Məhkəmə qərarları › İş №3(3-9)-392/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-392/2026

20.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-392/2026 20.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Cinayət Kollegiyasının hakimi Əliyev Əli Abdulla oğlunun sədrliyi, Zeynallı Aslan Ismayıl oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra IXM-in) 571-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Astara Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Protokolu tərtib edən orqan *** nömrəli baxış qrupunun komandiri R X1 tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-in 571-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə ##.##.2026-cı il tarixli, MN ******* saylı protokol tərtib edilərək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati məsuliyyətə cəlb olunmasına baxılması üçün aidiyyəti üzrə Astara Rayon Məhkəməsinə göndərilmişdir. Astara Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarına əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-in 571-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 250 (iki yüz əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə qərarından narazı qalan barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayət verərək, Astara Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. ŞIKAYƏTIN DƏLILLƏRI: Barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qeyd olunan xətanı törətməsi inzibati xəta haqqında tərtib edilmiş protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. IXM-in 38-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, dövlət satınalmaları haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, o cümlədən əməyin mühafizəsi qaydalarının, istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması və uçota alınması qaydalarının, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Beləki iş materiallarına əsasən protokol tərtib edilib ##.##.2026- cl il tarixdə, belə olan təqdirdə qeyd olunan iş inzibati tənbeh ##.##.2026-cı il tarixə qədər verilə bilər. Hazırda qəbul edilmiş qərarın qanuni qüvvəsini almasını və apellyasiya instansiyasının işə baxmasını nəzərə alsaq tənbeh vermə müddəti keçmiş olur. Bu səbəbdən hesab edir ki, bu iş üzrə artıq tənbeh verilməsi üçün müddət keşmişdir. Bundan başqa məhkəmə onun iştiakımı lazımı qaydada təmin etməmişdir, bununlada çəkişmə prinsipinə əməl etməmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və səlahiyyətli orqan Protokolu tərtib edən orqan nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə IXM-in 133.2.4-cü maddəsinə əsasən, onların iştirakı olmadan inzibati işə baxılmasını mümkün hesab etdi. HÜQUQI MƏSƏLƏLƏR: IXM-in 128.1 və 133.2.8-ci maddələrinə əsasən “Barəsində qərar çıxarılmış şəxs, .... zərər çəkmiş şəxs, .... inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər”, “inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır”. Məhkəmə inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, aşağıda göstərilən əsaslara görə şikayət əsassız olduğundan təmin edilməməli, Astara Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, təqdim edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarından, görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-in 571-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Iş materiallarında olan Sahil Mühafizənin 205 № li gəminin baxış qrupunun komandiri X1 tərəfindən tərtib olunmuş ## #### 2026-cı il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə saat 11:05 radələrində Astara reydində sahildən 6.1 mil aralıda su-sərhəd rejimini pozaraq inzibati xəta törətmişdir. Iş materiallarında olan kiçik həcmli üzmə vasitəsinə baxışın keçirilməsi haqqında protokoldan görünür ki, qayığın tipi “AS-107” bort nömrəli, “Plastmas” tipli, “Yamaha-55” mühərrikli olmaqla protokolu imzalayan şəxslər *** nömrəli gəminin baxış qrupunun komandiri A.Sadıqov, etibarnamə ilə idarə edən şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs olmuş, sahibi X2r. Iş materiallarında olan kiçik həcmli üzmə vasitəsini tutma (saxlama) protokolundan görünür ki, 2 nəfər ekipaj üzvü ##.##.2026-cı il tarixdə saat 11:05 radələrində Xəzər dənizində Astara reydində sahildən 6.1 mil aralıda su-sərhəd rejimini pozaraq balıq ovu ilə məşğul olmuşdur. IXM-in 571-ci maddəsinə əsasən Azərbaycan Respublikasının sərhəd sularında, yəni sərhəd çaylarının, göllərin və başqa sututarların, Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində balıqçılıq, ovçuluq, elmi-tədqiqat, idman gəmilərinin, motorlu və motorsuz başqa gəmilərin və digər üzən vasitələrin qeydiyyata alınması, saxlanması, onların yanalma körpülərindən dəniz və digər sututarların sularına çıxması, orada olması, üzməsi və geri qayıtması qaydalarının pozulmasına, göstərilən sularda icazə olmadan və ya belə icazə olduqda, lakin müəyyən edilmiş qaydaları pozmaqla ovçuluq (balıqçılıq), tədqiqat və axtarış fəaliyyətinin həyata keçirilməsinə görə -gəmi və ya digər üzən vasitə müsadirə edilməklə və ya edilməməklə fiziki şəxslər iki yüz əlli manatdan üç yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz əlli manatdan altı yüz əlli manatadək məbləğdə cərimə edilir. Qeyd edilməlidir ki, əməli törətmiş şəxsin (fizki və ya hüquqi) təqsiri dedikdə törədilən əmələ (hərəkət və ya hərəkətsizlik) və onun nəticələrinə qəsd və ya ehtiyatsızlıq formasında münasibəti anlaşılır. Əməlin inzibati xəta hesab edilməsi təkcə bu əməlin qeyri-hüquqi olması ilə deyil, həm də onun təqsirə, yəni qəsd və yaxud ehtiyatsızlıq formasında törədilməsi ilə də bağlıdır. Hərəkət və yaxud hərəkətsizlik – davranışın iradəvi aktıdır, buna görə də hərəkətsizlik zamanı məsuliyyətin təyin edilməsi üçün həmçinin bu və ya digər şəxsin tələb olunan hərəkətləri etməsinin real imkanlarını, yəni konkret şəraitdə göstərilən hərəkətlərin edilməsinin faktiki imkanları müəyyən olunmalıdır. Məhkəmə şikayətin dəlillərini, iş materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-in 571-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməklə birinci instansiya məhkəməsi tərəfindən barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi əsaslı olmuşdur. Belə ki, şikayətdə əsas dəlil kimi Azərbaycan IXM-in 38-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə müddətinin keçdiyi göstərilir və bunun əsası kimi məhkəmə qərarının qanuni qüvvəyə minməməsi, habelə apellyasiya baxışının dörd aylıq müddətdən sonraya təsadüf etməsi göstərilir. Apellyasiya instansiyası məhkəməsi həmin dəlillə razılaşmır. IXM-in 38.1-ci maddəsinə əsasən, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Həmin normanın məzmunundan aydın olur ki, qanunverici inzibati məsuliyyətə cəlbetmənin müddətini "inzibati tənbehin verilməsi" anı ilə əlaqələndirmişdir. Inzibati tənbehin verilməsi dedikdə isə səlahiyyətli orqan və ya məhkəmə tərəfindən şəxsin təqsirli bilinməsi və onun barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair qərarın qəbul edilməsi başa düşülür. Qanun normasında inzibati tənbehin mütləq qaydada qanuni qüvvəyə minməsi və ya icra olunması müddət daxilində tələb kimi nəzərdə tutulmamışdır. Inzibati məsuliyyət institutunda müddətlərin müəyyən edilməsinin əsas məqsədi şəxsin qeyri-müəyyən müddət ərzində məsuliyyət təhlükəsi altında saxlanılmasının qarşısını almaq, eyni zamanda dövlətin cəza tətbiq etmək səlahiyyətini ağlabatan zaman çərçivəsi ilə məhdudlaşdırmaqdan ibarətdir. Bu məqsəd isə səlahiyyətli orqan tərəfindən qanunla müəyyən edilmiş müddət ərzində inzibati tənbeh haqqında qərar qəbul edildiyi anda reallaşmış hesab olunur. Bundan sonrakı mərhələlər, yəni qərarın qanuni qüvvəyə minməsi, apellyasiya qaydasında yoxlanılması və ya icrası artıq qəbul edilmiş qərarın prosessual taleyi ilə bağlıdır və IXM-in 38-ci maddəsində nəzərdə tutulmuş müddətin hesablanmasına təsir göstərmir. Əks yanaşmanın qəbul edilməsi IXM-in 38-ci maddəsinin hüquqi mahiyyətinə uyğun olmazdı. Belə ki, bu halda birinci instansiya məhkəməsi tərəfindən qanunla müəyyən edilmiş müddət daxilində qəbul edilmiş qərarın yalnız apellyasiya baxışının və ya qərarın qanuni qüvvəyə minməsinin dörd aylıq müddətdən sonraya təsadüf etməsi səbəbindən hüquqi qüvvəsini itirməsi nəticəsinə gəlinərdi. Bu isə qanunda nəzərdə tutulmayan hüquqi nəticə yaratmaqla yanaşı, apellyasiya icraatının davametmə müddətini inzibati məsuliyyətin mövcudluğu üçün həlledici meyara çevirərdi. Halbuki, apellyasiya icraatının müddəti işə baxan məhkəmənin prosessual fəaliyyətindən asılı olub, barəsində icraat aparılan şəxsin inzibati məsuliyyətə cəlb edilməsinin qanuniliyi ilə eyniləşdirilə bilməz. Iş materiallarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs münasibətdə inzibati xəta haqqında protokol ## #### 2026-cı il tarixdə tərtib edilmiş, Astara Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ilə isə o, IXM-in 571-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 250 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Beləliklə, inzibati tənbeh qanunla müəyyən edilmiş dörd aylıq müddət bitməmiş verilmişdir. Bu səbəbdən şikayətdə göstərilən, apellyasiya baxışının və ya qərarın qanuni qüvvəyə minməsinin dörd aylıq müddətdən sonraya təsadüf etməsi ilə əlaqədar inzibati məsuliyyətə cəlbetmə müddətinin keçməsi barədə dəlil hüquqi cəhətdən əsassızdır və IXM-in 38-ci maddəsinin məzmunundan irəli gəlmir. Şikayətdə məhkəmə iclasında iştirak hüququnun təmin edilməməsi ilə bağlı göstərilən dəlilə gəldikdə isə, həmin dəlil ümumi xarakter daşıyır, konkret prosessual pozuntular göstərilmədən irəli sürülmüşdür. Eyni zamanda şikayətdə şəxsin təqsirli bilinməsi, sübutların qiymətləndirilməsi və ya inzibati xəta hadisəsinin mövcudluğu ilə bağlı hər hansı mübahisə irəli sürülməmiş, yalnız inzibati məsuliyyətə cəlbetmə müddətinin keçdiyi iddia edilmişdir. Yuxarıda göstərilən hüquqi qiymətləndirmə ilə həmin dəlilin əsassız olduğu müəyyən edildiyindən, şikayətin digər ümumi xarakterli istinadları birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsas hesab edilə bilməz. Beləliklə, apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlir ki, inzibati xətanın hadisəsi və tərkibi iş üzrə tam sübuta yetirilmiş, şəxsin irəli sürdüyü arqumentlər isə nə milli hüquq normaları, nə də beynəlxalq hüquq prinsipləri baxımından icraata xitam verilməsi üçün əsas yaratmamışdır. Bunun əksini təsdiq heç bir sübut şikayətçi tərəfindən məhkəməyə təqdim edilməmişdir. Birinci instansiya məhkəməsi isə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayət ərizəsində göstərdiklərini onun inzibati məsuliyyətdən yayınmağa cəhd etməsi, onun göstərdiklərinin inzibati məsuliyyətdən azad edilməsi üçün heç bir hüquqi əsasın olmaması kimi qiymətləndirmişdir. Belə ki, IXM-in 80.1-ci maddəsinə əsasən sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyəti vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır və hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-in 571-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilmişdir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi verilmiş şikayəti təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırmış və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-in 571-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi ilə bağlı səlahiyyətli orqanın gəlmiş olduğu qənaətlə razılaşaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həmin qərardan vermiş olduğu şikayəti təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq orqanın qərarını qanuni hesab etmişdir. IXM-in: 3-cü maddəsinə müvafiq olaraq, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 6.1-ci maddəsinə əsasən, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 7.3-cü maddəsinə əsasən hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə,müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Inzibati xətalar qanunvericiliyin müddəaları baxımından aşkardır ki, insan və vətəndaş hüquqları və azadlıqları, iqtisadi maraqları, idarəçilik qaydalarının qorunması, qanunçuluğun möhkəmləndirilməsi və inzibati xətaların qarşısını almaq üçün qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlik prinsipləri təmin edilməli, dövlət orqanları isə öz növbəsində inzibati xətaların törədilməsinin qarşısının alınması, buna kömək edən səbəbləri və şəraitin aşkar edilməsi, aradan qaldırılması, qanunlara ciddi əməl etmək üçün tədbirlərin icra edilməsini təşkil etməlidirlər. Həm qəsdən törədilən inzibati xəta, həm də ehtiyatsızlıqdan törədilənin inzibati xətaya görə qanunvericiliklə müəyyən olunmuş qaydada prosedur qaydalar gözlənilməklə dövlət məcburetmə tədbirləri tətbiq edilir və hər iki hal inzibati xəta törədən şəxs barəsində yaranmış arzuolunmaz hüquqi nəticələrə, yəni inzibati xəta törədən şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq etməsinə səbəb olur. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən gəldiyi nəticə işin faktiki hallarına uyğun olmuşdur. IXM-in 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Qeyd olunan əsasda IXM-in 134.1.1-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayəti təmin edilməməli, Astara Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanları və IXM-in 128-134.1.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Astara Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar