Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-395/2026 20.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Ələskərov Sənan Adil oğlunun katibliyi ilə. ##.##.1992-cı il tarixdə Kürdəmir rayonu Atakişili kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Kürdəmir rayon, Atakişili Ə/D, Atakişili kəndində qeydiyyatda olmaqla yaşayan. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə cərimə edilməsinə dair Kürdəmir Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı,## #### 2026-cı il tarixli qərarından barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Kürdəmir rayon İcra və Probasiya Şöbəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində İXM-in 528.1-cı maddəsi ilə ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Kürdəmir Rayon Məhkəməsinə göndərilmişdir. Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Zülfü oğlu icra məmurunun qanuni tələblərini lazımi yerinə yetirməmiş, icra vərəqələri üzrə ödənilməli olan pulu ödəməmişdir. Kürdəmir Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı,## #### 2026-cı il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmənin həmin qərarından şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Kürdəmir rayon məhkəməsinin 18,06.2026-ci il tarixli 3(5-134)- ***/**** saylı qərarı ilə o inzibati qaydada 500 manat cərimə edilmişdir. Verilən cəza ağırdır, çünki onun əməlində inzibati xəta tərkibi olmadığı üçün həmin iş üzrə icraata xitam verilməli idi. Belə ki, o qeyd olunan borc onun təfəfindən icra və probasiya şöbəsinə nəğd şəkildə ödəmişdir və tələbkara heç bir borcu yoxdur. Borcunu ödədiyi halda onun icra işinə xitam verilməli idi, lakin icra şöbəsi onun barəsində protokol tərtib edərək məhkəməyə göndərmişdir. Göründüyü kimi səlahiyyətli orqan tərəfindən iş hərtərəfli araşdırılmamış,nəticədə əsası olmayan qərar qəbul olunmuşdur. Kürdəmir rayon məhkəməsinin *(*-***)-***/**** saylı,## #### 2026-cı il tarixli qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Kürdəmir Rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İşin hallarına əsasən məhkəmə şikayətə onların iştirakları olmadan baxılmasını mümkün həsab etmişdir. İnzibati Xətalar Məcəlləsinin 128.1 və 133.2.8-ci maddələrinə əsasən «Barəsində qərar çıxarılmış fiziki şəxs, …. inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər», «inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır». Şikayətin müəllifi şikayətində hakimin gəldiyi nəticənin işin faktiki hallarına uyğun olmamasını iddia edərək, tələbini İnzibati Xətalar Məcəlləsinin 134.1.2 və 135.1.2-ci maddələrində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. İnzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2- 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Şikayətin məzmunundan görünür ki, onun əsas dəlili qeyd olunan icra vərəqəsinin üzürsüz səbəbdən icra edilməməsi və əməlində inzibati xəta tərkibi olmadığı halda, onun əsassız və qanunsuz olaraq İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati tənbeh edilməsidir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi obyektiv cəhətdən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə yaranır. Kürdəmir Rayon Məhkəməsinin ##.##.2016-ci il tarixli, *(***)-****/**** saylı icra sənədi üzrə Kürdəmir rayonunun Atakişili kəndində yaşayan cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 3200 manat və 30 manat dövlət rüsumu, bütövlükdə 3230 (üç min iki yüz otuz) manat alınaraq Kürdəmir rayonunun Qarasaqqal kəndində yaşayan iddiaçı zərərçəkmiş şəxs3 verilməlidir. Kürdəmir Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)-****/**** saylı icra sənədi üzrə cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 8200 (səkkiz min iki yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat pul tutularaq iddiaçı zərərçəkmiş şəxs4 verilməlidir. Kürdəmir Rayon Məhkəməsinin ##.##.2017-ci il tarixli, *(***)-****/**** saylı icra sənədi üzrə İddiaçı zərərçəkmiş şəxs1 ASC ilə cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs arasında bağlanmış ## #### 2014-cü il tarixli AL-*** saylı daxili lizinq müqaviləsi ləğv edilmiş, cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs istifadəsində olan "Daevoo Gentra" markalı, ** PV *** dövlət qeydiyyat nişanlı minik avtomobili ondan alınaraq mülkiyyətçi, iddiaçı "xxxx” ASC Lizinq Şirkətinə qaytarılmalıdır. Cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ödəniləcək günə manatla məzənnədə 5919,75 manat əsas, 4186,99 manat mükafat və 905,75 manat dəbbə, cəmi 11012,28 manat və 30 manat dövlət rüsumu alınaraq iddiaçı "xxxx” ASC-yə ödənilməlidir. Kürdəmir Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, e-*(***)-****/**** saylı icra sənədi üzrə Cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 1968,30 manat əsas, 296,79 manat faiz olmaqla, cəmi 2265,09 (iki min iki yüz altmış beş manat 09 qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 42,65 (qırx iki manat 65 qəpik) manat tutularaq zərərçəkmiş şəxs2 ASC-yə ödənilməlidir. İcraata başlama haqqında ##.##.2021-ci il tarixli qərarın surətindən görünür ki, Kürdəmir Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)-****/**** saylı icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs göndərilmişdir; İcraata başlama haqqında ##.##.2024-cü il tarixli qərarın surətindən görünür ki, Kürdəmir Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, e-*(***)-****/**** saylı icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs göndərilmişdir. ##.##.2021-ci il tarixli bildirişdən görünür ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs borcun könüllü icrası üçün 10 gün müddət müəyyən edilmişdir. O, bildirişlə tanış olmuşdur. ##.##.2024-cü il tarixli bildirişdən görünür ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs borcun könüllü icrası üçün 10 gün müddət müəyyən edilmişdir. ##.##.2026-cı il tarixli, borclunun axtarışı barədə qərardan görünür ki, borclu ##.##.1992-cı il təvvəlüdlü Kürdəmir rayonu Atakişili kəndində qeydiyyatda olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barədə axtarış elan edilmişdir. Kürdəmir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərardadan görünür ki, Kürdəmir Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2021-ci il tarixli icra sənədi üzrə borclu, ##.##.1992-cı il təvəllüdlü, Kürdəmir rayonu Atakişili kəndində qeydiyyatda olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmalıdır. ##.##.2026-cı il tarixli izahatdan görünür ki, 2023-cü ilin aprel ayında X1, qeyri rəsmi işləyən Tutu xanıma pulu verdiyini. Həmin vəsait ondan işlərin tam icra olunması üçün alınmışdır. Lakin o sonradan bilmişdir ki, məhkəmə qərarları üzrə borcları ödənilməyib. Məhkəmə qərarlarının icrasından yayınmır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “Elektron icra” informasiya sistemi üzrə çıxarışdan görünürki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şəxsiyyəti müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2025-ci il tarixli izahatından görünür ki, 2023-cü ildə Kürdəmir icra və probasiya şöbəsinə çağrıldığını, 15250 manat pulu icra məmuru X1 tərəfindən aktla imzalanaraq alındığını, ona ümumi borcunun bağlanıldığını bildirmişdir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, Kürdəmir Rayon Məhkəməsinin ##.##.2016-ci il tarixli, *(***)-****/**** saylı, Kürdəmir Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)-****/**** saylı, Kürdəmir Rayon Məhkəməsinin ##.##.2017-ci il tarixli, *(***)-****/**** saylı, Kürdəmir Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, e-*(***)- ****/**** saylı icra sənədi üzrə müəyyən edilmiş borcunu ödəməyərək sözügedən icra sənədini tam icra etməmiş və qeyd olunan halı icra sənədinin üzrsüz icra etməmişdir. Məhkəmə qanunvericiliyin qeyd olunan normasının işığında işin müəyyən olunmuş faktiki hallarını təhlil edərək hesab edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təqsirli bilməklə, eləcə də barəsində cərimə tənbeh tədbirini tətbiq etməkdə haqlı olmuşdur. Odur ki, onun barəsində inzibati tənbeh tədbiri tətbiq olunarkən səhhəti nəzərə alınmalıdır. Bu səbəblə barəsində məhz həbs inzibati tənbeh tədbirinin tətbiq olunması məqsədə uyğun deyil. İnzibati Xətalar Məcəlləsinin 6.1, 9.1, 21 və 31.2-ci maddələrinə əsasən «İnzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir», «İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır», «İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır», «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İXM-in 134.1. və 134.1.1-ci maddələrinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. İXM-in 135.1-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: -135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; -135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; -135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; -135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; -135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; -135.1.5-1.bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; -135.1.5-2. inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; -135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Məhkəmənin qənaətinə görə, qeyd olunanlar birinci instansiya məhkəməsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün isə əsasların olmadığını göstərir. Beləliklə məhkəmə hesab edir ki, şikayət təmin olunmamalı, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə cərimə edilməsinə dair Kürdəmir Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı,## #### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayəti təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə cərimə edilməsinə dair Kürdəmir Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı,## #### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət verilə bilməz. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №3(3-9)-395/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-395/2026
20.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver