Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-405/2026 03.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası – hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi ilə, Qərardan şikayət verən orqan (şəxs) İlyas oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməsinə dair Lənkəran Rayon Məhkəməsinin # #### 2026cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından səlahiyyətli orqan * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Rafiq Ədilov tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Lənkəran Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ilə (sədrlik edən hakim X3) şikayət təmin edilmiş, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ## ###### 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək, inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilməsi barədə qərar qəbul edilmişdir. İŞİN HALLARI: Qərardan şikayət verən orqan (şəxs) İlyas oğlu məhkəməyə şikayətlə müraciət edərək * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X1 tərəfindən qəbul olunmuş ## ###### 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, * saylı RETSİ-nin əməkdaşları tərəfindən ##.##.2025-cü il tarixdə inzibati xəta haqqında ******* saylı protokol və ## ###### 2025- ci il tarixində isə İXM-nin 228-ci maddəsi ilə qərar qəbul edilərək barəsində 2500 manat inzibati cərimə tətbiq edilmişdir. Həmin inzibati protokolda və qərarda qeyd edilmişdir ki, tərəfindən guya ##.##.2025-ci il tarixdə, saat 09:00 radələrində Astara rayonu, Qamışovka kəndi ərazisində yerləşən “Astalanya City” istirahət mərkəzinin icraçı direktoru qismində fəaliyyət göstərərkən müvafiq icazə olmadan yerin təkindən istifadə qaydalarını pozmuşdur. Qeyd edir ki,barəsində aparılan inzibati araşdırma və qərar ilə razı deyil. Belə ki, * saylı RETSİ-nin əməkdaşları tərəfindən ##.##.2025-cü il tarixdə inzibati xəta haqqında ******* saylı protokol üzrə ## ###### 2025-ci il tarixdə idarədə MN ******* saylı Qərar əsasında İXM-nin 228-ci maddəsi ilə barəmdə 2500 manat inzibati cərimə tətbiq edilmişdir. Həmin qərardan Lənkəran Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmiş, məhkəmənin ##.##.2025-ci il tarixli *(***)-***/**** saylı qərarına əsasən * saylı RETSİnin ## ###### 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilib və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün * saylı RETSİ-ə qaytarılmışdır. Həmin qərarın 3-cü səhifəsində göstərilmişdir ki, “məhkəmə tərəfindən şikayət verilən orqanın nümayəndəsinə iş üzrə sübutları təqdim etməsi təklif edilmiş, lakin sübutların məhkəməyə təqdim edilməməsi ilə yanaşı qərar qəbul edən orqanın nümayəndəsi də məhkəmədə iştirak etməmişdir. Məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə, inzibati xətaya görə inzibati tənbeh vermə qərarının qüvvədə saxlanılması qanunvericilik baxımından da yolverilməzdir. Belə ki, məhkəmə araşdırması zamanı Qərardan şikayət verən orqan (şəxs) İlyas oğlunun vəzifəli şəxs olmasına dair hər hansı sübut müəyyən edilməmiş, bu barədə qərar qəbul etmiş orqan tərəfindən məhkəməyə hər hansı sənəd təqdim edilməmişdir. Bundan başqa, Qərardan şikayət verən orqan (şəxs) İlyas oğlu tərəfindən icazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etmə əməllərinin törədilməsini təsdiq edən hər hansı foto, video, görüntü, şahid ifadəsi, habelə bu kimi digər sübur müəyyən edilməmişdir.” Bundan başqa, onun tərəfindən İXM-nin 228-ci maddəsinin dispozisiyasında qeyd olunan əməllər törədilməmişdir. İXM-nin 228-ci maddəsinə əsasən icazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etməyə görə inzibati xəta tərkibi yaranır. Hesab edir ki, iş üzrə mühüm əhəmiyyət kəsb edən faktiki hallar araşdırılmamış, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli hallar sübuta yetirilməmişdir. Bu səbəbdən də ## ###### 2025-ci il tarixli MN ******* saylı qərar ləğv olunmalıdır. İnzibati tənbeh vermə haqqında qərardan şikayətə baxan birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan qərarı qəbul etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Səlahiyyətli orqan - Azərbaycan Respublikası Ekologiya Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Rafiq Ədilov apellyasiya şikayəti verərək, apellyasiya şikayəti təmin edilmiş, Lənkəran rayon Məhkəməsinin ##.##.2026 tarixli *(*-***)-***/**** saylı qərarın ləğv edilməsini, * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Lənkəran rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarı ilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətiər İdarəsinin ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Lənkəran Rayon Məhkəməsi tərəfindən qeyd olunan qərar qəbul edilərkən işin obyektiv həlli üçün mühüm əhəmiyyət kəsb edən hallar araşdırılmamış nəticədə maddi və prossesual hüquq normaları pozulmuşdur Məhkəmə ##.##.2026 tarixli *(*-***)-***/**** saylı qərarı ilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barəsində qərarında göstərmişdir ki, “Güya ##.##.2025-ci il tarixdə, saat 09:00 radələrində Astara rayonu, Qamışovka kəndi ərazisində yerləşən "Astalanya City" istirahət mərkəzinin icraçı direktoru qismində fəaliyyət göstərərkən müvafiq icazə olmadan yerin təkindən istifadə qaydalarını pozmuşdur. Barəsində aparılan inzibati araşdırma və qərar ilə razı deyil. Elə ki, əvvəla qeyd etmək istəyir ki, * saylı RETSİ-nin əməkdaşları tərəfindən ##.##.2025-cü il tarixdə inzibati xəta haqqında ******* saylı protokol üzrə ## ###### 2025-ci il tarixdə idarədə MN ******* saylı qərar əsasında İXM-nin 228-ci maddəsi ilə barəsində 2500 manat inzibati cərimə tətbiq edilmişdir. Həmin qərardan Lənkəran Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmiş, məhkəmənin ##.##.2025-ci il tarixli *(***)-***/**** saylı qərarına əsasən * saylı RETSİ-nin ## ###### 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilib və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün * saylı RETSj-ə qaytarılmışdır. Həmin qərarın 3-cü səhifəsində göstərilmişdir ki, "məhkəmə tərəfindən şikayət verilən orqanın nümayəndəsinə iş üzrə sübutları təqdim etmək təklif edilmiş, lakin sübutların məhkəməyə təqdim edilməməsi ilə yanaşı qərar qəbul edən orqanın nümayəndəsi də məhkəmədə iştirak etməmişdir. Məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə inzibati xətaya görə inzibati tənbeh vermə qərarının qüvvədəi saxlanılması qanunvericilik baxımından da yolverilməzdir. Belə ki, məhkəmə araşdırması zamanı Qərardan şikayət verən orqan (şəxs) İlyas oğlunun vəzifəli şəxs olmasına dair hər hansı sübut müəyyən edilməmiş, bu barədə qərar qəbul etmiş orqan tərəfindən məhkəməyə hər hansı sənəd təqdim edilməmişdir. Bundan başqa, Qərardan şikayət verən orqan (şəxs) İlyas oğlu tərəfindən icazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etmə əməllərinin törədilməsini təsdiq edən hər hansı foto, video, görüntü, şahid ifadəsi, habelə bu kimi digər sübut müəyyən edilməmişdir." Bundan başqa, onun tərəfindən İXM-nin 228-ci maddəsinin dispozisiyasında qeyd olunan əməllər törədilməmişdir. İXM-nin 228-ci maddəsinə əsasən icazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etməyə görə inzibati xəta tərkibi yaranır. Hesab edir ki, iş üzrə mühüm əhəmiyyət kəsb edən faktiki hallar araşdırılmamış, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli hallar sübuta yetirilməmişdir. Çünki, o, yəni Qərardan şikayət verən orqan (şəxs) ümumiyyətlə dəniz qırağında yerin təkindən ümumiyyətlə istifadə etməmişdi. O, ## #### 2025-ci il tarixdə, saat 09:00-da Astara rayonu, Qamışovka kəndində yerləşən Xəzər dənizinin sahilində yerin təkindən ümumiyyətlə istifadə etməmiş və "Astalanya City" istirahət mərkəzinin direktoru kimi vəzifəli şəxs statusuna malik olmamış, həmçinin həmin istirahət mərkəzinin rəhbər vəzifəli şəxs statusu ilə bağlı hər hansı əlaqəsi mövcud deyildir. O, sadəcə olaraq həmin istirahət mərkəzində mövsümi qaydada, günəmuzd fəhlə kimi çalışmışdır. İdarəetmə, qərarvermə, nəzarət rəhbərlik kimi məsələlərə nə hüquqi, nə faktiki, nə də vəzifə baxımından heç bir aidiyyətı olmamışdır. Faktlara söykənməyən, heç bir hüquqi sübuta əsaslanmayan bu qərar nəinki onun əmək hüquqlarını, eyni zamanda Konstitusiyanın 60-cı maddəsində təsbit edilmiş ədalətliaraşdırma hüququnu pozur. Barəsində tərtib edilmiş protokolda göstərilən iddia və vəzifə statusunun hüquqi əsaslarla yoxlanılmadan, subyektiv və ümumi yanaşma ilə qiymətləndirilməsı inzibati orqan tərəfindən məsuliyyətin əsassız şəkildə üzərinə yönəldildiyini sübut edir. Bütün bu qeyd olunanlar əsasında hesab edir ki, barəsində tərtib olunmuş inzibati protokol və sonradan verilmiş qərar hüquqi və faktiki əsaslardan məhrumdur, obyektivlik və ədalət prinsiplərinə ziddolaraq qəbul edilmişdir. Həqiqətə uyğun olmayan və hüquqi baxımdan şəkildə müəyyən edən bu qərar ləğv edilməlidir. Bu səbəbdən də ## ###### 2025ci il tarixli MN ******* saylı qərar ləğv olunmalıdır.” Bununla da, məhkəmə işin faktiki olacaqlarını kənara qoyaraq * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barəsində qərar qəbul etmişdir. Hesab edir ki, Lənkəran Rayon Məhkəməsinin ##.##.2026 tarixli 3(5-144)-118/2026 sayiı qərarı düzgün deyil və ləğv olunmalıdır. Belə ki, təqsirkar şəxs özü məhkəmədə iştirak etməməmişdir. Birinci iclas da, güya xəstə olduğu üçün, ikinci iclasda isə bizə məlum olmayan səbəbdən iştirak etməmişdir. Əvəzində etibarnaməli nümayəndəsi məhkəməyə gəlmişdir. Məhkəməyə gələn şəxs Qərardan şikayət verən orqan (şəxs) adından çıxış etmək niyyətində olsa da, məhkəmə heç bir tərəfin vəsatəti və ya ərizəsi olmadan həmin şəxsi şahid kimi işə cəlb etmişdir. Əslində isə məsələnin başlancığı yəni inzibati xəta hadisəsinin baş verdiyi, aşkar olunduğu, ilkin sənədləşmə və sorakı araşdırmanın Astara rayon Poliş Şöbəsi tərəfindən aparıldığı. Araşdıma zamanı ərazidən çəkilmiş foto şəkillərin olması (ekskovatorun, Qərardan şikayət verən orqan (şəxs) şəkili) Qərardan şikayət verən orqan (şəxs) izahatı, ekskvatorçunun izahatı olmamış kimi üstündən keçilmişdir. Astara rayon Polis Şöbəsinin cinayət işinin başlanmasını rədd edərək, əməlində AR İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə inzibati xəta tərkibi olduğu sənədləşdirilmiş və tədbir görülməsi üçün * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilmiş 17 səhifəlik materiallar heçə alınmışdır. Hansı ki, həmin materiallardan aşikar görünür ki, inzibati xəta hadisəsi baş vermiş dövrdə, Qərardan şikayət verən orqan (şəxs) "Astalaniya” istirahət mərkəzinin icraçı direktoru kimi çalışıb. Ekskovatorçunu o əraziyə zəng edərək çağırıb və baş verənlərə cavabdeh şəxs olduğunu özüdə etiraf edib. Bunlar həm polis əməkdaşının qərarından, həm Qərardan şikayət verən orqan (şəxs) verdiyi izahatdan, həm ekskovatorçunun verdiyi izahatdan aydın görünür. Lakin məhkəmə bunları sübut kimi hesab etməmişdir. Məhkəməyə nümayəndə kimi gəlib şahid ifadəsi verən şəxsin subyektiv fikirlərini əsas tutaraq məhkəmə qeyd etmişdir ki: “Protokolda qeyd olunmuş halların həqiqətə uyğun olub olmadığından asılı olmayaraq * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi müvafiq araşdırma aparmalı olduğu halda bunu etməmiş, onun tərəfindən inzibati qaydada tənbeh edilən şəxsin ona istinad olunan inzibati xətanı törətməsini təkzib, yaxud təsdiq edən sübutlar tədqiq edilmədən əsassız qərar qəbul edilmiş, habelə işin halları hərtərəfli, tam və obyektiv araşdırılmamışdır. Belə ki, ilkin sənədlərdən görünür ki, qazıntı işlərini bilavasitə Qərardan şikayət verən orqan (şəxs) İlyas oğlu deyil, ekskavatorçu X2 həyata keçirmişdir. Belə olan halda Qərardan şikayət verən orqan (şəxs) İlyas oğlu fiziki şəxs qismində etmədiyi əmələ görə inzibati məsuliyyətə cəlb edilə bilməz. Onun vəzifəli şəxs olaraq onun tapşırığı əsasında ekskavatorçunun həmin qazıntı işlərinin aparılması ilə bağlı məhkəmə qeyd edir ki, Qərardan şikayət verən orqan (şəxs) İlyas oğlu özünün istirahət mərkəzinin icraçı direktoru olduğunu göstərsə də, Astara RPŞ İTB-i və * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi onun sahibkarlıq və ya digər vergi tutulan əməliyyatları ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən müvafiq arayışı almamış, onun əmək müqaviləsini və ya işə qəbul eilməsi barədə əmri əldə edib iş materiallarına alavə etməmişlər. Beləliklə məhkəmə qeyd edir ki, Astara RPŞ İTB-i və * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi subyektin müəyyən edilməsi məsələsində düzgün mövqe göstərməmiş. Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsində yalnışlığa yol vermişlər. Nəticə etibarilə inzibati xətanın subyektiv tərəfinin sübuta yetirilmədiyi və inzibati icraatın əsas prosessual tələblərinin pozulduğu nəzərə alınaraq, İXM-in 228-ci maddəsi ilə şəxsin məsuliyyətə cəlb edilməsi üçün əsas yoxdur.” Bununla da, məhkəmə Qərardan şikayət verən orqan (şəxs) İlyas oğlunun təqsirinin sübuta yetirilmədiyi qənaətinə gəlmiş və * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ##.##.2025-ci i! tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul etmişdir. Qeyd olunanlar Lənkəran rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarının əsassız və birtərəfli olmasının birbaşa sübutudur. PROSESSUAL MƏSƏLƏLƏR: Apellyasiya məhkəmə baxışı iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, səlahiyyətli orqanın nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) İlyas oğlu məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Apellyasiya məhkəməsi qanunvericiliyin tələbinə əsasən məhkəmə iclasının səlahiyyətli orqanın nümayəndəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakları olmadan keçirilməsini qanunamüvafiq hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu ## ### 2009-cu il tarixli qərarında apellyasiya instansiyasının mahiyyəti ilə bağlı hüquqi mövqeyini ifadə edərək göstərmişdir ki, qanuni qüvvəyə minməmiş birinci instansiya məhkəməsinin qərarına apellyasiya qaydasında yenidən baxılmasına məhkəmə səhvlərinin düzəldilməsinin vasitəsi kimi baxılmalıdır. Bununla qəsdən və ya yanlışlıq üzündən edilmiş pozuntuların nəticəsində yaranan məhkəmə səhvləri düzəldilmiş olur və bu səhvlərin ağır nəticələrinin qarşısı vaxtında alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya məhkəməsi şikayətin dəlillərini inzibati xəta haqqında iş üzrə icraat materialı ilə müqayisəli şəkildə tədqiq edərək hesab edir ki, aşağıda qeyd olunanlara görə apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Lənkəran Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlillərini, iş materiallarını, birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın əsaslandırma hissəsini, inzibati icraat zamanı toplanmış sübutları və tərəflərin izahatlarını qarşılıqlı müqayisəli şəkildə araşdıraraq hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillərin müəyyən hissəsi iş materialları ilə uzlaşdığından hüquqi qiymətləndirilməlidir. Belə ki, Lənkəran Rayon Məhkəməsi # #### 2026-cı il tarixli qərarında əsasən belə nəticəyə gəlmişdir ki, səlahiyyətli orqan tərəfindən Qərardan şikayət verən orqan (şəxs) İlyas oğlunun İXM-in 228-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün kifayət qədər mötəbər sübutlar toplanmamış, onun vəzifəli şəxs statusu təsdiq edilməmiş, inzibati orqan tərəfindən iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamış, nəticədə isə inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslı hesab edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən iş materiallarında olan bütün sübutları qarşılıqlı əlaqədə və məcmu halında qiymətləndirməmiş, bəzi sübutlara isə ümumiyyətlə hüquqi qiymət verməmişdir. Belə ki, iş materiallarından müəyyən olunur ki, inzibati xəta haqqında iş üzrə icraat yalnız səlahiyyətli orqan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokoldan ibarət olmamış, inzibati məsuliyyətə cəlbetmənin əsasında Astara Rayon Polis Şöbəsi tərəfindən aparılmış ilkin araşdırma materialları da dayanmışdır. Həmin materiallarda hadisə yerinə baxış keçirilməsi barədə sənədlər, ekskavatorun hadisə yerində olmasını əks etdirən fotoşəkillər, ekskavator sürücüsünün izahatı, inzibati məsuliyyətə cəlb olunmuş şəxsin özünün verdiyi ilkin izahat, polis əməkdaşlarının raportları, eləcə də cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar mövcuddur. İş materiallarının məzmunundan görünür ki, cinayət-prosessual araşdırma zamanı cinayət tərkibinin olmaması müəyyən edilsə də, həmin materiallarda inzibati xəta əlamətlərinin mövcud olması qənaətinə gəlinmiş və materiallar aidiyyəti üzrə inzibati icraat aparılması üçün səlahiyyətli inzibati orqana göndərilmişdir. Apellyasiya məhkəməsi hesab edir ki, həmin sənədlərin mövcudluğu şəraitində birinci instansiya məhkəməsinin səlahiyyətli inzibati orqan tərəfindən guya heç bir araşdırma aparılmadığını və ya qərarın yalnız ehtimallar üzərində qurulduğunu göstərməsi iş materiallarının məzmunu ilə tam uzlaşmır. Çünki səlahiyyətli orqan qərar qəbul edərkən yalnız inzibati protokola deyil, polis orqanı tərəfindən toplanmış ilkin araşdırma materiallarına da istinad etmişdir. Həmin materialların sübutetmə qabiliyyəti son nəticədə məhkəmə tərəfindən qiymətləndirilməli olsa da, onların ümumiyyətlə nəzərə alınmaması və ya hüquqi əhəmiyyətinin arxa plana keçirilməsi sübutların qiymətləndirilməsi prinsipləri ilə tam uzlaşan yanaşma hesab edilə bilməz. İş materiallarında olan izahatlardan görünür ki, ekskavatorun sürücüsü X2 polis orqanında verdiyi izahatında qazıntı işlərinin Qərardan şikayət verən orqan (şəxs) İlyas oğlunun göstərişi əsasında həyata keçirildiyini bildirmişdir. Eyni zamanda Qərardan şikayət verən orqan (şəxs) İlyas oğlunun özü də polis orqanında verdiyi ilkin izahatında "Astalanya City" istirahət mərkəzində icraçı direktor kimi fəaliyyət göstərdiyini göstərmiş, hadisə ilə bağlı müəyyən məlumatlar vermişdir. Bu izahatların sonradan dəyişdirilməsi və ya onlardan imtina olunması həmin ilkin izahatların hüquqi əhəmiyyətini avtomatik olaraq aradan qaldırmır. Çünki prosessual qanunvericiliyin tələblərinə görə sübutların mötəbərliyi onların hər biri ayrıca deyil, bütün sübutların məcmusu ilə birlikdə qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsi isə həmin ilkin izahatların hansı səbəbdən mötəbər hesab edilmədiyini, onların hansı hissəsinin həqiqətə uyğun olmadığını və ya hansı obyektiv məlumatlarla təkzib edildiyini qərarında əsaslandırmamışdır. Məhkəmə yalnız sonradan məhkəmə iclasında verilmiş şahid ifadəsinə üstünlük verməklə kifayətlənmiş, hadisənin baş verdiyi tarixdə əldə edilmiş ilkin məlumatlarla sonradan verilmiş ifadələr arasındakı ziddiyyətləri müqayisəli şəkildə təhlil etməmişdir. Halbuki sübutların sərbəst qiymətləndirilməsi prinsipi hakimin istənilən sübutu qəbul və ya rədd etmək hüququnu nəzərdə tutsa da, qəbul edilməyən sübutların hansı hüquqi və faktiki səbəblərə görə mötəbər hesab edilmədiyi əsaslandırılmış şəkildə göstərilməlidir. Eyni zamanda apellyasiya məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsinin şəxsin vəzifəli şəxs statusunun müəyyən edilməsinə dair gəldiyi nəticə də tam mübahisəsiz hesab oluna bilməz. Belə ki, məhkəmə əsasən vergi orqanından arayışın, əmək müqaviləsinin və işə qəbul əmrinin iş materiallarında olmamasına istinad edərək Qərardan şikayət verən orqan (şəxs) İlyas oğlunun vəzifəli şəxs statusunun sübuta yetirilmədiyi nəticəsinə gəlmişdir. Halbuki inzibati hüquq münasibətlərində şəxsin hüquqi statusunun müəyyən olunması yalnız formal əmək münasibətləri ilə məhdudlaşmır. Şəxsin faktiki olaraq idarəetmə funksiyalarını həyata keçirməsi, digər şəxslərə göstəriş verməsi, təsərrüfat subyekti adından qərarlar qəbul etməsi, həmin obyektin fəaliyyəti ilə bağlı təşkilati-sərəncamverici funksiyaları yerinə yetirməsi kimi hallar da digər sübutlarla birlikdə qiymətləndirilə bilər. Bu baxımdan apellyasiya şikayətində qeyd olunan kimi, yalnız əmək müqaviləsinin və ya işə qəbul əmrinin olmaması faktı digər sübutların hüquqi qüvvəsini əvvəlcədən istisna edən hal kimi qiymətləndirilə bilməzdi. Məhkəmə həmin sənədlərin olmaması ilə yanaşı iş materiallarında mövcud olan digər sübutların bu faktı təsdiq edib-etmədiyini də qiymətləndirməli idi. Lakin qərarın məzmunundan görünür ki, bu istiqamətdə tam hüquqi təhlil aparılmamışdır. Bununla yanaşı, apellyasiya məhkəməsi qeyd edir ki, inzibati xəta haqqında işlər üzrə məhkəmə araşdırmasının əsas məqsədi yalnız inzibati orqanın qərarında göstərilən nöqsanları sadalamaq deyil, həm də iş üzrə obyektiv həqiqətin müəyyən edilməsidir. Bu baxımdan birinci instansiya məhkəməsi inzibati orqanın topladığı materialların kifayət edibetməməsini müəyyən edərkən həmin materialların tam məcmusunu, onların qarşılıqlı əlaqəsini, hadisənin baş vermə şəraitini, iştirakçı şəxslərin müxtəlif mərhələlərdə verdikləri izahatları və həmin izahatların digər sübutlarla nə dərəcədə uzlaşmasını daha geniş araşdırmalı idi. Bu səbəbdən apellyasiya məhkəməsi hesab edir ki, apellyasiya şikayətində birinci instansiya məhkəməsinin sübutların qiymətləndirilməsi ilə bağlı gəldiyi nəticələrə dair irəli sürülmüş dəlillər müəyyən mənada əsaslıdır və həmin hissədə Lənkəran Rayon Məhkəməsinin qərarının əsaslandırılması tam qaneedici hesab edilə bilməz. Lakin apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində irəli sürülmüş qeyd olunan dəlillərin müəyyən hissəsinin əsaslı hesab edilməsi və birinci instansiya məhkəməsinin sübutların qiymətləndirilməsi zamanı yol verdiyi qeyd olunan çatışmazlıqlar hazırkı iş üzrə qəbul edilmiş yekun nəticənin dəyişdirilməsi üçün kifayət etmir. Çünki iş üzrə müəyyən edilmiş prosessual vəziyyət göstərir ki, hazırkı mübahisənin həllində həlledici hüquqi əhəmiyyət kəsb edən məsələ şəxsin təqsirinin sübuta yetirilib-yetirilməməsi, yaxud sübutların hansı həcmdə toplanması deyil, inzibati məsuliyyətə cəlbetmə müddətinin qanunla müəyyən edilmiş həddinin başa çatmasıdır. Bu hal isə imperativ xarakterli prosessual norma olmaqla, məhkəmənin həmin müddəti nəzərə almadan iş üzrə maddi hüquqi mübahisəyə qiymət verməsini istisna edir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, bu Məcəllədə ayrıca hallar nəzərdə tutulmadıqda, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Həmin norma inzibati məsuliyyət institutunun əsas təminatlarından biri olmaqla, şəxsin qeyri-müəyyən müddət ərzində inzibati təqib altında saxlanılmasının qarşısını almağa, hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə və dövlətin cəza tətbiq etmək səlahiyyətinin qanunla müəyyən edilmiş müddətlə məhdudlaşdırılmasına xidmət edir. Qanunverici inzibati məsuliyyətə cəlbetmə müddətini müəyyən etməklə, bir tərəfdən hüquqpozmaya dövlət reaksiyasının operativliyini təmin etməyi, digər tərəfdən isə şəxsin uzun müddət hüquqi qeyri-müəyyənlik şəraitində qalmasının qarşısını almağı məqsəd qoymuşdur. Azərbaycan Respublikası İXM-nin 228-ci maddəsi həmin Məcəllənin mülkiyyət əleyhinə olan inzibati xətalar adlanan 24-cü fəslində nəzərdə tutulmuşdur və həmin kateqoriya üzrə inzibati xətalar üzrə məsuliyyətə cəlb etmə müddəti 4 ay müəyyən edilmişdir. İş materiallarından müəyyən edilir ki, səlahiyyətli orqanın özü tərəfindən də mübahisələndirilməyən hallara əsasən, hazırkı iş üzrə isnad edilən inzibati xəta ## #### 2025-ci il tarixdə törədilmişdir. Məhz həmin tarix səlahiyyətli orqan tərəfindən tərtib olunmuş ##.##.2025-ci il tarixli, MN№******* inzibati xəta haqqında protokolda, polis tərəfindən araşdırma aparılmış materiallarda, eləcə də inzibati tənbeh vermə haqqında qərarda hüquqpozmanın törədildiyi tarix kimi göstərilmişdir. Mübahisələndirilən MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar isə yalnız ## ###### 2025-ci il tarixdə qəbul edilmişdir. Beləliklə, inzibati tənbeh inzibati xətanın törədildiyi tarixdən təxminən altı aya yaxın müddət keçdikdən sonra tətbiq edilmişdir ki, bu da İXM-in 38.1-ci maddəsində nəzərdə tutulmuş dörd aylıq müddətin əhəmiyyətli dərəcədə ötürülməsi deməkdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında iş üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilir. Həmin norma imperativ xarakter daşıyır və onun tətbiqi məhkəmənin mülahizəsindən asılı deyildir. Başqa sözlə, məhkəmə məsuliyyət müddətinin bitməsinə baxmayaraq şəxsin təqsirli olub-olmaması barədə əlavə hüquqi qiymətləndirmə aparmaq və ya inzibati tənbeh vermə haqqında qərarı qüvvədə saxlamaq səlahiyyətinə malik deyildir. Qanun məsuliyyət müddətinin başa çatmasını inzibati icraatın davam etdirilməsini istisna edən mütləq prosessual maneə kimi müəyyən etmişdir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində birinci instansiya məhkəməsinin sübutların qiymətləndirilməsi ilə bağlı gəldiyi nəticələrə dair irəli sürülmüş dəlillər müəyyən qədər əsaslı hesab olunsa belə, həmin hallar hazırkı iş üzrə hüquqi nəticəni dəyişdirmir. Çünki inzibati məsuliyyətə cəlbetmə müddətinin başa çatması şəraitində şəxsin təqsirinin mövcudluğu və ya toplanmış sübutların kifayətliliyi barədə mübahisələrin həlli artıq hüquqi əhəmiyyətini itirir. Belə olan halda inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılması qanunun imperativ tələbləri ilə uzlaşmır. Odur ki, birinci instansiya məhkəməsi qərarını əsaslandırarkən bəzi sübutlara tam hüquqi qiymət verməsə də, iş üzrə icraata xitam verilməsi barədə gəldiyi yekun nəticə İXM-in 38.1 və 53.1.6cı maddələrinin tələblərinə uyğun olduğundan qanuni və əsaslı hesab edilməlidir. Beləliklə, apellyasiya məhkəməsi iş üzrə toplanmış bütün sübutları, apellyasiya şikayətinin dəlillərini, birinci instansiya məhkəməsinin qərarında göstərilən əsaslandırmaları və tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını məcmu halında qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətində birinci instansiya məhkəməsinin sübutların qiymətləndirilməsi və işin bəzi faktiki hallarının araşdırılması ilə bağlı irəli sürülmüş dəlillər müəyyən mənada əsaslı hesab olunsa da, həmin hallar hazırkı iş üzrə qəbul edilmiş yekun nəticənin dəyişdirilməsi üçün kifayət etmir. Çünki iş üzrə inzibati məsuliyyətə cəlbetmə müddətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsində nəzərdə tutulmuş dörd aylıq müddəti başa çatmışdır və bu hal İXM-in 53.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini şərtləndirən imperativ hüquqi əsasdır. Birinci instansiya məhkəməsi inzibati xəta haqqında iş üzrə icraata əməldə inzibati xəta tərkibinin olmaması əsası ilə xitam vermişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsində isə İXM-in 53.2-ci maddəsinə isnad olunmuşdur. Belə ki, 53.2. Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Göründüyü kimi, birinci instansiya məhkəməsi isə iş üzrə icraata inzibati xəta tərkibinin olmaması əsası ilə xitam vermiş və qərarın təsviri-əsaslandırıcı hissəsində İXM-in 53.2-ci maddəsinə istinad etmişdir. Həmin norma şəxsin inzibati xətanın törədilməsinə aidiyyəti olmadıqda, təqsirliliyi sübuta yetirilmədikdə və ya təqsirliliyin sübuta yetirilməsində qanunsuz əldə edilmiş sübutlardan istifadə edildikdə tətbiq edilir. Halbuki hazırkı işdə icraata xitam verilməsi üçün mövcud olan hüquqi əsas İXM-in 53.1.6-cı maddəsində nəzərdə tutulmuş məsuliyyətə cəlbetmə müddətinin başa çatmasıdır. Bununla belə, birinci instansiya məhkəməsi icraata qanunda nəzərdə tutulmayan əsasla deyil, düzgün nəticəyə gətirib çıxaran, lakin yanlış hüquqi əsasla xitam vermişdir. Çünki iş üzrə icraatın davam etdirilməsi və şəxsin inzibati məsuliyyət məsələsinin mahiyyəti üzrə həll edilməsi artıq mümkün deyildi. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı nəticə etibarilə qanuni və əsaslı olduğundan, yalnız hüquqi əsasın düzgün göstərilməməsi həmin qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Buna görə də qərarın qüvvədə saxlanılması məqsədəuyğundur. Apellyasiya məhkəməsi belə qənaətə gələrkən qanunun analogiyası qaydasında CPM-in 399.3-cü maddəsinə isnad etməyi əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası CPM-in imperativ xarakterli 399.3-cü maddəsinin tələbinə görə, işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin hökm və ya qərarı yalnız bu Məcəllənin tələblərinin pozulması səbəbindən formal mülahizələrə əsaslanaraq ləğv edilə bilməz. Belə olan halda, apellyasiya şikayətində göstərilən digər dəlillərin mahiyyəti üzrə əlavə hüquqi qiymətləndirmə aparılması iş üzrə hüquqi nəticəni dəyişdirmək iqtidarında deyildir. Odur ki, birinci instansiya məhkəməsinin qərarı nəticə etibarilə qanuni və əsaslı olduğundan, səlahiyyətli orqan tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İXM-in: 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. 138.1. İnzibati xəta haqqında iş üzrə qərar, habelə şikayət və ya protest üzrə qəbul edilmiş qərar aşağıdakı hallarda qanuni qüvvəyə minir: 138.1.3. apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra. Odur ki, apellyasiya məhkəməsi qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 38, 53, 133-136-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Səlahiyyətli orqan - * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Rafiq Ədilov tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir. Hakim: Yaşar Həşimov
Məhkəmə qərarları › İş №3(3-9)-405/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-405/2026
03.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver