Məhkəmə qərarları › İş №3(3-9)-393/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-9)-393/2026

13.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 3(3-9)-393/2026 13.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Mən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının hakimi Həşimov Yaşar Xanoğlan oğlu, Sabirabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən apellyasiya qaydasında verilmiş şikayətə məhkəmə iclasından kənar qaydada baxaraq, MÜƏYYƏN ETDİM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ###### 2026-cı il tarixdə Sabirabad rayonu, Suqovuşan kəndinə yola şüşə qırıntıları tökmüş və həmkəndlisi Zərərçəkmiş şəxs avtomaşınının təkərini partlatmış və sonuncuya 110 manat maddi ziyan vurmuşdur. Sabirabad Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə başlanmış ## #### 2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Sabirabad Rayon Məhkəməsinə göndərilmişdir. Sabirabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli, yəni 110 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya qaydasında şikayət verərək, heç yerə şüşə tökmədiyini, heç kimin maşının təkərinin deşilmədiyini bildirərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İş materiallarından görünür ki, Sabirabad Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarı həmin tarixli məktubla proses iştirakçılarına, o cümlədən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs yaşadığı Sabirabad şəhəri, İ.İsgəndərov küçəsi, döngə 2, ev 12 ünvanına göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs birbaşa Sabirabad Rayon Məhkəməsinə ünvanlanmaqla göndərdiyi apellyasiya şikayəti rəsmi qaydada poçta ##.##.2026-cı il tarixdə saat 11:40da təhvil verilmiş və ##.##.2026-cı il tarixdə həmin məhkəmənin dəftərxanasına daxil olmuşdur. İş materialları ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Sabirabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarını hansı tarixdə rəsmi qaydada əldə etməsinə dair müvafq sənədlər (qəbz, xəbərnamə və sair) müəyyən edilmir. AR İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 129.1.1-ci maddəsinə görə hakimin qərarından apelyasiya instansiyası məhkəməsinə verilən şikayət və ya protest - həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiyası məhkəməsinə verilir. 130.1-ci maddəsinə əsasən Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Qanunvericiliyin normasının məzmunundan da göründüyü kimi şikayət və ya protest verilməsi üçün qanunvericiliklə müəyyən olunmuş 10 günlük müddətin axımı qərarın rəsmi qaydada verildiyi andan başlayır. Hazırkı halda, qərarın şikayət verən tərəfə qanunla nəzərdə tutulmuş qaydada təqdim edildiyini təsdiq edən hər hansı sübut iş materiallarında mövcud olmadığından şikayət müddətinin başlanma tarixi müəyyən edilmir, şikayətin qanunla müəyyən edilmiş müddətdə verilib-verilmədiyini qiymətləndirmək mümkün olmur və prosessual müddətlərin gözlənilməsi ilə bağlı tələblər təmin edilmir. Nəticə etibarilə, qərarın tərəfə rəsmi qaydada təqdim olunmasını təsdiq edən sübutlar olmadığından, şikayət prosessual tələblərə uyğun hesab edilə bilməz və bu hal şikayətin geri qaytarılması üçün qanuni əsas yaradır. İş materiallarında belə sübutlar mövcud olmadığından, qərarın barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə hansı tarixdə təqdim edilməsi faktı təsdiq olunmuş hesab edilə bilməz. Apellyasiya məhkəməsi barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs diqqətinə çatdıraraq bildirmək istəyir ki, inzibati xəta haqqında iş üzrə qərardan şikayət vermək üçün qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası ilə bağlı birinci instansiya məhkəməsinə vəsatət verməmişdir. AR İnzibati Xətalar Məcəlləsində birinci instansiya məhkəməsinin inzibati xəta haqqında iş üzrə qərarından apellyasiya instansiyası məhkəməsinə şikayət verilərkən qanunla müəyyən olunmuş müddət ötürüldükdə və müddətin bərpası haqqında vəsatət verilmədikdə, apellyasiya məhkəməsi tərəfindən hansı prosessual hərəkətlər edilməsini tənzimləyən norma yoxdur. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. AR İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Eləcə də, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2 və 53-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, «inzibati xətalar qanunvericiliyində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest vermə müddətinin buraxılıb-buraxılmamasının müəyyən edilməsi, habelə şikayət və ya protestin mümkünlüyü ilə əlaqədar digər prosessual məsələlər (şikayətin səlahiyyəti olan şəxs tərəfindən verilib-verilməməsi, imzalanıb-imzalanmaması) kifayət qədər tənzimlənməmişdir. Odur ki, Konstitusiya Məhkəməsinin Plenumu mövcud qanunvericilik normalarından, həmçinin özünün əvvəlki hüquqi mövqeyindən çıxış edərək hesab etmişdir ki, inzibati xəta haqqında iş üzrə məhkəmə qərarından verilmiş şikayət və ya protest vermə müddətinin buraxılıb-buraxılmamasının yoxlanılması ilə əlaqədar prosessual məsələlərin tənzimlənməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müvafiq normaları qanunun analogiyası üzrə tətbiq edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 386.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Qeyd olunanlara məcmu halda qiymət verərək apellyasiya məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən nə vaxt təhvil alındığı iş materialları ilə sübuta yetirilmədiyi üçün barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayətə baxılmadan inzibati xəta haqqında iş üzrə icraat materialları birinci instansiya məhkəməsinə qaytarılmalı, şikayət vermiş şəxsə buraxılmış müddətin bərpası barədə vəsatətlə birinci instansiya məhkəməsinə müraciət etmək hüququnun olması izah edilməlidir. Odur ki, apellyasiya məhkəməsi şərh olunanları, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-cu maddəsini və qanunun analogiyası qaydasında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 386.1-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDIM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən Sabirabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından apellyasiya qaydasında verilmiş şikayət icraata qəbul edilmədən inzibati xəta haqqında iş üzrə icraat materialları birinci instansiya məhkəməsinə qaytarılsın. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs buraxılmış prosessual müddətin bərpası barədə vəsatətlə birinci instansiya məhkəməsinə müraciət etmək hüququnun olması izah edilsin. Qərardad dərhal qanuni quvvəyə minir. Qərardaddan şikayət və ya protest verilə bilməz. Hakim: Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar