Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-428/2026 31.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Cinayət Kollegiyasının hakimi Əliyev Əli Abdulla oğlunun sədrliyi Zeynallı Aslan İsmayıl oğlunun katibliyi, Səlahiyyətli orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin nümayəndəsi X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakları ilə, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 193-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Şirvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X7 Xidməti tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin ## ### 2026-cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) İXM-in 193-cü maddəsi ilə təqsirli bilinərək 1000 manat cərimə edilmişdir. Qərardan şikayət verən orqan (şəxs) şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin ## ### 2026-cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə şikayət təmin edilmiş, Qərardan şikayət verən orqan (şəxs) İXM-in 193-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 1000 manat cərimə olunması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin ## ### 2026-cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmişdir. Məhkəmə qərarından narazı qalan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Hüquq İdarəsinin rəis müavini Tamerlan Məlikli şikayət verərək, Şirvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsi və Qərardan şikayət verən orqan (şəxs) barəsində tərtib edilmiş ##.##.2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında qərarın qüvvədə saxlanılması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Qərardan şikayət verən orqan (şəxs) sözügedən şikayətə etiraz təqdim edərək, şikayətin təmin edilməməsini xahiş etmişdir. ŞİKAYƏTİN VƏ ETİRAZIN DƏLİLLƏRİ: Səlahiyyətli orqan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti şikayətini onunla əsaslandırmışdır ki, Şirvan Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*- ***)-***/**** nömrəli qərarı ləğv edilməli və X7 Xidmətinin Şirvan-Salyan regional şöbəsinin ## ### 2026-cı il tarixli, MN ******* nömrəli qərarı qüvvədə saxlanılmalıdır. Bildiririk ki, ##.##.2026cı il tarixdə əmək müqaviləsinə xitam verilən X2 Əmək Müfəttişliyi Xidmətinin Şirvan-Salyan regional şöbəsinə müraciət edərək, onun əmək müqaviləsinə xitam verilməsinin qanunsuz olduğunu bildirmiş, bununla bağlı regional şöbə tərəfindən müvafiq araşdırma aparılmış və Şirvan şəhəri ** nömrəli tam orta məktəbin direktoru Qərardan şikayət verən orqan (şəxs) məktəbin işçisi X2 ilə "xidmətedici" vəzifəsi üzrə bağlanılmış müqavilədə işçinin əmək funksiyaları göstərilmədiyi, əmək funksiyalarının dairəsi müəyyən olunmadığı halda təmizlik işlərinin görülməsindən imtina olunduğu üçün əmək müqaviləsinə xitam verilməsi ilə bağlı İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul olunmuşdur. Həmçinin X2 əmək müqaviləsinə xitam verəcəyi hədəsi ilə onu əmək funksiyasında nəzərdə tutulmayan işlərin görülməsinə məcbur edilmişdir. Məhz elə həmin əsaslarla da İXM-in 193-cü maddəsi ilə təqsirli bilinmiş və barəsində cərimə inzibati tənbehi tətbiq edilmişdir. Hazırda Qərardan şikayət verən orqan (şəxs) Türkan Qasımovanın əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndi ilə xitam verilməsi barədə əmrin ləğv edildiyini və onun işə bərpa olunduğunu bildirsə də, müvafiq sənədlər elektron sistemə inteqrasiya edilməlidir. Beləliklə, yuxarıda sadalanan qanun pozuntularına yol verdiyinə görə, Xidmətin Şirvan-Salyan regional şöbəsi tərəfindən Şirvan şəhəri ** nömrəli tam orta məktəbin direktoru Qərardan şikayət verən orqan (şəxs) barəsində İXM-nin 192.6 və 193-cü maddələri ilə ##.##.2026-cı il tarixli inzibati xəta haqqında protokol tərtib edilməklə inzibati xəta haqqında iş üzrə icraatlar başlanılmış, sözügedən protokollar (əlavə olunmuş iş materialları) üzrə işlərə baxılma zamanı ##.##.2026-cı il tarixli MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” və ##.##.2026-cı il tarixli MN ******* nömrəli “İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” qərarlar qəbul edilmişdir. Bu səbəbdən vəzifəli şəxs Qərardan şikayət verən orqan (şəxs) barəsində İnzibati Xətalar Məcəlləsinin 192.6-cı (işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə) maddəsinə əsasən ##.##.2026-cı il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. Göründüyü kimi məhkəmə tərəfindən araşdırma və sübutların qiymətləndirilməsi obyektiv aparılmamış, sözügedən inzibati xətanın aşkarlanmasına səbəb olmuş şikayət və vətəndaşın müraciətinə isə ümumiyyətlə, etinasız yanaşılmışdır. Məhkəmə sadəcə bir tərəfin, xüsusilə vəzifəli şəxsə münasibətdə qərardan şikayət vermiş şəxsin özünümüdafiə xarakterli mülahizələrinə əsaslanaraq birtərəfli qaydada qanunazidd qərar çıxarmışdır. Beləliklə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Şirvan-Salyan regional şöbəsinin ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı tam qanuni və əsaslıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) şikayətə etirazını onunla əsaslandırmışdır ki, işçi (X2) məktəbdə kiçik xidmətedici işçi vəzifəsinə qəbul edilmişdir. Bu vəzifənin mahiyyəti təhsil müəssisəsinin təmizliyinin, sanitariya-gigiyena vəziyyətinin və normal fəaliyyətinin təmin edilməsindən ibarətdir. İşçiyə yerinə yetirilməsi təklif edilən işlər - sinif otaqlarının, dəhlizlərin, sanitar qovşaqlarının və məktəbin həyətyanı ərazisinin təmizlənməsi - həmin vəzifənin xarakterinə tam uyğun olmuşdur və əmək funksiyasından kənara çıxmamışdır, heç bir halda Türkan Qasımova hər hansı hədə qorxuya məruz qalmamışdır. O, 2025-ci ilin dekabr ayının 3-dən Şirvan şəhəri, Məftun Osmanov adına ** nömrəli tam orta məktəbin direktoru vəzifəsini icra edir. Direktor vəzifəsini icra etməyə başladıqdan sonra müəssisədə əmək münasibətlərinin qanunvericiliyin tələblərinə uyğunlaşdırılınası məqsədilə bütün köməkçi və xidmət heyətin iştirakı ilə iclas keçirilmiş və işçilərin əmək funksiyası vəzifələrinə uyğun olaraq konkretləşdirilmişdir. Bu proses yeni əmək funksiyasının müəyyən edilməsi deyil, mövcud vəzifələrin yazılı şəkildə konkretləşdirilməsi məqsədi daşımışdır. İşçiyə vəzifə təlimatı ilə tanış olmaq təklif edilmiş, lakin o, həmin sənədi imzalamaqdan və onunla tanış olmaqdan imtina etmişdir. Bu fakt aktla rəsmiləşdirilmişdir. Bundan sonra vəzifə təlimatı sifarişli poçt vasitəsilə işçinin yaşayış ünvanına göndərilmişdir, eyni zamanda işçiyə yeni əmək müqaviləsi təklif olunsa da, o, bu müqavilədən imtina edib. Beləliklə, işəgötürən işçinin əmək funksiyası barədə məlumatlandırılması üçün öz üzərinə düşən vəzifəni yerinə yetirmişdir. X7 inzibati qərar qəbul edərkən işçinin vəzifə təlimatı ilə tanış olmaqdan imtina etməsi barədə aktı, vəzifə təlimatının poçt vasitəsilə göndərilməsini, işçinin tutduğu vəzifənin mahiyyətini və ona verilən tapşırıqların həmin vəzifəyə uyğunluğunu lazımi qaydada araşdırmamışdır. İnzibati icraat zamanı inzibati orqan işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmalı, qərarını mötəbər ve kifayət qədər sübutlara əsaslandırmalıdır. Lakin hazırki işdə inzibati orqan yalnız işçinin izahatına üstünlük vermiş, işəgötürənin təqdim etdiyi aktı, poçt göndərişini və diger yazılı sübutları lazımi hüquqi qiymətləndirməyə cəlb etməmişdir. Bundan başqa, apellyasiya şikayətində İşçiyə məhz hansı tapşırığın onun əmək funksiyasından kənar olduğu hüquqi cəhətdən əsaslandırılmamışdır. Sinif otaqlarının dəhlizlərin, sanitar qovşaqlarının və məktəbin həyətyanı erazisinin təmizlənməsi kiçik xidmətedici işçinin adi vəzifələrinə uyğun olduğundan, bu tapşırıqların qanuni hesab edilməsi üçün hüquqi əsas mövcud deyildir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) şikayətin təmin olunmamasını, Şirvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən səlahiyyətli orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin nümayəndəsi X1 şikayətin təmin olunmasını, Şirvan Şəhər Məhkəməsinin müvafiq qərarının ləğv edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: İXM-in 128.1 və 133.2.8-ci maddələrinə əsasən barəsində qərar çıxarılmış şəxs, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 137.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest üzrə qəbul edilmiş qərardan fiziki şəxs, yetkinlik yaşına çatmayanın qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən verilən şikayətə, habelə prokurorun protestinə məhkəmələrdə bu Məcəllədə müəyyən edilmiş qaydada və müddətdə baxılır. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, İXM-in 3-cü maddəsinə görə inzibati məsuliyyət yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə yaranır, İXM-in 8.3-cü maddəsinə görə isə inzibati xəta törətmiş şəxsin təqsiri barədə aradan qaldırılması mümkün olmayan şübhələr onun xeyrinə həll edilir. İXM-in 75 və 76-cı maddələri səlahiyyətli orqanın sübutları tam, hərtərəfli və obyektiv araşdırmaq, onların aidiyyəti, mümkünlüyü və mötəbərliyini qiymətləndirmək vəzifəsini müəyyən edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Şirvan-Salyan regional şöbəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) X2 əmək funksiyasında nəzərdə tutulmadığı halda təmizlik işlərinin görülməsinə məcbur etməsinə görə İXM-in 193-cü maddəsi ilə təqsirli bilinərək 1000 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş müraciətdən görünür ki, X2 və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinə ərizə ilə müraciət edərək, ##.##.2009-cu il tarixdə Şirvan şəhəri M.Osmanov adına ** nömrəli tam orta ümumtəhsil məktəbi ilə bağlanmış əmək müqaviləsi əsasında kompüterçi vəzifəsinə qəbul edildiyini, ##.##.2022-ci il tarixdə isə vəzifəsinin “kiçik xidmətedici işçi” kimi dəyişdirildiyini bildirmişdir. X2 həmçinin göstərmişdir ki, ##.##.2022-ci il tarixdə elektron qaydada bağlanmış əmək müqaviləsində əmək funksiyasının konkret nədən ibarət olması göstərilməmiş, buna baxmayaraq ondan təmizlik işlərinin görülməsi tələb edilmiş və həmin işləri yerinə yetirməyəcəyi təqdirdə əmək müqaviləsinə xitam veriləcəyi bildirilmişdir. İş materiallarına əlavə edilmiş ##.##.2026-cı il tarixli protokoldan görünür ki, Şirvan şəhəri ** nömrəli məktəbin direktoru vəzifəsini müvəqqəti icra Qərardan şikayət verən orqan (şəxs) barəsində İXM-in 193-cü maddəsi ilə inzibati xətaya dair iş üzrə icraat başlanmışdır. İnzibati xətaya dair iş üzrə icraat zamanı Şirvan şəhər M.Osmanov adına ** nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru vəzifəsini müvəqqəti icra edən Qərardan şikayət verən orqan (şəxs) bildirmişdir ki, Türkan Qasımova məktəbin kiçik xidməti işçisi vəzifəsinə qəbul edilmişdir. O, işçiyə əmək müqaviləsinə uyğun əmək funksiyalarını yerinə yetirməsi barədə dəfələrlə şifahi və yazılı göstərişlər verildiyini, yeni əmək müqaviləsinin bağlanmasının təklif olunduğunu, lakin Türkan Qasımovanın bunu qəbul etmədiyini və ona həvalə edilən işləri yerinə yetirməkdən imtina etdiyini göstərmişdir. Məktəbin ehtiyacları nəzərə alınmaqla Türkan Qasımovaya təmizlik işlərinin görülməsi tapşırılmış, bu barədə ona və yaşayış ünvanına dəfələrlə yazılı bildiriş göndərilmişdir. Buna baxmayaraq, o, heç bir işi yerinə yetirməyəcəyini bildirmiş, nəticədə barəsində qanunvericiliyə uyğun intizam tənbehləri tətbiq edilmiş və sonradan əmək müqaviləsinə xitam verilmişdir. O, həmçinin qeyd etdi ki, Türkan Qasımovanın onun tərəfindən hədələnməsi və ya təzyiqə məruz qalması barədə iddiaları həqiqətə uyğun deyil, ona yalnız əmək qanunvericiliyinin tələbləri izah edilmiş və əmək funksiyalarını yerinə yetirmədiyi halda qanunla nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Şirvan şəhəri Məftun Osmanov adına ** nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru vəzifəsini müvəqqəti icra edən Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixli, ** nömrəli əmrindən görünür ki, X2 ilə bağlanmış əmək müqaviləsinə ##.##.2026-cı il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmiş və o, işdən azad edilmişdir. Həmin əmrdə məktəbin ehtiyacları, qarderob otağının olmaması, dülgər və çilingər işlərinin işçiyə uyğun hesab edilməməsi səbəbindən ona xadimə xarakterli işlərin tapşırıldığı göstərilmişdir. İş materiallarına əlavə edilmiş Şirvan Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından görünür ki, ** nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru vəzifəsini müvəqqəti icra edən Qərardan şikayət verən orqan (şəxs) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Şirvan-Salyan regional şöbəsi tərəfindən ##.##.2026-cı il tarixli qərarla İXM-in 192.6-cı maddəsi ilə - İşçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə -təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilmişdir. İş materiallarına əlavə edilmiş əmrdən görünür ki, ##.##.2026-cı il tarixdə X2 əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarından həmçinin görünür ki, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən işçinin vəzifə təlimatı ilə tanış olmaqdan imtina etməsi barədə aktın tərtib edilməsi, vəzifə təlimatının poçt vasitəsilə göndərilməsi və əmək funksiyalarının dəqiqləşdirilməsi üçün yeni əmək müqaviləsinin bağlanmasının təklif edilməsi barədə sənədlərə istinad edilmişdir. Səlahiyyətli orqan isə bu sənədlərin məzmununu, onların işçiyə çatdırılıb-çatdırılmadığını, verilmiş tapşırıqların “kiçik xidmətedici işçi” vəzifəsinin real məzmunundan kənara çıxıbçıxmadığını və iddia edilən hədə-qorxunun hansı obyektiv sübutlarla təsdiqləndiyini qərarda kifayət qədər əsaslandırmamışdır. İXM-in 193-cü maddəsinə əsasən əmək müqaviləsinə xitam veriləcəyi, əmək müqaviləsində və ya kollektiv müqavilədə müəyyən edilmiş güzəşt və imtiyazlardan məhrum ediləcəyi hədə-qorxusu ilə işçini əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etməyə görə min manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 17.1-ci maddəsi də hər hansı qayda və üsulla zor işlətməklə, həmçinin əmək müqaviləsinə xitam veriləcəyi hədə-qorxusu ilə işçini əmək funksiyasına daxil olmayan işi yerinə yetirməyə məcbur etməyi qadağan edir. Məhkəmə inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, aşağıda göstərilən əsaslara görə şikayət əsassız olduğundan təmin edilməməli, Şirvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İnzibati məsuliyyət hüququnun fundamental prinsiplərindən biri ondan ibarətdir ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi yalnız onun əməlində qanunda nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün obyektiv və subyektiv əlamətləri tam sübuta yetirildiyi halda mümkündür. İXM-in 3, 8, 75 və 76-cı maddələrinin sistemli təhlili göstərir ki, inzibati məsuliyyət ehtimal və fərziyyələr üzərində deyil, qanuni yolla əldə edilmiş, mötəbər və qarşılıqlı əlaqədə qiymətləndirilmiş sübutlar əsasında müəyyən edilə bilər. Təqsirsizlik prezumpsiyası inzibati məsuliyyət sahəsində də tam tətbiq olunur, təqsirin sübut edilməsi vəzifəsi inzibati icraatı aparan səlahiyyətli orqanın üzərinə düşür, aradan qaldırılması mümkün olmayan şübhələr isə məsuliyyətə cəlb olunan şəxsin xeyrinə həll edilir. Hazırkı işdə səlahiyyətli orqan Qərardan şikayət verən orqan (şəxs) İXM-in 193-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi qənaətinə gəlmişdir. Həmin normanın dispozisiyasından görünür ki, inzibati məsuliyyətin yaranması üçün iki məcburi element məcmu halda sübuta yetirilməlidir: birincisi, işçinin əmək funksiyasına daxil olmayan işi yerinə yetirməyə məcbur edilməsi, ikincisi isə həmin məcburetmənin əmək müqaviləsinə xitam veriləcəyi və ya əmək müqaviləsində, yaxud kollektiv müqavilədə müəyyən edilmiş güzəşt və imtiyazlardan məhrum ediləcəyi hədəsi ilə müşayiət olunması. Deməli, bu maddə formal xarakterli norma olmayıb, xüsusi məqsədli psixi təsir vasitəsilə işçinin iradəsinin sındırılmasını nəzərdə tutan müstəqil inzibati xəta tərkibini müəyyən edir. Belə inzibati xəta yalnız işçinin əmək funksiyasına daxil olmayan işi yerinə yetirməyə məhz qanunda göstərilən təzyiq vasitələrinin tətbiqi ilə məcbur edilməsinin etibarlı sübutlarla təsdiq edildiyi halda mövcud hesab edilə bilər. Bu baxımdan işçinin əmək funksiyasının müqavilədə yetərincə konkret göstərilməməsi, vəzifə təlimatı ilə bağlı tərəflər arasında mübahisənin mövcudluğu və ya əmək müqaviləsinə xitam verilməsi barədə sonrakı əmrin qəbul edilməsi öz-özlüyündə İXM-in 193cü maddəsinin tərkibini yaratmır. Həmin maddənin tətbiqi üçün əlavə olaraq işçinin məhz əmək funksiyasına daxil olmayan işi görməyə məcbur edilməsi və bu məcburetmənin qanunda göstərilən hədə-qorxu vasitəsi ilə həyata keçirilməsi konkret faktlarla sübuta yetirilməlidir. İş materiallarının araşdırılmasından görünür ki, inzibati orqan belə nəticəyə əsasən X2 müraciəti və izahatı əsasında gəlmiş, lakin həmin izahatı təsdiq edən müstəqil sübutlar toplamamışdır. İşçinin hansı konkret əmək funksiyasına daxil olmayan işi görməyə məcbur edilməsi, həmin məcburetmənin hansı formada həyata keçirilməsi, hədənin hansı konkret ifadələrlə və hansı şəraitdə səsləndirilməsi, bu halların hansı obyektiv sübutlarla təsdiq olunması inzibati icraat zamanı müəyyən edilməmişdir. Halbuki, İXM-in 75 və 76-cı maddələrinin tələblərinə görə, səlahiyyətli orqan yalnız şikayətlə kifayətlənməməli, bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmalı, sübutları qarşılıqlı müqayisə etməli və onların məcmusuna hüquqi qiymət verməlidir. Məhkəmə hesab edir ki, inzibati icraat zamanı sübutetmə standartına əməl edilməmişdir. İnzibati sanksiyanın tətbiqi şəxsin hüquqi vəziyyətinə ciddi müdaxilə təşkil edir. Xüsusilə cərimə ilə nəticələnən sanksiyalarda səlahiyyətli orqan tərəfindən təqdim olunan sübutlar şəxsin təqsirini inandırıcı və ardıcıl şəkildə təsdiq etməli, mövcud şübhələri aradan qaldırmalıdır. Hazırkı işdə isə belə sübutlar mövcud deyildir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin eyni faktiki hallar üzrə müstəqil sübut bazası olmadan əlavə inzibati məsuliyyət yaradılmasının yolverilməzliyi barədə gəldiyi nəticəni də işin hallarına uyğun hesab edir. İş materialları ilə müəyyən edilir ki, X2 əmək müqaviləsinə xitam verilməsi ilə bağlı Qərardan şikayət verən orqan (şəxs) artıq İXM-in 192.6-cı maddəsi üzrə inzibati məsuliyyətə cəlb edilmiş və həmin hüquq pozuntusuna ayrıca hüquqi qiymət verilmişdir. Hazırkı icraat çərçivəsində isə həmin əmək münasibətinin tərkib hissəsi kimi təqdim edilən “əmək müqaviləsinə xitam veriləcəyi ilə hədələmə” ayrıca inzibati xəta kimi qiymətləndirilmişdir. İXMin 193-cü maddəsinin tətbiqi ümumən İXM-in 192.6-cı maddəsinin tətbiqini istisna etməsə də, ikinci məsuliyyət yalnız əvvəlki icraatın faktiki əsasından ayrılan, müstəqil və sübut edilmiş hədə-qorxu faktı mövcud olduqda mümkün hesab edilə bilər. Bu yanaşma həm də bir əmələ görə iki dəfə məsuliyyətə cəlb etməmə (beynəlxalq hüquqda “non bis in idem”) prinsipinin mahiyyətindən irəli gəlir. Həmin prinsip yalnız eyni normaya görə ikinci dəfə məsuliyyətə cəlb edilməni deyil, həm də eyni faktiki hadisənin müxtəlif hüquqi konstruksiyalar vasitəsilə təkrar sanksiyalaşdırılmasını qadağan edir. Bu baxımdan qiymətləndirmə hüquqi normanın adına görə deyil, faktiki hadisənin eyniliyinə görə aparılır. Əgər ikinci hüquqi qiymətləndirmə əvvəlki məsuliyyətin əsasını təşkil edən eyni faktiki davranış kompleksindən ayrılmaz şəkildə irəli gəlirsə və müstəqil faktiki əsaslara söykənmirsə, belə qiymətləndirmə təkrar məsuliyyətə cəlbetmə təhlükəsi yaradır. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 71ci maddəsinin İ və X hissələri, 80-ci maddəsi və 149-cu maddəsinin İ hissəsi baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162-1-ci maddəsinin “Qeyd” hissəsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair ## #### 2026-cı il tarixli Qərardadında ifadə olunan hüquqi mövqeyə görə, inzibati xətalar sahəsində münasibətlər təbiətinə görə tənbehedici və preventiv xarakter daşıyır, inzibati-delikt hüququ mahiyyətcə cinayət qanunvericiliyinə yaxındır, məsuliyyətə səbəb olan əməlin və onun hüquqi nəticələrinin qanunda aydın və birmənalı göstərilməsi hüquqi müəyyənlik prinsipinin tələbidir. Bu hüquqi mövqe hazırkı işdə də inzibati məsuliyyətin yalnız aydın müəyyən edilmiş və sübuta yetirilmiş faktiki əsaslar üzrə tətbiq edilməli olduğunu təsdiq edir. Hazırkı işdə iddia edilən hədələmə əmək müqaviləsinə sonradan verilmiş xitamdan ayrılıqda baş vermiş müstəqil hadisə kimi deyil, məhz həmin xitam prosesinin tərkib hissəsi kimi təqdim olunmuşdur. Səlahiyyətli orqan hədələmə faktını əmək müqaviləsinin sonradan ləğvindən ayrıca mövcud olan müstəqil inzibati xəta kimi sübut edə bilməmişdir. Belə olan halda, eyni hüquqi münasibətin müxtəlif mərhələlərinin kifayət qədər fərdiləşdirilmədən ayrıca inzibati məsuliyyət predmeti edilməsi hüquqi müəyyənlik və proporsionallıq prinsipləri ilə uzlaşmır. Məhkəmə həmçinin nəzərə alır ki, X2 əmək müqaviləsində əmək funksiyalarının kifayət qədər konkret müəyyən edilməməsi əmək hüququ müstəvisində ayrıca hüquqi qiymətləndirilməli olan məsələdir. Lakin əmək müqaviləsində qeyri-müəyyənliyin mövcudluğu özlüyündə birmənalı olaraq İXM-in 193-cü maddəsinin tətbiqi üçün əsas yaratmır. İnzibati məsuliyyət yalnız qanunda nəzərdə tutulmuş bütün əlamətlər sübuta yetirildikdə mümkündür. Əmək müqaviləsinin məzmununda mövcud çatışmazlıq ilə işçinin qanunsuz məcbur edilməsi anlayışları eyniləşdirilə bilməz. Digər tərəfdən, iş materiallarından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) izahatlarında X2 məhz tutduğu "kiçik xidmətedici işçi" vəzifəsinin mahiyyətinə uyğun işlərin tapşırıldığını, əmək funksiyalarının dəqiqləşdirilməsi üçün yeni əmək müqaviləsinin bağlanmasının təklif edildiyini, lakin işçinin bundan imtina etdiyini bildirmişdir. Bu izahatların düzgünlüyü və ya yanlışlığı ayrıca əmək mübahisəsinin predmetini təşkil edə bilsə də, onların təkzib edilməsi üçün inzibati orqan tərəfindən kifayət qədər sübut təqdim edilməmişdir. Belə şəraitdə təqsirləndirilən şəxsin təqsiri barədə yaranan şübhələr İXM-in 8.3-cü maddəsinə uyğun olaraq onun xeyrinə həll edilməlidir. Səlahiyyətli orqanın apellyasiya şikayətində işçinin müraciətinə etinasız yanaşıldığı göstərilsə də, məhkəmənin vəzifəsi yalnız müraciətin mövcudluğunu deyil, həmin müraciətdə göstərilən halların inzibati məsuliyyət üçün zəruri olan bütün əlamətləri sübuta yetiribyetirmədiyini yoxlamaqdır. Şikayətçinin izahatı digər sübutlarla təsdiq edilmədikdə, xüsusilə hədə-qorxunun konkret məzmunu, vaxtı, şəraiti və şahid və ya yazılı sübutlarla təsdiqi müəyyən olunmadıqda, həmin izahat təkbaşına İXM-in 193-cü maddəsi üzrə təqsirin sübutu üçün kifayət sayıla bilməz. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin daha bir nəticəsini əsaslı hesab edir ki, inzibati icraat zamanı obyektiv araşdırma prinsipi tam təmin edilməmişdir. İnzibati orqan əsasən şikayətçinin təqdim etdiyi məlumatlarla kifayətlənmiş, əmək funksiyalarının faktiki məzmununu, vəzifənin real xarakterini, məktəbdə əmək bölgüsünü, işçiyə verilmiş konkret tapşırıqların məzmununu, həmin tapşırıqların tutduğu vəzifəyə uyğun olub-olmamasını, habelə iddia edilən hədələmənin mövcudluğunu təsdiq edən digər sübutları toplamamışdır. Halbuki inzibati prosesdə obyektiv həqiqətin müəyyən edilməsi prinsipi səlahiyyətli orqanın həm məsuliyyəti təsdiq edən, həm də onu təkzib edən sübutları toplamaq və qiymətləndirmək vəzifəsini nəzərdə tutur. Məhkəmə kollegiyası hesab edir ki, dövlət orqanlarının inzibati sanksiya tətbiq etmək səlahiyyəti hüquqi dövlət prinsipinin tələblərinə uyğun həyata keçirilməlidir. Xüsusilə təşkilatisərəncamverici funksiyaları həyata keçirən vəzifəli şəxslər barəsində inzibati məsuliyyət məsələsi həll edilərkən sübutetmə standartına daha ciddi əməl olunmalıdır. Çünki belə qərarlar yalnız əmlak hüquqlarına deyil, həm də şəxsin peşə nüfuzuna və gələcək peşə fəaliyyətinə birbaşa təsir göstərir. Buna görə də inzibati cərimənin tətbiqi ehtimal və fərziyyələrə deyil, inandırıcı, kifayət qədər və qarşılıqlı təsdiq olunan sübutlar məcmusuna əsaslanmalıdır. Bu səbəbdən səlahiyyətli orqanın “əmək müqaviləsində əmək funksiyasının göstərilməməsi” və “işçinin təmizlik işlərini görməkdən imtina etməsi” barədə mülahizələri İXMin 193-cü maddəsinin bütün tərkib əlamətlərini əvəz etmir. Həmin hallar, zəruri sübut bazası olduqda, əmək müqaviləsinin məzmunu, əmək funksiyasının müəyyənliyi və əmək müqaviləsinə xitamın qanuniliyi üzrə qiymətləndirilə bilər; lakin işçinin əmək funksiyasına daxil olmayan işi hədə-qorxu ilə yerinə yetirməyə məcbur edilməsi faktı ayrıca və inandırıcı şəkildə sübut olunmadıqda inzibati cərimənin tətbiqi üçün əsas yaratmır. Məhkəmə hesab edir ki, səlahiyyətli orqan tərəfindən Qərardan şikayət verən orqan (şəxs) İXM-in 193-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi qanunla tələb olunan sübutetmə standartına uyğun şəkildə təsdiq edilməmiş, inzibati məsuliyyət üçün zəruri olan hüquqi və faktiki əsaslar müəyyən edilməmişdir. Buna görə də birinci instansiya məhkəməsi inzibati tənbeh vermə haqqında qərarı ləğv etməklə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə gəldiyi nəticə işin müəyyən edilmiş halları və qanunun tələbləri ilə uzlaşmışdır. Nəticə etibarilə, birinci instansiya məhkəməsi işin hallarını düzgün müəyyən etmiş, sübutları düzgün qiymətləndirmiş və qanunu düzgün tətbiq etmişdir. Apellyasiya şikayətinin dəlilləri həmin nəticəni təkzib etmir, buna görə də birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində birinci instansiya məhkəməsinin sübutları qiymətləndirməsi və maddi hüquq normasını tətbiqi üzrə gəldiyi nəticələri təkzib edən yeni, mötəbər və həlledici sübut göstərilməmişdir. Şikayətdə əsasən inzibati orqanın ilkin qərarında ifadə olunmuş mövqe təkrar edilmiş, lakin İXM-in 193-cü maddəsi üzrə zəruri olan məcburetmə və hədə-qorxu elementlərinin hansı konkret sübutlarla təsdiq edildiyi açıqlanmamışdır. Məhkəmə hesab edir ki, qeyd edilənlər şikayətin dəlillərini təkzib edir və belə nəticəyə gəlməyə əsas verir ki, apellyasiya qaydasında verilmiş şikayət iş üzrə müəyyən edilmiş faktiki halları və sübutların məcmusunu dəyişdirmir. İXM-in 3-cü və 8.3-cü maddələrinin tələbləri baxımından Qərardan şikayət verən orqan (şəxs) əməlində İXM-in 193-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərinin mövcudluğu qanunla tələb olunan sübutetmə standartına uyğun şəkildə təsdiq edilməmişdir. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Şirvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından verilmiş şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından, apellyasiya qaydasında verilmiş şikayət təmin edilməməli, Şirvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı səlahiyyətli orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X7 Xidmətinin Hüquq İdarəsinin rəis müavini Tamerlan Məlikli tərəfindən verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İXM-in 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh edilənlərə və İXM-in 128.1, 133.2.8, 134.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Şirvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı səlahiyyətli orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X7 Xidmətinin Hüquq İdarəsinin rəis müavini Tamerlan Məlikli tərəfindən verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-9)-428/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-428/2026
31.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver