Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 3(3-9)-425/2026 03.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə. Buraxılmış prosessual müddətinin bərpa edilməsinə dair vəsatətin təmin edilməməsi barədə Kürdəmir Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadından barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi, ***** saylı akt və ona əsaslanan cədvəlin sübut kimi etibarsız hesab edilməsi, bitkilərin növü və ölçüsünün müəyyən edilməsi üçün zəruri olduqda ekspertiza təyin edilməsi, ona tətbiq edilmiş 2340 manat cərimənin etibarsız sayılması və onun inzibati məsuliyyətinə xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kürdəmir Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli *(*-***)-***/**** saylı qərardadı ilə Qərardan şikayət verən orqan (şəxs) şikayəti geri qaytarılmışdır. ##.##.2026-cı il tarixdə Qərardan şikayət verən orqan (şəxs) buraxılmış prosessual müddətin bərpası haqqında vəsatət məhkəməyə daxil olmuşdur. Kürdəmir Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadı ilə Qərardan şikayət verən orqan (şəxs) vəsatəti təmin edilməmişdir. Qərardaddan narazı qalan barəsində inzibati tənbeh qərarı tətbiq edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin qərardadı qanunsuz və əsassızdır. Belə ki, birinci instansiya məhkəməsi işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Təqdim etdiyi sübutlara qiymət verməmişdir. O, əvvəlcə səhvən Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir, ona görə də müddəti ötürməmişdir. Kürdəmir Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadının ləğv edilərək şikayət vermə müddətinin bərpa edilməsi və işə mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılması, ekspertiza keçirilməsinin zəruriliyinə, 2340 manatlıq zərərin əsassız hesablanmasına və digər hallara hüquqi qiymət verilməsi xahiş olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) Kürdəmir Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadının ləğv edilərək şikayət vermə müddətinin bərpa edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. İşin hallarına əsasən məhkəmə şikayətə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati Xətalar Məcəlləsinin 128.1 və 133.2.8-ci maddələrinə əsasən “Barəsində qərar çıxarılmış şəxs, .... zərər çəkmiş şəxs, .... inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər”, “inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır”. Məhkəmə barəsində inzibati xəta üzrə qərar qəbul edilmiş şəxsin şikayətini iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən “...qərarın surəti bu Məcəllənin 57.1–57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər”. Qərardan şikayət verən orqan (şəxs) vəsatətində qeyd edir ki, ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla ##.##.2026-cı il tarixdə tanış olmuşdur. Lakin o, həmin qərardan şikayət ##.##.2026- cı il tarixdə məhkəməyə daxil olmuşdur. Həmin şikayətin ##.##.2026-cı il tarixdə Qərardan şikayət verən orqan (şəxs) tərəfindən imzalanmaqla, ##.##.2026-cı il tarixdə göndərilidiyi müəyyən edilir. Bundan başqa iş materialları ilə müəyyən olunur ki, Qərardan şikayət verən orqan (şəxs) qərardan narazı olması barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə şikayət ərizəsi yazmışdır. Bu hal onu göstərir ki, o, qərarın surətini vaxtında almış, lakin qanunla müəyyən olunmuş müddətdə qərardan şikayət etməmişdir. Bununla da 10 günlük qərardan şikayət vermə müddəti keçmişdir. Qərardan şikayət verən orqan (şəxs) mübahisələndirdiyi qərarı almış və üzürlü səbəb olmadan şikayət müddətini ötürmüşdür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. İnzibati Xətalar Məcəlləsinin 130.2-ci maddəsinə əsasən “Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir”. Məhkəmə həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin müddətlərin tətbiqi ilə bağlı hüquqi mövqeyinə istinad edilməsini zəruri hesab edir. Avropa Məhkəməsinin mövqeyinə görə, məhkəməyə müraciət edilməsi hüququna müddət məhdudiyyəti tətbiqinin bır sıra məqsədləri var. Bunlardan əsası - işlərə ağlabatan müddətdə baxılmasını təmin etməklə, hüquqi müəyyənliyi qoruyub saxlamaq və məhkəmə çəkişmələri tərəflərinin uzun müddət qeyri-müəyyənlik vəziyyətində qalmasının qarşısını almaqdır. Bu qayda, eyni zamanda, perspektiv şikayətçiyə məhkəməyə müraciət edib etməmək barədə düşünmək, şikayət etməyə qərar verdiyi halda isə qaldırılacaq konkret şikayət və dəlilləri barədə qərar vermək üçün vaxt verir. Müddət məhdudiyyətinin müəyyən edilməsi eləcə də məhkəmələrin iş üzrə faktların müəyyən edilməsi imkanlarını genişləndirir, çünki zaman keçdikcə, qaldırılan məsələlərə ədalətli şəkildə baxılması problemli hala çevrilir. Belə qayda məhkəmələr tərəfindən həyata keçirilən nəzarətin müəyyən vaxtla məhdud olduğunu nümayiş edir və tərəflərə belə nəzarətin tətbiqinin uzun müddət mümkün olmayacağını bildirir. Bu cür müddət məhdudiyyətinin mövcud olduğu, İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasına üzv dövlətlərinin qəbul edilmiş məhkəmə qərarlarının davamlı olaraq şübhə altına alınmasının qarşısını almaq arzusu ilə əsaslandırılmış və cəmiyyətdə nizam, sabitlik və sülhün qorunmasına yönəlmişdir. Avropa Məhkəməsinin davamlı mövqeyi ondan ibarət olmuşdur ki, prosessual qaydalara riayət edilməsi və məhkəməyə müraciət etmək hüququna müddət məhdudiyyətinin qoyulması, məhkəmə tərəflərinin qanun qarşısında bərabərliyini təmin edən hüquqi müəyyənlik prinsipinin təməl əsaslarını təşkil edir. Bu prinsip Konvensiyanın bütün maddələrində açıq şəkildə ifadə edilmişdir və qanunun aliliyinin fundamental tərkib hissələrindən biridir (bax, X2rşı [BP], № *****/**, §§ 39-42, ## #### 2012). İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilməməli, Kürdəmir Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDIM: Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət təmin edilməsin. Kürdəmir Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardaddann kassasiya qaydasında şikayət və ya protest verilə bilməz. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №3(3-9)-425/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-9)-425/2026
03.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver