Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 3(3-9)-422/2026 27.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin ##.##.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət vermə müddətin bərpasına dair vəsatətin təmin edilməməsinə dair Laçın Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Laçın Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı ilə (sədrlik edən hakim X2) Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası DİN BDYPİ-nin ##.##.2025-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərarından buraxılmış şikayət verilmə müddətinin bərpası barədə vəsatət rədd edilmiş, buraxılmış prosessual müddət bərpa edilməmişdir. İŞİN HALLARI: Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin ##.##.2025-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.3-cü maddələri ilə təqsirli bilinərək 400 manat məbləğində inzibati cərimə edilmişdir. Həmin qərardan narazı qalan Qərardan şikayət verən orqan (şəxs) məhkəməyə şikayət və şikayətin verilmə müddətinin bərpası barədə vəsatət vermişdir Laçın Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı ilə yuxarıda qeyd olunan nəticəyə gəlinmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) şikayət verərək, Laçın Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərardadını ləğv edərək, ## ###### 2025-ci ildə VIII X1 Xidməti İnspektoru R Aşurəliyev Nahid İlham oğlu tərəfindən barəsində tərtib olunmuş TP ******* saylı İnzibati Tənbeh vermə haqqında qərarından şikayət vermə müddətini üzürlü hesab edərək, ötürülmüş müddətin bərpa edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Laçın Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı ## #### 2026-cı il tarixli qərardadı ilə inzibati xəta haqqında qərarından buraxılmış şikayət verilmə müddətinin bərpası barədə vəsatətim rədd edilmiş və buraxılmış prossesual müd Jətin bərpa edilməməsi qərara alınmışdır. Qeyd edir ki, qərar ## #### 2026-cı ildə çıxarılsa da, o qərarın surətini ##.##.2026-cı ildə poçt vasitəsilə almışdır. Ona görə də qərardan şikayət vermə müddətini ötürməmişdir. Qəbul edilmiş qərarla razı deyil. Qərar tamamilə qanunsuz və əsassızdır. Məhkəmə belə qərara gəlib ki, o, həmin qərardan ##.##.2025 məlumatlı olmağı ilə bağlı dəlili ağlabatan hesab edilmir. Bildirir ki, ## ###### 2025-ci ildə VIII X1 Xidməti İnspektoru R Aşurəliyev Nahid İlham oğlu tərəfindən barəsində TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Həmin qərara görə o, 332.3-cü və 327.1-ci maddəsi ilə təqsirli bilinib 400 manat cərimə olunmuşdur. Bildirir ki, qərar ## ###### 2025-ci il tarixdə çıxarılsa da, o qərarı # ### 2026-cı ildə almışdır. Qərardan şikayət vermə müddəti üzürlü səbəbdən ötürülmüşdür. Çünki o, qərardan xəbərsiz olmuşdur. Ona görə də, hesab edir ki, ötürülmüş müddət bərpa olunmalıdır. Məhkəmənin gəldiyi mövqe belə ağılabatan deyil. Çünki o, 1 il bundan qabaq qərardan xəbərdar olsaydı elə həmin müddətdə şikayət verərdi. O, qərardan xəbərdar olan kimi dərhal şikayət vermişdir. Bu gün məhkəmənin bu mövqeyə gəlməsi onun hüquqlarını kobud şəkildə pozur. O, məhkəmədə öz müdafiəsindən məhrum olur. Bu isə AR Konstitusiyasına ziddir. Ona görə də, hesab edir ki, qərardad ləğv olunmalı və ötürülmüş müddət bərpa olunmalıdır. TƏRƏFLƏRİN İZAHATLARI: Apellyasiya instansiyası məhkəməsinin iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) şikayətinın dəlillərini müdafiə edib, birinci instansiya məhkəməsinin qərardadının ləğv olunmasını və buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Səlahiyyətli orqan - AR DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmə iclasına dəvət olunmasına baxmayaraq gəlməmişdir. Apellyasiya məhkəməsi işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu ## ### 2009-cu il tarixli qərarında apellyasiya instansiyasının mahiyyəti ilə bağlı hüquqi mövqeyini ifadə edərək göstərmişdir ki, qanuni qüvvəyə minməmiş birinci instansiya məhkəməsinin qərarına apellyasiya qaydasında yenidən baxılmasına məhkəmə səhvlərinin düzəldilməsinin vasitəsi kimi baxılmalıdır. Bununla qəsdən və ya yanlışlıq üzündən edilmiş pozuntuların nəticəsində yaranan məhkəmə səhvləri düzəldilmiş olur və bu səhvlərin ağır nəticələrinin qarşısı vaxtında alınır. Azərbaycan Respublikası İXM-in: 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikası inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Birinci instansiya məhkəməsinin qərardadından verilmiş şikayətin dəlillərini araşdıran apellyasiya məhkəməsi təqdim edilmiş bütün sənədləri, sübutları və materialları hərtərəfli, tam və obyektiv araşdıraraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) barəsində Laçın RPŞ DYPB tərəfindən ##.##.2025-ci il tarixdə İXM-in 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Həmin inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvədə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Bununla da, Qərardan şikayət verən orqan (şəxs) İXM-in 529.3cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Həmin inzibati xəta haqqında protokola baxan Laçın Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) İXM-in 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, ona 6 ay müddətə nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilmişdir. Laçın Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) İXM-in 529.3-cü maddəsi ilə nəqliyyat vasitələrini idarə etmə hüququnun 6 ay müddətinə məhdudlaşdırılmasına dair Laçın Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qərarına xitam verilmişdir. ##.##.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında haqqında protokoldan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) İXM-in 327.1 və 332.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. ##.##.2025-ci il tarixli, TP 762741 inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) İXM-in 332.3 və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün barəsində 400 manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi müddətin bərpası barədə vəsatətə baxarkən iş üzrə əhəmiyyət kəsb edən bütün halları tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Belə ki, iş materiallarından da göründüyü kimi Qərardan şikayət verən orqan (şəxs) onun İXM-in 327.1 və 332.3-cü maddələri ilə təqsirli bilinərək İXM-in 332.3-cü maddəsi ilə 400 manat inzibati cərimələnməsi haqqında ##.##.2025-ci il tarixli, TP 7462741 inzibati tənbeh vermə haqqında qərarı mübahisələndirmiş, eləcə də həmin qərarı mübahisələndirmək üçün əvvəlcə buraxılmış prosessual müddətin bərpasına dair vəsatətlə məhkəməyə müraciət etmişdir. İXM-in 332.3-cü maddəsinin dispozisiyasına görə, nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Laçın Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) İXM-in 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitəsini idarə etmək hüququ 6 ay müddətinə məhdudlaşdırılmışdır. Həmin qərar icraya yönəldiyindən Qərardan şikayət verən orqan (şəxs) ##.##.2025-ci il tarixdə İXM-in 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törədərkən nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs olmuşdur. Bu səbəbdən, Qərardan şikayət verən orqan (şəxs) həm də İXM-in 332.3-cü maddəsi ilə də təqsirli bilinmiş və İXM-in 34.3-cü maddəsinin tələbi qaydasında daha ciddi xəta olan İXM-in 332.3-cü maddəsi ilə 400 manat cərimələnmişdir. Azərbaycan Respublikası İXM-in: 152.5. Barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta, yaxud bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətalar törətməyə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar çıxarılmış şəxs inzibati cəriməni və müvafiq olaraq hesablanmış dəbbə pulunu ödədikdə, bu qərara onu qəbul etmiş məhkəmə tərəfindən həmin şəxsin vəsatəti əsasında xitam verilir. 529.3. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Apellyasiya məhkəməsi hesab edir ki, hazırkı iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi üçün Laçın Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması haqqında qərarının Qərardan şikayət verən orqan (şəxs) rəsmi qaydada təqdim olunub-olunmaması və ya onun həmin qərardan faktiki məlumatlı olub-olmamasının araşdırılması zəruridir. İş materiallarından görünür ki, Laçın Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarı ilə R. Mahmudov İXM-in 529.3-cü maddəsi ilə təqsirli bilinmiş və onun nəqliyyat vasitəsini idarə etmək hüququ 6 ay müddətinə məhdudlaşdırılmışdır. Həmin qərar icraya yönəldiyindən, ##.##.2025-ci il tarixdə R. Mahmudovun İXM-in 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi zaman hüququ məhdudlaşdırılmış şəxs statusunda olduğundan onun əməli əlavə olaraq İXM-in 332.3-cü maddəsi ilə də tövsif olunmuş, İXM-in 34.3-cü maddəsinə əsasən isə daha ağır inzibati xətaya görə 400 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Lakin İXM-in 332.3-cü maddəsinin tətbiqi üçün yalnız ##.##.2025-ci il tarixli məhkəmə qərarının mövcudluğu kifayət etmir. Həmin qərarın hüquqi nəticələrinin şəxs üçün real və proqnozlaşdırıla bilən olması da mühüm əhəmiyyət kəsb edir. Başqa sözlə, şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırıldığını bildiyi və ya bunu bilməli olduğu müəyyən edilmədən onun bu statusdan irəli gələn daha ağır hüquqi məsuliyyətə cəlb edilməsi hüquqi müəyyənlik və təqsir prinsipləri baxımından qiymətləndirilməlidir. Əgər müəyyən edilərsə ki, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2025-ci il tarixli məhkəmə qərarı təqdim edilməmiş, elan olunmamış və ya o, qərardan başqa qaydada məlumatlandırılmamışdır, bu hal onun nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırıldığını bilməməsi və ya bilməsinin obyektiv olaraq mümkün olmaması barədə nəticəyə gəlmək üçün mühüm əhəmiyyət daşıya bilər. Belə olan halda, onun hərəkətlərinin hüquqi qiymətləndirilməsi, o cümlədən İXM-in 332.3-cü maddəsinin tətbiqinin əsaslılığı yenidən qiymətləndirilməlidir. Əksinə, əgər iş üzrə sübutlarla müəyyən edilərsə ki, R. Mahmudov məhkəmə qərarı ilə tanış olmuş, qərətin surətini almış və ya digər qanuni üsullarla həmin qərarın məzmunundan məlumatlı olmuşdur, bu zaman onun hüququnun məhdudlaşdırıldığını bildiyi halda nəqliyyat vasitəsini idarə etməsi İXM-in 332.3-cü maddəsinin tətbiqi baxımından hüquqi əhəmiyyət kəsb edən hal kimi qiymətləndirilə bilər. Beləliklə, R. Mahmudovun ##.##.2025-ci il tarixli məhkəmə qərarından məlumatlı olubolmaması iş üzrə sübut edilməli olan mühüm faktiki hallardan biridir. Bu hal araşdırılmadan onun əməlinin İXM-in 332.3-cü maddəsi ilə düzgün tövsif edilib-edilməməsi barədə əsaslandırılmış nəticəyə gəlmək mümkün deyildir. Obyektiv, hərtərəfli və tam araşdırma prinsipi tələb edir ki, məhkəmə həmin qərarın şəxsə təqdim edilməsini, qərardan məlumatlandırılmasını təsdiq edən sübutları (qərarın təqdim edilməsinə dair qəbz, poçt bildirişi, elektron bildiriş, məhkəmə iclasında iştirak etməsi və ya digər sübutlar) araşdırsın və yalnız bundan sonra hüquqi qiymətləndirmə aparsın. Bu səbəbdən, Laçın Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarından Qərardan şikayət verən orqan (şəxs) məlumatlı olub-olmamasının araşdırılması obyektiv həqiqətin müəyyən edilməsi, təqsirin düzgün qiymətləndirilməsi və qanuni, əsaslı və ədalətli məhkəmə qərarının qəbul edilməsi üçün zəruri hüquqi şərtdir. Apellyasiya məhkəməsi qeyd edir ki, buraxılmış prosessual müddətin bərpası institutu prosessual formalizmin özlüyündə məqsəd deyil, şəxsin məhkəmə müdafiəsi hüququnun və ədalətli araşdırma hüququnun təmin edilməsinə xidmət edən hüquqi mexanizmdir. Bu baxımdan, prosessual müddətin bərpası məsələsinə baxılarkən yalnız müddətin buraxılması faktı deyil, həm də həmin müddətin bərpa edilməməsinin şəxsin hüquqlarına və ədalət mühakiməsinin həyata keçirilməsinə təsiri nəzərə alınmalıdır. Hazırkı iş üzrə buraxılmış prosessual müddətin bərpa edilməsi zəruridir. Çünki müddətin bərpa edilməməsi inzibati tənbeh vermə haqqında qərarın mahiyyəti üzrə məhkəmə yoxlamasından kənarda qalmasına səbəb olacaq və bununla da işin faktiki halları, sübutlar və qərarın qanuniliyi qiymətləndirilməyəcəkdir. Məhkəmə araşdırmasının əsas məqsədi prosessual formalara üstünlük vermək deyil, maddi həqiqətin müəyyən edilməsi və qanuni, əsaslı və ədalətli qərarın qəbul edilməsidir. Əgər işin mahiyyəti üzrə araşdırılması nəticəsində inzibati tənbeh vermə haqqında qərarın qanunsuz və ya əsassız olduğu müəyyən edilə bilərsə, yalnız prosessual müddətin buraxılmasına görə şəxsin bu hüquqdan məhrum edilməsi ədalət mühakiməsinin məqsədlərinə uyğun hesab edilə bilməz. Hazırkı işin materialları göstərir ki, şikayət mahiyyəti üzrə araşdırıldığı təqdirdə inzibati məsuliyyətə cəlb edilmiş şəxsin haqlı olduğu, inzibati tənbeh vermə haqqında qərarın isə qanunun tələblərinə uyğun olmadığı müəyyən edilə bilər. Belə olan halda, prosessual müddətin bərpa edilməsindən imtina edilməsi formal prosessual qaydanı maddi ədalətdən üstün tutmaqla nəticələnəcək və şəxsin səmərəli məhkəmə müdafiəsi hüququnu əsassız olaraq məhdudlaşdıracaqdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilmişdir. Həmçinin, ədalətli məhkəmə araşdırması hüququnun mahiyyəti ondan ibarətdir ki, şəxs öz hüquqlarına toxunan qərarın qanuniliyini müstəqil və qərəzsiz məhkəmə qarşısında mübahisələndirmək imkanına malik olsun. Bu hüququn həyata keçirilməsinə mane olan prosessual məhdudiyyətlər legitim məqsədə xidmət etməli və proporsional olmalıdır. Bundan əlavə, məhkəmə təcrübəsində də qəbul olunmuş hüquqi yanaşmaya görə, prosessual normaların tətbiqi ədalət mühakiməsinin məqsədlərinə xidmət etməli, şəxsin məhkəməyə çıxış hüququnu həddindən artıq məhdudlaşdırmamalıdır. Prosessual formalizm nəticə etibarilə açıq-aşkar qanunsuz və ya əsassız qərarın qüvvədə saxlanılmasına səbəb olmamalıdır. Beləliklə, iş üzrə şikayətin mahiyyəti üzrə araşdırılması nəticəsində inzibati tənbeh vermə haqqında qərarın qanunsuzluğu müəyyən edilə biləcəyi nəzərə alınaraq, buraxılmış prosessual müddətin bərpa edilməsi həm məhkəməyə çıxış hüququnun, həm də ədalətli məhkəmə araşdırması hüququnun təmin edilməsi baxımından zəruri və hüquqi cəhətdən əsaslıdır. Əks yanaşma prosessual formanı maddi hüququn müdafiəsindən üstün tutmaqla ədalət mühakiməsinin mahiyyətinə zidd nəticə doğuracaqdır. Eyni zamanda, iş materiallarından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) qeydiyyat ünvanı Laçın şəhəri, 28 Aprel küçəsi, ev 77, faktiki yaşayış yeri isə Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Peşə Liseyinin yanı, fərdi yaşayış evi kimi göstərilmişdir. Lakin səlahiyyətli orqan tərəfindən ##.##.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın məhz hansı ünvana rəsmi qaydada göndərilməsi, faktiki yaşayış yerinin müəyyən edilib-edilməməsi, qərarın təqdim olunması üçün hansı tədbirlərin görüldüyü, habelə qərarın ümumiyyətlə şəxsə çatdırılıb-çatdırılmadığı barədə iş materiallarında hər hansı məlumat və ya sübut mövcud deyildir. Belə olan halda, həm məhkəmənin ##.##.2025-ci il tarixli qərarının, həm də səlahiyyətli orqan tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli qərarın Qərardan şikayət verən orqan (şəxs) qanunvericiliyin tələblərinə uyğun qaydada çatdırılması sübuta yetirilməmişdir. Belə ki, İXM-in inzibati xətalar haqqında işlər üzrə sənədlərin rəsmi qaydada verilməsindən bəhs edən 57-ci maddəsində aşağıdakılar qeyd edilmişdir: 57.1. İnzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır (bu Məcəllənin 57.6-cı maddəsinin müddəaları nəzərə alınmaqla), yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. 57.2. Sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. 57.3. Sənədi çatdırmalı olan şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənəd ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda ünvan sahibinin yaşayış yeri üzrə yerli özünüidarə orqanına, müvafiq icra hakimiyyəti orqanına, yaxud onun iş yerinin müdiriyyətinə verilir. Ünvan sahibinin əvəzinə sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi sənədi ünvan sahibinə verməlidir. 57.5-1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin (əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər istisna olmaqla) məlumatlandırılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndərilmiş inzibati xəta haqqında protokollar, o cümlədən elektron protokollar, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərarlar (qərardadlar), o cümlədən elektron qərarlar aşağıdakı vaxtdan da rəsmi qaydada verilmiş hesab olunur: 57.5-1.1. inzibati xəta törətmiş şəxsin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta haqqında bu Məcəllənin 57-1.1.2-ci maddəsində nəzərdə tutulan qaydada SMS məlumat çatdırıldığı vaxtdan; 57.5-1.2. inzibati xəta törətmiş şəxs bu Məcəllənin 57-1.1.1-ci maddəsində nəzərdə tutulan qaydada onun elektron kabinetinə yerləşdirilmiş sənədlər və onların əlavələri ilə tanış olduğu vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda). Birinci instansiya məhkəməsi isə yalnız ərizəçinin ##.##.2025-ci il tarixli qərarı 1# ### 2026-cı il tarixdə əldə etməsi barədə izahatını "ağlabatan hesab etməməsi" ilə kifayətlənmiş, lakin həmin izahatı təkzib edən hər hansı obyektiv sübuta istinad etməmiş, qərarların şəxsə təqdim edilməsinə dair sübutların mövcudluğunu araşdırmamış, eləcə də yuxarıda qeyd olunan ziddiyyətlərə hüquqi qiymət verməmişdir. Halbuki, qərarın maraqlı şəxsə qanunla müəyyən edilmiş qaydada çatdırılması sübuta yetirilmədiyi halda, şikayət vermə müddətinin başlandığının qəbul edilməsi mümkün deyildir. Eyni zamanda, iş üzrə mövcud olan ziddiyyətlərin aradan qaldırılması və həmin halların tam araşdırılması apellyasiya baxışının predmetini təşkil etdiyindən, ərizəçinin şikayət vermə müddətinin bərpası üçün kifayət qədər əsaslar mövcuddur. Yuxarıda gösərilənləri nəzərə alaraq apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət əsaslı olduğundan təmin edilməli, Laçın Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı ləğv edilməli, ötürülmüş prosessual müddət bərpa edilməlidir. Odur ki, apellyasiya məhkəməsi qeyd olunanlara əsaslanaraq və İXM-in 133-136-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət təmin olunsun. Laçın Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı ləğv edilsin. Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş müddətin bərpasına dair vəsatət təmin olunsun. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) səlahiyyətli orqan tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, TP 7462741 inzibati tənbeh vermə haqqında qərardan şikayət vermək üçün buraxılmış prosessual müddət bərpa edilsin. Qərardad elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardaddan şikayət və ya protest verilməsinə yol verilmir. Hakim: Yaşar Həşimov
Məhkəmə qərarları › İş №3(3-9)-422/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-9)-422/2026
27.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver