Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 3(3-9)-390/2026 14.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Əliyev Əli Abdulla oğlunun sədrliyi Babayev Variq Baloğlan oğlunun katibliyi ilə Salyan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati tənbeh vermə haqqına qərar qəbul edilmiş hüquqi şəxs “xxxx” MMC-nin qanuni təmsilçisi X1 tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Salyan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 237.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törədilməsində təqsirli bilinmiş və onun barəsində 7500 (yeddi min beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Sözügedən qərardan narazı barəsində inzibati tənbeh vermə haqqına qərar qəbul edilmiş “xxxx” MMC-nin qanuni təmsilçisi X1 şikayətlə apellyasiya instansiya məhkəməsinə müraciət edərək, Salyan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının və * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətlə əlaqədar materialı araşdıraraq hesab edirəm ki, “xxxx” MMC-nin qanuni təmsilçisi X1 tərəfindən ## #### 2026-cı il tarixdə verilmiş şikayət prosessual müddət ötürülməklə verildiyindən və müddətin bərpası barədə vəsatət verilmədiyindən, şikayətin baxılmasından imtina olunmalı və şikayət iş materialları ilə birlikdə prosessual müddətinin bərpasına dair vəsatətin verilməsi üçün aidiyyəti üzrə həmin birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan poçt göndərişlərinin izlənilməsi sistemindən olan çıxarışa əsasən, birinci instansiya məhkəməsinin qərarı ## #### 2026-cı il tarixdə “xxxx” MMCnə çatdırılmışdır. Göründüyü kimi, Salyan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ##.##.2026-cı ildə “xxxx” MMC-nə rəsmi qaydada çatdırıldığı halda, şikayət qanunla müəyyən edilmiş on günlük müddət keçdikdən sonra – ## #### 2026-cı il tarixdə Salyan Rayon Məhkəməsinə təqdim olunmuşdur. IXM-in 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Inzibati xəta haqqında iş üzrə qərarın nəticə hissəsində ondan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilməsi hüququ və qaydası nəzərdə tutulmuşdur. Lakin səlahiyyətli orqanın şikayəti məhkəməyə yalnız ## #### 2026-cı ildə daxil olmuşdur. Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs qanunla müəyyən edilmiş prosessual müddəti ötürməsinə baxmayaraq, müddətin bərpası barədə vəsatət vermədən birbaşa şikayət vermişdir. Həmçinin, məhkəmə qeyd etməyi lazım bilir ki, hazırki qərarın qəbul edilməsi barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxsi birinci instansiya məhkəməsi qarşısında prosessual müddətin bərpası barədə vəsatət qaldırmaq imkanından məhrum etmir. Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs istənilən vaxt inzibati xəta haqqında qərardan şikayət verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası barədə Salyan Rayon Məhkəməsi qarşısında vəsatət qaldıra bilər. Belə ki, IXM-in 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, yuxarıda qeyd edilənlərə əsasən barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxsin şikayəti prosessual müddət ötürülməklə verildiyi üçün onun məhkəmə icraatına qəbul edilməsindən imtina edilməli və material birinci instansiya məhkəməsinə qaytaılmalı, ona müddət bərpası barədə vəsatətlə Salyan Rayon Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası IXMnin 132-ci maddələrini rəhbər tutaraq QƏRARA A L İ R: Salyan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati tənbeh vermə haqqına qərar qəbul edilmiş “xxxx” MMC-nin qanuni təmsilçisi X1 tərəfindən verilmiş şikayətin apellyasiya icraatına qəbul olunmasından imtina edilsin və material birinci instansiya məhkəməsinə qaytarılsın. Barəsində inzibati tənbeh vermə haqqına qərar qəbul edilmiş “xxxx” MMC-nin qanuni təmsilçisi X1 Salyan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından şikayət vermə müddətinin bərpasına dair vəsatətlə həmin məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət və ya protest verilməsinə yol verilmir.
Məhkəmə qərarları › İş №3(3-9)-390/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-9)-390/2026
14.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver