Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-396/2026 24.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi ilə, icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - icra sənədi üzrə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, müdafiəçi – Şirvan Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair İmişli Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İmişli Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə (sədrlik edən hakim X2) ##.##.1970-ci il tarixdə İmişli rayonu, Ağaməmmədli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, İmişli rayonu, Ağaməmmədli kəndində qeydiyyatda olmaqla yaşayan (FİN: *******) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata, onun əməlində inzibati xəta tərkibi olmadığı üçün xitam verilməsi barədə qərar qəbul edilmişdir. İŞİN HALLARI: İmişli rayon icra və probasiya şöbəsinin icra məmuru, R X1 tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə ## ### 2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün İmişli Rayon Məhkəməsinə göndərilmişdir İnzibati xəta haqqında protokola baxan birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan qərarı qəbul etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İcra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs şikayət verərək, İmişli Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarın dəyişdirilməsini və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati həbs təyin edilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Şikayət onunla əsaslandırılmışdır ki, protokolun tərtib edilməsinə əsas o olmuşdur ki, İmişli Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** saylı icra sənədinə əsasən cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 5.700 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 77 manat, ümumilikdə 5.777 manat məbləğində pul vəsaiti alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. İcra sənədi üzrə ##.##.2025-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, həmin tarixdə borcluya bildiriş göndərilmişdir. Borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İmişli rayonu, Ağaməmmədli kəndində qeydiyyatda olmasına baxmayaraq, Bakı şəhərində yaşadığı müəyyən edilmişdir. Borclu icra sənədi üzrə tələbi icra etmədiyi və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyindən barəsində məcburi gətirilmə barədə qərar qəbul edilmiş, ##.##.2026-cı il tarixdə İmişli rayon icra və probasiya şöbəsinə gətirilmiş, həmin tarixdə icra sənədi üzrə 540 manat ödəniş etmişdir. İmişli Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-**/**** saylı qərarına əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün inzibati qaydada həbs edilmişdir. Borclu daha sonra ödəniş etməmişdir. Borclunun ölkədən getmək hüququnu məhdudlaşdırılması barədə məhkəməyə təqdimat verilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs fevral ayından xəstə olmuş, onunla əlaqə saxlanılmış, xəstə olduğuna görə icra məmurunun çağırışlarına gələ bilməyəcəyini bildirmişdir. Borclu barəsində axtarış elan edilsə də, İmişli rayon icra və probasiya şöbəsinə borclu özü gəlmiş, icra sənədi üzrə pulun ödənilməsi barədə tələbkarla razılaşma əldə etməmişlər və tələbkar onun məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Borclunun gəliri və əmlakı yoxdur. Sonda protokol tərtib etmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İmişli Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərar alınmışdır. Göstərilən əsaslara görə hesab edir ki, İmişli Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilməli və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati həbs edilməlidir. İmişli Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** saylı icra sənədindən görünür ki, cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 5.700 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 77 manat məbləğində pul vəsaiti olmaqla, ümumilikdə 5.777 manat məbləğində pul vəsaiti alınaraq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Ötən 1 il ərzində borcundan cəmi 540 manat ödəmişdir. Əlil deyil işləməsin, getsin istənilən işdə çalışsın və mənim pulumu qaytarsın. Onun pulunu qaytarmaq üçün heç bir cəhd etmir. İcra məmurunun çağırışlarından yayınır. Hətta onun barəsində axtarış da elan edilmişdir. İşə baxan məhkəmə isə onun qəza keçirməsini əsas götürərək yanlış nəticəyə gəlmiş və inizibati iş üzrə icraata xitam vermişdir. Belə olan halda, digər borclular da, borclarını qaytarmama kimi mənfi məhkəmə praktikasının formalaşmasına gətirib çıxaracaq. Onun şikayətinin əsasında İcra Şöbəsi tərəfindən borcluya dəfələrlə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, borcunu ödəməmiş, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, borclu icra sənədlərini lazımi qaydada icra etməmişdir. Nəzərə alsaq ki, inzibati tənbeh tədbiri həm xəta törədən şəxs, həm də digər şəxslərin islah olunmasına xidmət edir, onda borcun ödənilməməsi və cəzasız qalması mənfi məhkəmə praktikasının formalaşmasına səbəb ola bilər. Məhkəmə iclasında tədqiq olunmuş və mötəbərliliyi məhkəmədə heç bir şübhə doğurmayan sübutlarla müəyyən edilmişdir ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədi üzrə tələbkara olan borcunu heç bir üzrlü səbəb göstərmədən ödəməmiş və bu barədə icra məmurunun qanuni tələblərini yerinə yetirməməklə, İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. TƏRƏFLƏRİN İZAHATLARI: Apellyasiya instansiyası məhkəməsində: İcra sənədi üzrə tələbkar Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətinin dəlilləri üzrə izahat verərək apellyasiya şikayətinin təmin olunmasını qeyd edərək qanunamüvafiq olaraq tədbir görülməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - icra sənədi üzrə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs bildirdi ki, əvvəllər işləmədiyindən ödəniş edə bilməmişdir. 2026-cı ilin yanvar ayında həbs olunandan sonra 550 manat ödəmiş, hazırda da 260 manat ödəniş etmişdir. Hamısını bir dəfəyə ödəməyə imkanı yoxdur. Bundan sonra da aylıq 300 manat ödəyə bilər. Odur ki, nəzərə alınmasını xahiş edir. Müdafiəçi Vəkil apellyasiya şikayətinə dair qeyd olunan dəlillərlə razı olmadığını bildirərək, apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş səlahiyyətli orqan – İmişli rayon İcra və Probasiya şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Apellyasiya məhkəməsi işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 133.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. 133.2.8-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya məhkəməsi inzibati xəta haqqında iş üzrə icraat materiallarını araşdırıb, tərəfləri dinləyib, şikayətin dəlillərini iş materialları ilə müqayisəli şəkildə tədqiq edərək hesab edir ki, şikayət təmin olunmalı, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı və borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbirinin tətbiq olunmasına dair yeni qərar qəbul edilməlidir. Belə ki, iş materiallarında olan: İmişli Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** saylı icra sənədindən görünür ki, cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 5.700 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 77 manat məbləğində pul vəsaiti olmaqla, ümumilikdə 5.777 manat məbləğində pul vəsaitinin alınaraq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. ##.##.2025-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, İmişli Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** saylı icra sənədi üzrə icraata başlanılmışdır; ##.##.2025-ci il tarixli bildirişdən görünür ki, İmişli Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** saylı icra sənədinin könüllü icrası üçün borcluya 10 gün müddət verilmişdir; İmişli Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün inzibati qaydada həbs edilmişdir. İmişli rayon polis şöbəsinə ünvanlanmış ##.##.2026-cı il tarixli məktubdan görünür ki, İmişli rayonu, Ağaməmmədli kəndində qeydiyyatda olan ##.##.1970-ci il təvəllüdlü borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs çağırışlara gəlmədiyindən onun olduğu yerin müəyyən olunaraq İmişli rayon icra və probasiya şöbəsinə gətirilməsinə köməklik göstərilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator Kitabçadan (xəstəlik tarixindən) ******** nömrəli çıxarışdan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-ci il tarixdə “M.A Topçubaşov adına X3” publik hüquqi şəxsində müayinə edilərək “kəllə sümükləri və üz sümüklərinin çoxsaylı sınıqları” diaqnozu qoyulmuş, ##.##.2026-cı il tarixdə “alt çənə sümüyünün bilateral subkondilyar sınığının intraoral endoskopik üsulla repoziya və daxili fiksasiya, sağ və sol zigomatik sümüklərin sınığının qapalı reduksiyası” əməliyyatı icra olunmuşdur. ##.##.2026-ci il tarixdə xəstə qənaətbəxş vəziyyətdə ambulator həkim nəzarəti altında olmaqla evə yazılmışdır. ##.##.2026-cı il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, İmişli Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2025-ci il tarixli icra vərəqəsinin icrasını borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tam icra etməmiş, bununla əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, nəticədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir; Birinci instansiya məhkəməsində İmişli rayon icra və probasiya şöbəsinin icra məmuru X1 bildirmişdir ki, İmişli Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)- ****/**** saylı icra sənədinə əsasən cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 5.700 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 77 manat, ümumilikdə 5.777 manat məbləğində pul vəsaitinin alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. İcra sənədi üzrə ##.##.2025-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, həmin tarixdə borcluya bildiriş göndərilmişdir. Borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İmişli rayonu, Ağaməmmədli kəndində qeydiyyatda olmasına baxmayaraq, Bakı şəhərində yaşadığı müəyyən edilmişdir. Borclu icra sənədi üzrə tələbi icra etmədiyi və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyindən barəsində məcburi gətirilmə barədə qərar qəbul edilmiş, ##.##.2026-cı il tarixdə İmişli rayon icra və probasiya şöbəsinə gətirilmiş, həmin tarixdə icra sənədi üzrə 540 manat ödəniş etmişdir. İmişli Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-**/**** saylı qərarına əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün inzibati qaydada həbs edilmişdir. Borclu daha sonra ödəniş etməmişdir. Borclunun ölkədən getmək hüququnu məhdudlaşdırılması barədə məhkəməyə təqdimat verilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs fevral ayından xəstə olmuş, onunla əlaqə saxlanılmış, xəstə olduğuna görə icra məmurunun çağırışlarına gələ bilməyəcəyini bildirmişdir. Borclu barəsində axtarış elan edilsə də, İmişli rayon icra və probasiya şöbəsinə borclu özü gəlmiş, icra sənədi üzrə pulun ödənilməsi barədə tələbkarla razılaşma əldə etməmişlər və tələbkar onun məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Borclunun gəliri və əmlakı yoxdur. Sonda protokol tərtib etmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, icra məmurunun qanuni tələblərini hər zaman yerinə yetmiş, onun bütün çağırışlarına gəlmişdir. Maddi imkanı olmadığından və işləmədiyindən ##.##.2026-cı il tarixdə icra sənədi üzrə borcundan 540 manat ödəmiş, bundan başqa ödəniş etməmişdir. ##.##.2026-cı il tarixdə məhkəmənin qərarı ilə 10 gün müddətinə həbs edilmişdir. Həbsdən çıxandan sonra tır sürücüsü kimi fevral ayının 13-də işə başlamış, həmin ayın 29-da isə Naxçıvandan Türkiyəyə keçmək istəyərkən ölkədən getmək hüququ məhdudlaşdırıldığından bu mümkün olmamış, Bakı şəhərinə qayıtmışdır. Fevral ayının 21-də qəza keçirmiş, həmin ayın 28-də əməliyyat olmuşdur. Belə ki, çənə sümükləri, ayağı qırılmış, bir müddət xəstəxanada yatmış, daha sonra evə göndərilmişdir. Buna baxmayaraq evdə yataq şəraitində qalmış, ayağı gipsdə, çənəsi isə qapalı olmuşdur. Bu vəziyyətdə isə onun icra məmurunun çağırışlarına gəlməsi, həmçinin icra sənədi icra etməsi mümkün olmamışdır. Bunu təsdiq edən xəstəxanadan verilmiş sənəd də vardır. Bundan başqa hazırda o, iş tapmış və tezliklə işə başlayacaq və icra sənədini hissə-hissə icra edəcəkdir. Hazırda işləmədiyindən və xəstə olduğundan borcu ödəyə bilmir. Sonda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsi aşağıda qeyd olunanlara görə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəsini əsassız sayır. İlk öncə apellyasiya məhkəməsi məhkəmə qərarlarının icrasının təmin edilməsini konstitusiya dəyərləri baxımından vacib hesab edərək aşağıdakıları qeyd edir. Konstitusiyanın 129-cu maddəsinin İ və II hissələrinə görə, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə görə, məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 3.1. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 3.2. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. 8.2. İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü və dördüncü abzaslarında müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. 12.1. Bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. 44.1. Məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: 44.1.3. könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi. 70.1. Borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi üzrə icraata başladıqdan sonra, icra məmuru bu Qanunun 8-ci maddəsinə uyğun olaraq icra sənədində göstərilmiş hərəkətlərin borclu tərəfindən könüllü icrası üçün müddət təyin edir. İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin dispozisiyasından göründüyü kimi, şəxsin həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün onun əməlində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərinin mövcudluğu yoxlanılmalıdır. İnzibati Xətalar Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsi həmin Məcəllənin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Şəxs o zaman İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş hesab olunur ki, üzrlü səbəb olmadan icra sənədindəki tələbi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməsin və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərini yerinə yetirməsin. Qeyd edilməlidir ki, inzibati xəta tərkibi hüquqla müəyyən edilmiş inzibati xətanın obyektindən, obyektiv cəhətindən, subyektindən və subyektiv cəhətindən ibarət elementlər məcmusudur. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən inzibati xəta alternativ tərkiblidir və onun obyektiv cəhətini üzrlü səbəb olmadan icra sənədindəki tələbin icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərini yerinə yetirməməsi təşkil edir. Qeyd edilən inzibati xətanın obyektiv cəhətini təşkil edən hərəkətsizliklərin edilməsi hər bir halda üzrlü səbəb olmaması ilə müşayiət edilməlidir. Şəxsin inzibati xəta tərkibini təşkil edən hərəkətsizliyi üzrlü səbəbdən baş verərsə inzibati xətanın mövcudluğu istisna edilir. Həmçinin İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta subyektiv cəhətdən düzünə qəsdlə, obyektiv cəhətdən hərəkətsizlikə ifadə olunmalıdır. Məhz Konstitusiya Məhkəməsi Plenumunun # ######## 2018-ci il tarixli Qərarında da İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətin yaranması üçün maddənin tərkibində qeyd edilən hərəkətlərin üzrsüz səbəbdən icra edilməməsi vurğulanmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # ######## 2018-ci il tarixli Qərarında qeyd edilmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət müəyyən edilmişdir. Həmin Məcəllənin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə müvafiq inzibati tənbeh (cərimə və ya inzibati həbs) tədbirlərinin tətbiq edilməsi nəzərdə tutulmuşdur. Bu maddənin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. Həmin Plenum qərarında həmçinin qeyd edilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. İnzibati delikt hüquq nəzəriyyəsində məhkəmə qətnaməsini, hökmünü, qərarını və yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Məhkəmə aktlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərini üzrsüz səbəbdən icra etməmə onda ehtiva olunur ki, təqsirkar şəxsə yazılı şəkildə məhkəmə qərarının icra edilməsi barədə xəbərdarlıq edilmiş olsun, həmin xəbərdarlıqdan və icra məmurlarının qanuni tələblərindən təqsirkar şəxsin məlumatı olsun və hər hansı üzrlü səbəb göstərmədən həmin hərəkətlərini davam etdirmiş olsun. İş materiallarından görünür ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədi üzrə borcun vaxtlı-vaxtında ödənilməsini təmin etməmiş və yalnız inzibati məsuliyyətdən yaxa qurtarmaq üçün məhkəmə dövründə sonradan 260 manat ödəniş etmişdir. İş materiallarından həm də müəyyən olunur ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs aldığı xəsarətlərlə əlaqədar 2026-cı ilin fevral ayının sonlarından mart ayının əvvəllərinədək müvafiq tibb müəssisəsində müalicə və müayinələrdə olmuşdur. Apellyasiya məhkəməsi həmin dövr ərzində borclunun sağlamlıq vəziyyətini onun öhdəliklərini vaxtında icra edə bilməməsinə səbəb olan üzrlü hal kimi qiymətləndirir. Lakin iş materiallarında borclunun müalicə başa çatdıqdan sonrakı təxminən 3-4 ay ərzində icra sənədinin tələblərini yerinə yetirməsinə mane olan hər hansı obyektiv səbəbin mövcudluğunu təsdiq edən sübutlar yoxdur. Borclu həmin müddətdə ödənişin həyata keçirilməsinin mümkünsüzlüyünü təsdiq edən tibbi sənədlər, əmək qabiliyyətinin davamlı itirilməsi, maddi vəziyyətinin buna imkan verməməsi və ya digər üzrlü səbəbləri təsdiq edən mötəbər sübutlar təqdim etməmişdir. Belə olan halda, müalicə müddətinin başa çatmasından sonra uzun müddət ərzində öhdəliyin icra edilməməsi yalnız əvvəllər mövcud olmuş sağlamlıq vəziyyəti ilə izah edilə bilməz. Apellyasiya məhkəməsi hesab edir ki, xəstəlik yalnız faktiki mövcud olduğu və öhdəliyin icrasına real maneə yaratdığı dövr üçün üzrlü səbəb kimi qiymətləndirilə bilər. Həmin maneə aradan qalxdıqdan sonra isə borclu üzərinə düşən öhdəliyi könüllü şəkildə yerinə yetirmək və ya onun icrasına mane olan yeni halları sübut etmək vəzifəsini daşıyırdı. Bu vəzifə yerinə yetirilmədiyindən, sonrakı 3–4 ay ərzində ödəniş edilməməsi üzrlü səbəblə əsaslandırılmış hesab edilə bilməz. Bununla yanaşı, iş materiallarından müəyyən olunur ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədinin könüllü qaydada icrasını təmin etmək məqsədilə tələbkarla icradankənar razılıq əldə etməyə, ödəniş qrafikinin müəyyən olunmasına və ya borcun hissə-hissə ödənilməsinə dair hər hansı təşəbbüs göstərməmişdir. Həmçinin, iş materiallarında borclunun öhdəliyin icrası istiqamətində real və səmərəli addımlar atmasını təsdiq edən hər hansı sübut mövcud deyildir. Apellyasiya məhkəməsi hesab edir ki, öhdəliyin könüllü qaydada icrasına yönəlmiş hər hansı cəhdin göstərilməməsi, eyni zamanda borcun ödənilməsinə mane olan obyektiv səbəblərin də sübuta yetirilməməsi borclunun icra sənədinin tələblərini yerinə yetirmək niyyətində olmadığını göstərən hallardan biridir. Bu davranış iş üzrə digər sübutlarla birlikdə qiymətləndirildikdə, borclunun məhkəmə qərarının icrasından qəsdən yayındığını və icra öhdəliyinə vicdanlı münasibət göstərmədiyini təsdiq edən faktiki hal kimi qiymətləndirilə bilər. Beləliklə, borclunun uzun müddət ərzində nə borcu ödəməsi, nə də tələbkarla məqbul razılıq əldə etməyə səy göstərməsi onun öhdəliyin icrasından qərəzli şəkildə yayındığı barədə qənaəti gücləndirən hallardan biri kimi nəzərə alınır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ####### 2012-ci il tarixli qərarında sərgilədiyi hüquqi mövqeyinə əsasən məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Beləliklə də, yuxarıda qeyd olunanları yekunlaşdıraraq apellyasiya məhkəməsi belə hesab edir ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İmişli Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı icra sənədinin icra olunmasına dair qanuni tələblərini üzrsüz səbəbdən icra etməməsi sübuta yetirilir və ona görə də o, həmin maddə ilə təqsirli bilinib barəsində inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. İcra sənədi üzrə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində tətbiq edilməli olan inzibati tənbeh tədbiri ilə əlaqədar apellyasiya məhkəməsi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. AR İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin tələbinə əsasən həmin Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Apellyasiya məhkəməsi hesab edir ki, hazırkı inzibati xətanın törənməsi pul məbləği ilə bağlı olduğundan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbehin tətbiq edilməsi məqsədəmüvafiq deyil. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.4. Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İş materiallarına əsasən, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək apellyasiya məhkəməsi belə hesab edir ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs törətmiş olduğu inzibati xətanın xarakterini, onun inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, icra sənədi üzrə borcun ödənilməməklə tələbkarın şikayətçi olmasını nəzərə alaraq inzibati xətanın məqsədlərinə nail olmaq, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qanunlara əməl etməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq baxımından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində İXM-in 528.1-1-ci maddəsinin sanksiyası ilə müəyyən edilmiş 15 (on beş) gün müddətinə həbs inzibati tənbeh tədbirinin tətbiq olunmasını məqsədəmüvafiq hesab edir. Həmçinin, apellyasiya məhkəməsi belə hesab edir ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs bir daha «İcra haqqında» Azərbaycan Respublikası Qanunun borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin icra olunmamasına görə məsuliyyətdən bəhs edən 82-ci maddəsinin tələbləri izah olunmalıdır: 82.1. Borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. 82.3. İcra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana (bu Qanunun 84-2.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla), icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun # ######## 2018-ci il tarixli Qərarındakı mövqeyə görə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.2, 12 və 35-ci maddələrinin mənası baxımından, şəxs həmin Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra məhkəmə və digər orqanların qərarlarını icra etmədikdə (qərəzli olaraq icra etməmə istisna olmaqla), yenidən inzibati məsuliyyətə cəlb oluna bilər. Odur ki, icra sənədi üzrə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs nəzərinə bir daha çatdırılmalıdır ki, icra sənədi üzrə borcunu üzürsüz səbəblərdən tam şəkildə ödəməyəcəyi təqdirdə «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin tələbinə əsasən onun təkrarən inzibati məsuliyyətə və ya cinayət məsuliyyətinə cəlb olunacağı barədə müvafiq tədbirlər görüləcəkdir. Odur ki, apellyasiya məhkəməsi qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: İcra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. İmişli Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilsin. ##.##.1970-ci il tarixdə İmişli rayonu, Ağaməmmədli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, İmişli rayonu, Ağaməmmədli kəndində qeydiyyatda olmaqla yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona 15 (on beş) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs dərhal məhkəmə iclas zalından həbs olunsun. Həbsə almanın əvvəli ## #### 2026-cı il tarixdən saat 15:30-dan hesablansın. Qərarın icrası Şirvan Şəhər və İmişli Rayon Polis Şöbələrinə həvalə edilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-9)-396/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-396/2026
24.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver