2024-cü il tarixli, MN ******* nömrəli qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-nin 192.6-cı maddəsinə əsasən, işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarından da müəyyən olunur ki, Yardımlı rayon Allar kənd tam orta məktəbinin direktoru Qərardan şikayət verən orqan (şəxs) tərəfindən həmin məktəbin işçisi X8 işə gəlmədiyi üçün dəfələrlə müvafiq aktlar tərtib edilmiş, sonuncuya işə çıxmadığı halda bağlanmış əmək müqaviləsinə xitam veriləcəyi izah olunmuşdur. X8 rayon Allar kəndində qeydiyyatda olsa da, həmin kənddə daimi olaraq yaşamamış, ümumiyyətlə işə çıxmamışdır. Bütün xəbərdarlıqlardan sonra X8 işə gəlmədiyindən Yardımlı rayon Allar kənd tam orta məktəbinin direktoru Qərardan şikayət verən orqan (şəxs) ## ###### 2026-cı il tarixli **/* nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən işdən azad olunmuşdur. X8 X4 ##.##.2026-cı il tarixdən ##.##.2026-cı il tarixədək stasionar müalicədə olması barədə XV******* saylı xəstəlik vərəqəsi isə yalnız ##.##.2026-cı il tarixdə (QR kodla yoxlamaqla müəyyən edilmişdir) imzalanmış və ƏMAS elektron sisteminə inteqrasiya olunmuşdur. Belə olan halda Qərardan şikayət verən orqan (şəxs) tərəfindən əmr imzalanarkən X8 əmək qabiliyyətinin olmamasından və stasionar qaydada tibbi müalicədə olmasından məlumatlı olmamış, habelə Mahirə Şahverənova bu barədə iş yerinə məlumat verməmişdir. Belə olan halda da Qərardan şikayət verən orqan (şəxs) təqsirli hərəkəti müəyyən olunmur və əməlində İXM-nin 192.6-cı maddəsinin tərkib əlamətləri yaranmır. Qeyd olunan inzibati xəta haqqında maddənin hüquqi mahiyyəti işçinin hüquqlarının pozulması ilə bağlıdır. Hazıkı inzibati xəta haqqında işin faktiki halları ilə X8 hüquq və mənafeyinin pozulması müəyyən olunmur. Göründüyü kimi, hüquqi baxımdan işə götürən olaraq Lənkəran-Astara Regional Təhsil İdarəsi qanun pozuntusu etməmişdir. İXM-nin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Nəzərə alınmalıdır ki, İXM-in 99.1-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblər aşağıdakılardır: -99.1.1. inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi; -99.1.2. dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması; -99.1.3. fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud mediada dərc olunmuş məlumatlar. Həmin Məcəllənin 99.2-ci maddəsinin tələbi üzrə məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Qeyd olunan Məcəllənin 99.3-cü maddəsinə əsasən, bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və bu Məcəllənin 99.2-ci maddəsində göstərilən kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Göründüyü kimi, inzibati icraatın başlanmasının ilkin hərəkət olaraq, bu barədə məlumatın doğrulunun araşdırılmasıdır. İnzibati Xətalar Məcəlləsinin 75.0.1, 75.0.2, 75.0.3, 75.0.4, 75.0.5, 75.0.6 və 75.0.7-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: -inzibati xəta hadisəsi; -inzibati xəta törətmiş şəxs; -inzibati xəta törətməkdə şəxsin təqsiri; -inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; -inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; -inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; -işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Qeyd olunan normaya əməl edilməməsi təqsirli olmayan şəxsin inzibati məsuliyyətə cəlb olunması və ya inzibati xəta hadisəsinin baş verməsində təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalması ilə nəticələnə bilər. Bu, öz növbəsində inzibati xətalar qanunvericiliyinin əsaslandığı insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinin pozulmasına səbəb ola bilər. Göründüyü kimi, əmək müfəttişliyinin inzibati icraatı başlamaq üçün qənaəti işin faktiki hallarına uyğun deyil. Səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamışdır. İXM-in 134.1-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: -134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; İXM-in 135.1 və 135.1.5-1.-ci maddələrinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Qeyd olunan Məcəllənin 53.1.2-ci maddəsinin tələbinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə məhkəmə verilmiş şikayəti tam, obyektiv, hərtərəfli araşdıraraq, inzibati xəta haqqında qərarın, eləcədə məhkəmə qərarının qanuniliyini yoxlayaraq belə hüquqi nəticəyə gəlir ki, İXM-in 135.1.1.-135.1.6-cı maddələrinə əsasən şikayət verilmiş qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar müəyyən olunmamışdır. Birinci instansiya məhkəməsinin gədiyi nəticələr inzibatı tənbeh vermə haqqında qərarın faktiki hallarına uyğundur, iş üçün əhəmiyyətli olan hallar sübuta yetmiş, bu Məcəllə ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmamışdur. Ona görə də birinci instansiya məhkəməsinin qərarı qanuni hesab edilməli, verilmiş şikayət təmin olunmamalı, Yardımlı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*- ***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDIM: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X5 Xidmətinin Hüquq İdarəsinin rəis müavini Tamerlan Məlikli tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Yardımlı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)- ***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, kassasiya qaydasında şikayət və ya protest verilə bilməz. Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar