Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-430/2026 03.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Bəhmənov Habil Xanoğla oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin nümayəndəsi X2 iştirakı ilə. “Az Dizayn İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə cərimə edilməsinə dair Şirvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs “Az Dizayn İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti tərəfindən “Az Dizayn İnşaat” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə inzibati xəta haqqında ##.##.2026-cı il tarixli, MN ******* saylı protokol baxılması üçün aidiyyəti üzrə Şirvan şəhər Məhkəməsinə göndərilmişdir. Tərtib edilmiş ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən “Az Dizayn İnşaat” MMC Əmək Məcəlləsinin 539.1-1-ci maddəsinin tələbi pozularaq “Az Dizayn İnşaat” MMC “ƏMAS”dan əldə edilmiş ##.##.2026-cı il tarixli məlumat əsasında məlum olmuşdur ki, işçilərin əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi üçün DƏMX-nin ##.##.2026-cı il tarixli, *-**-*/*-*****/**** nömrəli göstəriş icra edilməmişdir. Şirvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ilə “Az Dizayn İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İXM-in 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 2.000 (iki min) manat məbləğində cərimə edilmişdir. “Az Dizayn İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi X4 həmin qərardan apellyasiya qaydasında şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Şirvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı qanunsuz, əsassız və işin faktiki halları (cərmələnməyə səbəb olan keçmiş işçilərdir, həmin işçilərin biri 2014 ci ildə, 2 si isə 2016 cı ildə işdən çıxıblar) tam araşdırılmadan qəbul edilmişdir. Hüquqi şəxsin müdafiə hüququ təmin edilməmişdir. "Az Dizayn İnşaat" MMC hüquqi şəxs olmaqla məhkəmədə yalnız öz qanuni təmsilçisi vasitəsilə iştirak edə bilər. MMC-nin qanuni təmsilçisi olan X4 tərəfindən məhkəmə baxışından əvvəl, ##.##.2026-cı il tarixində məhkəməyə yazılı vəsatət təqdim edilmişdir. Həmin vəsatətdə qanuni təmsilçiyə rəsmi tibbi diaqnozla açıq yoluxucu ağciyər vərəmi diaqnozu qoyulduğu, xüsusi karantin və təcrid rejimində olduğu, məhkəmə iclasında iştirakının mümkün olmadığı, iştirak etməsinin digər şəxslər üçün epidemioloji təhlükə yaratdığı ətraflı göstərilmiş və məhkəmə baxışının təxirə salınması xahiş edilmişdir. Buna baxmayaraq, vəsatət təmin edilməmiş və iş hüquqi şəxsin qanuni təmsilçisinin iştirakı olmadan araşdırılmışdır. Məhkəmə qərarından görünür ki, qərara əsasən inzibati orqan tərəfindən təqdim edilmiş sənədlər əsasında qəbul edilmiş, hüquqi şəxsin mövqeyi dinlənilməmiş, təqdim edilə biləcək əlavə sübutların araşdırılması üçün real imkan yaradılmamışdır. Təxirəsalma barədə vəsatətə lazımi hüquqi qiymət verilməmişdir. Məhkəmə iclasından əvvəl təqdim edilmiş vəsatətdə açıq yoluxucu ağciyər vərəmi xəstəliyi, xüsusi təcrid rejimi, davam edən müalicə kursu və nəzarət laborator analizlərinin gözlənilməsi barədə ətraflı məlumat verilmişdir. Bu hallar nəzərə alınmadan vəsatət təmin edilməmiş və işə baxılmışdır. Halbuki qanuni təmsilçinin iştirak edə bilməməsinin səbəbləri obyektiv, üzrlü və sənədlərlə təsdiq olunan səbəblər olmuşdur. Qərar ##.##.2026-cı il tarixli olsa da, həmin tarixdə MMC-yə təqdim edilməmişdir. Poçt zərflərindəki möhürlərdən görünür ki, qərar poçt rabitəsinə daha sonrakı tarixlərdə təqdim edilmişdir. Qərarın surəti MMC-nin qanuni təmsilçisinə faktiki olaraq ##.##.2026-cı il tarixində təqdim edilmişdir. Bu səbəbdən apellyasiya şikayətinin verilməsi müddətinin hesablanmasında qərarın faktiki təqdim olunma tarixi nəzərə alınmalıdır. Bütün bunlara əsasən, Şirvan Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsi, inzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi, təqdim edilmiş poçt qəbzləri, təxirəsalma barədə vəsatət və digər sübutların apellyasiya instansiyası məhkəməsində araşdırılması, apellyasiya şikayətinə baxılanadək qərarın icrasının dayandırılması xahiş olunur. Məhkəmə iclasında iştirak etmiş inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin nümayəndəsi X2 şikayətin dəlillərini əsassız hesab edərək təmin edilməməsini və Şirvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikası “Az Dizayn İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsi səbəbi barədə məhkəmə məlumat verməmişdir. Məhkəmə işin hallarına əsasən nümayəndənin iştirakı olmadan şikayətə baxılması mümkün hesab edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 128.1 və 133.2.8-ci maddələrinə əsasən “Barəsində qərar çıxarılmış şəxs, .... zərər çəkmiş şəxs, .... inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər”, “inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır”. Apellyasiya müraciətində tətbiq edilmiş tənbehin İnzibati Xətalar Məcəlləsinin 31-34-cü maddələrinin tələblərinə uyğun olmamasını iddia edilərək, apellyasiya tələbini həmin Məcəllənin 135.1.2-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişlər. İş materallarına əlavə edilmiş sorğulardan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin ŞirvanX5 tərəfindən “Az Dizayn İnşaat” MMC-yə ##.##.2025-ci il tarixli, *-**-*/*-*****/**** saylı və ##.##.2026-cı il tarixli, *-**- */*-*****/**** saylı aralığında əmək münasibətləri ilə əlaqədar verilmiş sorğular icrasız qalmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Şirvan-X5 tərəfindən “AZ Dizayn İnşaat” MMC-yə ünvanlanmış ##.##.2026 il tarixli, *-**-*/*-*****/**** saylı məktubdan görünür ki, hüquqi şəxsdən qüvvədə olan əmək müqavilələrinin qanunvericiliyə əsasən müəyyən edilmiş müddətədək elektron sənəd formasına keçirilməsinin təmin edilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Şirvan-X5 tərəfindən təqdim edilmiş ## ### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli qərardaddan, inzibati xəta haqqında protokoldan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan müəyyən olunur ki, Əmək Müfəttişliyi Xidmətinin Şirvan-X5 Rəis müavini İman Səmədovun müraciətinə baxılan zaman “AZ Dizayn İnşaat” MMC-yə verilmiş ##.##.2026-cı il tarixli *-**-*/*-*****/**** nömrəli Göstəriş icra edilməmişdir. İş materiallarından göründüyü kimi, “AZ Dizayn İnşaat” MMC-nin yuxarıda təsvir olunmuş inzibati xətanı törətməsi halı təsdiq olunur, lakin İXM-in 116-cı maddəsinin tətbiqi qaydası pozulmuşdur. Belə ki, İXM-in 116.1-116.4-cü maddələrinə əsasən eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.2, 192.4, 192.6, 192.10, 192.11, 201, 203, 209, 220.1, 220.2, 279.1.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539, 540.3 – 540.5, 541 – 544, 551.2, 557.2 və 603-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. Bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir. İnzibati xəta törətmiş şəxs hüquqpozmanı aradan qaldırdıqda, bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddət ərzində inzibati xəta haqqında işə baxan səlahiyyətli orqana (vəzifəli şəxsə) bu barədə məlumat verməlidir. Həmin məlumatın verildiyi gündən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətin axımı dayanır. İşə baxan səlahiyyətli orqan (vəzifəli şəxs) ona məlumatın verildiyi gündən 5 iş günü müddətində bu məlumatın düzgünlüyünü araşdırır və araşdırmanın nəticəsi barədə inzibati xəta törətmiş şəxsə yazılı bildiriş göndərir (verir). Məlumatın səhv olduğu müəyyənləşdirildikdə, hüquqpozmanın aradan qaldırılması müddətinin axımı məlumatın daxil olduğu gündən bərpa olunur. İnzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.4-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmənin qənaətinə görə, qeyd olunanlar birinci instansiya məhkəməsinin qərarının apellyasiya qaydasında dəyişdirilməsini tələb edən İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsində təsbit edilmiş halın mövcud olduğunu göstərir. Beləliklə məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, lakin qərar dəyişdirilərək, “Az Dizayn İnşaat” MMC-in barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1- 1-ci maddəsinə əsasən tətbiq edilmiş 2000 (iki min) manat cərimə inzibati tənbeh tədbiri, həmin Məcəllənin 116-cı maddəsinin tələbinə görə şərti olaraq tətbiq edilməli, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi üçün bir ay müddət müəyyən olunmalı və həmin müddət ərzində “Az Dizayn İnşaat” MMC-in İXM-in 539.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə əsas olmuş hüquqpozmanı aradan qaldırmaqla, bu barədə Şirvan Şəhər Məhkəməsinə məlumat verməli, 1 (bir) ay müddətində hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilməməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Barəsində inzibati haqqında iş üzrə qərar qəbul edilmiş hüquqi şəxs “Az Dizayn İnşaat” MMC-nin qanuni təmsilçisi X4 tərəfindən verilmiş şikayət təmin edilməsin. Şirvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı dəyişdirilsin. “Az Dizayn İnşaat” MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinə əsasən tətbiq edilmiş 2000 (iki min) manat cərimə inzibati tənbeh tədbiri, həmin Məcəllənin 116-cı maddəsinin tələbinə görə şərti olaraq tətbiq edilsin. İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi üçün bir ay müddət müəyyən olunsun və həmin müddət ərzində “Az Dizayn İnşaat” MMC İXM-in 539.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə əsas olmuş hüquqpozmanı aradan qaldırmaqla, bu barədə Şirvan Şəhər Məhkəməsinə məlumat versin. 1 (bir) ay müddətində hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilməsin. Şirvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz. Hakim: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №3(3-9)-430/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-430/2026
03.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver