Məhkəmə qərarları › İş №3(3-9)-421/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-421/2026

27.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-421/2026 27.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Ələskərov Sənan Adil oğlunun katibliyi ilə. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Nəsirov İlham Abduləli oğlunun iştirakı ilə. ##.##.1973-cü ildə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşqul olan, Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mikrorayon, Tağızadə küçəsi, ev 48, mənzil mənzil 51-də qeydiyyatda olan və orada yaşayan. Nəsirov İlham Abduləli oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair İmişli rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qərarından barəsində inzibati xəta haqqında qərar verilmiş şəxs Nəsirov İlham Abduləli oğlu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Nəsirov İlham Abduləli oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur ondan ötrü ki, İmişli Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli icra sənədinə əsasən ##.##.2023-cü il tarixdə 907013049783 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış İmişli rayonu, Cəfərli kəndi ərazisində yerləşən 0.8937 ha ölçülü torpaq sahəsindən çıxarılması barədə icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. İmişli rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qərarı ilə Nəsirov İlham Abduləli oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, barəsində 500 (beş yüz) manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Nəsirov İlham Abduləli oğlu məhkəmənin həmin qərarından şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, İmişli rayon məhkəməsinin 16,06.2026-ci il tarixli 3(5- 131)- ***/**** saylı qərarı ilə o inzibati qaydada 500 manat cərimə edilmişdir. Bildirilir ki, O, İmişli rayon məhkəməsinin ##.##.2025-cı il tarixli icra sənədinə əsasən ##.##.2023-cü il tarixdə 907013049783 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmmış İmişli rayonu Cəfərli kəndi ərazisində yerləşən 0.8937 ha ölçülü torpaq sahəsindən çıxarılması barədə icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Qeyd olunanlara əsasən, O heç kimin torpağından istifadə etmir, çıxarılmağı tələb olunan torpaq sahəsi də ailə üzvlərinə məxsusdur.Belə ki, məhkəmə icraçısı icra sənədi üzrə icranı naturada qeyd olunan qaydada icra etmir. Buna da səbəb daşınmaz əmlakın mütəxəssisi , yerli icra nümayəndəsi , Bələdiyyə sədrinin qanunsuz hərəkətləridir. Belə ki, Məhkəmə icraçısı qanunsuz olaraq onu axtarışa vermiş, evinə polis göndərmiş, onu kənd içərisində nüfuzdan salmışdır. O yuxarıda qeyd edilən inzibati xətanı qəsdən törətməmişdir , buna görə də onun heç bir təqsiri yoxdur. Göründüyü kimi səlahiyyətli orqan tərəfindən iş hərtərəfli araşdırılmamış,nəticədə əsası olmayan qərar qəbul olunmuşdur. İmişli rayon məhkəməsinin *(*-***)-***/**** saylı,## #### 2026-cı il tarixli qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Nəsirov İlham Abduləli oğlu apellyasiya şikayətininin dəlillərini müdafiə edərək bildirdi ki, inzibati xəta haqqında icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliyə uyğun məlumat verilməsinə baxmayaraq İmişli rayon İcra və Probasiya Şöbəsinin icra məmuru gəlməmiş və gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati Xətalar Məcəlləsinin 128.1 və 133.2.8-ci maddələrinə əsasən «Barəsində qərar çıxarılmış fiziki şəxs, …. inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər», «inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır». Şikayətin müəllifi şikayətində hakimin gəldiyi nəticənin işin faktiki hallarına uyğun olmamasını iddia edərək, tələbini İnzibati Xətalar Məcəlləsinin 134.1.2 və 135.1.2-ci maddələrində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. İnzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2- 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Şikayətin məzmunundan görünür ki, onun əsas dəlili qeyd olunan icra vərəqəsinin üzürsüz səbəbdən icra edilməməsi və əməlində inzibati xəta tərkibi olmadığı halda, onun əsassız və qanunsuz olaraq İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati tənbeh edilməsidir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi obyektiv cəhətdən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə yaranır. İş materiallarında olan ##.##.2025-ci il tarixli icraata başlamaq barədə qərardan görünür ki, cavabdeh Nəsirov İlham Abduləli oğlunun üzərində iddiaçılar zərərçəkmiş şəxs4, X1, zərərçəkmiş şəxs3, zərərçəkmiş şəxs2 və zərərçəkmiş şəxs1 mülkiyyət hüququ ##.##.2023-cü il tarixdə 907013049783 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış İmişli rayonu, Cəfərli kəndi ərazisində yerləşən 0.8937 ha ölçülü torpaq sahəsindən çıxarılması barədə icra sənədi üzrə icraata başlanmışdır. İş materiallarında olan tələbin könüllü icrası barədə bildirişdən görünür ki, həmin bildirişi Nəsirov İlham Abduləli oğlu ##.##.2025-ci ildə rəsmi qaydada imzalamaqla qəbul etmişdir. Bundan başqa İlham Nəcəfovun icra məmuruna vermiş olduğu nizahatdan, icra işi ilə bağlı aktdan və onun hazırkı mövqeyindın məlum olur ki, o, icra sənədini icra etmək istəmir. Məhkəmə hesab edir ki, Nəsirov İlham Abduləli oğlunun tələbi tam icra etməməsi icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməldir. Onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Nəsirov İlham Abduləli oğlunun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün və məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsi Nəsirov İlham Abduləli oğlunu təqsirli bilməklə, eləcə də barəsində cərimə tənbeh tədbirini tətbiq etməkdə haqlı olmuşdur. Odur ki, onun barəsində inzibati tənbeh tədbiri tətbiq olunarkən səhhəti nəzərə alınmalıdır. Bu səbəblə barəsində məhz həbs inzibati tənbeh tədbirinin tətbiq olunması məqsədə uyğun deyil. İnzibati Xətalar Məcəlləsinin 6.1, 9.1, 21 və 31.2-ci maddələrinə əsasən «İnzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir», «İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır», «İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır», «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İXM-in 134.1. və 134.1.1-ci maddələrinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. İXM-in 135.1-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: -135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; -135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; -135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; -135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; -135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; -135.1.5-1.bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; -135.1.5-2. inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; -135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Məhkəmənin qənaətinə görə, qeyd olunanlar birinci instansiya məhkəməsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün isə əsasların olmadığını göstərir. Beləliklə məhkəmə hesab edir ki, şikayət təmin olunmamalı, Nəsirov İlham Abduləli oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməsində dair İmişli rayon məhkəməsinin *(*-***)-***/**** saylı,## #### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Nəsirov İlham Abduləli oğlu tərəfindən verilmiş şikayəti təmin edilməsin. Nəsirov İlham Abduləli oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə cərimə edilməsinə dair İmişli rayon məhkəməsinin *(*-***)-***/**** saylı,16.06. 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət verilə bilməz. Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar