Məhkəmə qərarları › İş №3(3-9)-423/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-423/2026

06.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-423/2026 06.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Cinayət Kollegiyasının hakimi Əliyev Əli Abdulla oğlunun sədrliyi Zeynallı Aslan İsmayıl oğlunun katibliyi, Səlahiyyətli orqan Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin nümayəndələri Əkbərov İsmayıl Lazım oğlu, nümayəndə2, nümayəndə1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakları ilə, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 282.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Masallı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqan Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini X6 filialı tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini X6 filialının rəisi Xəyyam Aydınov tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) İXM-in 282.1-ci maddəsi ilə təqsirli bilinərək 100 (bir yüz) manat cərimə edilmişdir. Qərardan şikayət verən orqan (şəxs) məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, səlahiyyətli orqanın MN seriyalı ******* nömrəli ## ###### 2026-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə şikayət təmin edilmiş, Qərardan şikayət verən orqan (şəxs) İXM-in 282.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 100 manat cərimə olunması barədə Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini X6 filialının ## ###### 2026-cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmişdir. Məhkəmə qərarından narazı qalan səlahiyyətli orqanın rəisi Xəyyam Aydınov şikayət verərək, Masallı Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## #### 2026-cü il tarixli *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsi və Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərini X6 filialının inzibati xəta haqqında iş üzrə inzibati tənbeh vermə haqqında ## ###### 2026-cı il tarixli MN ******* nömrəli qərarından verilmiş ünvan 3 ünvanında yaşayan Qərardan şikayət verən orqan (şəxs) şikayətinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: Səlahiyyətli orqan şikayətini onunla əsaslandırmışdır ki, qeyd olunan məhkəmə qərarı hakimin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və onun gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, habelə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması səbəbindən aşağıdakı qanuni əsaslara görə ləğv edilməlidir: ünvan 3 ünvanında yaşayan Qərardan şikayət verən orqan (şəxs) tərəfindən qaz sayğacına müdaxilə edilməsi və az miqdarda təbii qazın talanması barədə Azəriqaz İB-dən Energetika Nazirliyinə daxil olmuş ## ###### 2026-cı il tarixli **-*-*-**/*-**/**** nömrəli müraciətlərinin araşdırılması nəticəsində müəyyən edilmişdir ki, qeyd olunan sayğaca müdaxilə faktı ##.##.2025-ci il tarixdə aşkar edilmişdir. Bununla bağlı Azəriqaz İB tərəfindən ******* nömrəli ##.##.2025 tarixli Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilmiş, akt tərtib edilən zaman abonentin iştirakı təmin edilmiş və abonent aktı imzalamışdır. Abonentin əməllərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsində (Təbii qazın, elektrik və ya istilik enerjisinin talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə) nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətləri olduğuna görə onun iştirakı ilə barəsində ##.##.2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qərardan şikayət verən orqan (şəxs) təqsiri iş materiallarında olan mötəbər sübutlarla müəyyən edildiyindən o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsində (Təbii qazın, elektrik və ya istilik enerjisinin talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə) nəzərdə tutulmuş inzibati xəta hadisəsinin törədilməsində təqsirli bilinərək barəsində inzibati cərimə növündə, inzibati tənbeh vermə haqqında ## ###### 2026-cı il tarixli MN ******* nömrəli qərar çıxarılmış və fiziki şəxs qismində 100 ( yüz) manat miqdarında cərimə edilmişdir. Həmçinin, “Azərbaycan Metrologiya İnstitutu” Publik hüquqi şəxsin tabeliyindəki “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib edilmiş DY M ****/****/** nömrəli protokolda da sayğaca fiziki təsir nəticəsində müdaxilə edildiyi təsdiq edilmişdir. İnzibati tənbeh vermə haqqında ## ###### 2026-cı il tarixli MN ******* nömrəli qərarın surəti ##.##.2026-cı il tarixli *-**-*-*/*-Q-*-***/**** nömrəli məktubla abonentin ünvanına göndərilmişdir. Beləliklə göründüyü kimi, məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması və hakim tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi, habelə iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması səbəbindən Masallı Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## #### 2026-cü il tarixli *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsi və Agentliyin Lənkəran filialının inzibati xəta haqqında iş üzrə inzibati cərimə növündə, inzibati tənbeh vermə haqqında ## ###### 2026-cı il tarixli MN ******* nömrəli qərarından ünvan 3 ünvanında yaşayan Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətin təmin edilməməsi barədə yeni qərar qəbul edilməlidir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) şikayətin təmin olunmamasını, Masallı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən səlahiyyətli orqanın nümayəndələri nümayəndə2, nümayəndə1 şikayətin təmin olunmasını, Masallı Rayon Məhkəməsinin müvafiq qərarının ləğv edilməsini xahiş etdilər. HÜQUQİ MƏSƏLƏLƏR: İXM-in 128.1 və 133.2.8-ci maddələrinə əsasən barəsində qərar çıxarılmış şəxs, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 137.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest üzrə qəbul edilmiş qərardan fiziki şəxs, yetkinlik yaşına çatmayanın qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən verilən şikayətə, habelə prokurorun protestinə məhkəmələrdə bu Məcəllədə müəyyən edilmiş qaydada və müddətdə baxılır. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, İXM-in 3-cü maddəsinə görə inzibati məsuliyyət yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə yaranır, İXM-in 8.3-cü maddəsinə görə isə inzibati xəta törətmiş şəxsin təqsiri barədə aradan qaldırılması mümkün olmayan şübhələr onun xeyrinə həll edilir. İXM-in 75 və 76-cı maddələri səlahiyyətli orqanın sübutları tam, hərtərəfli və obyektiv araşdırmaq, onların aidiyyəti, mümkünlüyü və mötəbərliyini qiymətləndirmək vəzifəsini müəyyən edir. İş materiallarında olan “Azəriqaz” İstehsalat Birliyinin nümayəndələri tərəfindən tərtib olunmuş ## ####### 2025-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) məxsus ünvan 1 ünvanında fərdi evdə quraşdırılmış Zevver G-4 markalı *********** nömrəli mexaniki qaz sayğac çıxarılmış və yeni GCZ markalı, ******* nömrəli mexaniki sayğacı quraşdırılmışdır. İş materiallarında olan Abonentin saldosundan görünür ki, ünvan 1 ünvanında fərdi evində Qərardan şikayət verən orqan (şəxs) adlı abonentə ## ####### 2025-ci il tarixdə GCZ markalı, ******* nömrəli sayğac quraşdırılmışdır, abonent kodu 284402100100240-dır. İş materiallarında olan “Azəriqaz” İstehsalat Birliyinin nümayəndələri tərəfindən tərtib olunmuş ## ###### 2025-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, Qərardan şikayət verən orqan (şəxs) məxsus ünvan 2 ünvanında fərdi evdə quraşdırılmış qaz sayğacına baxış keçirilmiş, ## ###### 2025-ci il tarixli ****/**** saylı akta əsasən sayğacın çıxış plastmas borusunun deşici alətlə deşilməsi aşkar olunmuşdur. İtirilmiş təbii qazın dəyərinin hesablanması və ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair ## ###### 2025-ci il tarixli tələbnamədən görünür ki, ## ###### 2025-ci il tarixli, ****/****/** nömrəli protokola əsasən ünvan 2 ünvanında fərdi evdə quraşdırılmış G-4 markalı *********** nömrəli sayğaca vizual olaraq baxış keçirilmiş, sayğacın çıxış plastmas borusunun deşici alətlə deşilməsi aşkar olunmuşdur. PQ2 maksimal saatlıq qaz sərfi 0.6 m3/saat orta günlük iş rejimi 12 saat hesabat müddəti 90 gün, qənaətli su qızdırıcı 24 litr maksimal saatlıq qaz sərfi 2.4 m3/saat orta günlük iş rejimi 12 saat hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. 0.6x12x90=648 kubmetr, 2.4x12x90=2592 kubmetr, cəmi: 3240 kubmetr. İl ərzində istifadə olunan qaz sərfi 1491 kub metr, 1009x0.22=222, 2231x0.30=669.3, cəmi 891,30 manat. İş materiallarında olan Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini X6 Filialının rəisi X2 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli ## ###### 2026-cı il tarixli qərarın surətindən görünür ki, MN seriyalı ******* nömrəli, ## ###### 2026-cı il tarixli protokola əsasən Masallı rayonu, Dadva - 2 küçəsindəki fərdi evində qaz sayğacına müdaxilə etməklə qazın talanması nəticəsində 891,30 manat məbləğində ziyan vurulmasına görə Qasımova. Səalhiyyətli orqan tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) təbii qazın, elektrik və ya istilik enerjisinin talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə İXM-in 282.1-ci maddəsi ilə təqsirli bilinərək 1000 manat məbləğində cərimə edilmişdir. İXM-in 282.1-ci maddəsinə əsasən təbii qazın, elektrik və ya istilik enerjisinin talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə - fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, aşağıda göstərilən əsaslara görə şikayət əsassız olduğundan təmin edilməməli, Masallı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İnzibati məsuliyyət hüququnun fundamental prinsiplərindən biri ondan ibarətdir ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi yalnız onun əməlində qanunda nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün obyektiv və subyektiv əlamətləri tam sübuta yetirildiyi halda mümkündür. İXM-in 3, 8, 75 və 76-cı maddələrinin sistemli təhlili göstərir ki, inzibati məsuliyyət ehtimal və fərziyyələr üzərində deyil, qanuni yolla əldə edilmiş, mötəbər və qarşılıqlı əlaqədə qiymətləndirilmiş sübutlar əsasında müəyyən edilə bilər. Təqsirsizlik prezumpsiyası inzibati məsuliyyət sahəsində də tam tətbiq olunur, təqsirin sübut edilməsi vəzifəsi inzibati icraatı aparan səlahiyyətli orqanın üzərinə düşür, aradan qaldırılması mümkün olmayan şübhələr isə məsuliyyətə cəlb olunan şəxsin xeyrinə həll edilir. İş materiallarından müəyyən olunur ki, Qərardan şikayət verən orqan (şəxs) istifadəsində olan yaşayış evində quraşdırılmış ZENNER G-4 markalı qaz sayğacı ## ####### 2025-ci il tarixdə çıxarılmış və əvəzində yeni sayğac quraşdırılmışdır. Həmin tarixdə tərtib edilmiş aktdan görünür ki, sayğacın çıxarılması növbəti dövlət yoxlamasının keçirilməsi məqsədi ilə həyata keçirilmiş, aktda sayğac üzərində hər hansı müdaxilə əlamətinin aşkar olunması barədə qeyd aparılmamışdır. Sonradan "xxxx" MMC tərəfindən tərtib edilmiş ## ###### 2025-ci il tarixli DY M ****/****/** nömrəli protokolda sayğacın çıxış plastmas borusunun deşici alətlə deşilməsi nəticəsində onun istismara yararsız olduğu və müdaxilə əlamətinin mövcudluğu göstərilmiş, həmin laborator rəyinə istinad edilməklə "Azəriqaz" İstehsalat Birliyi tərəfindən ## ###### 2025ci il tarixli akt tərtib edilmiş, daha sonra vurulduğu iddia edilən ziyanın məbləği hesablanmış, inzibati xəta haqqında protokol tərtib edilmiş və nəhayət, Agentlik tərəfindən Qərardan şikayət verən orqan (şəxs) İXM-in 282.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Beləliklə, iş materialları ilə qaz sayğacında müəyyən texniki müdaxilə əlamətinin aşkar olunması təsdiq edilir. Lakin məhkəmə hesab edir ki, hazırkı mübahisənin hüquqi həlli baxımından əsas məsələ sayğac üzərində müdaxilə izinin mövcudluğu deyil, həmin müdaxilənin məhz inzibati məsuliyyətə cəlb edilmiş şəxs tərəfindən törədilməsi və bunun nəticəsində İXM-in 282.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin bütün elementlərinin sübuta yetirilib-yetirilməməsidir. İXM-in 282.1-ci maddəsində məsuliyyət sayğacın zədələnməsinə və ya texniki müdaxilə edilməsinə görə deyil, təbii qazın talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə müəyyən edilmişdir. Deməli, həmin maddənin tətbiqi üçün yalnız sayğacda müdaxilə əlamətinin müəyyən edilməsi kifayət etmir. İnzibati məsuliyyətin yaranması üçün səlahiyyətli orqan tərəfindən aşağıdakı halların məcmu şəkildə sübuta yetirilməsi zəruridir: sayğaca müdaxilə edilməsi, həmin müdaxilə nəticəsində qazın uçotdan kənar istehlak olunması, bunun nəticəsində az miqdarda maddi ziyanın vurulması və ən əsası isə həmin əməlin konkret olaraq inzibati məsuliyyətə cəlb olunan şəxs tərəfindən törədilməsi. Başqa sözlə, İXM-in 282.1-ci maddəsi maddi tərkibli inzibati xəta kimi yalnız texniki nasazlıq və ya sayğacın zədələnməsi faktını deyil, məhz talama nəticəsində az miqdarda ziyanın vurulmasını nəzərdə tutur. Buna görə inzibati orqan müdaxilə əlamətini, həmin müdaxilə ilə uçotdan kənar qaz sərfi arasında səbəbli əlaqəni, ziyanın faktiki əsasını və şəxsin təqsirli davranışını ayrı-ayrılıqda deyil, qarşılıqlı əlaqədə və məcmu şəkildə sübut etməli idi. Bu yanaşma İXM-in ümumi prinsiplərindən də irəli gəlir. Belə ki, Məcəllənin 3-cü maddəsinə əsasən yalnız inzibati xəta törətmiş şəxs inzibati məsuliyyət daşıyır. Məcəllənin 8, 12 və 13-cü maddələrinə əsasən isə inzibati məsuliyyət yalnız şəxsin təqsiri müəyyən edildiyi halda mümkündür. Təqsir sübuta yetirilmədən heç bir şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Bundan başqa, Məcəllənin sübutlara dair müddəalarından irəli gəlir ki, iş üzrə qərar ehtimallara deyil, mötəbər, kifayət edən və qarşılıqlı əlaqədə qiymətləndirilmiş sübutların məcmusuna əsaslanmalıdır. Sübutetmə vəzifəsi inzibati icraatı həyata keçirən orqanın üzərinə düşür və həmin vəzifə inzibati məsuliyyətə cəlb olunan şəxsin üzərinə keçirilə bilməz. Bu prinsip Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasının mahiyyətinə tam uyğundur. Həmin maddəyə əsasən şəxsin təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetirilmədikcə o, təqsirli hesab edilə bilməz, təqsiri barədə aradan qaldırılması mümkün olmayan şübhələr isə onun xeyrinə həll edilməlidir. Eyni hüquqi təminatlar İnsan Hüquqlarının və X4 haqqında Konvensiyanın 6-cı maddəsindən də irəli gəlir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə əsasən, mahiyyət etibarilə cəza xarakteri daşıyan inzibati icraatlarda da təqsirsizlik prezumpsiyası tam həcmdə tətbiq edilir. Bu səbəbdən dövlət orqanı yalnız hüquq pozuntusunun baş verməsini deyil, həmin hüquq pozuntusunun konkret şəxs tərəfindən törədildiyini də kifayət qədər inandırıcı sübutlarla təsdiq etməlidir. Hazırkı iş üzrə Agentlik tərəfindən təqdim edilmiş sübutlar əsasən laboratoriya protokolundan, "Azəriqaz" İstehsalat Birliyinin aktlarından və dəymiş ziyanın hesablanmasına dair sənədlərdən ibarətdir. Həmin sübutlar sayğacın texniki vəziyyəti və onun üzərində müdaxilə əlamətinin mövcudluğu barədə nəticə çıxarmağa imkan versə də, onlar müdaxilənin hansı şəxs tərəfindən, hansı vaxtda və hansı şəraitdə edildiyini müəyyən etmir. Laboratoriya protokolu yalnız sayğacın müayinəsinin nəticəsini əks etdirir. Həmin sənəd sayğacın fiziki vəziyyətini təsvir etsə də, müdaxiləni törətmiş şəxsin kimliyi barədə heç bir məlumat ehtiva etmir. Eyni zamanda, inzibati icraat materiallarında Qərardan şikayət verən orqan (şəxs) sayğaca şəxsən müdaxilə etməsini təsdiq edən şahid ifadələri, video və ya foto materiallar, izahatlar, ekspert rəyləri və ya digər birbaşa sübutlar mövcud deyildir. Bundan əlavə, sayğacın ## ####### 2025-ci il tarixdə çıxarılmasından laborator müayinənin keçirilməsinədək olan dövrdə onun saxlanılması, qablaşdırılması, plomb və digər qoruyucu vasitələrin bütövlüyü, habelə üçüncü şəxslərin sayğaca çıxış imkanının istisna edilməsi barədə iş materiallarında yetərli sübut yoxdur. Sübutun mənşəyi və toxunulmazlığı barədə bu boşluqlar laborator nəticənin Qərardan şikayət verən orqan (şəxs) təqsirini təsdiq edən həlledici sübut kimi qəbul edilməsinə imkan vermir. İş materiallarından həmçinin görünür ki, ziyanın məbləği faktiki istehlak edilmiş və uçotdan gizlədilmiş qaz həcminin müəyyən edilməsi əsasında deyil, normativ hesablamaya əsasən hesablanmışdır. Bu hal da özlüyündə qazın məhz Qərardan şikayət verən orqan (şəxs) tərəfindən talan edilməsi faktını təsdiq etmir, yalnız ehtimal edilən itki həcminin hesablanmasını ifadə edir. Ziyanın hesablanması zamanı normativ sərf göstəricilərindən istifadə edilməsi inzibati orqanın müvafiq hesablamanı aparmaq səlahiyyətini istisna etmir. Lakin belə hesablama yalnız talanma faktı və təqsir ayrıca sübuta yetirildikdən sonra hüquqi əhəmiyyət kəsb edə bilər. Hazırkı işdə isə hesablanmış məbləğ faktiki uçotdan kənar istehlakın mötəbər göstəricisi kimi deyil, ehtimal edilən sərf üzrə riyazi nəticə kimi çıxış edir. Məhkəmə həmçinin nəzərə alır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2011-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehlik qaz paylayıcısının üzərinə qoyulmuşdur. Bu norma istehlakçının qanunsuz müdaxilə etdiyi sübuta yetirildiyi hallarda onun məsuliyyətini istisna etməsə də, sayğacda texniki müdaxilə əlamətinin mövcudluğunu birbaşa olaraq istehlakçının təqsirinin sübutu kimi qəbul etməyə əsas vermir. Xüsusilə nəzərə alınmalıdır ki, ## ####### 2025-ci il tarixli aktda sayğacın növbəti dövlət yoxlaması məqsədi ilə çıxarıldığı göstərilmiş, həmin vaxt sayğacda müdaxilə əlaməti aşkar edilməsi barədə hər hansı qeyd aparılmamışdır. Sonradan tərtib edilmiş ## ###### 2025ci il tarixli akt isə bilavasitə hadisənin aşkar edilməsi aktı kimi deyil, laborator protokolun nəticəsinə istinadla tərtib edilmiş sənəd kimi qiymətləndirilməlidir. Abonentin həmin aktı imzalaması da özlüyündə sayğaca müdaxiləni etiraf etməsi və ya qazın talanmasını törətməsi kimi qəbul edilə bilməz. Eyni zamanda, "Qaz təchizatı haqqında" Azərbaycan Respublikası Qanununun 13.8- 1-ci maddəsinin məzmunundan da görünür ki, sayğaca müdaxilə faktının aşkar edilməsi ilə istehlakçının qazın talanmasında təqsirli hesab edilməsi eyni hüquqi anlayışlar deyildir. Qanunverici ayrıca vurğulamışdır ki, istehlakçının qazın talanmasında təqsirli olması səlahiyyətli orqanın və ya məhkəmənin qərarı ilə müəyyən edilməlidir. Bu isə o deməkdir ki, inzibati məsuliyyət yalnız müdaxilə faktına deyil, həmin müdaxilənin konkret şəxsin təqsirli davranışının nəticəsi olmasının sübuta yetirilməsinə əsaslana bilər. Belə olan halda məhkəmə hesab edir ki, Agentlik tərəfindən təqdim edilmiş sübutlar İXM-in 282.1-ci maddəsinin obyektiv tərəfinin yalnız ayrı-ayrı elementlərini təsdiq etsə də, həmin maddənin subyektiv tərəfini, yəni Qərardan şikayət verən orqan (şəxs) təqsirini, eləcə də onun qazın talanmasını şəxsən törətməsini kifayət qədər mötəbər sübutlarla təsdiq etmir. İş üzrə mövcud olan sübutlar ehtimal xarakterli nəticələr çıxarmağa imkan versə də, inzibati məsuliyyətin tətbiqi üçün tələb olunan sübutetmə standartını təmin etmir. Bu səbəbdən iş üzrə aradan qaldırılması mümkün olmayan şübhələr inzibati məsuliyyətə cəlb olunan şəxsin xeyrinə təfsir edilməlidir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, Agentliyin apellyasiya şikayətində göstərilən dəlillər birinci instansiya məhkəməsinin bəzi hüquqi mülahizələrini tam təsdiq etməsə də, həmin dəlillər məhkəmənin gəldiyi yekun nəticənin yanlış olduğunu göstərmir. Birinci instansiya məhkəməsi inzibati tənbeh haqqında qərarın ləğvi barədə nəticə etibarilə düzgün nəticəyə gəldiyindən onun qərarının ləğvi və ya dəyişdirilməsi üçün hüquqi əsaslar mövcud deyildir. Məhkəmə hesab edir ki, inzibati icraat zamanı sübutetmə standartına əməl edilməmişdir. İnzibati sanksiyanın tətbiqi şəxsin hüquqi vəziyyətinə ciddi müdaxilə təşkil edir. Xüsusilə cərimə ilə nəticələnən sanksiyalarda səlahiyyətli orqan tərəfindən təqdim olunan sübutlar şəxsin təqsirini inandırıcı və ardıcıl şəkildə təsdiq etməli, mövcud şübhələri aradan qaldırmalıdır. Hazırkı işdə isə belə sübutlar mövcud deyildir. Eyni zamanda, dövlət orqanlarının inzibati sanksiya tətbiq etmək səlahiyyəti hüquqi dövlət prinsipinin tələblərinə uyğun həyata keçirilməlidir. Buna görə də inzibati cərimənin tətbiqi ehtimal və fərziyyələrə deyil, inandırıcı, kifayət qədər və qarşılıqlı təsdiq olunan sübutlar məcmusuna əsaslanmalıdır. Bundan başqa, səlahiyyətli orqan tərəfindən Qərardan şikayət verən orqan (şəxs) İXM-in 282.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi qanunla tələb olunan sübutetmə standartına uyğun şəkildə təsdiq edilməmiş, inzibati məsuliyyət üçün zəruri olan hüquqi və faktiki əsaslar müəyyən edilməmişdir. Buna görə də birinci instansiya məhkəməsi inzibati tənbeh vermə haqqında qərarı ləğv etməklə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə gəldiyi nəticə işin müəyyən edilmiş halları və qanunun tələbləri ilə uzlaşmışdır. Nəticə etibarilə, birinci instansiya məhkəməsi işin hallarını düzgün müəyyən etmiş, sübutları düzgün qiymətləndirmiş və qanunu düzgün tətbiq etmişdir. Apellyasiya şikayətinin dəlilləri həmin nəticəni təkzib etmir, buna görə də birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə qeyd edir ki, apellyasiya şikayətində birinci instansiya məhkəməsinin sübutları qiymətləndirməsi və maddi hüquq normasını tətbiqi üzrə gəldiyi nəticələri təkzib edən yeni, mötəbər və həlledici sübut göstərilməmişdir. Şikayətdə əsasən inzibati orqanın ilkin qərarında ifadə olunmuş mövqe təkrar edilmişdir. Apellyasiya şikayətində istinad olunan Azəriqaz İB-nin müraciəti, ## ###### 2025-ci il tarixli akt və laborator protokol texniki müdaxilə əlamətinin mövcudluğuna dair inzibati orqanın mövqeyini təkrarlayır. Lakin həmin sənədlər birinci instansiya məhkəməsinin əsas nəticəsini müdaxilənin məhz Qərardan şikayət verən orqan (şəxs) tərəfindən edilməsi, onun təqsirli davranışı nəticəsində qazın talanması və ziyanın həmin davranışla səbəbli əlaqədə yaranması barədə mötəbər sübutların olmaması nəticəsini təkzib etmir. Məhkəmə hesab edir ki, qeyd edilənlər şikayətin dəlillərini təkzib edir və belə nəticəyə gəlməyə əsas verir ki, apellyasiya qaydasında verilmiş şikayət iş üzrə müəyyən edilmiş faktiki halları və sübutların məcmusunu dəyişdirmir. İXM-in 3 və 8.3-cü maddələrinin tələbləri baxımından Qərardan şikayət verən orqan (şəxs) əməlində İXM-in 282.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərinin mövcudluğu qanunla tələb olunan sübutetmə standartına uyğun şəkildə təsdiq edilməmişdir. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Masallı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından verilmiş şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından, apellyasiya qaydasında verilmiş şikayət təmin edilməməli, Masallı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı səlahiyyətli orqan Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini X6 fillialının rəisi Xəyyam Aydınov tərəfindən verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İXM-in 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh edilənlərə və İXM-in 128.1, 133.2.8, 134.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Masallı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı səlahiyyətli orqan Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini X6 fillialının rəisi Xəyyam Aydınov tərəfindən verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar