Məhkəmə qərarları › İş №3(3-9)-412/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-412/2026

27.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-412/2026 27.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Ələskərov Sənan Adil oğlunun katibliyi ilə. Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sisteminin ## ###### 2025-ci il tarixli, EQ/ seriyalı, ******** nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarının ləğv edilməsi barədə şikayəyinin təmin olunmaması haqqında Biləsuvar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin Mərkəzi İnformasiya Sisteminin ## ###### 2025-ci il tarixli, EQ/ seriyalı, ******** nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən ## ###### 2025-ci il tarixli, EQ/ seriyalı, ******** nömrəli elektron qərarla onun Azərbaycan Respublikasınnın İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsi ilə təqsirli bilinərək 400 manat məbləğində inzibati cərimə olunması qanunsuz və əsassızdır. Belə ki, şikayətçi hesab etmişdir ki, Azərbaycan Respublikasının İXM-in 122.1-ci maddəsində xüsusi texniki vasitələrin köməyi ilə avtomatik rejimdə aşkar edilə bilən inzibati xətaların məhdud və qapalı siyahısı müəyyən edildiyi halda, barəsində tətbiq edilmiş İXM-in 332.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta həmin siyahıya daxil edilməmişdir. Buna görə də, yalnız xüsusi texniki vasitələrdən əldə edilmiş məlumatlar əsasında həmin maddə ilə elektron qərarın qəbul edilməsi qanunvericiliyin tələblərinə zidd olmuşdur. Biləsuvar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilməmişdir. Qərardan narazı qalan Qərardan şikayət verən orqan (şəxs) Şirvan Apellyasiya Məhkəməsinə şikayət vermişdir. Şikayətin dəlillərində qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsinin sözügedən qərarı maddi və prosessual hüquq normalarının kobud, total pozuntusu və hüquqi təhriflərlə qəbul edilmişdir. Belə ki, işə baxan hakim DYP- nin aşkar texniki və hüquqi xətasını əsassız olaraq örtbasdır etmək məqsədilə qüvvədə olan qanunvericilikdə və hüquq doktrinasında mövcud olmayan, tamamilə subyektiv təfəkkürə əsaslanan "tətikləyici xəta" bəhanəsini (məntiqini) uydurmuşdur. Məhkəmə əssassız olaraq şikayətini təmin etməmişdir. Belə ki, məhkəmənin qərarı İXM-in 57.1-ci maddəsinə uyğun çatdırılmayıb. Məlumatlandırılmayan şəxsin 4 gün ərizndə 11 dəfə eyni maddə ilə cərimələnməsi onun hərəkətlərində “təqsirin” olmadığını sübut edir. Hakim bu iş üzrə qərar verərkən özünün əvvəlki müəyyən etdiyi “məlumatlandırılmama” faktını və təqsirsizlik prinsipini tamamilə gözardı etmişdir. Qeyd olunanlara əsasən Biləsuvar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarının ləğv edilməsi, şikayətinin təmin edilməsi və barəsindəki EQ seriyalı ******** nömrəli qərar üzrə icraata xitam verilməsixahiş olunur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) və DİN Baş Dövlət Yol Polisi İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişlər, məhkəmə işin hallarına əsasən onların iştirakları olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. İnzibati Xətalar Məcəlləsinin 128.1 və 133.2.8-ci maddələrinə əsasən “Barəsində qərar çıxarılmış şəxs, .... zərər çəkmiş şəxs, .... inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər”, “inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır”. Şikayət müəllifi şikayətində hakimin gəldiyi nəticənin işin faktiki hallarına uyğun olmamasını iddia edərək, tələbini İnzibati Xətalar Məcəlləsinin 135.1.2-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Həmin Məcəllənin 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. İnzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən ## ###### 2025-ci il tarixli, EQ/ seriyalı, ******** nömrəli elektron qərarla şikayətçi idarə etdiyi “VAZ 21074” markalı, ** BG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Biləsuvar rayonu, Zirvə otelin yaxınlığı, Cəlilabad istiqamətində yol hərəkəti qaydalarını pozaraq müəyyən edilmiş hərəkət sürətini 25 km/saat aşdığına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 400 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. İş materiallarında olan fotomaterialdan və xüsusi texniki vasitə tərəfindən qeydə alınmış məlumatdan görünür ki, inzibati xəta *X****B*** nömrəli kamera vasitəsilə ##.##.2025-ci il tarixdə saat 23:12:52-də Biləsuvar rayonu, Zirvə otelin yaxınlığı, Cəlilabad istiqamətində qeydə alınmışdır. Məlumatlarda xətanın növünün İXM-in 328.2-ci maddəsində nəzərdə tutulmuş sürət həddinin aşılması olduğu göstərilmişdir. Həmin materiallarda ** BG *** dövlət qeydiyyat nişanlı, VAZ 21074 markalı nəqliyyat vasitəsinin görüntüsü əks olunmuş, nəqliyyat vasitəsinin müəyyən edilmiş 40 km/saat sürət həddini 25 km/saat aşaraq 65 km/saat sürətlə hərəkət etdiyi qeydə alınmışdır. DİN BDYPİ-nin səlahiyyətli şəxsi tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2025- ci il tarixdə saat 23:12-də Biləsuvar rayonu, Zirvə otelin yaxınlığı, Cəlilabad istiqamətində VAZ 21074 markalı, ** BG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolda müəyyən edilmiş hərəkət surətini 21-40 km/sat həddində aşmağa görə, nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə Azərbaycan Respublikasının İXM-nin 328.2-ci və 332.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir və onun barəsində 400 manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə-əlli manat məbləğində cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsinə əsasən, Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görədörd yüz manat məbləğində cərimə edilir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 327.1-1, 327.1-2, 327.2 - 327.6, 327.8, 327- 1.1, 327-1.3, 328.2, 328.3, 328.4, 331, 333.1, 333-1.1, 342.7, 343.1, 343-1.1 və 346.2–346.9-cu maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı ay müddətinə məhdudlaşdırılır. Həmin Məcəlləninn 327-ci maddəsinin qeyd hissəsinin 6-cı bəndinə əsasən inzibati xətanın törədilməsinə görə təyin edilmiş bal inzibati tənbeh tətbiq etmə haqqında qərar qüvvəyə mindiyi vaxtdan 1 (bir) il müddətində qüvvədə olur. İXM-nin 76.1-ci maddəsində qeyd olunmuşdur ki, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə baxılmanın xüsusiyyətlərini tənzimləyən İnzibati Xətalar Məcəlləsinin 16-cı fəslində inzibati xəta hadisəsinin aşkar edilməsinin 2 (iki) üsulu təsbit olunmuşdur: 1.Foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilən inzibati xəta hadisəsi; 2.Səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilən inzibati xəta hadisəsi. İşin faktiki hallarına əsasən məlumdur ki, mübahisəli inzibati xəta haqqında qərar xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilən inzibati xəta hadisəsi əlaqədardır. İXM-in qeyd olunan maddələrinə əsasən; Maddə 122.1. Bu Məcəllənin 327.1 - 327.5, 327-1.1, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346- 1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində və bu Məcəllənin 122.1-1-ci maddəsinə uyğun olaraq “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin “İCMAL” altsistemi tərəfindən unikal nömrə verilməklə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. -122.1-1. Foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin məlumatları əsasında tərtib edilmiş inzibati tənbeh vermə haqqında elektron qərar təsdiq edilməmişdən əvvəl unikal nömrə verilməsi üçün “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin “İCMAL” altsisteminə ötürülür və həmin qərara real vaxt rejimində və avtomatlaşdırılmış qaydada unikal nömrə verildikdən sonra təsdiqlənməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. -122.2. İnzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində çıxarılır. -122.3. İnzibati tənbeh vermə haqqında elektron qərarda bu Məcəllənin 115.1-ci maddəsində nəzərdə tutulanlarla yanaşı aşağıdakılar göstərilir: -122.3.1. inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə); 122.3.2. inzibati xəta haqqında elektron protokolla əlaqədar vəsatət verilməsi qaydası;[164] 122.3.3. inzibati cərimənin məbləği və ödənilməsi qaydası. -122.4. İnzibati xəta hadisəsinin fotosu, bu Məcəllənin 327.1-327.5, 327-1.1, 328, 329.1, 329.2, 330 və 346-cı maddələrində nəzərdə tutulmuş xəta hadisəsinin həmçinin videoyazısı həmin inzibati xəta haqqında is üzrə icraat başa çatanadək və hər bir halda inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 57-1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan üç aydan az olmayan müddətdə saxlanılmalıdır. -122.5. Foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə nəqliyyat vasitəsini dayandıraraq, törədilmiş belə xətalar haqqında inzibati xəta haqqında protokol tərtib etmək və ya inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarmaq qadağandır. Bütün foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə inteqrasiya olunaraq, həmin texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalar haqqında yalnız bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada elektron qərar çıxarılır. -122.6. Barəsində bu Məcəllənin 122.1, 124.5 və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs bu Məcəllənin 57-1.1-ci maddəsində müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan təyin olunmuş cəriməni ödəyə bilər. -122.7. Barəsində bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsinin digər şəxsin sahibliyində və ya istifadəsində olması, yaxud digər şəxslərin qanunsuz əməlləri nəticəsində onun sahibliyindən çıxması ilə bağlı və ya digər səbəbdən qərarla razılaşmadığı hallarda həmin qərardan bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət verə bilər. Şikayət verən şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini kimin idarə etdiyinə dair ehtimalını şikayətdə göstərə bilər. Şikayətdə göstərilən məlumatlar təsdiq olunarsa, inzibati tənbeh vermə haqqında qərar ləğv edilir və inzibati xətanı törətmiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görülür. -122.8. İnzibati tənbeh vermə haqqında elektron qərardan şikayət vermiş şəxsin tələbi ilə ona həmin inzibati xətanın qeydə alınmasının texnologiyası əyani şəkildə göstərilməlidir. Məhkəmənin qənaətinə görə, qeyd olunanlar birinci instansiya məhkəməsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 135.1.2-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun apellyasiya qaydasında ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Beləliklə məhkəmə hesab edir ki, İXM ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmamışdır, qərarın ləğv olunması və ya dəyişirilməsi üçün həmin Məcəllənin 135.1.1-135.1.6.-cı maddələrində göstərilən hallar müəyyən olunmur. İş materiallarından müəyyən olunur ki, şikayətçinin idarə etdiyi ** BG *** dövlət qeydiyyat nişanlı VAZ 21074 markalı nəqliyyat vasitəsi ##.##.2025-ci il tarixdə saat 23:12- də Biləsuvar rayonu, Zirvə otelin yaxınlığı, Cəlilabad istiqamətində xüsusi texniki vasitə ilə qeydə alınmış, həmin ərazidə müəyyən edilmiş 40 km/saat sürət həddini 25 km/saat aşaraq 65 km/saat sürətlə hərəkət etdiyi müəyyən edilmişdir. Bu hal iş materiallarında olan fotomateriallar və xüsusi texniki vasitədən əldə edilmiş məlumatlarla təsdiq olunur. İş materiallarında olan ##.##.2025-ci il tarixli, EQ/ seriyalı, ******** nömrəli elektron qərardan görünür ki, həmin qərarla şikayətçinin hərəkətlərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmiş və ona inzibati cərimə tətbiq edilmişdir. Elektron qərarın məzmunundan da aydın olur ki, həmin qərar yalnız sürət həddinin aşılması faktı əsasında qəbul edilmişdir. Bundan başqa, iş materiallarında olan inzibati xəta haqqında qərardan görünür ki, DİN Baş Dövlət Yol Polisi İdarəsinin səlahiyyətli vəzifəli şəxsi tərəfindən işə baxılarkən şikayətçinin yalnız sürət həddini aşması deyil, həmçinin nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırıldığı halda nəqliyyat vasitəsini idarə etməsi halı da müəyyən edilmişdir. Bu səbəbdən onun hərəkətləri İXM-in 328.2-ci və 332.3-cü maddələri ilə tövsif edilmiş və barəsində 400 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Beləliklə məhkəmə verilmiş şikayəti tam, obyektiv, hərtərəfli araşdıraraq, inzibati xəta haqqında qərarın qanuniliyini yoxlayaraq belə hüquqi nəticəyə gəlir ki ##.##.2025-ci il tarixli, EQ/ seriyalı, ******** nömrəli elektron qərardan görünür ki, həmin qərarla şikayətçinin hərəkətlərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmiş və ona inzibati cərimə tətbiq edilmişdir. Elektron qərarın məzmunundan da aydın olur ki, həmin qərar yalnız sürət həddinin aşılması faktı əsasında qəbul edilmişdir. Bundan başqa, iş materiallarında olan inzibati xəta haqqında qərardan görünür ki, DİN Baş Dövlət Yol Polisi İdarəsinin səlahiyyətli vəzifəli şəxsi tərəfindən işə baxılarkən şikayətçinin yalnız sürət həddini aşması deyil, həmçinin nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırıldığı halda nəqliyyat vasitəsini idarə etməsi halı da müəyyən edilmişdir. Bu səbəbdən onun hərəkətləri İXM-in 332.3-cü maddəsi ilə tövsif edilmiş və barəsində 400 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Həmçinin Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən imzalanmış ##.##.2025-ci il tarixli, EQ/ seriyalı, ******** nömrəli inzibatı tənbeh vermə haqqında qərarının hadisənin faktiki hallarına uyğunluğu, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməsi, inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməsi, bu Məcəllə ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmaması üçün birinci instinsasiya məhkəməsinin qərarı qanuni hesab edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri va qanunun normalarını rəhbər tutaraq hesab edir ki, qərarın ləğv olunması üçün Azərbaycan Respublikası İXM-in 135.1.1.-135.1.6-cı maddələrində göstərilən əsaslar müəyyən edilməmişdir, Qərardan şikayət verən orqan (şəxs) şikayətinin mahiyyəti onun baş vermiş inzibati xətadan özünü müdafiə və ya ona tətbiq edilən inzibati cərimədən yayınmaqdan ibarətdir. Ona görə də, şikayəti təmin edilməməli, Biləsuvar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDIM: Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin olunmasın. Biləsuvar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz. Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar