Məhkəmə qərarları › İş №3(3-9)-394/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-394/2026

20.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-394/2026 20.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Ələskərov Sənan Adil oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Məmmədova Fəridə Eyvaz qızının. ##.##.1997-ci ildə Cəlilabad rayonu Suluçeşmə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Cəlilabad rayonu Suluçeşmə kəndində qeydiyyatda olan və yaşayan; Məmmədova Fəridə Eyvaz qızının Azərbaycan Respulikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə cərimə edilməsinə dair Cəlilabad rayon məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında qərar çıxarılmış şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Cəlilabad rayon İcra və Probasiya şöbəsindən daxil olmuş ## ##### 2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqında protokoldan görünür ki, Cəlilabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı icra vərəqəsinə əsasən borclu Məmmədova Fəridə Eyvaz qızı tərəfindən tərəflərin birgə nikahlarından doğulmuş X1 adlı uşağı ilə tələbkar Zərərçəkmiş şəxs ünsiyyət saxlaması hər həftənin şənbə günü saat 12:00-dan gecə qalmaq şərti ilə bazar günü 18:00-dək müəyyən edilmiş uşağın tərəflər arasında təhvil verilməsi Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun iştrakı ilə həyata keçrilməsinə dair icra məmururun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, Məmmədova Fəridə Eyvaz qızı törətmiş olduğu inzibati xətaya görə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati tənbeh olunmalıdır Cəlilabad rayon məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərarı ilə inzibati xəta törətmiş Məmmədova Fəridə Eyvaz qızı Azərbaycan Respulikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. Qərardan narazı qalan barəsində inzibati xəta haqqında qərar çıxarılmış şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Cəlilabad Rayon Məhkəməsinin ## ### 2025-cı il tarixli, *(***)-***/**** saylı icra vərəqəsinə əsasən birgə nikahdan doğulmuş X1 adlı uşağı ilə tələbkar Zərərçəkmiş şəxs ünsiyyət saxlaması hər həftənin şənbə günü saat 12:00-dan gecə qalmaq şərti ilə bazar günü 18:00-dək müəyyən edilmiş uşağın tərəflər arasında təhvil verilməsi Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun iştirakı ilə həyata keçirilməsi barədə verilməsi qət edilmişdir. O tələbkarın gəlib onun yaşadığı evdən uşağını götürüb aparmasına hər hansı bir maneə yaratmamışdır. Cavabdeh gəlib onun yaşadığı evdən uşağını götürmür, təkid edir ki, o, uşağı Cəlilabad rayon İcra və Probasiya şöbəsinə gətirib orada uşağı tələbkara təhvil versin. Onun isə buna heç cür imkanı yoxdur. Həmçinin icra vərəqəsində də onun uşağı İcra və Probasiya şöbəsində tələbkara təhvil verməsi göstərilməmişdir. Lakin icra məmuru tələbkarın istəyi ilə onun barəsində əsassız Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib olunaraq baxılması ücün Cəlilabad rayon məhkəməsinə təqdim etmişdir. O, məhkəmə zamanı da bildirmişdir ki, tələbkarın uşaqla ünsiyyət saxlamasına mane olmur. Məhkəmə qətnaməsində göstərilən vaxt gəlib uşağı onun yaşadığı evdən götürə bilər. Buna baxmayaraq, məhkəmə onun izahatını nəzərə almayaraq əsassız olaraq onu Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilib 500 (beş yüz) manat məbləğində cərimə etmişdir. Belə qeyd olunur ki, Cəlilabad rayon məhkəməsinin hakimi tərəfindən əsassız olaraq ## ##### 2026-cı il tarixli qərarla 500 (beş yüz) manat məbləğində cərimə olunmuşdur. Belə ki, tələbkar Zərərçəkmiş şəxs məhkəmədə verdiyi izahatında məhkəmə qətnaməsini qəsdən icra etmədiyini, uşağı götürməyə gələrkən dəfələrlə şərləndiyini bildirmiş, lakin belə hal olmayıb, o ümumiyyətlə onların yaşadığı ünvana heç vaxt gəlməyib. Tələbkar Cəlilabad rayon Polis Şöbəsində polis nəfəri işləyir və şəxsi avtomobili var. İstəsə idi gəlib uşağı onun yaşadığı evdən rahat şəkildə götürə bilərdi, lakin qəsdən gəlib uşağı götürməyib onu icra şöbəsinə gətizdirmək istəmişdir. O da onun və icra məmurunun qanunsuz tələblərini yerinə yetirmədiyi ücün barəsində qərəzli olaraq Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edib onun məhkəmə tərəfindən 500 manat cərimə olunmağına nail olmuşdur. Qeyd olunanlara əsasən, onun barəsində İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib edilə bilməz. Yəni onun əməlində həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibi yoxdur. Bunlara əsasən Cəlilabad rayon məhkəməsinin ## ##### 2026-cı il tarixli, 3(5-117)- ***/**** nömrəli qərarının ləğv olunması və barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə olan iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş olunur ki , Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Məmmədova Fəridə Eyvaz qızı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini və Cəlilabad rayon məhkəməsinin ## ##### 2026-cı il tarixli, 3(5-117)- ***/**** nömrəli qərarının ləğv olunmasını və barəsində olan inzibati xəta haqqında icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs və Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinin səlahiyyəli nümayəndəsi məhkəmə iclasına gəlməmişlər, sonuncu məhkəməyə məktub göndərək üzürlü səbəbdən təyin olunmuş məhkəmə iclasında iştirak edə bilməyəcəyini və iştirakının üzürlü səbəbdən olması nəzərə alınması xahiş olunmuşdur.. Məhkəmə işin hallarına əsasən onların iştirakları olmadan şikayətə baxılması mümkün hesab edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 128.1 və 133.2.8-ci maddələrinə əsasən «Barəsində qərar çıxarılmış fiziki şəxs, …. inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər», «inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır». Barəsində inzibati xəta haqqında qərar çıxarılmış şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qız apellyasiya müraciətində tələbini həmin Məcəllənin 135.1.2-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. İnzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Apellyasiya müraciəti ilə əlaqədar öyrənilmiş inzibati xəta haqqında materiallardan görünür ki, birinci instansiya məhkəməsi iş üzrə araşdırması zamanı hər hansı bir qanun pozuntusuna yol verilmədən toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara əsaslanaraq (sübutlar qərarda ətraflı təsvir olunub şərh edildiyindən, məhkəmə hazırkı qərarda sübutların yenidən təsvir və şərh edilməsinə zərurət görmür), İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinə uyğun qaydada araşdırılmış bütün sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlini düzgün olaraq İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif etmişdir. Birinci instansiya məhkəmə iclasında Cəlilabad rayon İcra Şöbəsinin böyük icra məmuru X2 izahatında göstərmişdir ki, Cəlilabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)- ***/**** saylı icra vərəqəsinə əsasən borclu Məmmədova Fəridə Eyvaz qızı tərəfindən tərəflərin birgə nikahlarından doğulmuş X1 uşağı ilə tələbkar Zərərçəkmiş şəxs ünsiyyət saxlaması hər həftənin şənbə günü saat 12:00-dan gecə qalmaq şərti ilə bazar günü 18:00-dək müəyyən edilmiş uşağın tərəflər arasında təhvil verilməsi Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun iştrakı ilə həyata keçrilməsi barədə verilməsi qət edilmişdir. İcra vərəqəsi üzrə borclu Məmmədova Fəridə Eyvaz qızına dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq müxtəlif bəhanələr gətirərərk, tələbkarın uşağı ilə ünsiyyət saxlaması üçün uşağı Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə gətirməmiş və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. İş materiallarında müəyyən olunur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində ##.##.2025-ci il tarixli icraata başlamaq haqqında qərar, tələbin könüllü icrası haqqında bildiriş, ##.##.2025-ci il tarixli akt, ##.##.2025-ci il tarixli akt, ##.##.2025-ci il tarixli akt və izahatlar alınmış, lakin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra məmururun qanuni tələblərini yerinə yetirməmişdir. Həmçinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya baxışında izahatında qeyd etmişdir ki, barəsində inzinbati xəta tənbeh tədbiri tətbiq edildikdən sonra, uşaqlarla tələbkarın ünsiyyətləri təmin olunur. Bu fakt ona əsas verir ki, atanın uşaqlarla ünsiyyət saxlamasına manenə Fəridə Mənsimə tərəfindən yaradılmışdır. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi obyektiv cəhətdən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə yaranır və subyektiv cəhətdən qəsdən törədilir. İnzibati Xətalar Məcəlləsinin 6.1, 9.1, 21 və 31.2-ci maddələrinə əsasən «İnzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir», «İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır», «İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır», «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edilir. İXM-in 134.1. və 134.1.1-ci maddələrinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. İXM-in 135.1-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: -135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; -135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; -135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; -135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; -135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; -135.1.5-1.bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; -135.1.5-2. inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; -135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Qeyd olunanlar birinci instansiya məhkəməsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 135ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün isə əsasların olmadığını göstərir. Beləliklə məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayəti təmin olunmamalı və Cəlilabad rayon məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)- ***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134,135 və 136-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDIM: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayət təmin edilməsin. Məmmədova Fəridə Eyvaz qızının Azərbaycan Respulikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə cərimə edilməsinə dair Cəlilabad rayon məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət verilə bilməz. Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar