Məhkəmə qərarları › İş №3(3-9)-402/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-402/2026

27.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-402/2026 27.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Əliyev Əli Abdulla oğlunun sədrliyi, Zeynallı Aslan Ismayıl oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) və səlahiyyətli orqan * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin nümayəndəsi X1 iştirakları ilə ##.##.1963-cü ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Qərardan şikayət verən orqan (şəxs) Şirvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin rəisi X2 tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra IXM-in) 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində vəzifəli şəxs üçün nəzərdə tutulmuş 4000 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Qərara əsasən, ## ###### 2026-cı il tarixində Şirvan şəhəri 1 May küçəsində fəaliyyət göstərən “1001 Xırdavat” mağazasının qarşısında bioloji inkişafda olan 2 ədəd sərv ağacı adı çəkilən obyektin sahibi Qərardan şikayət verən orqan (şəxs) tərəfindən müvafiq rəy və icazə alınmadan kəsilərək məhv edilmişdir. Həmin qərardan Qərardan şikayət verən orqan (şəxs) narazı qalaraq şikayətlə məhkəməyə müraciət edib, səlahiyyətli orqanın yuxarıda göstərilən qərarının ləğv edilməsini xahiş etmişdir. Şirvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilməmiş, * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin ## ###### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qərarından narazı qalan Qərardan şikayət verən orqan (şəxs) şikayət verərək, Şirvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. ŞIKAYƏTIN DƏLILLƏRI: Qərardan şikayət verən orqan (şəxs) şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyət kəsb edən halları tam araşdırmamış, ağacların qurumuş vəziyyətdə və ya bioloji inkişafda olub-olmamasını müəyyən etməmiş, şikayətçinin mülkiyyətində olan torpaq sahəsində yerləşən ağacları özünün əkib onlara qulluq etməsi barədə dəlillərə lazımi hüquqi qiymət verməmişdir. Şikayətçi həmçinin bildirmişdir ki, əməlində inzibati xəta hadisəsi və tərkibi olmadığından IXM-in 53.1.1 və 53.1.2-ci maddələrinə əsasən iş üzrə icraata xitam verilməli, ən azı fiziki şəxs olduğu halda vəzifəli şəxs kimi 4000 manat cərimə edilməsi qanunsuz hesab edilməlidir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) şikayətin dəlillərini müdafiə edərək, birinci instansiya məhkəməsinin və səlahiyyətli orqanın müvafiq qərarlarının ləğv edilməsini, iş üzrə icraat xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən səlahiyyətli orqan * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin nümayəndəsi X1 şikayətin təmin edilməməsini, Şirvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılmısını xahiş etdi. HÜQUQI MƏSƏLƏLƏR: Inzibati Xətalar Məcəlləsinin 128.1 və 133.2.8-ci maddələrinə əsasən “Barəsində qərar çıxarılmış şəxs, .... zərər çəkmiş şəxs, .... inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər”, “inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır”. Məhkəmə şikayətin dəlillərini, inzibati xəta haqqında iş materiallarını və birinci instansiya məhkəməsinin gəldiyi nəticələri müqayisəli şəkildə qiymətləndirərək hesab edir ki, şikayət iş üzrə icraat xitam verilməsi hissəsində əsaslı deyil, lakin tətbiq edilmiş inzibati tənbehin subyekti və məbləği hissəsində qismən əsaslıdır. Belə ki, iş materiallarında olan ## ###### 2026-cı il tarixli, ****** nömrəli aktdan, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan, inzibati tənbeh vermə haqqında qərardan, fotoşəkillərdən və şikayətçinin öz yazılı izahatından görünür ki, 2 ədəd sərv ağacı yer səthinə yaxın hissədən kəsilmiş, kəsilmiş kötük hissələri torpaqla örtülmüş, ağacların qol-budaqları obyektin yan hissəsində aşkar edilmişdir. Qərardan şikayət verən orqan (şəxs) da ağacları özünün kəsdiyini inkar etməmiş, bunu ağacların xəstə olması və gələcəkdə quruyacağı barədə ehtimalı ilə izah etmişdir. Şikayətçinin ağacları özünün əkdiyi, onlara qulluq etdiyi və torpaq sahəsinin xüsusi mülkiyyətində olması barədə dəlilləri inzibati xəta tərkibini aradan qaldırmır. Çünki hazırkı işdə məsuliyyəti yaradan hal ağacların kim tərəfindən əkilməsi deyil, meşə fonduna daxil olmayan yaşıllıqların qanunvericiliklə müəyyən edilmiş qaydadan kənar götürülməsi və ya məhv edilməsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2016-cı il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi Qaydası”nın 1.1-ci bəndinə görə, xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar istisna olmaqla, respublika ərazisində yaşıllıqların götürülməsi həmin Qayda ilə tənzimlənir. Həmin Qaydanın 2.2 və 2.3-cü bəndlərinin mənasına görə, nəzərdə tutulmuş hallar istisna olmaqla yaşıllıqların götürülməsi qadağandır və bu məsələ səlahiyyətli orqanın rəyi və qərarı əsasında həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2022-ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin ‘Qeyd’ hissəsinin 1ci bəndinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314-cü maddəsinin ‘Yaşıllıqların mühafizəsi haqqında’ Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, fiziki və hüquqi şəxslərin xüsusi mülkiyyətində olan sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaq sahələrindəki, habelə yaşayış məntəqələrinin torpaqlarındakı yaşıllıqların götürülməsi, xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar və kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilər istisna olmaqla, səlahiyyətli dövlət orqanlarının və ya bələdiyyələrin qərarı ilə həyata keçirilə bilər. Hazırkı işdə JN-*** nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktından görünür ki, 0,2632 hektar torpaq sahəsi Qərardan şikayət verən orqan (şəxs) sahibkarlıq fəaliyyəti məqsədi üçün satılmışdır. Həmin ərazidə “1001 Xırdavat” mağazasının fəaliyyət göstərməsi də torpaq sahəsinin həyətyanı, bağ və ya kənd təsərrüfatı əkin sahəsi kimi deyil, kommersiya təyinatlı sahə kimi istifadə olunduğunu təsdiq edir. Buna görə də qeyd olunan yaşıllıqların müvafiq prosedurdan kənar kəsilməsi qanuni hesab edilə bilməz. Bu səbəbdən apellyasiya şikayətində irəli sürülən “inzibati xəta hadisəsi yoxdur” və “inzibati xəta tərkibi yoxdur” dəlilləri IXM-in 53.1.1 və 53.1.2-ci maddələri baxımından qəbul edilə bilməz. Iş üzrə təqdim edilmiş sübutların məcmusu inzibati xəta hadisəsini, həmin əməli Qərardan şikayət verən orqan (şəxs) törətməsini və əməlin IXM-in 253.2-ci maddəsi ilə tövsif edilməsini təsdiq edir. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, inzibati orqan və birinci instansiya məhkəməsi Qərardan şikayət verən orqan (şəxs) vəzifəli şəxs kimi məsuliyyətə cəlb edilməsi hissəsində işin hallarına və IXM-in subyektlərə dair tələblərinə düzgün hüquqi qiymət verməmişdir. IXM-in 17-ci maddəsinin qeyd hissəsinə əsasən vəzifəli şəxs hesab edilən subyektlər dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət və qeyri-dövlət təşkilatlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində çalışan şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslərdir. IXM-in 18-ci maddəsinin ümumi məzmunundan və xüsusilə 18.2, 18.3, 18.6 və 18.7-ci maddələrinin sistemli şərhindən görünür ki, hüquqi və vəzifəli şəxslərin məsuliyyəti onların faktiki-hüquqi statusu, hüquqi şəxsin xeyrinə və ya maraqlarının qorunması üçün hərəkət etmələri, təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat səlahiyyətləri ilə bağlı konkret halların müəyyən edilməsi əsasında fərqləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2023-cü il tarixli “Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 17, 18.2 və 18.3-cü maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair” qərarında da qeyd edilmişdir ki, inzibati məsuliyyətin subyektləri fiziki, vəzifəli və hüquqi şəxslər olmaqla fərqləndirilir; vəzifəli və hüquqi şəxs məsuliyyəti xətanın xarakteri, subyektin statusu, hüquqi şəxsin maraqları, nəzarət və idarəetmə səlahiyyətləri, habelə işin mühüm halları nəzərə alınmaqla müəyyən edilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun # ### 2026-cı il tarixli “Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 18.3, 18.6, 18.7 və 139-cu maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” qərarında da vurğulanmışdır ki, hüquqi şəxsin və onunla bağlı vəzifəli şəxsin məsuliyyəti məsələsi IXM-in 18-ci maddəsində müəyyən edilmiş əsasların olub-olmamasından asılıdır və səlahiyyətli orqanlar bu subyekt fərqləndirməsini qanunla müəyyən edilmiş qaydada aparmalıdırlar. Hazırkı işdə Qərardan şikayət verən orqan (şəxs) vergi ödəyicisi kimi uçotda olması, torpaq sahəsinin sahibkarlıq fəaliyyəti məqsədi ilə alınması və həmin sahədə kommersiya obyektinin yerləşməsi onun əməlini yaşıllıqların mühafizəsi rejimindən kənara çıxarmır. Lakin bu hallar təkbaşına onun IXM-in 253.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş “vəzifəli şəxs” subyekti kimi cərimə edilməsi üçün yetərli deyil. Iş materiallarında Qərardan şikayət verən orqan (şəxs) həmin vaxt hüquqi şəxsi təmsil etməsi, hüquqi şəxsin adından qərar qəbul etmək və ya fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olması, yaxud hüquqi şəxs yaratmadan aktiv sahibkarlıq fəaliyyəti həyata keçirərək konkret təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat səlahiyyətləri çərçivəsində hərəkət etməsi barədə mötəbər sübut yoxdur. Əksinə, Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti * saylı Ərazi Vergilər Idarəsinin ## #### 2026-cı il tarixli məktubundan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) (VÖEN: **********) sahibkarlıq fəaliyyəti və digər vergi tutulan əməliyyatları hazırda dayandırılmış vəziyyətdədir. Bu hal onun əməlinin hüquqi qiymətləndirilməsində nəzərə alınmalı idi. Belə olan halda, şikayətçinin fiziki şəxs olduğu halda vəzifəli şəxs kimi cərimə edilməsi barədə dəlili əsaslıdır. Lakin bu nəticə inzibati xəta hadisəsini və tərkibini aradan qaldırmır; yalnız tətbiq edilmiş inzibati tənbehin subyektə uyğunlaşdırılmasını tələb edir. Buna görə də inzibati orqanın qərarı IXM-in 253.2-ci maddəsi ilə tövsif hissəsində qanuni saxlanılmalı, sanksiya hissəsində isə Qərardan şikayət verən orqan (şəxs) fiziki şəxs kimi cərimə edilməklə dəyişdirilməlidir. IXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsi təqsirsizlik prezumpsiyasını, 12-ci maddəsi isə inzibati xəta anlayışını müəyyən edir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. IXM-in 76.1-ci maddəsinə görə, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin və ya səlahiyyətli orqanın əsaslana bildiyi hər cür faktik məlumat inzibati xətalar haqqında işlər üzrə sübut sayılır. IXM-in 253.2-ci maddəsinə əsasən, meşə fonduna daxil olmayan ağac və ya kolların qanunsuz kəsilməsinə (götürülməsinə) və ya məhv edilməsinə görə fiziki şəxslər iki min manat, vəzifəli şəxslər dörd min manat, hüquqi şəxslər iyirmi beş min manat miqdarında cərimə edilir. IXM-in 134.1.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilməsi haqqında qərar qəbul edilə bilər. IXM-in 135-ci maddəsinin mənasına görə, tətbiq edilmiş maddi hüquq normasının düzgün tətbiq edilməməsi və tənbehin subyektə uyğun olmaması qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.4-cü maddəsinə əsasən, inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, apellyasiya şikayəti xitam verilməsi tələbi üzrə təmin edilməməli, lakin vəzifəli şəxs kimi 4000 manat cərimə tətbiq edilməsi hissəsində qismən təmin edilməlidir. Şirvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ləğv edilməli, * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin ## ###### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı isə tənbehin məbləği hissəsində dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Qərardan şikayət verən orqan (şəxs) şikayəti qismən təmin edilsin. Şirvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin rəisi X2 tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar Qərardan şikayət verən orqan (şəxs) şikayətinə münasibətdə qismən dəyişdirilsin. Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə fiziki şəxs kimi təqsirli bilinib və ona 2000 (iki min) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin ## ###### 2026-cı il tarixli, MN ******* nömrəli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərarın icrası Şirvan Şəhər Icra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar