Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-409/2026 27.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası – hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilməsinə dair Masallı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından səlahiyyətli orqan Masallı Rayon Polis Şöbəsinin DYPB-nin rəisi Asəf Mustafayev tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Masallı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ilə (hakim Qasımlı Fidan Lətif qızının sədrliyi ilə), Qərardan şikayət verən orqan (şəxs) şikayətinin təmin edilməsi, Qərarından şikayət verilən orqan DYPB-nin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilmişdir. İŞİN HALLARI: Qərarından şikayət verilən orqan DYPB-nin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş ## ##### 2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ## ##### 2026-cı il tarixdə saat 10:45 radələrində Masallı–Yardımlı avtomobil yolunda idarə etdiyi “Kia Ceed” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 400 (dörd yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Qərardan şikayət verən orqan (şəxs) şikayətlə məhkəməyə müraciət edərək Qərarından şikayət verilən orqan DYPB-nin vəzifəli şəxsinin qəbul etdiyi ##.##.2026-cı il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Qərardan şikayət verən orqan (şəxs) Qərarından şikayət verilən orqan DYPB-nin vəzifəli şəxsinin qəbul etdiyi ##.##.2026-cı il tarixli, TP-******* nömrəli qərar ilə İXM-in 333.1-ci maddəsi ilə təqsirli bilinərək 400 manat cərimə olunmuşdur. Polisin barəsində çıxardığı qərarla razı deyil, qərar qanunsuz və əsassızdır. Qərarın ləğv edilməsi barədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələbləri qaydasında şikayəti verməyi zəruri hesab etmişdir. Belə ki, ##.##.2026cı il tarixdə polis əməkdaşları ona Masallı-Yardımlı yolunda saxlama işərəsi verərək avtomobilini saxlatmışlar. Qanunlara tabe olan bir vətəndaş kimi avtomobilini sağa çəkərək saxlamışdır. Sənədlərinin qaydasında olduğunu gördükdən sonra YPX-nin əməkdaşları ona içkili olduğunu bildirmişlər. Onlara etiraz etmiş, içki qəbul etmədiyini, həkim müayinəsinə aparılmasını xahiş etmişdir. Sonuncu dəfə içkini ##.##.2026-cı il tarixdə Bakı şəhərində bir bakal pivə içdiyini bildirmişdir. Onu dərhal şöbəyə aparmışlar, alkotester aparatına məcburi qaydada üflətdirmişlər. Nəticəni ona göstərməyərək, narahat olmamasını, ərizə yazıb imza etməsini bildirmişlər. Orta təhsilli olduğundan nə demişlərsə, onu da yazmışdır. Yazdıqdan sonra həkim müayinəsinə də aparacaqlarını bildirmişlər. Hadisə necə baş vermişdirsə, onu da yazmış, lakin bilərəkdən onu həkim müayinəsinə aparmamışlar. Heç nə başa düşməmiş və ona 400 manat məbləğində cərimə olunması barədə protokol təqdim edilmişdir. ##.##.2026-cı il tarixdə protokolu yazdıqdan dərhal sonra avtomobili ona təhvil verilərək gedə biləcəyini bildirmişlər. O, yazılmış protokolu qəbul etmədiyindən öz avtomobili ilə dərhal Lənkəran Rayonlararası Narkoloji xəstəxanasına gedərək içkili olub-olmadığını müayinə etdirmişdir. Lənkəran rayonlararası Narkoloji xəstəxanasının ##.##.2026-cı il tarixli protokoluna əsasən onun içkili olmadığı sübuta yetirilmişdir Xəstəxanada onu bir neçə üsulla yoxlayaraq içkisiz olduğunu müəyyən etmişlər. Deyək ki polisin alkotesteri düzgün işləmiş, göstərici 0,03 promil olmuş və o, göstəricilərə əsasən içkilidir. İçkili olan halda protokolu yazdıqdan sonra nəyə görə ona avtomobilini təhvil vermişlər. Axı o, içkilidir, ağlı başında deyil, avtomoil idarə edə bilməz, özü və başqa şəxslər üçün təhlükədir. Polisin bu hərəkəti ziddiyyət təşkil edir. Bir tərəfdən içkilisən deyir, digər tərəfdən avtomobili verir ki, gedə bilərsən. Nə dərəcədə düzgündür? Qanuna əsasən polis onu saxladığı yerdə alkotesterlə yoxlamalıdır. Lakin onu qorxu içində polis şöbəsinə apararaq məcburi qaydada izahat yazdırmışlar. İçkili adam yazıda yaza bilməz, saxlanıldığı vaxtdan 3 gün əvvəl bir bakal pivə içdiyini bildirmişdir. Bundan başqa o, heç bir şeyi etiraf etməmişdir. Hesab edir ki, barəsində çıxarılmış qərar qanunsuzdur və ləğv edilməlidir. İşə baxan Masallı Rayon Məhkəməsi yuxarıda qeyd edilən nəticəyə gəlmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Səlahiyyətli orqan - Masallı Rayon Polis Şöbəsinin DYPB-nin rəisi Asəf Mustafayev apellyasiya şikayəti verərək, Masallı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini, Qərardan şikayət verən orqan (şəxs) şikayətinin təmin edilməməsini, Qərarından şikayət verilən orqan DYPB-nin ##.##.2026-cı il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə sübutları tam, obyektiv və hərtərəfli qiymətləndirməmiş, sübutların hüquqi qüvvəsini düzgün müəyyən etməmiş, nəticədə işin faktiki hallarına uyğun olmayan qərar qəbul etmişdir. İş materiallarından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) nəqliyyat vasitəsini idarə edərkən alkoqollu içkinin təsiri altında olmasına dair kifayət qədər əsaslar yarandığından YPX əməkdaşları tərəfindən saxlanılmış, xüsusi texniki vasitə ilə müayinə edilmiş və həmin müayinənin nəticəsinə əsasən onun alkoqol sərxoşluğu vəziyyətində olması müəyyən edilmişdir. Bu nəticə inzibati xəta haqqında protokol, alkotesterin nəticəsi, videogörüntülər və digər sənədlərlə təsdiq edilir. Məhkəmə isə həmin sübutları kifayət qədər hüquqi əsas göstərmədən etibarsız hesab etmişdir. Məhkəmə qərarında göstərmişdir ki, "Yol-patrul xidməti haqqında" Təlimatın 7.11-ci bəndinin tələbləri pozulduğundan inzibati qərar qanunsuz olmuşdur. Lakin məhkəmə nəzərə almamışdır ki, inzibati icraat zamanı baş vermiş ehtimal edilən prosedur pozuntusu öz-özlüyündə toplanmış sübutların yolverilməz hesab edilməsi üçün əsas deyildir. İnzibati məsuliyyət haqqında qanunvericilik hər bir prosessual pozuntunun deyil, yalnız şəxsin müdafiə hüququnu məhdudlaşdıran və işin nəticəsinə təsir göstərən pozuntuların hüquqi nəticə yaratmasını nəzərdə tutur. Hazırkı iş üzrə belə hal müəyyən edilməmişdir. Bundan başqa, məhkəmə videogörüntülərə subyektiv qiymət vermiş, sürücünün tibbi müayinədən imtinasını "çaşqınlıq nəticəsində edilmiş iradə" kimi qiymətləndirmişdir. Halbuki videogörüntülərdən görünür ki, sürücüyə həkim müayinəsindən keçmək istəyi bir neçə dəfə soruşulmuş və o, yekunda tibbi müayinədən keçmək istəmədiyini bildirmişdir. Məhkəmənin bu iradə ifadəsini hüquqi əhəmiyyət daşımayan hesab etməsi iş materialları ilə təsdiq olunmur. Birinci instansiya məhkəməsi həmçinin sürücünün sonradan şəxsi təşəbbüsü ilə Lənkəran şəhərində tibbi müayinədən keçməsini əsas sübut kimi qəbul etmişdir. Lakin məhkəmə nəzərə almamışdır ki, həmin tibbi müayinə nəqliyyat vasitəsinin idarə edilməsindən təxminən bir saat sonra aparılmışdır. Məlum olduğu kimi, alkoqolun orqanizmdə miqdarı zaman keçdikcə azalır. Bu səbəbdən hadisədən müəyyən müddət sonra aparılmış müayinə hadisə anındakı vəziyyəti tam əks etdirə bilməz. Odur ki, sonradan aparılmış tibbi müayinənin nəticəsi nəqliyyat vasitəsinin idarə edildiyi anda alkotesterlə müəyyən edilmiş nəticəni avtomatik təkzib etmir. Məhkəmə həmçinin həmin tibbi müayinənin metodikasını araşdırmadan ona üstün sübut qüvvəsi vermişdir. İş materiallarından görünür ki, tibbi müayinə zamanı laborator analizlərin aparılması müəyyən edilməmişdir. Bu baxımdan məhkəmənin həmin sənədi iş üzrə qəti və təkzibedilməz sübut kimi qəbul etməsi əsaslı hesab edilə bilməz. Məhkəmə avtomobilin sonradan sahibinə qaytarılmasını da onun sərxoş vəziyyətdə olmamasının sübutu kimi qiymətləndirmişdir. Bu nəticə hüquqi cəhətdən düzgün deyildir. Nəqliyyat vasitəsinin saxlanılması və ya sonradan qaytarılması inzibati icraat çərçivəsində həyata keçirilən prosessual hərəkətdir və həmin hal nəqliyyat vasitəsinin idarə edildiyi anda sürücünün sərxoş olub-olmamasını müəyyən edən sübut hesab edilə bilməz. Birinci instansiya məhkəməsi İXM-in 8.3-cü maddəsini tətbiq edərkən də düzgün hüquqi nəticəyə gəlməmişdir. İş üzrə mövcud olan alkotester nəticəsi, inzibati protokol, videogörüntülər və digər materiallar şəxsin inzibati xəta törətməsinə dair sübutların məcmusunu təşkil edir. Məhkəmə isə həmin sübutları kifayət qədər hüquqi əsas göstərmədən rədd etmiş, ehtimallara əsaslanaraq şübhə yaratmış və həmin şübhəni şəxsin xeyrinə həll etmişdir. Halbuki İXM-in 8.3-cü maddəsinin tətbiqi yalnız aradan qaldırılması mümkün olmayan real şübhələrin mövcud olduğu hallarda mümkündür. Hazırkı iş üzrə belə şübhələr mövcud deyildir. Əksinə, məhkəmə tərəfindən qəbul edilmiş nəticələr əsasən ehtimallara və subyektiv qiymətləndirmələrə əsaslanmışdır. Beləliklə, birinci instansiya məhkəməsi iş üzrə sübutları düzgün qiymətləndirməmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, nəticədə qanunsuz qərar qəbul etmişdir. Xüsusilə qeyd etməyi zəruri hesab edirik ki, Masallı rayon Məhkəməsindən kütləvi halda inzibati xəta haqqında elektron qərarların ləğvi barədə qərarlar qəbul edilir. Bu formal qərarlar kütləvi hal almış və analoji məhkəmə qərarları nəticəsində sürücülərin bilərəkdən, qəsdən inzibati məsuliyyətdən boyun qaçırılmasına şərait yaratmış olur. Qeyd olunan inzibati xətada da olduğu kimi sürücü bilərəkdən inzibati xətanı törətmiş, lakin sonradan müxtəlif əsaslar gətirərək inzibati məsuliyyətdən boyun qaçırmağa çalışmışdır. Bununla bağiı bildiririk ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 13cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini gabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 36-ci maddəsinin İ-ci hissəsinə əsasən Yol hərəkətinin iştirakçiları: 1) yol hərəkatı Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; inzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə məsuliyyət müəyyən edilmişdir. Göründüyü kimi Qərardan şikayət verən orqan (şəxs) törədilmiş inzibati xətaya görə birbaşa məsuliyyət daşıyır və yuxarıda göstərilən hallarla bağli, hər hansı şübhələr və inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar mövcud olmamışdir. İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığım, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hər tərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inami ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müayyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibat xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə inzibati xata haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. “Yol hərəkəti haqqında” AR Qanunun 36-cı maddəsinin İ bəndinə əsasən yol hərəkətinin iştirakçıları: yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; Göründüyü kimi Masallı Rayon Məhkəməsinin hakimi gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamış, gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış, müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halları sübuta yetirməmiş, inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq etməmiş nəticədə qanunsuz və əsassız qərar qəbul etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Apellyasiya instansiyası məhkəməsinin iclasında: Barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətinin təmin olunmamasını və Masallı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilmiş, səlahiyyətli orqanın nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmiş və nümayəndənin məhkəmə iclasında iştirakının təmin edilməməsi səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Apellyasiya məhkəməsi işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını əsaslı hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası İXM-in 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İnzibati xəta haqqında iş üzrə icraat materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini tədqiq edərək apellyasiya məhkəməsi hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin olunmamalı, Masallı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan qərarından görünür ki, məhkəmə təqdim olunmuş sübutlarla istinad olunan inzibati xəta hadisəsinin baş verdiyinin sübuta yetirilmədiyinə, eləcə də əməlində istinad olunan inzibati xəta tərkibi olmadığına görə Qərardan şikayət verən orqan (şəxs) barəsində İXM-in 333.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair yekun nəticəyə gəlmişdir. Aşağıda qeyd olunanlara görə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəsi qanuni və əsaslı sayılır. Belə ki, birinci instansiya məhkəməsinin iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) bildirmişdir ki, hadisə ##.##.2026-cı il tarixdə baş vermiş, həmin vaxt Masallı-Yardımlı yolu ilə hərəkətdə olarkən olmuş, həmin vaxt tanışları ilə birlikdə yas mərasiminə getmişlər. Onunla üzbəüz gələn YPX-nin avtomobili ona saxlama işarəsi vermiş, o, da bir az irəlidə idarə etdiyi avtomaşını kənara çəkib saxlamışdır. Özü avtomobildən düşərək YPX-nin əməkdaşına yaxınlaşmışdır. YPX-nin əməkdaşı ona xidməti avtomobilə əyləşməsini tələb etmiş, o da YPX-nin avtomobilinə əyləşmişdir. YPX əməkdaşları sənədlərini yoxladıqdan sonra qaydasında olduğunu görmüşlər. Həmin vaxt YPX-nin əməkdaşı içkili olub-olmadığını soruşduqda, içkili olmadığını bildirmişdir. YPX əməkdaşı ondan ümumiyyətlə spirtli içki qəbul edib-etmədiyini soruşduqda 3 gün əvvəl Bakı şəhərində olduğu müddətdə bir bakal pivə içdiyini bildirmiş, saxlanıldığı yerdə alkotester müayinəsindən keçirilmədən YPX-nin əməkdaşı adını sonradan bildiyi Nümayəndə xidməti avtomobili işə salaraq Qərarından şikayət verilən orqan istiqamətindən hərəkətə başlamışdır. YPX-nin əməkdaşına hara getdiklərini soruşduqda, cavabında ətrafda kənar şəxslərin olduğuna görə bir az irəli getdikdən sonra dayanacağını bildirmiş, buna baxmayaraq YPX-nin əməkdaşı Nümayəndə xidməti avtomobili saxlamayaraq birbaşa Qərarından şikayət verilən orqan-nin inzibati binasının həyətinə sürmüşdür. Özünə məxsus avtomobil də sonradan Qərarından şikayət verilən orqan-nin həyətinə gətirilərək duracağa yerləşdirilmişdir. YPX avtomobilindən düşdükdən sonra tanımadığı R əlində alkotester aparatı ilə ona yaxınlaşmışdır. Onlara yaxınlaşdıqdan sonra YPX-nin əməkdaşı həmin alkotester aparatına üfləməsini tələb etmişdir. Alkotesterə üfləsə də, nəticəni ona göstərməmiş, hansı miqdarda içkili olması ona izah edilməmişdir. YPX-nin əməkdaşı alkotesterdən çıxan kağızdaşıyıcını çıxarıb ona içkili olmasını bildirmiş, 3 gün əvvəl bir bakal pivə içsə də, yəqin ki, təsirinin qala biləcəyini düşünmüş, bu səbəbdən ona deyilən hansı sənədi yazıb-imzalamaq lazımdırsa, YPX əməkdaşlarının dedikəri kimi həmin sənədləri yazıb-imzalamışdır. Bundan sonra, alkotester aparatı ilə yaxınlaşmış həmin R avtomobilin açarlarını ona təqdim etmiş, eyni zamanda avotmobili də ona təhvil verilmişdir. İçkili olduğu halda avtomobilin ona hansı halda təhvil verilməsinin səbəbini isə indəyək anlamır. Ona görə ki, həmin vaxt ondan başqa avtomobildə 3 nəfər tanışı olmaqla, həmin şəxslərin də avtomobili idarə etmək üçün sürücülük hüququ olmuşdur. Əgər içkili idisə, onda həmin avtomobil özünün razılığı ilə tanışlarından birinə müvəqqəti sürmək üçün verilə bilərdi. Lakin avtomobil polis əməkdaşı tərəfindən ona təhvil verildikdən sonra özü idarə etdiyi avtomaşınla Qərarından şikayət verilən orqan-nin inzibati binasının həyətindən çıxmış, həmin vaxt tanışları ona həqiqətən də içkili olub-olmadığını müəyyən etmək üçün yenidən müayinədən keçmək məqsədi ilə Lənkəran Rayonlararası Narkoloji Xəstəxanasına gedib özünü yoxlatdırmasını təklif etmişlər. Tanışlarının təklifi ilə razılaşmış, birlikdə Lənkəran Rayonlararası Narkoloji Xəstəxanasına gedib öz təşəbbüsü ilə sərxoşluqla bağlı tibbi müayinədən keçirilməsini xahiş etmiş, həkim narkoloq tərəfindən qəbul edilərək ona yeni alkotester aparatı və həmin aparata üfləmək üçün nəzərdə tutulmuş sterilizə olunmuş başlıq selofandan çıxarılaraq təqdim edilmiş, müayinənin nəticəsində qanında alkoqolun miqdarı aşkarlanmamışdır. Bundan sonra həkim narkoloq tərəfindən verilən əlavə sualları cavablandırmış, sonda isə içkili olmadığı barədə ona həkim rəyi təqdim edilmişdir. Həmin rəy əsasında içkili olmadığı məlum olduğuna görə barəsində əsassız yerə tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərardan şikayət vermək qərarına gəlmiş, şikayətlə məhkəməyə müraciət etmişdir. Odur ki, şikayətinin əsaslı olmaqla təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqan - Qərarından şikayət verilən orqan DYPB YPX-nin baş inspektoru, R Nümayəndə göstərmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) ilə əvvəllər ədavət və düşmənçiliyi olmamışdır. ##.##.2026-cı il tarixdə saat 10:45 radələrində Masallı-Yardımlı yolunda xidmətdə olduqları vaxt “KİA CEED” minik markalı, ** BD *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü sonradan adını bildiyi Qərardan şikayət verən orqan (şəxs) avtomobili yüksək sürətlə idarə etdiyindən ona saxlama işarəsi vermişdir. Sürücü avtomobili saxladıqdan sonra xidməti avtomobildə olan digər YPX-nin əməkdaşı yaxınlaşaraq özünü təqdim etmiş, sənədləri tələb etmişdir. Həmin Qərardan şikayət verən orqan (şəxs) nəfəsindən kəskin spirtli içkinin qoxusu gəldiyindən xidməti avtomobilə yaxınlaşmasını təklif etmişlər. Qərardan şikayət verən orqan (şəxs) spirtli içki qəbul edibetməməsini soruşduqda, o bir bakal pivə içdiyini bildirmişdir. Həmin vaxt Qərardan şikayət verən orqan (şəxs) başqa orada digər şəxslər də olduğundan, onu xidməti avtomobillə Qərarından şikayət verilən orqan-yə aparmışdır. Eyni zamanda Qərardan şikayət verən orqan (şəxs) idarə etdiyi avtomobil də Qərarından şikayət verilən orqan-nin müvəqqəti duracağına yerləşdirilmişdir. Qərarından şikayət verilən orqan-nin həyətində Qərardan şikayət verən orqan (şəxs) alkotester aparatında müayinədən keçirilmiş, bütün hərəkətlər videoçəkilişlə həyata keçirilmişdir. Qərardan şikayət verən orqan (şəxs) alkotester aparatını üfürdükdən sonra onun həqiqətən də içkili olduğu müəyyən edilmişdir. Qərardan şikayət verən orqan (şəxs) hər hansı bir etirazının olub-olmadığı, alkotesterin nəticəsi ilə razı olmadığı təqdirdə əlavə həkim müayinəsindən keçirilməsi üçün müayinəyə aparılaması təklif edilmişdir. Qərardan şikayət verən orqan (şəxs) videoçəkilişdə, bir bakal pivə içdiyini etiraf etmiş, nəticə ilə razı olduğunu bildirmiş, əlavə həkim müayinəsinə və hal şahidinin iştirakına ehtiyac olmadığını qeyd edərək alkotesterin nəticəndə müvafiq qeyd apararaq imzalamışdır. Bundan sonra Qərardan şikayət verən orqan (şəxs) izahatı alınmış, o, izahatında da spirtli içki içdiyini etiraf etmiş, əlavə həkim müayinəsindən keçirilməsinə zərurətin olmadığını qeyd etmişdir. Bu səbəbdən Qərardan şikayət verən orqan (şəxs) barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin inzibati xəta haqqında protokol əsasında Qərarından şikayət verilən orqan DYPB-nin rəisinin tərtib etdiyi ##.##.2026-cı il tarixli inzibati tənbehvermə haqqında qərar əsasında İXM-nin 333.1-ci maddəsi ilə barəsində 400 manat inzibait cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Hesab edir ki, Qərardan şikayət verən orqan (şəxs) qarşı heç bir qanun pozuntusuna yol verilməmişdir. Hətta inzibati xəta haqqında protokol tərtib edilərkən dəfələrlə Qərardan şikayət verən orqan (şəxs) narazı olduğu halda təkrar həkim müayinəsindən keçirilməsi barədə dəfələrlə təklif edilsə də, Qərardan şikayət verən orqan (şəxs) əlavə həkim müayinəsinə zərurətin olmadığını bildirmiş, alkotesterin nəticəsi ilə razılaşmışdır. Bu barədə videogörüntülər CD diskə köçürülməklə məhkəməyə təqdim edilmişdir. Sürücü Qərardan şikayət verən orqan (şəxs) saxlanıldığı vaxt içkili olduğunu etiraf etdiyindən və müayinənin cavabına etiraz etmədiyindən onun yenidən həkim müayinəsindən keçirilməsinə zərurət yaranmamışdır. Birinci instansiya məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Qərarından şikayət verilən orqan DYPB YPX-nin baş inspektoru, R Nümayəndə əlavə olaraq izahatında göstərmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) sərxoş halda avtomobili idarə etməsi müəyyən edildiyindən o, sükandan kənarlaşdırılmış, avtomobil Qərarından şikayət verilən orqan-nin müvəqqəti duracağına yerləşdirilmiş, açarları isə növbətçi hissəyə təhvil verilmişdir. Qərardan şikayət verən orqan (şəxs) avtomobilin ona yenidən geri qaytarıldığını izahatında qeyd etsə də, bu inandırıcı deyildir. Avtomobilin şəxsən Qərardan şikayət verən orqan (şəxs) özünə geri qaytarılması barədə məlumatı yoxdur. Həm də bu mümkün olan hal deyildir. Ona görə ki, avtomobilin saxlanca qəbul aktında nəqliyyat vasitəsinin təhvil alınması bölməsini Qərardan şikayət verən orqan (şəxs) imzaladığı halda sərxoş olduğundan avtomobil yenidən ona təhvil verilə bilməzdi. Ola bilsin ki, Qərardan şikayət verən orqan (şəxs) işitrakı ilə onunla birlikdə olan tanışlarından sürücülük vəsiqəsi olan şəxsə avtomobilin duracaqdan götürülməsinə icazə verilmişdir. Qeyd olunanları nəzərə almaqla şikayətin rədd edilməsini xahiş etmişdir. İş materiallarında olan: Qərardan şikayət verən orqan (şəxs) YPX-nin əməkdaşı tərəfindən alkotester müayinəsindən keçirilməsinin görüntülərini əks etdirən CD diskə keçirilmiş baxış zamanı müəyyən olunmuşdur ki, Qərardan şikayət verən orqan (şəxs) Qərarından şikayət verilən orqan DYPB-nin YPX-nin baş inspektoru, R Nümayəndə tərəfindən Qərarından şikayət verilən orqan-nin inzibati binasının həyətində alkoltester müayinəsindən keçirildikdən sonra Qərardan şikayət verən orqan (şəxs) müayinənin nəticəsinin ona izah edilməsini, həmin nəticədə içkili olub-olmadığını soruşmuş, YPX-nin baş inspektoru, R Nümayəndə ötəri şəkildə Qərardan şikayət verən orqan (şəxs) yüngül dərəcə olduğunu bildirmiş, bundan sonra Qərardan şikayət verən orqan (şəxs) həmin nəticənin cəriməsi barədə YPX-nin əməkdaşı Nümayəndə soruşduqda, sonuncu cərimənin qeyd edilmədiyini, inzibati akt olduğunu sürücüyə bildirmişdir. Bundan sonra Qərardan şikayət verən orqan (şəxs) YPX-nin həmin əməkdaşının ona təkidlə dediyi şəkildə alkotesterin nəticə hissəsi ilə bağlı kağızdaşıyıcıda bir bakal pivə içməsi, həkim müayinəsinə və hal şahidlərinə ehtiyacın olmaması barədə qeydlər aparsa da, yenə də baş verənləri tam dəqiqliklə anlamamış, çaşbaş qalmışdır. Bundan sonra YPX-nin baş inspektoru, R Nümayəndə sürücü Qərardan şikayət verən orqan (şəxs) əlavə həkim müayinəsindən keçirilməsini təklif etmiş, Qərardan şikayət verən orqan (şəxs) ilkin olaraq həkim müayinəsindən keçmək istədiyini YPXnin əməkdaşı Nümayəndə bildirmiş, lakin YPX-nin əməkdaşı Nümayəndə bir neçə dəfə təkrar olaraq təkidlə Qərardan şikayət verən orqan (şəxs) həkim müayinəsinə getməsi və ya getməməsi barədə soruşduqda, sonuncu tərəddüd edərək müayinədən keçmək istəmədiyini YPX-nin əməkdaşına bildirmişdir. ##.##.2026-cı il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixdə saat 10:45 radələrində Masallı-Yardımlı yolunda “Kia Ceed” minik markalı, ** BD *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etməsi müəyyən edildiyindən barəsində YPX-nin inspektoru Nümayəndə tərəfindən barəsində İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta protokolu tərtib edilmişdir. Sərxoşluq vəziyyətinin yoxlanılmasına dair Alcolvisor “Jupiter- X” markalı alkotesterin nəticəsini əks etdirən kağız daşıyıcının əslindən görünür ki, həmin kağız daşıyıcıda qeyd edilən məlumatlar Alcovisor-Jupiter-x Seriya № ********, qeydiyyat №: 05125, tarix: aprel 16, 2026, vaxt 10:37:33, son kalibrləmə tarixi: oktyabr 13.2021, boş test 0,000%, xitam verildi. Müddət 1,088 saniyələr, həcm 0.3882 litr, subyektin adı Qərardan şikayət verən orqan (şəxs), avtomobilin nömrəsi ** BD ***, polis məmurunun adı Vüsal, nişan nömrəsi 1822, şöbə Qərarından şikayət verilən orqan qeyd edilmiş, kağız daşıyıcının aşağı hissəsində “1 bakal pivə içib maşın sürmüşəm, həkim müayinəsinə getmək istəmirəm, hal şahidləriə ehtiyac yoxdur, Qərardan şikayət verən orqan (şəxs)” qeydləri aparılmış, imzalanmışdır. Nəqiyyat vasitəsinin saxlanca qəbulu barədə ##.##.2026-cı il tarixli aktdan görünür ki, “Kia Ceed” minik markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobil duracağa qəbul edilərkən avtomaşında telefon, maqnitofon, alətlər, ehtiyat hissələri, pul, qızıl və digər zinət əşyaları aşkarlanmamış, akt Qərardan şikayət verən orqan (şəxs) tərəfindən imzalanmışdır. Eləcə də həmin akta əsasən Qərardan şikayət verən orqan (şəxs) tərəfindən nəqliyyat vasitəsi həmin gün - ##.##.2026-cı il tarixdə duracaqdan götürülmüş, Qərardan şikayət verən orqan (şəxs) maşını şəxsən təhvil almış, bu barədə imzalamışdır. İnzibati tənbehvermə haqqında ##.##.2026-cı il tarixli, TP seriyalı ******* nömrəli qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola əsasən İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 400 (dörd yüz) manat inzibati cərimə tənbeh tətbiqi tətbiq edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən məhkəməyə təqdim edilmiş sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan ##.##.2026-cı il tarixli, ****** nömrəli tibbi müayinə protokolundan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) şəxsi təşəbbüsü ilə Lənkəran Rayonlararası Narkoloji Xəstəxanasına müraciət etmiş, saat 12:10-da alkotester müayinəsindən keçirilmiş, müayinə nəticələri 0,000% promil qeyd edilmiş, şəxsdə alkoqol qəbulu əlamətləri aşkarlanmamışdır. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran Şəhər Narkoloji Xəstəxanasının ##.##.2026-cı il tarixli məktubundan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) öz təşəbbüsü ilə müraciət edərək saat 12:10 radələrində xəstəxananın tibb bacısı (qardaşı) Aytən Qurbanova tərəfindən müayinə olunmuş və onda alkoqol sərxoşluğunun əlamətləri müşahidə olunmamışdır. Sorğuya cavab olaraq izah edilmişdir ki, YPX-nin əməkdaşından fərqli olaraq tibb bacısı (qardaşı) sərxoşluq vəziyyətinin tibbi müayinəsi zamanı protokol tərtib edərkən rəyi təkcə alkotester cihazının göstəricisi əsasında tərtib etmir. Eyni zamanda müayinə olunan şəxsin davranışı, şüurunun vəziyyəti, nitq qabiliyyəti, hərəki sferası və vegetativ damar reaksiyası kimi parametrləri yoxladıqdan və alkotester cihazının göstəricisi ilə birlikdə qeyd etdikdən sonra yekunda rəyi protokol şəklində tərtib edir. Eyni zamanda məhkəmə tərəfindən sorğuda qoyulmuş suallar aşağıdakı qaydada cavablandırılmışdır.
1. Alkotester müayinəsinin cavabına əsasən müəyyən edilmiş 0.3882 litr alkoqolun həcmi faizlə promilin göstəricisidir. Alkotesterdə göstərilən dərəcə "litrlə deyil, promil ilə qeyd olunur.
2. 3 gün əvvəl qəbul edilmiş spirtli içkinin (bir bakal pivənin) ##.##.2026-cı il tarixdə saat 12:10-dək (təxminən 13-14 saat sonra) qanda miqdarı 0,000 faiz promil olmalıdır. Çünki qanda alkoqolun qatdığı hər saatda təqribən 0.1-0.2% promil azalır.
3. Qeyd etdiyiniz şəxsin saat 10:37-də 0.3882% promil göstəricisi ilə sərxoş vəziyyətində olması hesab edilirsə, müayinədən 1,5 saat sonra 0.1500-0.3000 promil azalma ilə təqribən 0.2382 - 0,0882% promil göstərici və “alkoqolun qəbulu faktı müəyyən edilmişdir, sərxoşluq əlaməti aşkara çıxarılmayıb” faktı olmalı idi. Amma qeyd etdiyiniz şəxsdə müayinə zamanı heç bir alkoqol qəbulu əlamətləri müşahidə olunmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran Şəhər Narkoloji Xəstəxanasında sərxoşluq hallarının təyini üçün istifadə olunan “AC FİT” markalı alkotester cihazı Azərbaycan Respublikasının Prezidenti Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində "Azərbaycan Metrologiya İnstitutu” PHŞ-nin ÖVY*******/** saylı şəhadətnaməsi ilə sertifikatlaşdırılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran Şəhər Narkoloji Xəstəxanasının tərəfindən sorğuya cavab olaraq məhkəməyə təqdim edilmiş sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinənin qeydiyyatı barədə jurnaldan çıxarışdan görünür ki, həmin jurnalın 1145-ci sırasında tarix ##.##.2026-cı il, saat 12:10, müraciət edən şəxsin adı, soyadı və ata adı Qərardan şikayət verən orqan (şəxs), təvəllüdlü ##.##.1988-ci il, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AA 3638071, müraciəti-şəxsi təşəbbüsü ilə, həkim narkoloq Qurbanova A., nəticə-ayıqdır, qeydiyyat nömrəsi 1145 və imza qeyd edilmişdir. Apellyasiya məhkəməsi iş materiallarını apellyasiya şikayərinin dəlilləri ilə qarşılıqlı şəkildə qiymətləndirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, İXM-in 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə inzibati məsuliyyət müəyyən edilmişdir. Həmin maddəyə edilmiş Qeydin 1-ci bəndində göstərilmişdir ki, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və ya daha artıq olmasını göstərdiyi halda şəxsin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə olduğu hesab edilir. Qeydin 2-ci bəndinə əsasən isə nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqoldan istifadə olunması nəticəsində yaranmış sərxoşluq vəziyyətinin müəyyən edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Göründüyü kimi, qanunverici yalnız xüsusi texniki vasitənin müəyyən göstərici qeydə almasını şəxsin avtomatik olaraq inzibati məsuliyyətə cəlb olunması üçün kifayət hesab etməmiş, eyni zamanda həmin nəticənin qanunvericiliklə müəyyən edilmiş prosessual qaydalara uyğun əldə edilməsini və rəsmiləşdirilməsini zəruri şərt kimi müəyyən etmişdir. Başqa sözlə, alkotester cihazının göstəricisi yalnız qanuni prosedura tam riayət olunmaqla əldə edildiyi, həmin nəticənin etibarlılığı şübhə doğurmadığı və digər sübutlarla birlikdə qiymətləndirildiyi hallarda hüquqi nəticə yarada bilər. Əks yanaşma inzibati icraatın qanunçuluq, obyektivlik və şəxsin hüquqlarının təmin olunması prinsiplərinə zidd olardı. Bu baxımdan məhkəmə hesab edir ki, İXM-in 333.1-ci maddəsi ayrıca tətbiq olunan norma deyil, həmin maddənin tətbiqi İXM-in sübutetmə, sübutların qiymətləndirilməsi və müdafiə hüququnun təmin edilməsini tənzimləyən digər normaları ilə qarşılıqlı əlaqədə həyata keçirilməlidir. Çünki inzibati məsuliyyət yalnız inzibati xəta hadisəsinin mövcudluğuna deyil, eyni zamanda həmin hadisənin qanunun tələb etdiyi sübutetmə standartı ilə təsdiq olunmasına əsaslana bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyət kəsb edən digər halları müəyyən etmək məqsədilə hakimin və ya səlahiyyətli orqanın əsaslana bildiyi hər cür faktiki məlumat inzibati xətalar haqqında işlər üzrə sübut hesab edilir. Həmin maddədə sübutların növləri sadalanmaqla yanaşı, qanunverici xüsusi olaraq müəyyən etmişdir ki, qanuna zidd qaydada əldə olunmuş sübutlardan istifadə edilməsinə yol verilmir. Bu normanın hüquqi mahiyyəti ondan ibarətdir ki, hər hansı faktiki məlumatın mövcudluğu onun avtomatik olaraq mötəbər sübut hesab edilməsinə əsas vermir. Sübut yalnız qanunvericiliyin müəyyən etdiyi qaydada əldə olunduğu, prosessual tələblərə riayət edildiyi, digər sübutlarla uyğunluq təşkil etdiyi və iş üzrə yaranmış şübhələri aradan qaldırmağa kifayət etdiyi halda hüquqi qüvvəyə malik ola bilər. Əks halda həmin sübutun mötəbərliyi şübhə altına düşür və belə sübut şəxsin inzibati məsuliyyətə cəlb olunmasının yeganə əsası kimi çıxış edə bilməz. Qanunvericinin bu yanaşması təsadüfi olmayıb, şəxsin konstitusion hüquqlarının, xüsusilə ədalətli araşdırma və müdafiə hüququnun təmin edilməsinə xidmət edir. Çünki inzibati məsuliyyət də hüquqi məsuliyyət növü olmaqla şəxsin hüquq və azadlıqlarına müdaxilə təşkil edir. Belə müdaxilə isə yalnız qanunla müəyyən olunmuş prosedura ciddi əməl edilməklə həyata keçirilə bilər. Məhz buna görə də qanunverici sübutun əldə edilmə üsuluna onun məzmunu qədər əhəmiyyət vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanan daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə görə isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunun bu müddəası sübutların sərbəst qiymətləndirilməsi prinsipini təsbit edir. Bu prinsipə əsasən məhkəmə hər hansı sübutu əvvəlcədən müəyyən edilmiş üstün qüvvəyə malik hesab edə bilməz. Hətta dövlət orqanı tərəfindən tərtib edilmiş sənəd və ya xüsusi texniki vasitənin göstəricisi belə digər sübutlardan təcrid olunmuş şəkildə qiymətləndirilə bilməz. Hakim hər bir sübutun əldə edilmə qaydasını, mənbəyini, etibarlılığını, digər sübutlarla uyğunluğunu və iş üzrə müəyyən edilmiş faktiki hallarla əlaqəsini ayrıca araşdırmalı, yalnız bundan sonra həmin sübutun hüquqi qüvvəsi barədə nəticəyə gəlməlidir. Bu səbəbdən də səlahiyyətli orqanın apellyasiya şikayətində alkotester nəticəsinin mövcudluğunu şəxsin təqsirinin tam sübutu kimi təqdim etməsi İXM-in 84-cü maddəsinin tələbləri ilə uzlaşmır. Çünki qanun heç bir sübuta əvvəlcədən müəyyən edilmiş üstün hüquqi qüvvə verməmişdir. Əksinə, alkotester nəticəsi də digər sübutlar kimi məhkəmə tərəfindən sərbəst qiymətləndirilməli, onun mötəbərliyi və etibarlılığı iş üzrə mövcud olan bütün materiallarla birlikdə yoxlanılmalıdır. İş materiallarından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) nəqliyyat vasitəsini idarə etdiyi zaman yol polisi əməkdaşları tərəfindən saxlanılmış, xüsusi texniki vasitə ilə yoxlanılmış və sonradan onun barəsində İXM-in 333.1-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilmişdir. Lakin birinci instansiya məhkəməsi iş materiallarını araşdırarkən müəyyən etmişdir ki, inzibati icraat zamanı qanunvericiliyin müəyyən etdiyi prosessual tələblərə tam əməl olunmamış, toplanmış sübutların mötəbərliyi barədə əsaslı şübhələr yaranmışdır. Apellyasiya şikayətində əsas arqument kimi göstərilmişdir ki, birinci instansiya məhkəməsi "Yol-patrul xidməti haqqında" Təlimatın 7.11-ci bəndinin pozulmasına həddindən artıq hüquqi əhəmiyyət vermiş, halbuki həmin pozuntu formal xarakter daşıyır və inzibati qərarın etibarsızlığına səbəb ola bilməz. Apellyasiya məhkəməsi bu dəlillə razılaşmır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 96.2-ci maddəsində açıq şəkildə göstərilmişdir ki, nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda onun vəziyyəti əvvəlcə xüsusi texniki vasitə ilə yoxlanılır. Şəxs həmin yoxlamanın nəticəsi ilə razılaşmadıqda və ya yoxlamadan imtina etdikdə onun tibbi müayinədən keçirilməsi təmin edilməlidir. Bu norma imperativ xarakter daşıyır və səlahiyyətli orqana seçim imkanı vermir. Qanunverici "göndərilə bilər" deyil, məhz "tibbi müayinəyə aparılır" ifadəsindən istifadə etməklə bu prosessual hərəkətin məcburi xarakter daşıdığını göstərmişdir. Eyni hüquqi tənzimləmə "Yol-patrul xidməti haqqında" Təlimatın 7.11-ci bəndində də öz əksini tapmışdır. Həmin bənddə xüsusi texniki vasitənin nəticəsi ilə razılaşmayan sürücünün tibbi müayinədən keçirilməsinin təmin olunması, bununla bağlı müvafiq prosessual sənədlərin tərtib edilməsi və qanunvericiliyin müəyyən etdiyi prosedurun tam yerinə yetirilməsi vəzifə kimi müəyyən edilmişdir. Bu normaların məqsədi sadəcə sənəd dövriyyəsini təmin etmək deyil. Onların əsas məqsədi xüsusi texniki vasitənin göstəricisinin düzgünlüyünü müstəqil tibbi müayinə ilə yoxlamaq, mümkün texniki və ya insan amilindən irəli gələn səhvləri aradan qaldırmaq və nəticədə şəxsin inzibati məsuliyyətə yalnız tam, obyektiv və mötəbər sübutlar əsasında cəlb edilməsini təmin etməkdir. Buna görə də bu prosedurun pozulması formal nöqsan kimi deyil, sübutetmə prosesinə birbaşa təsir göstərən mühüm prosessual pozuntu kimi qiymətləndirilməlidir. Apellyasiya şikayətində göstərilən növbəti dəlil ondan ibarətdir ki, birinci instansiya məhkəməsi videogörüntüləri düzgün qiymətləndirməmiş, sürücünün tibbi müayinədən keçmək istəməməsi barədə iradəsini əsassız olaraq "çaşqınlıq nəticəsində ifadə edilmiş iradə" kimi qiymətləndirmiş, nəticədə videogörüntülərin sübut əhəmiyyətini lazımi səviyyədə nəzərə almamışdır. Apellyasiya məhkəməsi hesab edir ki, bu dəlil də iş materialları və tətbiq edilməli hüquq normaları ilə təsdiq olunmur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinin tələbinə görə məhkəmə hər hansı bir sübutu ayrıca deyil, iş üzrə mövcud olan bütün sübutların məcmusu ilə birlikdə qiymətləndirməlidir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş hüquqi qüvvəsi olmadığından videogörüntülər də digər sübutlardan təcrid olunmuş qaydada şəxsin təqsirini birmənalı təsdiq edən sübut hesab edilə bilməz. Videogörüntülərin hüquqi əhəmiyyəti onların iş üzrə mövcud olan digər sübutlarla uzlaşması, prosessual sənədlərdə əks olunan məlumatları təsdiq etməsi və iş üzrə yaranmış bütün şübhələri aradan qaldırması ilə müəyyən edilir. Əgər videogörüntülərlə digər sübutlar arasında ziddiyyət mövcuddursa və ya videogörüntülər həmin ziddiyyətləri aradan qaldırmağa kifayət etmirsə, belə halda məhkəmə həmin sübutlara tənqidi yanaşmalı və onları digər sübutlarla birlikdə qiymətləndirməlidir. Hazırkı iş üzrə də birinci instansiya məhkəməsi videogörüntüləri ayrıca deyil, inzibati iş materialları, səlahiyyətli orqan tərəfindən tərtib edilmiş sənədlər, sonradan aparılmış tibbi müayinə və digər sübutlarla birlikdə araşdırmışdır. Məhkəmənin gəldiyi nəticə də məhz bütün sübutların məcmusunun qiymətləndirilməsinə əsaslanmışdır. Apellyasiya şikayətində göstərildiyi kimi, videogörüntüdə sürücüyə tibbi müayinədən keçmək istəyi bir neçə dəfə soruşulmuş və onun tibbi müayinədən keçmək istəmədiyini bildirdiyi qeyd edilmişdir. Lakin həmin halın özü belə avtomatik olaraq onun xüsusi texniki vasitənin nəticəsi ilə razılaşmasını və ya müdafiə hüququndan könüllü şəkildə imtina etməsini təsdiq etmir. Şəxsin hüquqlarından imtinası yalnız o halda hüquqi nəticə yarada bilər ki, həmin imtina sərbəst iradə əsasında, heç bir təsir olmadan, tam aydın və birmənalı şəkildə ifadə olunsun. İnzibati icraat zamanı xüsusilə sürücünün saxlanıldığı, psixoloji gərginlik keçirdiyi və inzibati məsuliyyətə cəlb edilmə ehtimalı ilə üzləşdiyi şəraitdə onun ayrı-ayrı ifadələrinin formal qaydada qiymətləndirilməsi yolverilməzdir. Belə hallarda səlahiyyətli orqanın vəzifəsi şəxsin dediyi bir cümləni əsas götürmək deyil, qanunun tələb etdiyi bütün prosessual təminatları tam həcmdə həyata keçirməkdir. Başqa sözlə, sürücünün hər hansı ifadəsi səlahiyyətli orqanı İXM-in 96-cı maddəsi ilə müəyyən edilmiş vəzifələrin icrasından azad etmir. Əgər iş üzrə hər hansı şübhə və ya mübahisə mövcuddursa, həmin şübhələrin aradan qaldırılması səlahiyyətli orqanın üzərinə düşən vəzifədir. Bu baxımdan birinci instansiya məhkəməsi videogörüntülərə verdiyi hüquqi qiymətləndirmədə İXM-in 84-cü maddəsinin tələblərinə tam uyğun hərəkət etmişdir. Apellyasiya şikayətinin müəllifi şikayətində həmçinin göstərmişdir ki, birinci instansiya məhkəməsi Qərardan şikayət verən orqan (şəxs) sonradan şəxsi təşəbbüsü ilə tibbi müayinədən keçməsinə əsassız olaraq üstün sübut qüvvəsi vermiş, halbuki həmin müayinə hadisədən müəyyən müddət sonra aparıldığından hadisə anındakı vəziyyəti əks etdirə bilməz. Apellyasiya məhkəməsi hesab edir ki, bu arqument də hüquqi cəhətdən əsaslı deyildir. Əvvəla, birinci instansiya məhkəməsinin qərarından görünür ki, həmin tibbi müayinə nəticəsi yeganə və həlledici sübut kimi qəbul edilməmişdir. Məhkəmə həmin sənədi iş üzrə mövcud olan digər sübutlarla birlikdə qiymətləndirmiş, onu səlahiyyətli orqan tərəfindən təqdim olunmuş materiallarla müqayisə etmiş və yalnız bundan sonra yekun hüquqi nəticəyə gəlmişdir. İkincisi, səlahiyyətli orqanın özü tərəfindən qanunvericiliyin müəyyən etdiyi prosessual mexanizm tam icra edilmədiyi halda sonradan aparılmış tibbi müayinənin hüquqi əhəmiyyətinin tamamilə inkar olunması mümkün deyildir. Əgər ilkin mərhələdə qanunun tələb etdiyi qaydada tibbi müayinənin keçirilməsi təmin edilməmişdirsə, şəxsin sonradan öz təşəbbüsü ilə tibbi müəssisəyə müraciət etməsi onun müdafiə hüququndan istifadə etməsinin təzahürü kimi qiymətləndirilməlidir. Şübhəsiz ki, müəyyən vaxt keçdikdən sonra aparılmış tibbi müayinə hadisə anını tam dəqiqliklə əks etdirməyə bilər. Lakin bu hal həmin sənədi avtomatik olaraq hüquqi qüvvədən salmır. Əksinə, həmin sənəd də digər sübutlar kimi məhkəmə tərəfindən qiymətləndirilməli və onun sübut əhəmiyyəti iş üzrə mövcud olan bütün materiallarla birlikdə müəyyən edilməlidir. Birinci instansiya məhkəməsi də məhz belə etmişdir. Apellyasiya şikayətində həmçinin göstərilmişdir ki, avtomobilin sonradan sahibinə qaytarılması onun sərxoş vəziyyətdə olmamasını sübut etmir. Apellyasiya məhkəməsi bu arqumentlə prinsip etibarilə razılaşsa da hesab edir ki, həmin hal birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsas vermir. Belə ki, avtomobilin sonradan sahibinə qaytarılması həqiqətən də özlüyündə şəxsin sərxoş olub-olmamasını müəyyən edən müstəqil sübut hesab edilə bilməz. Lakin birinci instansiya məhkəməsi də həmin halı şəxsin təqsirsizliyinin yeganə sübutu kimi qəbul etməmişdir. Məhkəmə bu faktı yalnız iş üzrə mövcud olan digər sübutlarla birlikdə qiymətləndirmiş və inzibati icraat zamanı yol verilmiş prosessual nöqsanlar fonunda həmin halı əlavə qiymətləndirmə meyarlarından biri kimi nəzərə almışdır. Buna görə də apellyasiya şikayətində bu məsələyə istinad edilməsi məhkəmənin hüquqi nəticəsinin yanlış olduğunu göstərmir. Səlahiyyətli orqan apellyasiya şikayətində həmçinin bildirmişdir ki, məhkəmə İXM-in 8.3-cü maddəsini düzgün tətbiq etməmiş, iş üzrə aradan qaldırılması mümkün olmayan şübhələr mövcud olmadığı halda şübhələri əsassız olaraq şəxsin xeyrinə həll etmişdir. Apellyasiya məhkəməsi bu dəlili də qəbul etmir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetirilmədikdə təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsində isə imperativ qaydada müəyyən edilmişdir ki, şəxsin təqsirli olması barədə aradan qaldırılması mümkün olmayan bütün şübhələr onun xeyrinə həll edilir. Bu norma inzibati icraatın fundamental prinsiplərindən biri olan təqsirsizlik prezumpsiyasının qanunvericilikdə ifadəsidir. Həmin prinsipə əsasən sübutetmə yükü tam şəkildə inzibati icraata başlamış səlahiyyətli orqanın üzərinə düşür. Şəxs isə öz təqsirsizliyini sübut etməyə borclu deyil. Əgər təqdim olunmuş sübutlar iş üzrə bütün şübhələri aradan qaldırmağa kifayət etmirsə və ya həmin sübutların etibarlılığı barədə əsaslı şübhələr yaranırsa, bu şübhələrin nəticələri şəxsin üzərinə deyil, məhz sübutetmə vəzifəsini daşıyan səlahiyyətli orqanın üzərinə düşməlidir. Hazırkı işdə birinci instansiya məhkəməsi məhz bu hüquqi prinsipdən çıxış etmişdir. Məhkəmə müəyyən etmişdir ki, inzibati icraat zamanı prosessual tələblərə tam əməl olunmaması, sübutların əldə edilməsində və rəsmiləşdirilməsində yol verilmiş nöqsanlar, eləcə də iş materiallarında mövcud olan ziddiyyətlər şəxsin təqsirinin hər hansı şübhədən kənar sübuta yetirildiyini deməyə imkan vermir. Belə olan halda İXM-in 8.3-cü maddəsinin tətbiqi tam qanuni olmuşdur. Apellyasiya şikayətində göstərilən digər arqumentlər də əsasən birinci instansiya məhkəməsinin sübutlara verdiyi qiymətləndirmə ilə razılaşmamaqdan ibarətdir. Halbuki apellyasiya instansiyası məhkəməsi hesab edir ki, həmin arqumentlər yeni hüquqi və ya faktiki hallar müəyyən etmir, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni təkzib edən mötəbər sübutlarla təsdiq olunmur və yalnız səlahiyyətli orqanın hüquqi mövqeyinin təkrar ifadəsindən ibarətdir. Nəticə etibarilə apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə sübutları İXM-in 76 və 84-cü maddələrinin tələblərinə uyğun olaraq tam, hərtərəfli və obyektiv araşdırmış, tətbiq edilməli maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə mövcud olan aradan qaldırılması mümkün olmayan şübhələri İXM-in 8.3-cü maddəsinin tələbinə uyğun olaraq şikayətçinin xeyrinə həll etmişdir. Səlahiyyətli orqanın apellyasiya şikayətində göstərilən dəlillər isə birinci instansiya məhkəməsinin qərarının qanunsuz və ya əsassız olmasını təsdiq etmədiyindən həmin qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün qanunla nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası İXM-in: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1, 8.2 və 8.3-cü maddələrinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 53.2. Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək apellyasiya məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsinin Qərardan şikayət verən orqan (şəxs) barəsində İXM-in 333.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qənaəti İXM-in tələblərinə uyğun olmuşdur və apelyasiya şikayətinin dəlilləri hüquqi əsası olmayan mülahizə xarakterli dəlillər olmaqla Masallı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarının ləğv olunması və yaxud dəyişdirilməsi üçün qanuni əsas kimi qəbul oluna bilməz, ona görə də şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. İXM-in 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda şikayətin və ya protestin təmin edilməməsi haqqında qərar qəbul edilə bilər. Odur ki, apellyasiya məhkəməsi qeyd olunanlara əsaslanaraq və İXM-in 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq,
QƏRARA ALDI:
Səlahiyyətli orqan – Masallı Rayon Polis Şöbəsinin DYPB-nin rəisi Asəf Mustafayev tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmasın. Masallı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı həmin apelyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və ya protest verilə bilməz.
Hakim: Yaşar Həşimov