Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-398/2026 31.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Ələskərov Sənan Adil oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Suların İstifadəsinə Və X6 Xidməti * saylı Lənkəran-X2 nümayəndəsi Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «T.T.Ş.-İnşaat» MMC-nin nümayəndəsi Vəkil iştirakları ilə. Hüquqi şəxs «T.T.Ş.-İnşaat» MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsi ilə cərimə edilməsinə dair Astara rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında qərar çıxarılmış hüquqi şəxs “T.T.Ş.-İnşaat” MMC-in direktoru Xalıqverdi Məmmədov tərəfindən edilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyi yanında Suların İstifadəsinə və X6 Xidməti * saylı Lənkəran-X2 tərəfindən hüquqi şəxs «T.T.Ş.-İnşaat» MMC barəsində ## ### 2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolda göstərilmişdir ki, ## ### 2026-cı il tarixdə Kələndəhnə kollektorunun Astara şəhəri ərazisindən keçən hissəsində kollektorun mühafizə zonasında kanalizasiya xəttinin çəkilməsi və kanalizasiya quyularının qoyulması müəyyən edilmişdir. Astara rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə hüquqi şəxs «T.T.Ş.-İnşaat» MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş, barəsində 7500 manat məbləğində inzibati cərimə tənbeh növü təyin edilmişdir. Hüquqi şəxs “T.T.Ş.-İnşaat” MMC-in direktoru Xalıqverdi Məmmədov məhkəmənin qərarından Şirvan Apellyasiya Məhkəməsinə şikayət vermişdir. Şikayət ərizəsində qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsinin sözügedən qərarı qanunsuz və əsassızdır, işin faktiki halları tam və birtərəfli araşdırılmış, maddi və prosessual hüquq normaları ciddi şəkildə pozulmuşdur. Bu səbəbdən qərar ləğv edilməlidir. "T.T.Ş.-İnşaat" MMC tərəfindən layihədən hər hansı kənaraçıxmaya yol verilməmişdir və işlər dövlət proqramı çərçivəsində icra edilmişdir. "T.T.Ş.-İnşaat" MMC müvafiq dövlət proqramı çərçivəsində təsdiq olunmuş və aidiyyəti dövlət qurumları ilə tam razılaşdırılmış layihə əsasında fəaliyyət göstərən podratçı şirkətdir. Podratçı olaraq onlar layihə sənədlərindən və onlara təqdim edilmiş texnoloji xəritədən bir addım da olsun kənara çıxmamışlar. Birinci instansiya məhkəməsində verilən izahatlarda yer alan bəzi texniki ifadələr ("sürüşmələr" və ya "kənaraçıxmalar") yanlış şərh edilmişdir; sözügedən boruların yerləşməsi layihənin özündə, yerdəki digər kommunikasiya xətlərinin (su xətlərinin) yerinə uyğun olaraq mühəndislik nöqteyi-nəzərindən məhz bu şəkildə koordinatlandırılmışdır. Yəni, görülən iş özbaşına deyil, birbaşa layihə üzrə icra olunub. İşlərin gedişatına sifarişçinin ("xxxx"ASC) texniki nəzarətçisi tərəfindən daimi nəzarət olunmuş və işlərin layihəyə uyğunluğu təsdiq edilmişdir. Tikinti və quraşdırma işlərinin aparıldığı bütün dövr ərzində ərazidə "xxxx" ASC-nin səlahiyyətli texniki nəzarətçisi iştirak etmiş və prosesi birbaşa müşahidə etmişdir. Texniki nəzarətçi tərəfindən icra olunan işlərin layihəyə, o cümlədən mövcud tikinti norma və qaydalarına tam uyğun olduğu hər mərhələdə qeyd edilmiş, şirkətlərinə hər hansı layihədən kənaraçıxma barədə xəbərdarlıq və ya irad daxil olmamışdır. Əksinə, texniki nəzarətçi işlərin layihə hüdudlarında getdiyini təsdiqlənmişdir. Dövlət nəzarətini və sifarişçi nəzarətini həyata keçirən qurumun prosesi təsdiqlədiyi bir halda, podratçı şirkətin fəaliyyətində subyektiv təqsir axtarmaq qanunsuzdur. "T.T.Ş.- İnşaat" MMC dövlət layihəsini icra edərkən qanunvericiliyin tələblərini pozmaq məqsədi güdməmiş, özbaşına tikinti aparmamışdır. Layihə sənədlərinin qanuniliyinə və aidiyyəti qurumlarla (o cümlədən X4 ilə) razılaşdırılmasına görə birbaşa sifarişçi qurum məsuliyyət daşıyır. Şirkətlərinin əməlindəinzibati xətanın tərkibi (təqsirlilik elementi) yoxdur. Birinci instansiya məhkəməsi ##.##.2026-cı il tarixli ****** saylı akta istinad etməklə, Kələdəhnə kollektorunun Astara şəhərindən keçən hissəsində monitorinq aparıldığını, monitorinq zamanı Kələdəhnə kollektorunun sol sahilində 314713 : 4265222 koordinatları yerləşən ərazidə kollektorun mühafizə zonasında kanalizasiya xəttinin çəkilməsi və kanalizasiya quyularının qoyulması faktının aşkar edildiyini qeyd etməklə Cəmiyyətin inzibati xəta törətməsi barədə qənaətə gəlmişdir. Birinci instansiya məhkəməsi iş üzrə araşdırma apararkən birtərəfli mövqe nümayiş etdirmiş, podratçı olaraq onların layihə icraçısı olduğunu və aidiyyəti layihə sənədlərini, habelə "xxxx" ASC-nin texniki nəzarətçisini məhkəməyə cəlb edərək dindirməmişdir. İşin real halları tam araşdırılmadan, yalnız birtərəfli qaydada tərtib olunmuş protokola və aktlara istinad edilərək ağır cərimə qərarı çıxarılmışdır. Qeyd olunanlara əsasən Astara rayon məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)- ***/**** saylı qərarının ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsi xahiş olunur. İnzibati xəta haqqında protokol tərtib etmiş Suların İstifadəsinə Və X6 Xidməti * saylı Lənkəran-X2 nümayəndəsi Nümayəndə şikayətin dəlillərini əsassız hesab edərək, təmin edilməməsini Astara rayon məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «T.T.Ş.-İnşaat» MMC-nin nümayəndəsi Vəkil şikayətin dəlillərini müdafiə edərək, Su Agentliyinin sifarişi və verilmiş lahiyə əsasında Astara şəhəri ərazisində boru xətti çəkilməsini həyata keçirmişlər. Lahiyə üzrə boru xəttinin çəkilməsi üçün müəyyən olunan ərazi şəhərin su xətti ilə üst-üst düşmüş, bu səbəblə mühafizə zonasında iş görmək məcburiyyətində qalmışlar, lakin lahiyyənin dəyişdirilməsi ilə bağlı mürciət etməmişlər. Hesab edir ki, müəssisənin təqsiri yoxdur, ona görə də Astara rayon məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarının ləğv edərək inzibati xəta haqqında icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etdi. İnzibati Xətalar Məcəlləsinin 128.1 və 133.2.8-ci maddələrinə əsasən “Barəsində qərar çıxarılmış şəxs, .... zərər çəkmiş şəxs, .... inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər”, “inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır”. Şikayətin müəllifi şikayətində hakimin gəldiyi nəticənin işin faktiki hallarına uyğun olmamasını iddia edərək, tələbini İnzibati Xətalar Məcəlləsinin 135.1.2-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Həmin Məcəllənin 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. İnzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Göründüyü kimi, şəxsin inzibati məsuliyyətə cəlb olunması və tənbeh edilməsi üçün bu maddədə sadalanan şərtlərin (inzibati xətanı nəzərdə tutan normanın, təqsirin və inzibati xəta tərkibinin digər əlamətlərinin) mövcudluğu mütləqdir. İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsində inzibati xəta həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) kimi göstərilmişdir. İş materiallarında olan ##.##.2026-cı il tarixli *** saylı aktdan görünür ki, baxış keçirilən zaman ölçmələr nəticəsində müəyyən edildi ki, kanalzasiya xəttinin Kələdəhnə kollektronunun su ilə təmas xəttindən olan məsafəsi 6-9 metr təşkil edir. Kələdəhnə kollektronunun su suvarma qabiliyyəti minimum 4 m3/san, maksimum tutumu 15 m3/san təşkil edir. Çəkilən kanalizasiya xəttinin mühafizə zonasında yerləşməsi baxılan ərazi yaşayış məntəqəsi daxilində yerləşdiyindən əlavə araşdırma tələb edir. İş materiallarında olan ##.##.2026-cı il tarixli ****** saylı aktdan görünür ki, Kələdəhnə kollektorunun Astara şəhərindən keçən hissəsində monitorinq aparılmış, monitorinq zamanı Kələdəhnə kollektorunun sol sahilində 314713 : 4265222 koordinatları yerləşən ərazidə kollektorun mühafizə zonasında kanalizasiya xəttinin çəkilməsi və kanalizasiya quyularının qoyulması faktı aşkar edilmiş və bu barədə akt tərtib edilmişdir. İş materiallarında olan fotoşəkillərdən görünür ki, fotoşəkillərdə kollektorun mühafizə zonasında kanalizasiya xəttinin çəkilməsi və kanalizasiya quyularının qoyulması əks olunur. Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyi yanında Suların İstifadəsinə və X6 Xidməti * saylı Lənkəran-X2 tərəfindən hüquqi şəxs «T.T.Ş.-İnşaat» MMC barəsində ## ### 2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və ## ### 2026-cı il tarixli, MN ******* nömrəli qərardad qəbul edilmişdir. Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyi yanında Suların İstifadəsinə və X6 Xidməti * saylı Lənkəran-X2 tərəfindən tərtib edilmiş ## ### 2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, ## ### 2026-cı il tarixdə Kələndəhnə kollektorunun Astara şəhəri ərazisindən keçən hissəsində kollektorun mühafizə zonasında kanalizasiya xəttinin çəkilməsi və kanalizasiya quyularının qoyulması müəyyən edilmiş və bu səbəbdən hüquqi şəxs «T.T.Ş.-İnşaat» MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyi yanında Suların İstifadəsinə və X6 Xidməti * saylı Lənkəran-X2 Şirvan Apellyasiya Məhkəməsinə göndərdiyi ## #### 2026-cı il tarixli sorğuya cavab məktubundan məlum olur ki, Kələdəhnə Kollektoru onların balansındadır, uzunluğu 15 km, minimum su tutumu 4 kbm/san, maksimum tutumu 15 kbm/san, su mühafizə zonasının eni 25 metrdir. Azərbaycan Respublikası İXM-nin 264.0.3-cı maddəsinə əsasən, su mühafizəsi zonaları və sahil mühafizə zolaqları ilə bağlı Azərbaycan Respublikasının Su Məcəlləsində müəyyən edilmiş tələblərə riayət edilməməsinə görə - fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il ## #### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi” Qaydalarının 22-ci bəndinin 5-ci hissəsinə əsasən su obyektlərinin istifadəsi və mühafizəsinə nəzarət orqanı ilə razılaşdırılmış layihə sənədləri olmadan faydalı qazıntıların, boru, kabel və digər kommunikasiyaların çəkilməsi, ictimai-iaşə və digər xidmət müəssisələrinin yerləşdirilməsi, tikinti, quraşdırma, partlayış, torpaq qazma, buruq qazma və digər işlərinin aparılması su mühafizə zonalarında qadağan edilir. Həmin Qaydaların 12-ci bəndinə əsasən, magistral və təsərrüfatlararası kanallar və kollektorlar boyu su mühafizə zonalarının minimum eni onların su buraxma qabiliyyətindən asılı olaraq aşağıdakı hədlərdə qəbul edilir: -3 kbm/san-yə qədər olduqda-5 m; -3--10 kbm/san olduqda-10 m; -10--30 kbm olduqda-25 m; -30--50 km/san olduqda-60 m; -50 kbm/san-dən artıq olduqda-100 m. İşin hallarından göründüyü kimi, lahiyədən kənara çıxma razılaşdırılmamış, kənara çıxmanın səbəbinin həqiqət olması təsdiq olunmur. Azərbaycan Respublikası İXM-in 76.1. və 76.2-ci maddələrinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: -134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: -135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; -135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; -135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; -135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; -135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; -135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; -135.1.5-2. inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; -135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə şikayətin dəlilləri yoxlanılarkən müəyyən olunmuşdur ki, inzibati xəta haqqında qərar qəbul etmiş hakim işi tam və hərtərəfli araşdırmış, İXM-in 135-ci maddəsində qeyd olunan əsaslar müəyyən olunmamışdır, qərarın dəyişdirilməsi və ləğv edilməsi üçün əsaslar müəyyən olunmur. Odur ki, şikayət təmin olunmamalı, Astara Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135 və 136-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDIM: Barəsində inzibati xəta haqqında qərar çıxarılmış hüquqi şəxs “T.T.Ş.- İnşaat” MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Hüquqi şəxs «T.T.Ş.-İnşaat» MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsi ilə cərimə edilməsinə dair Astara Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, şikayət və protest verilə bilməz. Hakim: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №3(3-9)-398/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-398/2026
31.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver