Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-400/2026 24.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi ilə, Hüquqi şəxs “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməsinə dair Füzuli Rayon Məhkəməsinin ## ##### 2026cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından səlahiyyətli orqan X4 Xidmətinin Hüquq İdarəsinin rəisi İslam Həsənzadə tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Füzuli Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə (sədrlik edən hakim İsmayılov Elmir Akif oğlu) hüquqi şəxs “xxxx” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilməsi barədə qərar qəbul edilmişdir. İŞİN HALLARI: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən “xxxx” MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X1 şikayəti əsasında Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən “xxxx” MMC-yə ##.##.2025-ci il tarixli məktub göndərilərək, tələb olunan sənədləri 7 iş günü ərzində idarəyə təqdim edilməsi tələb edilsə də, poçt izlənilməsinə baxış zamanı məktubun çatdırıldığı və tələb olunan sənədlərin təqdim edilmədiyi müəyyən edilmişdir. X3 Məhdud Məsuliyyətli Cəmiyyəti İXM-in 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirləndirilir. İnzibati xəta haqqında protokola baxan birinci instansiyası məhkəməsi yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Səlahiyyətli orqan- X4 Xidmətinin Hüquq İdarəsinin rəisi İslam Həsənzadə apellyasiya şikayəti verərək, Füzuli Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətin Bakı Şəhər İdarəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində tərtib edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Xidmətin Bakı Şəhər İdarəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində tərtib edilmiş protokol əsassız olduğundan xitam edilməlidir. Füzuli Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı əsassız olduğundan ləğv edilməli, X4 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, məhkəmə tərəfindən inzibati orqanın protokoluna və ona əlavə edilmiş sənədlərinə sübut kimi düzgün qiymət verilməmişdir. Halbuki, elektron məktubdan görünür ki, araşdırma aparılması üçün müvafiq sənədlərin 7 gün ərzində Xidmətə təqdim edilməsi barədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə göndərilən ##.##.2025-ci il tarixli, 3-17-5/2-104570/2025 məktub MMC-yə ## ###### 2025-ci il tarixdə poçt vasitəsilə çatdırılmışdır. Lakin, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən həmin sənədlər Xidmətə təqdim edilməmiş və təqdim edilməmənin səbəbləri barədə məlumat verilməmişdir. Bununla da, məktublarda göstərilən müddət ərzində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən tələb olunan sənədlər Xidmətə təqdim edilmədiyindən İXM-in 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Nəticədə, Füzuli Rayon Məhkəməsi tərəfindən sübutların qiymətləndirilməsi düzgün aparılmadan işin faktiki hallarına uyğun olmayan əsassız nəticəyə gəlinmiş və nəticədə əsassız qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən İXM-in 539.3-ci maddəsi ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində qəbul edilmiş inzibati xəta haqqında protokol tam qanuni və əsaslıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Xidmət tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərkən şəxsin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olduğu aşkar edilmiş və sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC təqsiri iş materiallarında mövcud olan və yuxarıda qeyd olunmuş mötəbər, qanuni və etibarlı sübutların birlikdə qiymətləndirilməsi nəticəsində sübut olunmuşdur. Eyni zamanda, hüquqi şəxs Əmək Məcəlləsinin 3-cü maddəsinin 3-cü hissəsi ilə müəyyən edilmiş işəgötürən (tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs) anlayışı ilə əmək müqaviləsi bağlamaq səlahiyyətinə malik mülkiyyətçi olduğundan İnzibati Xətalar Məcəlləsinin 539.3-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin subyekti (işəgötürən) olması sübut edlir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.2-ci maddəsinin tələblərinə əsasən, hakimin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması onun qərarının ləğv edilməsi üçün əsasdır və məhkəmə qərarı ləğv edilməlidir. Həmin Məcəllənin 539.3-ci maddəsinə əsasən əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri ilə bağlı tələblərinə əməl olunması barədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının və göstərişlərinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, dövlət satınalmaları haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, o cümlədən əməyin mühafizəsi qaydalarının, istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması və uçota alınması qaydalarının, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 76.1 -ci maddəsinə uyğun olaraq inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir Həmin Məcəllənin 2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 21-ci maddəsində isə qeyd edilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan sənədlərə əsasən hüquqi şəxs tərəfindən İXM-in 539.3-ci maddəsinin tələblərinin pozulması faktı və Xidmət tərəfindən qanunvericiliyin tələblərinə tam riayət olunması öz təsdiqini tapır. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasının yeri və vaxtı barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə və səlahiyyətli orqan X4 Xidmətinə məlumat verilmiş, lakin tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Apellyasiya məhkəməsi yerində müşavirə edərək hüquqi şəxs “xxxx” MMC-nin və səlahiyyətli orqanın nümayəndələrinin iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İnzibati xəta haqqında iş üzrə icraat materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini tədqiq edərək apellyasiya məhkəməsi belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, Füzuli Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan qərarından görünür ki, məhkəmə hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədildiyi gündən, yəni ##.##.2025-ci il tarixdən dörd aydan artıq müddətin keçdiyi qənaətinə gələrək, İXM-in 38.1-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh tətbiq edilməsinin mümkün olmadığını hesab etmiş və bu səbəbdən İXM-in 53.0.6 və 105.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə yekun nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə bütün əhəmiyyətli halları düzgün müəyyən etmiş, məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmiş, təqdim olunmuş sübutları qanunun tələblərinə uyğun olaraq tədqiq edib onlara düzgün hüquqi qiymət vermişdir. İş materiallarında olan X4 Xidmətinin Bakı Şəhər İdarəsinin məktubundan görünür ki, müraciətin obyektiv araşdırılması üçün hüquqi şəxsdən əmək münasibətlərinə dair zəruri sənədlərin təqdim olunması istənilmişdir. İş materiallarında olan poçt göndərişinin izlənilməsinə dair elektron çıxarışla müəyyən olunur ki, həmin məktub # ###### 2025-ci il tarixində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə rəsmi qaydada çatdırılmışdır. İş materiallarında olan inzibati xəta haqqında ## ###### 2026-cı il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, inzibati orqan məktubun hüquqi şəxsə çatdırılmasına baxmayaraq tələb olunan sənədlərin təqdim edilməməsini Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta kimi qiymətləndirərək hüquqi şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmiş və baxılması üçün aidiyyəti üzrə Füzuli Rayon Məhkəməsinə göndərmişdir. İş materiallarından, həmçinin görünür ki, birinci instansiya məhkəməsi inzibati xəta haqqında protokolu, X4 Xidmətinin məktubunu, poçt göndərişinin izlənilməsinə dair elektron çıxarışı, inzibati orqan tərəfindən təqdim edilmiş digər yazılı sənədləri və iş üzrə mövcud olan bütün sübutları məhkəmə iclasında tədqiq etmiş, həmin sübutları qarşılıqlı əlaqədə qiymətləndirmiş və bundan sonra hüquqi nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 38.1-ci maddəsinə görə, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, dövlət satınalmaları haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, o cümlədən əməyin mühafizəsi qaydalarının, istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması və uçota alınması qaydalarının, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. 53.0.6-cı maddəsinə əsasən, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda başlanmış icraata xitam verilir. 76.1-ci maddəsinə görə, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2019-cu il tarixli qərarında qeyd olunmuşdur ki, "Konstitusiya Məhkəməsinin Plenumu diqqətəlayiq bir məqamı da göstərməyi lazım bilir. Qanunverici inzibati tənbehin tətbiqinin müddətini müəyyən edərkən ilk növbədə inzibati xətanın aşkar edilməsi və müvafiq icraatın aparılması meyarlarından çıxış edir. Digər tərəfdən, inzibati tənbeh vermə müddətinin üç ay müəyyən edilməsi onunla izah olunur ki, qanunverici «prosessual qənaət» prinsipinə əsaslanaraq məhkəmə prosesinin əsassız olaraq uzadılmasının qarşısını almış olur. Belə yanaşma işlərə ağlabatan müddətlərdə baxılması prinsipinin və son nəticədə ədalətli məhkəmə araşdırmasının təmin edilməsinə xidmət edir. Bu, öz növbəsində, inzibati xətalar qanunvericiliyinin prinsiplərinə də uyğundur." Apellyasiya məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə toplanmış bütün sübutları Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinin tələblərinə uyğun olaraq tam, hərtərəfli və obyektiv araşdırmış, həmin sübutları qarşılıqlı əlaqədə qiymətləndirmiş, hər bir sübuta ayrıca və məcmu halında hüquqi qiymət vermişdir. İş materialları ilə müəyyən edilir ki, səlahiyyətli orqanın özü də hüquqi şəxsə ünvanlanmış məktubun # ###### 2025-ci il tarixində çatdırıldığını qəbul etmişdir. Birinci instansiya məhkəməsi də məhz iş materiallarında olan poçt izləmə sənədinə əsaslanaraq inzibati xətanın baş verdiyi tarix kimi həmin tarixi əsas götürmüşdür. Bununla yanaşı, birinci instansiya məhkəməsi yalnız inzibati xətanın faktiki hallarını deyil, həm də İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlbetmə müddətinə riayət olunub-olunmadığını araşdırmış və bu məsələyə hüquqi qiymət vermişdir. Məhkəmə düzgün olaraq müəyyən etmişdir ki, inzibati məsuliyyətə cəlbetmə müddəti məsələsi prosessual xarakter daşımaqla imperativ hüquq normasıdır. Belə ki, İXM-in 53.0.6cı və 105.1-ci maddələrinin məzmunundan göründüyü kimi, məsuliyyətə cəlbetmə müddəti başa çatdıqda məhkəmənin icraata xitam verməkdən başqa hüquqi imkanı mövcud deyildir. Bu səbəbdən belə hallarda şəxsin təqsirli olub-olmamasının əlavə araşdırılması və ya inzibati xəta tərkibinin elementlərinin müzakirəsi hüquqi nəticəyə təsir göstərmir. Apellyasiya şikayətində əsasən hüquqi şəxsin təqsirli olması, inzibati xəta tərkibinin mövcudluğu və təqdim edilmiş sübutların kifayət etməsi barədə dəlillər göstərilmişdir. Lakin həmin arqumentlər birinci instansiya məhkəməsinin gəldiyi nəticəni təkzib etmir. Çünki mübahisələndirilən qərar inzibati xətanın mahiyyəti üzrə deyil, İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsində nəzərdə tutulmuş müddətin tətbiqi əsasında qəbul edilmişdir. Apellyasiya məhkəməsi hesab edir ki, apellyasiya şikayətində birinci instansiya məhkəməsinin İXM-in 38.1, 53.0.6 və 105.1-ci maddələrini düzgün tətbiq etmədiyini təsdiq edən hər hansı hüquqi əsas göstərilməmiş, əksinə, şikayətdə yalnız səlahiyyətli orqanın birinci instansiya məhkəməsinə təqdim etdiyi sübutlar təkrar sadalanmış, lakin həmin sübutların məsuliyyətə cəlbetmə müddətinin keçməsi faktını aradan qaldırdığı əsaslandırılmamışdır. Yuxarıda qeyd olunanlara yekun hüquqi qiymət verərək apellyasiya məhkəməsi hesab edir ki, apellyasiya şikayətinin dəlilləri Füzuli Rayon Məhkəməsinin gəldiyi nəticənin qanunsuz və ya əsassız olmasını təsdiq etmədiyindən, həmin dəlillər qərarın ləğvi və ya dəyişdirilməsi üçün əsas hesab edilə bilməz. Birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etmiş, sübutları tam və obyektiv qiymətləndirmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Buna görə də Füzuli Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Odur ki, apellyasiya məhkəməsi qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Səlahiyyətli orqan - X4 Xidmətinin Hüquq İdarəsinin rəisi İslam Həsənzadə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Füzuli Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, 3(5-119)-266/2026 mömrəli qərarı həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-9)-400/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-400/2026
24.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver