Məhkəmə qərarları › İş №3(3-9)-391/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-391/2026

20.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-391/2026 20.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi, səlahiyyətli orqan – Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 571-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsinə dair Astara Rayon Məhkəməsinin ## #### 2026-ci il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Astara Rayon Məhkəməsinin ## #### 2026-ci il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə (sədrlik edən hakim X5) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 571-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 250 (iki yüz əlli) manat məbləğində cərimə edilməsi barədə qərar qəbul edilmişdir. İŞİN HALLARI: Protokolu tərtib edən orqansərhəd sularında su-sərhədboyu rejim qaydaları əleyhinə olan inzibati xəta hadisəsi ilə əlaqədar Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 571-ci maddəsi ilə # #### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Astara Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında protokola baxan Astara Rayon Məhkəməsi yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən apellyasiya şikayəti verilərək, Astara Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsi və barəsində başlanılmış icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayəti onunla əsaslandırmışdır ki, iş materiallarına əlavə edilmiş sənədlərə diqqət yetirilsə məlum olar ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ümumiyyətlə hadisəyə aidiyyəti yoxdur. Heç bir iş materialında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ilə bağlı hər hansı qeyd, imza və yuxud digər əlaqələndirici sənəd mövcud deyil. İş materialında X4 aid sənədlər mövcuddur və onun imzası da var, lakin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hər hansı imzası və yaxud qeydi yoxdur. Məhkəmə hansı sənədlərə əsasən hesab edib ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təqsiri sübuta yetilir məlum deyil. Bundan başqa, İXM-nin 38-ci maddəsinə əsasən 38.1. İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri- hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, dövlət satınalmaları haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, o cümlədən əməyin mühafizəsi qaydalarının, istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması və uçota alınması qaydalarının, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Belə ki, iş materiallarına əsasən protokol tərtin edilib ##.##.2026-cı il tarixdə, belə olan təqdirdə qeyd olunan iş inzibati tənbeh ##.##.2026-cı il tarixdə qədər veril bilər. Hazırda qəbul edilmiş qərarın qanuni qüvvəsini alınması və apellyasiya instansiyasının işə baxmasını nəzərə alsaq tənbeh vermə müddəti keçmiş olur. Bu səbəbdən hesab edir ki, bu iş üzrə artıq tənbeh verilməsi üçün müddət keçmişdir. Bundan başqa, məhkəmə onun iştirakı lazımı qaydada təmin etməmiş, o iş materialları ilə tanış olmadığı, iş materiaların elektron məhkəmə sisteminə skan edilməsini və məhkəməyə hazırlanmaq üçün məhkəmə iclasını təxirə salınmasını xahiş etmişdir. Lakin məhkəmə bunun heç birini etməmiş bununlada çəkişmə prinsipinə əməl etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 571-ci maddəsinə əsasən Azərbaycan Respublikasının sərhəd sularında, yəni sərhəd çaylarının, göllərin və başqa sututarların, Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində balıqçılıq, ovçuluq, elmi-tədqiqat, idman gəmilərinin, motorlu və motorsuz başqa gəmilərin və digər üzən vasitələrin qeydiyyata alınması, saxlanması, onların yanalma körpülərindən dəniz və digər sututarların sularına çıxması, orada olması, üzməsi və geri qayıtması qaydalarının pozulmasına, göstərilən sularda icazə olmadan və ya belə icazə olduqda, lakin müəyyən edilmiş qaydaları pozmaqla ovçuluq (balıqçılıq), tədqiqat və axtarış fəaliyyətinin həyata keçirilməsinə görə - gəmi və ya digər üzən vasitə müsadirə edilməklə və ya edilməməklə fiziki şəxslər iki yüz əlli manatdan üç yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz əlli manatdan altı yüz əlli manatadək məbləğdə cərimə edilir. PROSESSUAL MƏSƏLƏLƏR: Səlahiyyətli orqan - Protokolu tərtib edən orqan nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Apellyasiya məhkəməsi Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən inzibati xəta haqqında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Apellyasiya məhkəməsi şikayətin dəlillərini inzibati xəta haqqında iş üzrə icraat materialları ilə birlikdə araşdıraraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası İXM-in: 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12-ci maddəsində qeyd olunur ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 76-cı maddəsində göstərilir ki, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Şikayətin dəlillərini inzibati xəta haqqında işin materialları ilə əlaqəli surətdə araşdıraraq, apellyasiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli, Astara Rayon Məhkəməsinin ## #### 2026-ci il tarixli, *(*-***)-***/**** saylı qərarı dəyişdirilmədən saxlanmalıdır. Belə ki, apellyasiya məhkəməsi iş materiallarında olan inzibati xəta haqqında protokolla və protokola əlavə edilmiş sənədlərlə tanış olub, sübutları qiymətlədirərkən hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXMin 571-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 250 manat miqdarında cərimə təyin olunmaqla tənbehin qanunla müəyyən edilmiş məqsədinə çatmağın mümkün olmasına dair düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materiallarında olan: DSX Sahil Mühafizənin 205 № li gəminin baxış qrupu komandiri X1 tərəfindən tərtib olunmuş # #### 2026-cı il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə, saat 11:05 radələrində Astara reydində sahildən 6.1 mil aralıda su-sərhəd rejimini pozaraq inzibati xəta törətmişdir. Kiçik həcmli üzmə vasitəsinə baxışın keçirilməsi haqqında protokoldan görünür ki, qayığın tipi “AS-107” bort nömrəli, “Plastmas” tipli, “Yamaha-55” mühərrikli olmaqla protokolu imzalayan şəxslər *** nömrəli gəminin baxış qrupunun komandiri A.Sadıqov, etibarnamə ilə idarə edən şəxs X4 olmuş, qayığın sahibi İbadova Rumanə Həsən qızıdır. Kiçik həcmli üzmə vasitəsini tutma (saxlama) protokolundan görünür ki, 2 nəfər ekipaj üzvü ##.##.2026-cı il tarixdə saat 11:05 radələrində Xəzər dənizində Astara reydində sahildən 6.1 mil aralıda su-sərhəd rejimini pozaraq balıq ovu ilə məşğul olmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən öz imzası ilə təsdiqlənmiş ##.##.2026-cı il tarixli izahatdan görünür ki, ##.##.2026-cı il tarixdə saat 11:00 radələrində Xəzər dənizində balıq ovu ilə məşğul olarkən sərhədçilər tərəfindən saxlanılmışdlr. Sərhədçilər onlara izah etdilər ki, onlar sahildən 6.1 mil aralanmışlar və sərhəd rejim qaydalarını pozmuşdurlar. Bundan sonra sərhədçilər onu sərhəd rejim pozucusu qismində sənədləşdirdilər. İmkansızlıqdan ailəsini dolandırmaq, evə çörək aparmaq üçün sahildən 6.1 mil aralanmışdır ki, balıq tuta bilsin. Öz səhvlərini başa düşdüklərini və bir daha belə hərkətə yol verməyəcəklər. Apellyasiya məhkəməsi belə hesab edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəmənin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas kimi qəbul edilə bilməz. Belə ki, “Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanunun Azərbaycan Respublikasının ərazi və daxili sularında sərhədboyu rejimin xüsusiyyətlərindən bəhs edən 25-ci maddəsinin 7-1-ci bəndində qeyd olunur ki, bu maddənin 2-ci bəndinin dördüncü abzası və 7-ci bəndi nəzərə alınmaqla, dənizə çıxarkən balıqçılıq təyinatlı mühərrikli kiçik həcmli gəmilərlə sahildən on dəniz milinədək, digər üzmə vasitələri ilə isə sahildən iki dəniz milinədək uzaqlaşmağa yol verilir. Azərbaycan Respublikası İXM-in 571-ci maddəsinə əsasən Azərbaycan Respublikasının sərhəd sularında, yəni sərhəd çaylarının, göllərin və başqa sututarların, Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində balıqçılıq, ovçuluq, elmi-tədqiqat, idman gəmilərinin, motorlu və motorsuz başqa gəmilərin və digər üzən vasitələrin qeydiyyata alınması, saxlanması, onların yanalma körpülərindən dəniz və digər sututarların sularına çıxması, orada olması, üzməsi və geri qayıtması qaydalarının pozulmasına, göstərilən sularda icazə olmadan və ya belə icazə olduqda, lakin müəyyən edilmiş qaydaları pozmaqla ovçuluq (balıqçılıq), tədqiqat və axtarış fəaliyyətinin həyata keçirilməsinə görə - gəmi və ya digər üzən vasitə müsadirə edilməklə və ya edilməməklə fiziki şəxslər iki yüz əlli manatdan üç yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz əlli manatdan altı yüz əlli manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl inzibati xəta hesab edilir. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən isə şəxs öz əməlinin hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bu nəticələrin baş verməsini arzu etmiş və ya buna şüurlu surətdə yol vermişdirsə, inzibati xəta qəsdən törədilmiş hesab olunur. İş materialları ilə müəyyən edilir ki, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin *** nömrəli gəmisinin baxış qrupu komandiri tərəfindən tərtib edilmiş # #### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs # #### 2026-cı il tarixdə saat 11:05 radələrində Astara reydində sahildən 6,1 mil aralı məsafədə su-sərhəd rejimini pozmuşdur. Bundan əlavə, iş materiallarında olan kiçik həcmli üzmə vasitəsinə baxışın keçirilməsi haqqında protokoldan görünür ki, baxış keçirilən "AS-107" bort nömrəli, "Plastmas" tipli, "Yamaha-55" mühərrikli üzmə vasitəsinə baxış aparılmış, həmin protokol qanunvericiliyin tələblərinə uyğun qaydada rəsmiləşdirilmişdir. Eyni zamanda kiçik həcmli üzmə vasitəsini tutma (saxlama) protokolunda iki nəfər ekipaj üzvünün Xəzər dənizində Astara reydində sahildən 6,1 mil aralı məsafədə su-sərhəd rejimini pozaraq balıq ovu ilə məşğul olduqları öz əksini tapmışdır. Bundan başqa, iş materiallarında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs öz imzası ilə təsdiq edilmiş 0# #### 2026-cı il tarixli izahatı mövcuddur. Həmin izahatda o, # #### 2026-cı il tarixdə saat 11:00 radələrində Xəzər dənizində balıq ovu ilə məşğul olarkən sərhədçilər tərəfindən saxlanıldığını, sahildən 6,1 mil aralandıqlarının ona izah edildiyini, ailəsini dolandırmaq məqsədilə həmin məsafəyə qədər getdiyini, törətdiyi hərəkətin səhv olduğunu başa düşdüyünü və gələcəkdə belə hərəkətə yol verməyəcəyini açıq şəkildə göstərmişdir. Apellyasiya məhkəməsi hesab edir ki, həmin izahat iş üzrə digər sübutlarla qarşılıqlı əlaqədə qiymətləndirildikdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati xəta törətməsi barədə nəticəyə gəlmək üçün kifayət edən və bir-birini tamamlayan sübutlar məcmusunu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə sübutlar hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən qanunla müəyyən edilmiş qaydada əldə edilmiş, inzibati xəta hadisəsinin olub-olmamasını, şəxsin təqsirli olub-olmamasını və iş üçün əhəmiyyət kəsb edən digər halları müəyyən etməyə imkan verən hər hansı faktiki məlumatlardır. Həmin Məcəllənin 84.2-ci maddəsinə görə bu məlumatlar, o cümlədən inzibati xəta haqqında protokol, şəxsin izahatı, digər sənədlər və qanunla nəzərdə tutulmuş digər sübutlarla müəyyən edilir. Apellyasiya şikayətində iş materiallarında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs aid hər hansı sənədin və ya onun imzasının olmadığı göstərilsə də, həmin dəlil iş materialları ilə təkzib olunur. Belə ki, iş materiallarında onun öz imzası ilə təsdiqlənmiş izahatı mövcuddur və həmin izahatda o, hadisə yerində olduğunu, balıq ovu ilə məşğul olduğunu və sərhəd rejimi qaydalarını pozduğunu mahiyyət etibarilə etiraf etmişdir. Buna görə də apellyasiya şikayətinin bu hissəsi əsassız hesab edilir. Apellyasiya şikayətində baxış protokolunda qayığın sahibi və etibarnamə ilə idarə edən şəxsin başqa şəxslər kimi göstərilməsi də qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Çünki həmin hal Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs sərhəd rejimi qaydalarını pozaraq balıq ovu ilə məşğul olmasını istisna etmir. İnzibati məsuliyyət üzmə vasitəsinin mülkiyyət hüququna görə deyil, şəxsin törətdiyi hüquqazidd əmələ görə müəyyən edilir. İş materiallarında olan izahat və digər sənədlər Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hadisə zamanı ekipaj üzvlərindən biri kimi həmin üzmə vasitəsində olduğunu təsdiq edir. Apellyasiya şikayətində istinad edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsi ilə bağlı dəlil də əsaslı hesab edilə bilməz. Belə ki, inzibati xəta # #### 2026-cı il tarixdə törədilmiş, Astara Rayon Məhkəməsinin qərarı isə ## #### 2026-cı il tarixdə, yəni qanunla müəyyən edilmiş dörd aylıq müddət başa çatmamış qəbul edilmişdir. İnzibati tənbeh qanunda nəzərdə tutulmuş müddət daxilində tətbiq olunduğundan, apellyasiya baxışı zamanı həmin müddətin keçməsi birinci instansiya məhkəməsinin qanuni və əsaslı qərarının ləğvi üçün hüquqi əsas yaratmır. Apellyasiya şikayətində müdafiə hüququnun pozulması barədə göstərilən dəlillər də öz təsdiqini tapmır. İş materiallarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs işə baxılmasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumat verilmiş, ona öz hüquqlarından istifadə etmək imkanı yaradılmışdır. Şikayətçi tərəfindən göstərilən hallar məhkəmənin çəkişmə prinsipini və müdafiə hüququnu pozduğunu təsdiq edən mötəbər sübutlarla təsdiq edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən qanunvericiliyin tələbləri pozulmamışdır. Birinci instansiya məhkəməsi törədilən inzibati xətanı törədilmə şəraitini və üsulunu, həmçinin şəxsiyyətini, xətanın xarakterini, maddi vəziyyətini nəzərərə alaraq inzibati xəta tərkibinin yaranması üçün mövcud sübutları araşdırmışdır. Bu da qanunun tələblərinin düzgün tətbiq və təfsir edilməsidir. Apellyasiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təyin edilmiş inzibati tənbeh tədbiri ilə bağlı aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. İXM-in 571-ci maddəsinin fakultativ xarakterli sanksiyasında gəmi və ya digər üzən vasitə müsadirə edilməklə və ya edilməməklə fiziki şəxslər üçün iki yüz əlli manatdan üç yüz əlli manatadək cərimə nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 250 manat miqdarında ən aşağı həddə inzibati cərimə təyin etməklə bağlı yuxarıda qeyd olunan qənaəti inzibati tənbeh tədbirinin inzibati xəta törətmiş şəxsin islah olunması, onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısının alınması baxımından qanuni və ədalətli olmuşdur. Belə ki, Azərbaycan Respublikası İXM-in: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Yuxarıda göstərilənlərə əsasən apellyasiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-in 571-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair Astara Rayon Məhkəməsinin ## #### 2026-ci il tarixli, *(*-***)-***/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Odur ki, apellyasiya məhkəməsi şərh olunanları və Azərbaycan Respublikası İXM-in 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayət təmin edilməsin. Astara Rayon Məhkəməsinin ## #### 2026-ci il tarixli, *(*-***)-***/**** saylı qərarı həmin şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və ya protest verilə bilməz. Hakim: Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar