Məhkəmə qərarları › İş №3(3-9)-404/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-404/2026

24.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-404/2026 24.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin hakimi Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Ələsgərov Sənan Adil oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İsmayılov Pərviz Rafiq oğlunun iştirakı ilə. ##.##.1990-cı ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan; İsmayılov Pərviz Rafiq oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə cərimə edilməsinə dair Saatlı rayon məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarından barəsində inzibati xəta haqqında qərar verilmiş şəxs İsmayılov Pərviz Rafiq oğlu tərəfindən verilmiş şikayətəaçıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Dövlət X1 Regional Reklam İdarəsi tərəfindən İsmayılov Pərviz Rafiq oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə ## #### 2026-cı il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, Azərbaycan Respublikasının Dövlət X1 Regional Reklam İdarəsi tərəfindən göndərilmiş ##.##.2026 cı il tarixli **** saylı göstərişi tam və vaxtında icra etməmişdir. Saatlı rayon məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan İsmayılov Pərviz Rafiq oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 1500 manat miqdarında inzibati qaydada cərimə edilmişdir. Məhkəmə qərarından narazı qalan barəsində inzibati haqqında iş üzrə qərar qəbul edilmiş şəxs İsmayılov Pərviz Rafiq oğlu apellyasiya şikayəti vermişdir. Şikayət onunla əsaslandırmışdır ki, o, fiziki fərdi sahibkarlıqla məşğul olur. Ona görə də vəzifəli şəxs kimi cərimə oluna bilməz. Ona görə də, Saatlı rayon məhkəməsinin *(*-***)- ***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarın ləğv edilməsi, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İsmayılov Pərviz Rafiq şikayətin təmin edilməsini, Saatlı rayon məhkəməsinin *(*-***)- ***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarın ləğv edilməsi, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq X2 idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən, nümayəndənin iştirakı olmadan inzibati işə baxılmasını mümkün hesab etdi. İnzibati Xətalar Məcəlləsinin 128.1 və 133.2.8-ci maddələrinə əsasən “Barəsində qərar çıxarılmış şəxs, .... zərər çəkmiş şəxs, .... inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər”, “inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır”. Məhkəmə inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, aşağıda göstərilən əsaslara görə şikayət əsassız olduğundan təmin edilməməli, Saatlı rayon məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Dövlət X1 Regional Reklam İdarəsinin reklam fəaliyyətinin monitorinq şöbəsinin baş müffətişi İbrahimov İ.A və böyük müffətişi Cabbarzadə F.A. iştirakı ilə tərtib edilmiş ##.##.2026-cı il tarixli **** nömrəli aktdan görünür ki, Saatlı şəhəri, H.Əliyev Prospektində yerləşən “049 İdeal Parfum” obyektində müvafiq icazə sənədi olmadan açıq məkanda qanunsuz reklam yayımlanması aşkar olmuşdur. **** saylı «Açıq məkanda reklam yayımının həyata keçirilməsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulması hallarının aradan qaldırılması barədə» yazılı göstərişdən görünür ki, Saatlı şəhəri, H.Əliyev Prospektində yerləşən “049 İdeal Parfum” obyektində açıq məkanda yayımlanan reklamın (reklamların) yayımının dərhal dayandırılması və “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsində nəzərədə tutulmuş müvafiq icazənin alınması üçün 5 gün müddətində Azərbaycan Respublikasının Dövlət X1 Regional Reklam İdarəsinə müracitə edilməsi tələb olunmuşdur. ##.##.2026-cı il tarixli **-*-*/*-***/**** nömrəli bildirişindən görünür ki, Azərbaycan Respublikasının Dövlət X1 Regional Reklam İdarəsi tərəfindən akt və **** saylı yazılı göstəriş İsmayılov Pərviz Rafiq oğluna göndərilərək, bildiriş məktubu, Akt və Göstəriş tərəfindən qəbul edildikdən sonra 5 (beş) gün ərzində açıq məkanda qanunsuz reklam yayımlanması halının aradan qaldırılmasını (açıq məkanda reklam yayımlanmasına görə müvafiq icazə sənədinin alınması və ya reklamların demontaj edilməsi) təmin edəilməsi, əks halda tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3- cü maddəsinin tələbləri pozulduğu üçün barənizdə İnzibati xəta haqqında protokol tərtib ediləcəyi bildirilmişdir. Poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, ##.##.2026-cı il tarixli **- *-*/*-***/**** nömrəli bildiriş ## ### 2026-cı il tarixində İsmayılov Pərviz Rafiq oğluna şəxsən təhvil verilmişdir. Azərbaycan Respublikasının Dövlət X1 Regional Reklam İdarəsinin reklam fəaliyyətinin monitorinq şöbəsinin baş müffətişi İbrahimov İ.A və böyük müffətişi Cabbarzadə F.A. iştirakı ilə tərtib edilmiş ##.##.2026-cı il tarixli aktdan görünür ki, **-*-*/*-***/**** nömrəli bildirişində göstərilən vaxtı Saatlı şəhəri, H.Əliyev Prospektində yerləşən “049 İdeal Parfum” obyektində olmuşlar. İsmayılov Pərviz Rafiq oğluna (sahibkar) tərəfindən **** saylı yazılı göstərişə tam və vaxtında icra edilməməsinə görə barəsində inzibati xəta haqqında protokol tərtib olunduğu bildirilmişdir. Onun izahat vermək və imza edərək protokolun surətini qəbul etmək hüququ olduğu izah edilmişdir. O isə öz növbəsində izahat verməkdən və imza etməkdən imtina etmişdir. Göründüyü kimi, İsmayılov Pərviz Rafiq oğlu tərəfindən qanunvericiliyin tələblərinin pozulması haqqında yazılı göstəriş tam və vaxtında yerinə yetirilməməmişdir. Bu halın olması təsdiq edir ki, İsmayılov Pərviz Rafiq oğlunun hərəkətlərində İXM-in 428.7.3-cü maddəsinin tərkib hissəsi vardır. Onun şikayətinin dəlilləri inzibati materiallarla təkzib olunmuşdur. Azerbaycan Respublikasının İnzibatı Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində (o cümlədən tikintisinə icazə tələb olunmayan açıq məkanda reklam qurğularının quraşdırılması və sökülməsi sahəsində) nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların (bu Məcəllənin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) vaxtında və tam yerinə yetirilməməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Bununla da şikayətdə irəli sürülmüş iddianın əksinə olaraq, İsmayılov Pərviz Rafiq oğlunun birinci instansiya məhkəməsinin qərarı ilə istinad edilən, inzibati xətanı törətməsi, yəni reklam haqqında qanunvericiliyi pozması birinci instansiya məhkəməsində İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinə uyğun şəkildə tədqiq və təhlil edilmiş yuxarıda qeyd olunan və digər sübutların məcmusu ilə müəyyən edilmişdir. Belə ki, məhkəmə tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş; hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar yoxlanılmış, qərar çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, sübutlar İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun olaraq qiymətləndirilərək İsmayılov Pərviz Rafiq oğlunun İnzibati Xətalar Məcəlləsi 428.7.3-cü maddəsi ilə təqsirli bilərək 1500 manat miqdarında inzibati qaydada cərimə edilməsi barədə nəticə çıxarılmışdır. Məhkəmə Pərviz İsmayılovun vəzifəli şəxs olmaması barədə iddiasına münasibətdə qeyd edir ki, İXM-in 17-ci maddəsinə əsasən, vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Qeyd: Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Göründüyü kimi, Pərviz İsmayılov vergi ödəyicisidir, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olur, ona görə də vəzifəli şəxs hesab olunur. Məhkəmə barəsində inzibati xəta üzrə qərar qəbul edilmiş şəxsə təyin edilmiş inzibati tənbehlə bağlı qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin 9.1, 21 və 31.2-ci maddələrinə əsasən «İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır», «İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır», «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Beləliklə məhkəmə hesab edir ki, İsmayılov Pərviz Rafiq oğlunun inzibati tənbeh edilməsinə dair hakim düzgün hüquqi nəticəyə gəlmişdir, İXM ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmamışdır, qərarın ləğv olunması və ya dəyişirilməsi üçün həmin Məcəllənin 135.1.1- 135.1.6.-cı maddələrində göstərilən hallar müəyyən olunmur. İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğundur. Ona görə də şikayət təmin edilməməli, İsmayılov Pərviz Rafiq oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-ci maddəsi ilə cərimə edilməsinə dair Saatlı rayon məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Barəsində inzibati xəta üzrə qərar qəbul edilmiş şəxs İsmayılov Pərviz Rafiq oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. İsmayılov Pərviz Rafiq oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə cərimə edilməsinə dair Saatlı rayon məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli inzibati xəta haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar