Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-407/2026 03.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Ələskərov Sənan Adil oğlunun katibliyi, Azərbaycan Respublikası Qida X7-X2 nümayəndəsi nümayəndə2 və nümayəndə1 iştirakları ilə. Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 220.6-cı maddəsi ilə təqsirli bilinərək cərimə edilməsinə dair Lənkəran Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından Azərbaycan Respublikası Qida X7-X2 rəisi X1 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Qida X7-X2 rəisi X1 ##.##.2026-cı il tarixli MN ******* nömrəli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 220.6-cı maddəsi ilə təqsirli bilinərək 1500 manat cərimə edilmişdir. Qərardan şikayət verən orqan (şəxs) həmin qərardan şikayət verərək həmin qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraatın xitamı barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, Lənkəran şəhəri Vağzal küçəsi yaxınlığında fəaliyyətdə olan “Fitland" idman zalına ## ##### 2026-ci il tarixində 2 nəfər şəxs AQTA-nın əməkdaşı olduğunu bildirərək onun şəxsi mülkünə daxil olmuş və monitorinq keçirəcəklərin bildirmişlər. Azərbaycan Respublikasının hazırda qüvvədə olan qanunlarına əsasən sahibkarlıq sahəsində istənilən nəzarət tədbirinin, habelə monitorinq də daxil olmaqla xüsusi əmr (sərəncam, qərar və s.) əsasında keçirilməli və keçirilməzdən əvvəl bu rəsmi sənədlə sahibkar tanış edilməlidir. Qeyd olunanlara baxmayaraq AQTA-nın əməkdaşları heç bir monitorinqin keçrilməsinə dair hüquqi əsasla onu tanış etməmişlər. Baxış keçirilməsi üçün zalın dolablarına daxil olmuş, orada şəxsi istehlakı üçün 1 ədəd çəkisi 500 qr olan və 1 ədəd çəkisi 935 qr olan idman qidasını möhürləyərək akt tərtib etmişlər. O, monitorinq zamanıda əməkdaşlara idman qidalarının özünə məxsus olduğunu bildirsə də, bunu göz ardı etmişlər. Özü həmin qidaları qanuni yolla “Trendyol" online ticarət platformasından smart custom-da (gömrükdə) bəyən edərək özünün istifadəsi üçün sifariş etmişdir. Bunu təsdiqləyən bəyannamə və s. rəsmiləşmə sənədləri qoşma olaraqşikayətinə əlavə etmişdir. O, özünə məxsus olan “Gold Standart" adlı idman qidasının üzərindən 2-3 qaşıq şəxsi istifadəsinə sərf etmişdir. Satış məqsədi daşıyan və bu şəkildə rəsmiləşdirilən məhsul açıq satıla bilərmi? AQTA şəxsi istifadəsi üçün nəzərdə tutlan məhsulu möhürləməklə kifayətlənməyib ##.##.2026-ci il tarixdə plandankənar yoxlama təyin edərək idman zalına yenidən əməkdaşını göndərmişdir. Plandankənar yoxlamanın hüquqi əsası kimi “onun barəsində AQTA-ya daxil olmuş şikayət” göstərilmişdir. ##.##.2026-cı il tarixli, KY********* nömrəli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” alınmış çıxarışda da yoxlamanın əsası kimi, dövlət orqanına konkret faktlarla daxil olmuş vətəndaş müraciəti qeyd olunmuşdur. O, yoxlamanın keçirilməsinə heç bir sunni maneçelik etməmiş və əmakdaşların yoxlamalarının aparılması üçün şərait yaratmışdır. AQTA-nın əməkdaşları, ##.##.2026-ci il tarixidə keçirilən monitorinq zamanı plomladığı idman qidalarına 4gün sonra yoxlama təyin edərək protokol tərtib etmişlər. Yoxlama sadəcə möhürlənmiş idman qidaları üzərində alparılmışdır. O, yoxlama zamanıda yoxlayıcılara dəfələrlə bildirmişdir ki, o məhsullar “Trendyol”dan şəxsi istifadəsi üçün alınıb. Ona görə ki, özü də həmin idman zalında qida əlavəsindən istifadə etməklə fiziki olaraq məşq edir. Əgər idman qidasını satmaq məqsədi olsaydı, topdan mağazalardan hər çeşid qida məhsullarını alıb zalında qazanc əldə etmək üçün satardı. Lakin o, yalnız 2 ədəd öz istifadəsi üçün o qidaları xaricdən sifarişlə almışdır. Monitorinq olan gün onun məşq günü olduğu üçün o qidaları zala gətirərək məşq öncəsi hazırlayıb istifadə etmək üçün ora qoymuşdur. Yoxlama zamanı barəsində İXM-nin 220.6-ci maddəsinə əsasən ’’İdxal edilmiş məhsulların keyfiyyət aktı olmadan satış saxlanmasına, satışına və ya özgəninləşdirməsinə görə” protokol tərtib etmişlər. O, protokolla razı olmamış və onu imza etməkdən imtina etmişdir. İmtina aktı tərtib olunmasını tələb etsə də akt tərtib olunmamışdır. Onun fikirləri, istəkləri, tələbləri, xahişləri, izahatları göz ardı edilmişdir. ##.##.2026-ci il tarixdə AQTAnın rəsmi çağrışı ilə inzibati binaya dəvət və barəsində tərtib olunmuş protokola əsasən iclas təşkil olunmuşdur. İclasda bölmənin rəisinin 1-ci müavini nümayəndə2 iştirak etmişdir. O, barəsində qərar verən şöbə rəisi Xalid Ələkbərli ilə görüşmək istəsə də, onu onunla görüşdürməyiblər. Lakin sonradan tərtib olunmuş “İşə baxılma protokolu"nda yalan və təhrif olunmuş məlumatlar qeyd ediblər. Belə ki protokolda guya Xalid Ələkbərlinin işin mahiyyətini ona izah etdiyi, iclasa sədrlik edib, güya onun izahatları dinlənilib. Halbuki, o,Ələkbərli Xalidin iclas zamanı üzünü belə görməmişdir. Qoşmaya əlavə etdiyi “İnzibati xəta haqqında işə baxılmasına dair Protokol”da qeyd olunmuşdur ki, sədrlik edən Xalid Ələkbərli onun çıxışları dinləyib. Hər biri təhrif olunmuş məlumatlardır. Məhkəmənin buna şübhəsi varsa AQTA-nın binasının hər yeri kameradır. Sorğu göndərib təhrif olunmuş iclas barəsində dediklərinin həqiqət olduğunu aşkar edə bilər. Yoxlama zamanı zaldan şəxsi istehlakı üçün aldığı idman qidasını ondan güya sınaq üçün apardıqlarını bildirmişlər. “Məhsul nümunələrinin götrülməsi ilə bağlı yoxlayıcı orqanın çəkdiyi xərclərin sahibkar tərəfindən əvəzinin ödənməsi qaydaları və müddətlərinin təstiq edilməsi" haqqında Nazirlər Kabinetinin qərarının 2.1-ci maddəsinə əsasən yoxlama zamanı götürülən məhsul nümunələrinin dəyərinin ödənilməsi, onların saxlanılması, daşınması, tədqiqi, alınmış nəticələr barədə məlumat verilməsi xərcləri yoxlayıcı orqan tərəfindən ödənilir. AQTA-nın əməkdaşları Nazirlər Kabinetinin müvafiq qərarını göz ardı edərək ona götürdükləri məhsulun analiz cavabı barədə məlumatı və həmin məhsulun dəyərini ödəməmişlər. Ğzü idxalçı, makro sahibkar deyildir və ya topdan xarici ölkədən tonlara qida məhsulu gətirməmişdir. AQTA-nın onu İXM-nin 220.6-ci maddasinə əsasən vəzifəli şəxs qismində, 2 çeşid (ümumi çəkisi 1.5 kq olmayan ) şəxsi istifadəsi üçün saxladığı ağzı açıq məhsula görə 1500 manat cərimə etmişir. Onun hüquqları kobud şəkildə pozulmuşdur. 1.5 kq məhsula görə mikro sahibkara 1500 cərimə təyin etmək sahibkarı baltalamaqdır. Monitorinqin keçirilməsinə dair əmr, sərəncam yaxud qərarla o, niyə tanış edilməmişdir? ##.##.2026-ci il tarixdə monitorinqdə guya İnzibati Xəta halı aşkar edilib 4 gün sonra daxil olmuş müraciət əsasında keçrilən plandankənar yoxlamada ##.##.2026-ci il tarixli İnzibati Xəta haqqında protokol tərtib edilib. Araşdırılsın ki, inzibati icraaat zamanı prosesual qaydalar pozulubmu? İXM-nin 220.6-ci maddəsində “idxal olunmuş məhsulların keyfiyyət akti olmadan satış üçün saxlanılması, satışına görə” sanksiya nəzərdə tutulmuşdur. AQTA subut etsin ki, o,həmin 2 çeşid məhsulun satışını həyata keçirmişdir. Sübutu varsa hər hansı bir qəbzi, foto şəkili, video görüntünü təqdim, yaxud müştərini məhkəmə iclasına dəvət edilsin. AQTA-nın binasında iclas zamanı rəislə görüşmədiyi halda niyə rəsmi sənədlərdə təhrif olunmuş qeydlər aparılaraq həmin sənəd orqanın rəisi tərəfindən rəsmiləşdirilmişdir ? Hesab edir ki, iş üzrə mühüm əhəmiyyət kəsb edən faktiki hallar araşdırılmamış, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli hallar sübuta yetirilməmişdir. Bu səbəbdən də 04 MAY 2026ci il tarixli MN ******* saylı qərar ləğv olunmalıdır. Lənkəran Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ilə Qərardan şikayət verən orqan (şəxs)h şikayəti qismən təmin edilmiş, Azərbaycan Respublikası Qida X7-X2 rəisi X1 ##.##.2026-cı il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmişdir. Qərardan narazı qalan Azərbaycan Respublikası Qida X7-X2 rəisi X1 şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, aşağıda qeyd olunanlara əsasən, məhkəmə qərarının əsassız olması, maddi və prosessual normalarının pozulması, düzgün tətbiq edilməməsi, işin hallarının məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv araşdırılmaması sübuta yetirilir. Belə ki, məhkəmə sözügedən qərarda qeyd etmişdir ki, “şəxsin əməlində inzibati xəta tərkibinin olubolmadığını buna səlahiyyəti olan vəzifəli şəxs qiymət verir. Hazırki inzibati iş üzrə isə belə səlahiyyətli şəxs AQTA-nın Lənkəran-X2 rəisi X1r. İşdə olan ##.##.2026-cı il tarixli, MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərardan görünür ki, həmin qərar buna səlahiyyəti olan X1 tərəfindən izalanmışdır. Lakin həmin protokol İXM-nin 43.3, 84.1 və 84.2, 99.2 və 99.3-cü maddələrinin tələbləri kobud şəkildə pozulmaqla tərtib edilmişdir. Belə ki, həmin qərar bilavasitəlik prinsipi pozulmaqla qəbul olunmuş, qərarı qəbul etmiş X1 barəsində icraat aparılan Qərardan şikayət verən orqan (şəxs) şəxsən özü dinləməmiş, onun dəlillərini şəxsən qiymətləndirməli olduğu halda bunu etməmiş, onun müdafiə hüquqlarını pozaraq, onun gətirdiyi arqumentləri qiymətləndirmədən, yalnız müavininin məlumatları əsasında işi obyektiv və hərtərəfli, iş üzrə icraatı rədd edən halların olub-olmadığını araşdırmadan qərar qəbul etmişdir.” Sözügedən məhsullar saxlanc yerində deyil, birbaşa vitrində aşkar olunmuşlar. Bu faktı təsdiq edən foto və video görüntülər də iş materiallarına əlavə olunmuşdur. Hazırki işlə bağlı mübahisə predmeti olan qida məhsulları satış vitrinində aşkar edilmiş və üzərində və ya vitrinində məhsulun satış üçün nəzərdə tutulmadığı ilə bağlı hər hansı xəbərdaredici yazı və ya elan olmamışdır. Həmin malların sahibkar tərəfindən birbaşa ön vitrində nümayiş etdirilməsi artıq malların aşkar şəkildə satışının həyata keçirildiyini, birbaşa satış üçün nəzərdə tutulduğunu təsdiq edən ən mühüm faktdır. Göründüyü kimi, sözügedən mübahisə üzrə inzibati icraatı rədd edən heç bir hal mövcud deyildir. Bu da o deməkdir ki, malların müşaiyətedici sənəd kimi idxal sağlamlıq aktı olmadan qanunsuz şəkildə satışını həyata keçirən Qərardan şikayət verən orqan (şəxs) barəsində regional bölmə haqlı olaraq inzibati tənbeh tədbiri tətbiq etmişdir.Sahibkar regional bölməyə gəlmiş, ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı əldə etmişdir. İnzibati icraata başlanıldığı gündən tənbeh vermə qərarının qəbul olunduğu günədək şəxs bütün sənədlərlə tanış olmuş, bəzi sənədləri imzalamış, bəzilərini imzalamaqdan imtina etmişdir. Həmçinin Qərardan şikayət verən orqan (şəxs) inzibati icraatın gedişi ərzində öz hüququndan irəli gələrək izahat verməkdən imtina etmiş, təqsirsizliyini sübut edəcək heç bir arqument irəli sürməmiş, izahatını yalnız məhkəməyə vermişdir. Bu hal regional bölmənin inzibati icraatı düzgün aparmadığı, şəxsin müdafiə hüququnu pozduğu kimi tövsif oluna bilməz. Eyni zamanda regional bölmə tərəfindən sahibkarın hüquqlarını pozacaq hər hansı hərəkətdən söhbət gedə bilməz. Qeyd olunanlara əsasən, Lənkəran Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)- ***/**** nömrəli qərarını ləğv edib və ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının qüvvədə saxlanılması barədə yeni qərar qəbul etməyiniz xahiş olunur. Məhkəmə iclasında Azərbaycan Respublikası Qida X7-X2 nümayəndələri nümayəndə2 və nümayəndə1 şikayətin dəlillərini müdafiə edərək təmin edilməsini Lənkəran Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsini və ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının qüvvədə saxlanılması barədə yeni qərar qəbul xahiş etmişlər. Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş Qərardan şikayət verən orqan (şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. İşin hallarına əsasən məhkəmə onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. İnzibati Xətalar Məcəlləsinin 128.1. və 133.2.8-ci maddələrinə əsasən, “Barəsində qərar çıxarılmış şəxs, .... zərər çəkmiş şəxs, .... inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər”, “inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır”. İnzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Apellyasiya qaydasında verilən şikayətdə birinci instansiya məhkəməsi tərəfindən sübutlar və onların qiymətləndirilməsinə dair inzibati xəta qanunun tələblərinin pozulması, Qərardan şikayət verən orqan (şəxs) əməlində inzibati xəta tərkibi olduğu üçün məhkəmə həmin dəlillərlə bağlı aşağıdakıları qeyd edir. Şikayətin dəlilləri və işin faktiki hallarına əsasən hesab edirəm ki, birinci instansiya məhkəməsinin qənaəti düzgün olmamışdır. Belə ki, birinci instansiya məhkəməsinin qərarında qeyd olunmuşdur ki, həmin qərar bilavasitəlik prinsipi pozulmaqla qəbul olunmuş, qərarı qəbul etmiş X1 barəsində icraat aparılan Qərardan şikayət verən orqan (şəxs) şəxsən özü dinləməmiş, onun dəlillərini şəxsən qiymətləndirməli olduğu halda bunu etməmiş, onun madafiə hüquqlarını pozaraq, onun gətirdiyi arqumentləri qiymətləndirmədən, yalnız müavininin məlumatları əsasında işi obyektiv və hərtərəfli, iş üzrə icraatı rədd edən halların olub-olmadığını araşdırmadan qərar qəbul etmişdir. Halbuki, qeyd olunan çatışmazlıqlar məhkəmə tərəfindən aradan qaldırıla bilən hallardır. Belə vəziyyətdə qərarın ləğv edilməsi və yenidən inzibati xəta haqqında araşırma aparılması üçün əsas yoxdur. Apellyasiya baxışında Qərardan şikayət verən orqan (şəxs) məhkəmə iclasına gəlməmiş, məhkəmə onun qərardan vermiş olduğu şikayətinin dəlillərini işdə olan sübutlarla müqayisəli təhlil etmişdir. Müəyyən olunmuşdur ki, səlahiyyətli orqan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” Çıxarış əsasında plandankənar yoxlama aparılmışdır. Yoxlamanın nəticəsinə əsasən, Lənkəran şəhəri, Vağzal küçəsi yaxınlığında fəaliyyətdə olan “Fitland" idman zalında “Gold Standart" və “DNA Creatin” BFMQƏ aşkar olunmuşdur. Həmin qida əlavələrinin üzərində idxal sağlamlıq aktının və üzərində Azərbaycan dilində etiket məlumatları olmamışdır. Qərardan şikayət verən orqan (şəxs) iddia edir ki, həmin qida əlavələrini özü istifadə etmişdir, lakin işin halları onu göstərir ki, o, özünü müdafiə üçün həmin mövqeni tutmuş, aşkar olunmuş qida əlavələri məhs satış məqsədi ilə saxlanılmışdır. Məhkəmənin qənaətinə görə, qeyd olunanlar birinci instansiya məhkəməsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 135.1.2-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verildiyini göstərir. Beləliklə məhkəmə verilmiş şikayəti tam, obyektiv, hərtərəfli araşdıraraq, inzibati xəta haqqında qərarın qanuniliyini yoxlayaraq belə hüquqi nəticəyə gəlir ki, Azərbaycan Respublikası Qida X7-X2 rəisi X1 ##.##.2026-cı il tarixli MN ******* nömrəli qərarı hadisənin faktiki hallarına uyğundur, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmişdir, bu Məcəllə ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Azərbaycan Respublikası Qida X7-X2 rəisi X1 tərəfindən verilmiş şikayət təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ləğv olunsun. Azərbaycan Respublikası Qida X7-X2 rəisi X1 ##.##.2026-cı il tarixli MN ******* nömrəli qərarından barəsində inzibati xəta haqqında qərar çıxarılmış Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət təmin olunmasın. Azərbaycan Respublikası Qida X7-X2 rəisi X1 ##.##.2026-cı il tarixli MN ******* nömrəli qərarı qanuni hesab edilsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz. Hakim: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №3(3-9)-407/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-407/2026
03.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver