Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-408/2026 27.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Cinayət Kollegiyasının hakimi Əliyev Əli Abdulla oğlunun sədrliyi Zeynallı Aslan İsmayıl oğlunun katibliyi ilə Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş Qərardan şikayət verən orqan (şəxs) Sabirabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarla Qərardan şikayət verən orqan (şəxs) Bakı-Qazax yolunun 92.3-cü km-də, Qazax istiqamətində idarə etdiyi X1 markalı, **-ML-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yolda müəyyən edilmiş 90 km/saat sürət həddini 23 km/saat aşaraq 113 km/saat sürətlə hərəkət etdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 328.2-ci maddəsi ilə təqsirli bilinmiş, ona 50 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Qərardan şikayət verən orqan (şəxs) elektron qərardan şikayət verərək onun ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Sabirabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ilə şikayət təmin edilməmiş, ## #### 2026cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan verilmiş Qərardan şikayət verən orqan (şəxs) apellyasiya qaydasında şikayət verərək, birinci instansiya məhkəməsinin qərarının və inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsini xahiş etmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: Qərardan şikayət verən orqan (şəxs) şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə onun vəsatətlərini mahiyyəti üzrə araşdırmamış, təqdim edilmiş sübutları düzgün qiymətləndirməmiş, hadisə yerində sürət həddi barədə yol nişanının mövcudluğunu və qayda pozuntusunun onun nəqliyyat vasitəsinə aid olmasını obyektiv sübutlarla təsdiq etməmişdir. Şikayətçi həmçinin bildirmişdir ki, elektron qərarın əlavəsi olan görüntülərdən nəqliyyat vasitəsinin sürət həddini aşıb-aşmadığı aydın olmur, həmin görüntülərin konkret hadisəyə və ona məxsus nəqliyyat vasitəsinə aidiyyəti lazımi qaydada araşdırılmamışdır. O, bundan əvvəl Hacıqabul ərazisində stasionar postda qeydə alınmış başqa elektron qərar üzrə şikayətinin Baş Dövlət Yol Polisi İdarəsində təmin edilməsini də hazırkı şikayətinin əsası kimi göstərmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq şikayətçi Qərardan şikayət verən orqan (şəxs) və səlahiyyətli orqan Azərbaycan Respublikası DİN-in BDYPİ-in nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Qərardan şikayət verən orqan (şəxs) həmçinin məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş və vəsatətini müdafiə etdiyini bildirmişdir. Məhkəmə İXM-in 133.2.4-cü maddəsinə əsasən, onların iştirakı olmadan inzibati işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR: İXM-in 128.1 və 133.2.8-ci maddələrinə əsasən “Barəsində qərar çıxarılmış şəxs, .... zərər çəkmiş şəxs, .... inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər”, “inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır”. Məhkəmə iş materiallarını, birinci instansiya məhkəməsinin qərarını və apellyasiya şikayətinin dəlillərini birlikdə qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sabirabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan elektron qərar və onun əlavəsi olan fotomateriallardan görünür ki, X1 markalı, **-ML-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ## #### 2026-cı il tarixdə, saat 21:17-də Bakı-Qazax yolunun 92.3-cü km-də Qazax istiqamətində hərəkət edərkən həmin yolda müəyyən edilmiş 90 km/saat sürət həddini 23 km/saat aşaraq 113 km/saat sürətlə hərəkət etmişdir. Bu hal xüsusi texniki vasitə ilə qeydə alınmış və elektron qərarda əks etdirilmişdir. Şikayətçinin görüntülərdə yalnız dövlət qeydiyyat nişanının görünməsi və sürət həddinin aşılmasının sübut olunmaması barədə dəlili əsaslı hesab edilə bilməz. Xüsusi texniki vasitə ilə rəsmiləşdirilən elektron qərarlarda inzibati xəta hadisəsi yalnız fotoda görünən vizual təsvirlə deyil, həmin sistemin qeydə aldığı vaxt, yer, sürət həddi, faktiki sürət və dövlət qeydiyyat nişanı barədə məlumatların məcmusu ilə müəyyən edilir. Hazırkı işdə həmin məlumatlar bir-birini tamamlayır və inzibati xəta hadisəsinin şikayətçiyə aid nəqliyyat vasitəsi ilə törədildiyini təsdiq edir. Birinci instansiya məhkəməsi şikayətçinin dəlillərini araşdırmış, elektron qərarı, fotoşəkilləri və xüsusi texniki vasitənin göstəricilərini qiymətləndirmişdir. Qərarda həmçinin həmin ərazidə yolun hər iki hərəkət istiqamətində 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” nişanının quraşdırıldığı qeyd edilmişdir. Apellyasiya şikayətində bu nəticəni təkzib edən, həmin yerdə sürət həddi barədə nişanın mövcud olmadığını və ya xüsusi texniki vasitənin məlumatlarının səhv olduğunu təsdiq edən mötəbər sübut təqdim edilməmişdir. Şikayətçinin əvvəlki Hacıqabul işi üzrə başqa elektron qərarın ləğv edilməsi barədə istinadı da hazırkı qərarın ləğvi üçün əsas yarada bilməz. Həmin hal başqa tarixdə, başqa yerdə, başqa elektron qərar üzrə aparılmış icraata aiddir. Hər bir inzibati xəta haqqında iş konkret hadisə, konkret xüsusi texniki vasitə göstəricisi və həmin iş üzrə toplanmış sübutlar əsasında ayrıca qiymətləndirilməlidir. Ona görə başqa iş üzrə qəbul edilmiş qərar hazırkı işdə inzibati xəta hadisəsinin olmadığını sübut edən hal kimi qəbul edilə bilməz. Təqsirsizlik prezumpsiyası şəxsin öz təqsirsizliyini sübut etmək vəzifəsi daşımamasını ifadə edir. Lakin iş materiallarında xüsusi texniki vasitənin məlumatları, elektron qərar və fotomateriallar inzibati xəta hadisəsini təsdiq etdikdə, həmin sübutların mötəbərliyini şübhə altına alan konkret hallar göstərilməli və iş üzrə qiymətləndirilməlidir. Hazırkı işdə şikayətçinin ümumi ehtimal xarakterli mülahizələri elektron qərarın və xüsusi texniki vasitə göstəricilərinin sübut əhəmiyyətini aradan qaldırmır. İXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 8-ci maddəsində təqsirsizlik prezumpsiyası, 12.1-ci maddəsində inzibati xəta anlayışı, 76.1-ci maddəsində inzibati xəta haqqında iş üzrə sübutların dairəsi müəyyən edilmişdir. İXM-in 81-ci maddəsinə əsasən müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları xüsusi texniki vasitələr sayılır, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq mərkəzi informasiya sisteminə inteqrasiya olunur və onların göstəriciləri inzibati xəta haqqında qərarda qeyd edilir. İXM-in 328.2-ci maddəsinə görə, yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə 50 manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 134.1.1ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Beləliklə, Qərardan şikayət verən orqan (şəxs) əməlində İXM-in 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olması iş materialları ilə təsdiq edilir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin faktiki hallarına uyğundur, maddi və prosessual hüquq normalarının qərarın ləğvinə səbəb ola biləcək pozuntusu müəyyən edilmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsi Q Ə R A R A A L D İ: Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilməsin. Sabirabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-9)-408/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-408/2026
27.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver