Məhkəmə qərarları › İş №3(3-9)-424/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-9)-424/2026

03.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 3(3-9)-424/2026 03.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Bəhmənov Habil Xanoğlan oğlunun, məhkəmə iclasının katibi X2, barəsində inzibati xəta haqqına qərar qəbul edilmiş Əliyev İlkin Adil oğlunun iştirakı ilə. Sabirabad Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, 3(5-151)–***/**** saylı qərarından şikayət vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında vəsatətin təmin edilməməsi barədə Sabirabad Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadından Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsinin rəisi Rəşid Piriyev tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Şikayətçi Əliyev İlkin Adil oğlu ərizə ilə məhkəməyə müraciət edərək, barəsində Bakı şəhər DYPİ R X3 ##.##.2026-cı il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Sabirabad Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, 3(5-151)–***/**** saylı qərarı ilə şikayət təmin edilmiş, şikayətçi Əliyev İlkin Adil oğlu AR İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhər DYPİ HNY inspektoru X3 tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş, Əliyev İlkin Adil oğlunun əməlində AR İXM-in 327.1-ci maddəsinin tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata AR İXM-in 53.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. Qərardan narazı qalan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsinin rəisi Rəşid Piriyev apellyasiya qaydasında şikayət verərək, Sabirabad Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, 3(5-151)–***/**** saylı qərarının ləğv edilməsini, Əliyev İlkin Adil oğlunun barəsində AR İXM-nin 327.1-ci maddəsinə əsasən Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsinin rəisi Rəşid Piriyev vəsatətlə Sabirabad Rayon Məhkəməsinə müraciət edərək, buraxılmış prosessual müddətin bərpa edilərək, şikayətin baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Sabirabad Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsinin rəisi Rəşid Piriyevin vəsatəti təmin edilməmişdir. Qərardan narazı qalan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsinin rəisi Rəşid Piriyev apellyasiya şikayəti vermişdir. Şikayət və vəsatət onunla əsaslandırılmışdır ki, Sabirabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı ləğv edilməli və işə mahiyyəti üzrə baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən, şikayət verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin axımı inzibati xəta haqqında qərarın aidiyyəti şəxsə və ya orqana rəsmi qaydada təqdim edildiyi (bildirildiyi) andan başlanır. Bu baxımdan, qərarın “Azdoc” informasiya sistemi vasitəsilə göndərilməsi müddətin başlanma anını müəyyən edən hüquqi fakt kimi çıxış etmir. Müddətin axımının başlanması yalnız qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmi təqdimetmə və ya bildirişin həyata keçirildiyi tarixlə bağlıdır. Beləliklə, müddətin hesablanması zamanı yalnız rəsmi təqdimetmə tarixi hüquqi əhəmiyyət daşıyır və elektron sistem vasitəsilə daxili dövriyyə məqsədilə göndərilmə müddətin başlanmasına əsas vermir. Bundan əlavə, dövlət orqanları tərəfindən qəbul edilən prosessual qərarlardan şikayət verilməsi müəyyən daxili prosedurların, aidiyyəti struktur bölmələrinin rəylərinin alınmasını və səlahiyyətli vəzifəli şəxslər tərəfindən təsdiqlənməsini tələb edir. Bu prosedurların həyata keçirilməsi zamanı yaranmış obyektiv gecikmələr Bakı şəhər BPİ DYPİ-nin iradəsindən asılı olmayan hallar kimi qiymətləndirilməli və müddətin bərpası məsələsi həll edilərkən nəzərə alınmalıdır. Eyni zamanda, verilmiş şikayətin mahiyyəti üzrə baxılmasından imtina edilməsi işə mahiyyəti üzrə məhkəmə nəzarətinin həyata keçirilməsini məhdudlaşdırır və tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun tam təmin edilməsinə xidmət etmir. Prosessual normalar formalizm məqsədi daşımamalı, hüquqların səmərəli müdafiəsinə xidmət etməlidir. Yuxarıda şərh olunanlara və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.2-ci maddəsinə əsasən Sabirabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)- ***/**** nömrəli qərardadının ləğv edilməsi və verilmiş şikayətə mahiyyəti üzrə baxılması xahiş olunur. Məhkəmə iclasında iştirak edən Əliyev İlkin Adil oğlu apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu qeyd edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etmir. Məhkəmə səlahiyyətli nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə şikayətin dəlillərini, birinci instansiya məhkəməsinin qərarını iş materilları ilə birlikdə yoxlayaraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Sabirabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, 3(5-151)–***/**** saylı qərardadı ləğv edilməlidir. Belə ki, iş materialları ilə qərarın surətinin ## ### 2026-cı il tarixdə poçt vasitəsi ilə göndərilməsi müəyyən olunsa da, qərarın surətinin ünvana nə vaxt çatdırılması haqqında heç bir məlumat yoxdur. Şikayətin dəlillərindən biri də, qərarın şikayət vermək hüququ olan səlahiyyətli şəxsə təqdim olunması ilə bağlıdır. Göründüyü kimi, qərarının nüsxəsinin ünvana nə vaxt çatdırılması haqqında iş materiallarında hər hansı rəsmi məlumat müəyyən olunmur. Ona görə də hal-hazırdakı vəziyyətdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsinin rəisi Rəşid Piriyevin şikayət vermək üçün müddəti ötürməsi üzrlü hesab olunmalıdır. İXM-in 117-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərar onun baxılmasından dərhal sonra elan olunur. Qərarın surəti iki gün müddətində barəsində qərar qəbul edilmiş fiziki şəxsə, hüquqi şəxsin nümayəndəsinə və zərərçəkmiş şəxsə verilir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Qeyd olunan Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Apellyasiya məhkəməsi protestin dəlillərini, iş materilları ilə birlikdə yoxlayaraq hesab edir ki, vəzifəli şəxsin inzibati xəta haqqında iş üzrə qərarından şikayət vermə müddəti üzrlü sayılaraq bərpa edilməlidir. Yuxarıda gösərilənləri nəzərə, Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsinin rəisi Rəşid Piriyev tərəfindən verilmiş şikayət əsaslı olduğundan təmin edilməli, Sabirabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, 3(5-151)–***/**** saylı qərardadı ləğv edilməli, ötürülmüş prosessual müddət bərpa edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 133-136-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDIM: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsinin rəisi Rəşid Piriyev tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Sabirabad Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadı ləğv edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsinin rəisi X4 Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, 3(5-151)–***/**** saylı qərarından apellyasiya protestinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair ərizəsi təmin edilsin. Qərardad elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardaddan şikayət və ya protest verilməsinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar