Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-406/2026 27.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Cinayət Kollegiyasının hakimi Əliyev Əli Abdulla oğlunun sədrliyi Zeynallı Aslan İsmayıl oğlunun katibliyi, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə, Cəlilabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Cəlilabad Rayon Polis Şöbəsindən daxil olmuş ## #### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, İmanova Cəmilə Xudaqulu qızı ## ##### 2026-cı il tarixdə, saat 18 radələrində qonşusu Zərərçəkmiş şəxs qarşı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirləndirilmişdir. Birinci instansiya məhkəməsi iş materiallarını araşdıraraq İmanova Cəmilə Xudaqulu qızının əməlində İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin mövcud olması qənaətinə gəlmiş, lakin zərərçəkmiş şəxslə barışıq əldə olunduğunu nəzərə alaraq həmin iş üzrə icraata İXM-in 53.1.9-cu maddəsi əsasında xitam vermiş və İmanova Cəmilə Xudaqulu qızını inzibati məsuliyyətdən azad etmişdir. Məhkəmənin sözügedən qərarından narazı qalan zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs şikayət verərək, Cəlilabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsini, İmanova Cəmilə Xudaqulu qızına inzibati həbs tənbehinin tətbiq edilməsini xahiş etmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: Aliyə Rzayevə şikayətini onunla əsaslandırmışdır ki, o, İmanova Cəmilə Xudaqulu qızı ilə barışmamış, birinci instansiya məhkəməsi isə bunu düzgün qiymətləndirməyərək icraata xitam vermişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs Aliyə Rzayevə şikayətini müdafiə etmiş və əsas dəlil kimi bildirmişdir ki, birinci instansiya məhkəməsində barışıqla bağlı dedikləri İmanova Cəmilə Xudaqulu qızına münasibətdə deyil, hakim haqqında TikTok sosial şəbəkəsində paylaşım etdiyinə görə məhz hakimə münasibətdə deyilmiş “keçirəm, bağışlayıram” məzmunlu sözlər olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Cəmilə İmanova məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İXM-in 133.2.4-cü maddəsinə əsasən, onun iştirakı olmadan inzibati işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR: İXM-in 128.1 və 133.2.8-ci maddələrinə əsasən “Barəsində qərar çıxarılmış şəxs, .... zərər çəkmiş şəxs, .... inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər”, “inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır”. Məhkəmə kollegiyası iş materiallarını, birinci instansiya məhkəməsinin qərarını və apellyasiya şikayətinin dəlillərini birlikdə qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Cəlilabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mübahisələndirilən qərardan görünür ki, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs birinci instansiya məhkəmə iclasında izahat vermiş, hadisə ilə bağlı əvvəlki şikayətinin məzmununu bildirməklə yanaşı, hazırda tərəflər arasında barışıq əldə olunduğunu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qarşı hər hansı şikayət və tələbinin qalmadığını göstərmiş, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Həmçinin qərarda zərərçəkmiş şəxsin bu məzmunda ərizə təqdim etdiyi də qeyd edilmişdir. Birinci instansiya məhkəməsi İmanova Cəmilə Xudaqulu qızının əməlində İXM-in 157ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin mövcudluğunu inkar etməmiş, əksinə, iş materiallarında olan protokol, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar və məhkəmə-tibbi ekspertiza rəyini qiymətləndirərək xətanın sübuta yetirildiyi nəticəsinə gəlmişdir. Bu baxımdan apellyasiya şikayətində hadisənin baş verməsi və xəsarətlərin mövcudluğu barədə göstərilənlər birinci instansiya qərarının əsaslandırıcı hissəsi ilə ziddiyyət təşkil etmir. Hazırkı iş üzrə mübahisənin həlledici hüquqi məsələsi xətanın olub-olmaması deyil, zərərçəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs arasında barışığın mövcud olubolmaması və bu halın İXM-in 39.1, 53.1.9 və 105.1-ci maddələri baxımından hüquqi nəticəsidir. İş materiallarından və birinci instansiya məhkəməsinin qərarından görünür ki, zərərçəkmiş şəxs məhkəmə baxışı zamanı barışığın əldə olunduğunu, İmanova Cəmilə Xudaqulu qızına qarşı hər hansı şikayət və tələbinin qalmadığını bildirmiş, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bundan əlavə, zərərçəkmiş şəxsin bu məzmunda yazılı ərizə təqdim etdiyi qərarda ayrıca göstərilmişdir. Həmin iradə ifadəsi birinci instansiya məhkəməsinin xitam qərarının faktiki əsası olmuşdur. Apellyasiya iclasında zərərçəkmiş şəxsin “mən Cəmilə İmanova ilə barışmamışam, dediklərim hakimə münasibətdə idi” məzmunlu izahatı birinci instansiya məhkəməsində verilmiş əvvəlki yazılı və şifahi iradə ifadəsini aradan qaldıran mötəbər əsas kimi qəbul edilə bilməz. Çünki birinci instansiya qərarında onun yalnız emosional bağışlama ifadəsi deyil, məhz barəsində inzibati icraat aparılan şəxsə qarşı şikayət və tələbinin olmaması, iş üzrə icraata xitam verilməsini xahiş etməsi qeyd edilmişdir. Zərərçəkmiş şəxsin sonradan həmin iradə ifadəsinə fərqli məna verməsi, birinci instansiya məhkəməsində təqdim edilmiş ərizənin və iclas izahatının zor, hədə-qorxu, aldatma və ya başqa qanunsuz təsir nəticəsində verildiyini təsdiq edən sübutlar təqdim edilmədiyi halda, İXM-in 53.1.9-cu maddəsi əsasında qəbul edilmiş xitam qərarının ləğvi üçün əsas yaratmır. İXM-in 39.1 və 53.1.9-cu maddələrinin məzmunundan görünür ki, 157-ci maddə üzrə işlərdə zərərçəkmiş şəxslə barışıq əldə edildikdə məhkəmənin icraata xitam verməsi hüququ deyil, qanunla müəyyən edilmiş prosessual vəzifəsidir. Belə halda iş üzrə inzibati tənbeh növünün seçilməsi mərhələsinə keçilmir və inzibati həbs tənbehinin tətbiqi barədə apellyasiya şikayətinin tələbi təmin edilə bilməz. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya şikayətində hadisənin ictimai təhlükəliliyi, zərərçəkmiş şəxsin əvvəlki şikayətinin məzmunu və ekspertiza rəyinə istinad edilməsi, barışıq əsasında icraata xitam verilməsi barədə qanunun imperativ tələbinin tətbiqini istisna etmir. Birinci instansiya məhkəməsi həmin sübutları nəzərə almış, lakin barışıq halı mövcud olduğundan İXM-in 53.1.9 və 105.1-ci maddələrini tətbiq etməklə düzgün nəticəyə gəlmişdir. İXM-in 39.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərərçəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. İXM-in 53.1.9-cu maddəsinə görə, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 157-ci maddəsində döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati məsuliyyət, İXM-in 134.1.1-ci maddəsində isə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması barədə qərar qəbul edilməsi nəzərdə tutulmuşdur. Beləliklə, Cəlilabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı işin faktiki hallarına və tətbiq edilməli olan maddi-prosessual hüquq normalarına uyğundur. Qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün İXM-də nəzərdə tutulmuş əsaslar müəyyən edilmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Cəlilabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-9)-406/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-406/2026
27.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver