Məhkəmə qərarları › İş №3(3-9)-401/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-401/2026

16.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-401/2026 16.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Ələskərov Sənan Adil oğlunun katibliyi ilə. barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, müdafiəçisi-Şirvan regional vəkil bürosunun vəkili Vəkil iştirakı ilə, ##.##.1997-ci il tarixdə Biləsuvar şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, Beyləqan rayonu, Əliabad kəndində qeydiyyatda olmaqla yaşayan; MÜƏYYƏN ETDI: Bakı şəhəri ** saylı notariat kontorunun *İ-***** saylı, ## #### 2025-ci il tarixli icra sənədinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 45.601,62 (qırx beş min altı yüz bir manat altmış iki qəpik) manat məbləğində pul vəsaiti alınaraq “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Borclu icra vərəqəsində göstərilən tələbləri və icra sənədlərinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədini üzrsüz səbəbdən icra etməmişdir, buna görə də Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Biləsuvar rayon Icra və Probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən MN seriyalı ******* nömrəli,## #### 2026-cı il tarixdə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Biləsuvar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 8 (səkkiz) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həmin qərardan şikayət vermişdir. Şikayəti onunla əsaslandırmışdır ki, iş üzrə heç bir təqsiri yoxdur və məhkəmədə IXM-in 244.2-ci maddəsi üzrə təqsiri sübuta yetirilməyib. Iş materiallarından görünür ki, o həmin kredit müqaviləsi üzrə iki zamindən biridir. Əvvəllər Bakı şəhəri ərazisində yerləşən qranit mərmər zavodunda işləyirdi və hər ay ödənişlər həyata keçirirdi. Bir müddət əvvəl həmin zavod bağlandğı üçün o işsiz qalmış və maddi imkansızlıq səbəbilə zaminliyin icrası ilə bağlı heç bir tədbir görə bilməmişdir. Bir aya yaxındır ki, o yeni işə düzəlmiş və əmək haqqı alır. Icra məmuru borcun ödənilməsi ilə bağlı tədbirlər görməyini istədikdə ödənişləri işsiz olduğu üçün dayandırdığını və bir aydır ki, işə düzəldiyini və əmək haqqı aldıqda ödənişlərə davam edəcəyini bildirmişdir.. Məhkəmə ona zaman vermədən, əvvəllər ödənişlər etdiyini, ödənişlərin işsizlik səbəbindən dayandırılmasını, bir aya yaxın yeni işə düzəldiyini və əmək haqqı alacağını, əsas borcludan hər hansı məbləğ tutulmadığını və onun barəsində hər hansı tədbir görülmədiyini, digər zaminin əmək haqqından hər ay 560 manat tutmanın aparıldığını, şəhid qardaşı olduğunu və sair işin diqqətə layiq hissələrinə qiymət vermədən, onun IXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi qənaətinə gələrək, barəsində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq etmişdir. Onun maddi imkanı olduğu vaxt ödənişlər edirdi. Ödənişləri dayandırmağının səbəbi isə işsiz qalmağı olmuşdur. Hazırda işə düzəldiyi üçün əmək haqqı aldıqdan sonra yenə də ödənişlərə davam edəcəkdi. Hazırda atası öz vəsaitindən borca görə ödəniş də etmişdir. Bildirilir ki, qardaşı X1 44 günlük müharibə şəhididir və Prezidentin sərəncamları ilə müxtəlif medallarla təltif olunmuşdur. Qeyd olunanlara əsasən, Biləsuvar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)- ***/**** saylı qərarını ləğv edərək barəsində olan AR IXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və müdafiəçi Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətinin təmin olunmasını xahiş etmişlər. Inzibati Xətalar Məcəlləsinin 128.1 və 133.2.8-ci maddələrinə əsasən «barəsində qərar çıxarılmış fiziki şəxs, … zərərçəkmiş şəxs ... inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər», «inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır». Şikayətin müəllifi şikayətində hakimin gəldiyi nəticənin işin faktiki hallarına uyğun olmamasını iddia edərək, tələbini Inzibati Xətalar Məcəlləsinin 134.1.2 və 135.1.2-ci maddələrində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Inzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2.-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Şikayətin məzmunundan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən icra məmurunun qanuni tələblərini lazımi yerinə yetirməməsi, üzrsüz səbəbdən icra edilməməsi sübuta yetirildiyi halda sonuncu barəsində Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 8 (səkkiz) gün müddətinə inzibati həbs tənbeh tətbiq edilmişdir. Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi obyektiv cəhətdən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə yaranır. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, işdə iştirak edən şəxslərin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədi üzrə üzərinə qoyulmuş öhdəliklərini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə sənədlərinin icrasını təmin etməmişdir. Bununla da, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qanuni qüvvəyə minmiş yekun məhkəmə aktlarının icra edilməsinə laqeydlik göstərmiş və icra vərəqələrinin icrasına səhlənkar yanaşmış, keçən bu müddət ərzində qanuni qüvvəyə minmiş məhkəmə aktlarını icra etməmişdir. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktlarına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Inzibati Xətalar Məcəlləsinin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə “inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi)”, “inzibati xəta törətmiş şəxs”, “inzibati xəta törətməkdə şəxsin təqsiri” müəyyən edilməlidir. Məhkəmə inzibati xəta törətmiş şəxsə təyin olunacaq inzibati tənbehlə bağlı qeyd edir ki, Azərbaycan Respublikası IXM-nin 9.1, 21 və 31.2-ci maddələrinə əsasən «Inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır», «Inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır», «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Inzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-ci maddəsinə əsasən tətbiq edilmiş tənbehin bu Məcəllənin 31- 34-cü maddələrinin tələblərinə uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslarından biridir. Inzibati Xətalar Məcəlləsinin 131.4-1-ci maddəsinə əsasən, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını, o Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs törətdiyi inzibati xətanın xarakterini və şəxsiyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Biləsuvar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı dəyişdirilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəti ilə təyin edilmiş 8 (səkkiz) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri, inzibati Xətalar Məcəlləsinin 131.4-1-ci maddəsinə əsasən 375 manat inzibati cərimə tənbeh tədbiri ilə əvəz edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133, 134, 135 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Şikayət qismən təmin edilsin. Biləsuvar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı dəyişdirilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəti ilə təyin edilmiş 8 (səkkiz) gün müddətinə tənbeh tədbiri 375 manat inzibati cərimə tənbeh tədbiri ilə əvəz edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs dərhal həbsdən azad edilsin. Qərarın icrası Biləsuvar Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar