Məhkəmə qərarları › İş №3(3-9)-429/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-429/2026

03.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-429/2026 03.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi ilə, səlahiyyətli orqan - * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ətraf mühitin nəzarət və ekoloji monitorinq sektorunun aparıcı məsləhətçisi X1 iştirakı ilə, Qərardan şikayət verən orqan (şəxs) səlahiyyətli orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətin təmin olunmaması barədə Şirvan Şəhər Məhkəməsinin # #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şirvan Şəhər Məhkəməsinin # #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə (sədrlik edən hakim X2) şikayət təmin edilməmiş, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.4-cü maddəsi ilə təqsirli bilinməsinə dair Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında ##.##.2026cı il tarixli, MN ******* nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARI: Qərardan şikayət verən orqan (şəxs) şikayətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən barəsində qəbul edilmiş Azərbaycan Respublikası İXMnin 253.4-cü maddəsi ilə ## #### 2026-cı il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. Yaşadığı ərazidə yaşayış binasının arxa və ön hissəsində olan torpaq sahəsində yaşıllıq məqsədi ilə müxtəlif növ bitkilər və ağaclar əkilmişdir. Həmin yaşıllıqlar tərəflərindən hər zaman qorunmuş və onlara mövsümü olaraq qulluq olunmuşdur. Belə ki, məlum olmayan səbəblərdən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən müxtəlif tarixlərdə yaşayış binasının ətrafında olan ağacların kəsilməsi ilə əlaqədar ərziyə baxış keçirilmiş, ağacların kim tərəfindən kəsilməsi araşdırılmış və məlum olmuşdur ki, həmin ağaclar uzun illər öncə məlum olmayan şəxs tərəfindən budanma işləri zamanı kəsilmiş və bununla əlaqədar hər hansısa bir tədbir görülməmişdir. Daha sonra * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən barəsində inzibati tənbeh vermə haqqında ##.##.2026-cü il tarixli, MN ******* saylı qərar qəbul olunmuş və qanunsuz olaraq, hər hansısa bir sübuta əsaslanmadan barəsində İXM-nin 253.4-cü maddəsini əsas götürməklə ona 100 manat məbləğində cərimə tənbeh növü tətbiq etmişlər. Həmin yaşayış sahəsində yüzlərlə vətəndaş yaşayır və sözügedən inzibati tənbeh vermə haqqında qərarın məhz onun barəsində tərtib edilməsi qərəzli mövqe nümayiş etdirir. Belə müəyyən olunur ki, sözügedən inzibati tənbeh vermə haqqında qərar heç bir araşdırma aparılmadan, hər hansısa bir məlumat əsasında qərəzli olaraq tətbiq olunmuşdur. Bundan əlavə sözügedən inzibati tənbeh vermə haqqında qərar qəbul olunarkən həmin ağacları necə, hansı şəraitdə zədələməsi, həmçinin bir qadın olaraq yaşadığı ərazidə olan yaşıllıqları necə zədələyə bilməsi belə araşdırılmamışdır. Əlavə olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən əraziyə ağacların kəsilməsi məsələsi barədə ərazidə yaşayan vətəndaşlarla fərdi söhbət aparıldıqdan, əraziyə və yaşıllıqlara baxış keçirildikdən sonra çıxıb getmişlər. Həmin inzibati tənbeh vermə haqqında qərar poçt vasitəsi ilə ona göndərilmiş və ##.##.2026-cı il tarixdə ünvanına daxil olmuşdur. Hesab edir ki, barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında tərtib edilmiş ##.##.2026-cı il tarixli MN ******* nömrəli qərar əsassız olmaqla qəbul edilmişdir. Bu səbəbdən qanun pozuntusu ilə tərtib edilmiş qərarın ləğv edilməsi üçün məhkəməyə müracət etmək məcburiyyətindədir. Hesab edir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X3 tərəfindən tərtib edilmiş inzibati tənbeh vermə haqqında ##.##.2026-cı il tarixli, MN ******* saylı qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməsinə dair qərar qəbul edilməlidir. Şirvan Şəhər Məhkəməsinin # ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı (hakim X5) ilə Qərardan şikayət verən orqan (şəxs) şikayətinin təmin edilməsi, onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.4-cü maddəsi ilə təqsirli bilinib 100 (bir yüz) manat cərimə edilməsinə dair Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X3 tərəfindən qəbul edilmiş ## #### 2026- cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə yekun qərar qəbul edilmişdir. Qeyd olunan qərardan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Səvərlər İdarəasinin rəisi Fərid Piriyev apellyasiya şikayəti vermiş və Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-*)-***/**** nömrəli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Şirvan Şəhər Məhkəməsinin 0# ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə ləğv edilməsi, inzibati xəta haqqında iş üzrə icraat materialları qərarın təsviri-əsaslandırıcı hissəsində sadlanan halların araşdırılması üçün Şirvan Şəhər Məhkəməsinə göndərilməsi barədə qərart qəbul etmişdir. İnzibati tənbeh vermə haqqında qərardan şikayətə baxan birinci instansiyası məhkəməsi yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Birinci instansiya məhkəməsinin qeyd olunan qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti verərək, Şirvan şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarın ləğv edilməsini və şikayətinin təmin olunmasına dair qərar qəbul edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, o, Qərardan şikayət verən orqan (şəxs) ünvan 2 ünvanında ailəsi birlikdə yaşayır. Yaşadığı ərazidə yaşayış binasının arxa və ön hissəsində olan torpaq sahəsində yaşıllıq məqsədi ilə müxtəlif növ bitkilər və ağaclar əkilmişdir. Həmin yaşıllıqlar tərəflərindən hər zaman qorunmuş və onlara mövsümü olaraq qulluq olunmuşdur. Belə ki, məlum olmayan səbəblərdən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən müxtəlif tarixlərdə yaşayış binasının ətrafında olan ağacların kəsilməsi ilə əlaqədar ərziyə baxış keçirilmiş, ağacların kim tərəfindən kəsilməsi araşdırılmış və məlum olmuşdur ki, həmin ağacıar uzun illər öncə məlum olmayan şəxs tərəfindən budanma işləri zamanı kəsilmiş və bununla əlaqədar hər hansısa bir tədbir görülməmişdir. Daha sonra * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən barəsində inzibati tənbeh vermə haqqında ##.##.2026-cü il tarixli MN ******* saylı qərar qəbul olunmuş və qanunsuz olaraq, hər hansısa bir sübuta əsaslanmadan barəsində İXM-nin 253.4-cü maddəsini əsas götürməklə ona 100 manat məbləğində cərimə tənbeh növü tətbiq etmişlər. Həmin cərimədən narazı qalaraq tərəfindən Şirvan şəhər Məhkəməsinə şikayət ünvanlanmışdır. Həmin şikayətə ##.##.2026-cı il tarixdə baxılaraq, şikayətinin təmin olunmaması barədə *(*-***)-***/**** saylı qərar qəbul olunmuşdur. Həmin qərar ümumiyyətlə nə on a təqdim olunmamış, nədə ki poçt vasitəsi ilə göndərilməmişdir. Bundan narahat qaldığı üçün ##.##.2026-cı il tarixdə ona məxsus my.gov.az saytına övladları tərəfindən baxış keçirərkən qərarın elektron variyantı ilə tanış olmuş və hesab edir ki, 10 günlük şikayət vermə müddəti həmin tarixdən hesablanmalıdır. Şirvan şəhər Məhkəməsinin sözü gedən qərarından narazıdır və hesab edir ki, həmin qərar ləğv edilməli və şikayəti təmin olunmalıdır. Bildirir ki, yaşadığı ərazidə olan yaşayış sahəsində yüzlərlə vətəndaş yaşayır və sözü gedən inzibati tənbeh vermə haqqında qərarın məhz onun barəsində tərtib edilməsi qərəzli mövqe nümayiş etdirir. Belə müəyyən olunur ki, sözü gedən inzibati tənbeh vermə haqqında qərar heç bir araşdırma aparılmadan, hər hansısa bir məlumat əsasında qərəzli olaraq tətbiq olunmuşdur. Bundan əlavə sözü gedən inzibati tənbeh vermə haqqında qərar qəbul olunarkən həmin ağacları necə, hansı şəraitdə zədələməyi, həmçinin o bir qadın olaraq yaşadığı ərazidə olan yaşıllıqları necə zədələyə bilməyi belə araşdırılmamışdır. Əlavə olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən əraziyə ağacların kəsilməsi məsələsi barədə ərazidə yaşayan vətəndaşlarla fərdi söhbət aparıldıqdan, əraziyə və yaşıllıqlara baxış keçirildikdən sonra çıxıb getmişlər. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən akt, protokol və digər sənədlərin tərtib edilməsindən məlumatı olmamışdır. Bundan əlavə olaraq sözü gedən inzibati xətanın tək sübutedici vasitəsi olan videoçəkiliş vardır ki, həmin videoçəkilişin nə vaxt çəkilməsi, ümumiyyətlə onun nə və ya hansı ağacı kəsməyi və ya budamağı nə Ekologiya idarəsi tərəfindən araşdırılmamış, nə də ki, birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamışdır. Vətəndaşların tək güvən yeri, ədalətin tək mövcüd olduğu yerin məhkəmələr olduğunu hesab etməylərinə baxmayaraq Şirvan şəhər Məhkəməsi tək bir sualla onun şikayətimi rədd etmişdir. Məhkəmə iclasında “videodakı şəxs sizsiniz” sualına, bəli bu şəxs odur cavabı ilə razılaşaraq, qərar qəbul etmişdir. Halbuki həmin videonun doğru, düzgün, necə, harda kim tərəfindən, hansı tarixdə çəkildiyini sübut etmək nə məhkəmə hakiminin, nədə onun borcudur...Bunu sübut etmək birbaşa Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbi Sərvətlər İdarəsinin əməkdaşlarının borcudur. Azərbaycan Respublikasının İXM-nin 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki, barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədib törətməyib və ya həmin inzibati protokol düzgün və ya səf tərtib olunub. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Həmçinin İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Belə olan halda inzibati tənbehin tətbiq edilməsi haqqında qərar qanunsuz və əsassız olduğuna görə ləğv edilməli, eləcədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə yeni qərar qəbul edilməlidir. Bütün yuxarıda göstərilən faktlardan bir daha aydın olur ki, mübahisəli məsələyə baxmış birinci instansiya məhkəməsi qanunvericiliyin göstərilən tələblərinə riayət etməmiş, mübahisənin maddi-hüquqi əsasını düzgün müəyyən etməmiş, işin hallarını tam və hərtərəfli aydınlaşdırmamış, işdəki sübutları müqayisəli şəkildə tədqiq etməmiş, bununla da işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir, qərarı maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Səlahiyyətli orqan - * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ətraf mühitin nəzarət və ekoloji monitorinq sektorunun aparıcı məsləhətçisi X1 apellyasiya şikayətini qəbul etmədiklərini və birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəfindən iclasın yeri və vaxtı barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə məlumat verilmiş, Babayev Arzu Musa qızı tərəfindən məhkəməyə ərizə daxil olmuş və o, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Apellyasiya məhkəməsi barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İnzibati xəta haqqında iş üzrə icraat materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini tədqiq edərək apellyasiya məhkəməsi belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmadan, Şirvan şəhər Məhkəməsinin # #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. İş materialları ilə müəyyən edilir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ## #### 2026cı il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.4-cü maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Həmin qərardan verilmiş şikayət üzrə ilkin baxış zamanı Şirvan Şəhər Məhkəməsi inzibati tənbeh vermə haqqında qərarı ləğv etmiş və iş üzrə icraata xitam vermişdir. Lakin həmin qərar Şirvan Apellyasiya Məhkəməsi tərəfindən ləğv edilərək iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır. Apellyasiya instansiyası əvvəlki qərarında videoyazının və digər sübutların tam araşdırılmadığını, habelə prosessual normaların pozulduğunu göstərərək işin mahiyyəti üzrə yenidən araşdırılmasını zəruri hesab etmişdir. İş yenidən baxıldıqdan sonra birinci instansiya məhkəməsi məhkəmə iclasında təqdim olunmuş CD daşıyıcısında olan videoyazıya baxış keçirmiş, həmin görüntüdə əlində mişar olan şəxsin ağac budaqlarını kəsməklə zədələməsi müşahidə edilmiş, barəsində inzibati icraat aparılan şəxs isə məhkəmə iclasında videoda görünən şəxsin özü olduğunu etiraf etmişdir. Məhkəmə həmin sübutu işdə olan digər materiallarla birlikdə qiymətləndirərək inzibati orqanın qəbul etdiyi qərarın qanuni və əsaslı olması qənaətinə gəlmişdir. Apellyasiya şikayətində əsasən videonun iki il əvvəl çəkildiyi, videonun hansı tarixdə və kim tərəfindən çəkilməsinin müəyyən edilmədiyi, videonun cəmi üç saniyə davam etdiyi, videoda ağacın hansı vəziyyətdə olmasının görünmədiyi, videonu çəkən şəxsin qonşusu və Ekologiya İdarəsinin əməkdaşı olması, həmçinin ekspertiza təyin edilməsinin zəruri olduğu göstərilmişdir. Həmçinin tərəfindən məhkəmə təqdim olunmuş ərizəyə əsasən bildirmişdir ki, videogörüntüdə 3 saniyə ərzində əlində mişarla ağac budamağı sübuta yetirilməmişdir. Həmçinin ekologiya nümayəndəsi videogörüntüdən sonra əraziyə baxış keçirdi və elə bir hal baş vermədiyi qeyd edilmişdir. Həmin videonu çəkən qonşusu * saylı Regional Ekologiya əməkdaşı Tofiq Abdullayevdir. Əgər ehtimalla 3 saniyəyə 100 manat cərimə yazılıbsa niyə ağaclar budanmadan sonra yerdə budaqlar yoxdu, yaxud budanmış budaqlar harasa aparanda video və ya şəkil yoxdur. Apellyasiya Məhkəməsi işə yenidən baxılması üçün geri qaytarıldıqdan sonra, Şirvan məhkəməsinin hakimi ondan sübut istəyir ki, necə sübut edə bilərsiz ki, video 2 ilin videosudur. Sübut edən qarşı tərəf * saylı Ekologiya İdarəsi olmalıdır o yox. Həmçinin hakim ounla qərəzli danışdı və Ekologiya əməkdaşının 3 saniyəlik 2 il bundan qabaq çəkilmiş videosunu əsas gətirdi. Ekologiya əməkdaşı X4 onun qonşusudur, onlardan dəfələrlə şikayət etmişdir. İcra hakimiyyətinə, bələdiyyəyə, polisə və əsassız sübutlar gətirsiyi üçün rədd edilmişdir. İndi isə mart ayından əlində olan 2 il bundan qabaq çəkilən video ilə öz əməkdaşları ilə əlbir olub onu cərimələyib. Video ekspertiza tələb edir, videonu nə vaxt çəkildiyi bəlli olsun, inzibati məsuliyyətə cəlb etmə tələb edir. Məhkəmə həmin dəlilləri əsaslı hesab etmir. Belə ki, İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 80.1-ci maddəsinə əsasən sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyət vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. İXM-in 80.2-ci maddəsinə əsasən sənədlər yazılı və ya digər formada müəyyən edilmiş məlumatları özündə əks etdirə bilər. Fotoşəkillər, səsyazma və ya videoyazı materialları, məlumat bazası və məlumat bankı və digər məlumatları olan müvafiq daşıyıcılar sənədlər hesab olunur. Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunu hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə görə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü kimi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını və şəxsin təqsirini müəyyən etmək üçün istifadə edilən hər cür faktiki məlumat sübut hesab olunur. Həmin Məcəllənin 80.2-ci maddəsinə əsasən videoyazılar da inzibati xəta haqqında iş üzrə sübut hesab edilən sənədlər sırasına daxildir. Sübutların qiymətləndirilməsi isə İXM-in 84-cü maddəsinə uyğun olaraq məhkəmənin daxili inamına əsasən həyata keçirilir. İş materiallarında olan videoyazının qanunsuz əldə edilməsini, montaj edilməsini və ya saxtalaşdırılmasını təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Şikayətçi videoda görünən şəxsin özü olduğunu inkar etməmiş, yalnız videonun iki il əvvəl çəkildiyini bildirmişdir. Lakin həmin halı təsdiq edən hər hansı obyektiv sübut nə səlahiyyətli inzibati orqana, nə də məhkəməyə təqdim edilməmişdir. Apellyasiya şikayətində göstərilən "videonun iki il əvvəl çəkilməsi" barədə iddia yalnız ehtimal xarakteri daşıyır və iş materialları ilə təsdiq olunmur. Apellyasiya məhkəməsi hesab edir ki, yalnız tərəfin izahatı ilə sübutun etibarlılığı aradan qalxmır. Həmin iddianı təsdiq edən texniki rəy, ekspertiza, elektron məlumat və ya digər obyektiv sübutlar mövcud olmadığından bu arqument qəbul edilə bilməz. Şikayətçinin ekspertiza təyin edilməsi barədə dəlillərinə münasibətdə apellyasiya məhkəməsi qeyd edir ki, ekspertiza yalnız iş üzrə mühüm əhəmiyyət kəsb edən və mövcud sübutlarla müəyyən edilməsi mümkün olmayan hallar olduqda təyin edilir. Hazırkı işdə videoda görünən şəxsin kimliyi mübahisə predmeti olmamış, şikayətçi həmin şəxsin özü olduğunu etiraf etmişdir. Videonun saxtalaşdırılması və ya texniki müdaxiləyə məruz qalması barədə hər hansı ilkin sübut təqdim edilmədiyindən yalnız ehtimala əsaslanaraq ekspertiza təyin edilməsi üçün hüquqi əsaslar mövcud deyildir. Apellyasiya şikayətində həmçinin göstərilmişdir ki, videonu çəkən şəxsin Ekologiya İdarəsinin əməkdaşı və eyni zamanda qonşusu olması səbəbindən inzibati tənbeh qərarı qərəzli qəbul edilmişdir. Məhkəmə qeyd edir ki, bu halı təsdiq edən hər hansı sənəd, şahid ifadəsi və ya digər mötəbər sübut iş materiallarında yoxdur. Tərəfin subyektiv mülahizələri və ehtimalları inzibati orqanın qəbul etdiyi qərarın qanunsuz hesab olunması üçün kifayət etmir. Şikayətçinin "videonun cəmi üç saniyə davam etməsi", "yerdə budaqların görünməməsi", "ağacın bioloji vəziyyətinə zərər dəyməməsi" barədə dəlilləri də birinci instansiya məhkəməsinin gəldiyi nəticəni təkzib etmir. Sübutun qiymətləndirilməsi ayrı-ayrı sübutların təcrid olunmuş şəkildə deyil, onların məcmusu əsasında aparılır. Birinci instansiya məhkəməsi videoyazını, inzibati orqanın qərarını və məhkəmə iclasında verilmiş izahatları birlikdə qiymətləndirərək nəticəyə gəlmişdir. Apellyasiya baxışı zamanı həmin qiymətləndirmənin açıq-aşkar əsassız olmasını göstərən hallar müəyyən edilməmişdir. Bununla yanaşı, apellyasiya şikayətində ağacın budağının kəsilməsi faktının təsdiq olunmadığı qeyd olunmuşdur. Lakin apellyasiya məhkəməsi bu dəlillərlə də razılaşmayaraq bildirir ki, İXM-in 253.4-cü maddəsinin dispozisiyasında meşə fonduna daxil olmayan ağac və ya kolların kəsilməsi deyil, zədələnməsi göstərilmişdir. İş materiallarına əlavə # #### 2026-cı il tarixli arayışla müəyyən olunur ki, bir ədəd yaş köküstə heyva ağacının budaqları aqrotexniki qaydalara riayət olunmadan budanmış və ağac zədələnmişdir. Apellyasiya məhkəməsi belə hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mahiyyət etibarilə birinci instansiya məhkəməsində irəli sürülmüş arqumentlərin təkrarından ibarətdir və həmin arqumentlərə məhkəmə tərəfindən hüquqi qiymət verilmişdir. Şikayətçi apellyasiya instansiyasına birinci instansiya məhkəməsinin gəldiyi nəticəni təkzib edən yeni və mötəbər sübut təqdim etməmişdir. Belə olan halda apellyasiya məhkəməsi qeyd edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etmiş, sübutları Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun qiymətləndirmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Apellyasiya şikayətinin təmin edilməsi və ya qərarın ləğv edilməsi üçün İXM-də nəzərdə tutulmuş əsaslar müəyyən olunmamışdır. Bununla yanaşı, apellyasiya məhkəməsi səlahiyyətli orqan tərəfindən Qərardan şikayət verən orqan (şəxs) tətbiq olunmuş cərimə növündə inzibati tənbeh tədbirinin İXM-in ədalətlilik prinsipindən bəhs edən 9.1-ci maddəsi ilə uyğunluq təşkil edibetməməsi ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İXM-in 253.4-cü maddəsinin mütləq-müəyyən sanksiyasına görə, fiziki şəxslər yüz manat miqdarında, vəzifəli şəxslər iki yüz manat miqdarında, hüquqi şəxslər min manat miqdarında cərimə edilir. İXM-in 9.1. İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə fiziki şəxs barəsində 100 manat məbləğində inzibati cərimənin tətbiqi İXM-in 9.1-ci maddəsinin tələblərinə uyğundur. Belə ki, səlahiyyətli orqan cərimənin məbləğini öz mülahizəsinə əsasən müəyyən etməmiş, qanunvericinin həmin inzibati xəta üçün nəzərdə tutduğu mütləq-müəyyən sanksiyanı tətbiq etmişdir. Qanunvericinin bu inzibati xəta üçün məhz 100 manat məbləğində cərimə müəyyən etməsi onun ictimai zərərlilik dərəcəsinə verilmiş hüquqi qiymətin ifadəsidir. Səlahiyyətli orqan həmin sanksiyanı tətbiq etməklə inzibati xətanın xarakterini, törədilmə hallarını və təqsirkarın hüquqi statusunu nəzərə almış, beləliklə də tətbiq olunan tənbeh qanunilik və ədalətlilik prinsiplərinə uyğun olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, fiziki şəxsə 100 manat məbləğində inzibati cərimənin tətbiqi həm İXM-in 253.4-cü maddəsinin imperativ tələblərinə, həm də İXM-in 9.1ci maddəsində təsbit olunmuş ədalətlilik prinsipinə tam uyğundur. Beləliklə, yuxarıda göstərilən hallara və iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək apellyasiya məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi Qərardan şikayət verən orqan (şəxs) səlahiyyətli orqan * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ## #### 2026-cı il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayəti təmin etməməkdə qanuni və əsaslı nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırmış, onlara Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun hüquqi qiymət vermiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Apellyasiya şikayətində göstərilən dəlillər birinci instansiya məhkəməsinin gəldiyi nəticənin qanunsuz və ya əsassız olmasını təsdiq etmir, habelə qərarın ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas verən hallar müəyyən edilmir. Buna görə də, Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti təmin edilməməli, Şirvan Şəhər Məhkəməsinin # #### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Odur ki, apellyasiya məhkəməsi qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Şəhər Məhkəməsinin # #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar