Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-431/2026 03.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası – hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi, səlahiyyətli orqan - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Müfəttişliyi Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə təqsirli bilinərək barəsində cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsinə dair Şirvan Şəhər Məhkəməsinin # #### 2026cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şirvan Şəhər Məhkəməsinin # #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı (hakim: X3) ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1.000 (bir min) manat məbləğində cərimə edilməsi barədə qərar qəbul edilmişdir. İŞİN HALLARI: Səlahiyyətli orqan - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Şirvan-X2 tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə inzibati xəta haqqında MN ******* saylı protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə Şirvan Şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinin tələbi pozularaq əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi ilə bağlı DƏMX-in Şirvan-Salyan RŞnin *-**-*/*-*****/**** saylı ##.##.2026-cı il tarixli göstərişi yerinə yetirilməmişdir. İnzibati xəta haqqında protokola baxan məhkəmə yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraaat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti verərək, Şirvan Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarın ləğv edilməsi, iş üzrə qəbul edilmiş qərarın qanunsuz və əsassız hesab edilərək yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1- 1-ci maddəsi ilə təqsirli bilinərək 1.000 (bir min) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Hesab edir ki, qərar maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, işin halları tam və obyektiv araşdırılmamışdır. Müdafiə hüququ tam təmin edilməmişdir. Məhkəmə iclasının təyin edilməsi barədə məlumat aldıqdan sonra ##.##.2026cı il tarixində Şirvan Şəhər Məhkəməsinə vəsatət təqdim etmişdir. Həmin vəsatətdə o "Açıq yoluxucu ağciyər vərəmi" diaqnozu qoyulduğunu, xüsusi təcrid rejimində olduğunu, məhkəmə iclasında iştirak etməyinin həm hüquqi, həm də tibbi baxımdan mümkün olmadığını bildirmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Vəsatət poçt rabitəsi vasitəsilə çatdırılma qəbzi ilə məhkəməyə göndərilmişdir. Buna baxmayaraq, vəsatəti təmin edilməmiş, iş onun iştirakım olmadan araşdırılmışdır. Nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş müdafiə hüquqlarımı tam həcmdə həyata keçirmək imkanından məhrum olmuşdur. İşin halları tam və hərtərəfli araşdırılmamışdır. Məhkəmə qərarı əsasən inzibati xəta protokolu və inzibati orqan tərəfindən təqdim edilmiş sənədlər əsasında qəbul edilmişdir. Lakin məhkəmə tərəfindən müdafiə tərəfinin arqumentlərinin təqdim olunması üçün real imkan yaradılmamış, iş üzrə əlavə sübutların araşdırılması təmin edilməmişdir. Onun məhkəmə iclasında iştirak edə bilməyəcəyini obyektiv səbəbləri mövcud olmuş və bu barədə məhkəmə əvvəlcədən məlumatlandırılmışdır. Qərarın təqdim olunması tarixi nəzərə alınmalıdır. Şikayət edilən qərar ##.##.2026-cı il tarixli olsa da. qərarın surəti həmin tarixdə ona təqdim edilməmişdir. Qərarın göndərildiyi poçt zərfinin üzərindəki möhürlərdən görünür ki, qərar poçt rabitəsinə sonrakı tarixlərdə təqdim edilmişdir. Qərarın surəti ona faktiki olaraq ##.##.2026-cı il tarixində təqdim edilmişdir. Bu səbəbdən apellyasiya şikayətinin verilmə müddəti qərarın faktiki əldə olunduğu tarixdən hesablanmalıdır. PROSESSUAL MƏSƏLƏLƏR: Səlahiyyətli orqan - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Müfəttişliyi Xidmətinin nümayəndəsi X1 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etdi. S.Kazımov həmçinin bildirdi ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən inzibati məsuliyyətə səbəb olan hüquq pozuntusu hələ də aradan qaldırılmamışdır. Məhkəmə iclasın yeri və vaxtı barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məlumat vermiş, lakin o, məhkəmə iclasına gəlməmişdir. Apellyasiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası İXM-in 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya məhkəməsi şikayətin dəlillərini inzibati xəta haqqında iş üzrə icraat materialları ilə müqayisəli şəkildə tədqiq edərək hesab edir ki, aşağıda qeyd olunanlara görə apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Şirvan şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarının əsaslandırılmasından görünür ki, məhkəmə iş üzrə toplanmış sübutları Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin sübutların qiymətləndirilməsinə dair müddəalarının tələblərinə uyğun olaraq ayrı-ayrılıqda və onların məcmusunda qiymətləndirmiş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdıraraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, səlahiyyətli orqan Azərbaycan Respublikası ƏƏSMN yanında X4 Xidmətinin Şirvan-X2 ## ##### 2026-cı il tarixli, *-**-*/*- *****/**** nömrəli icrası məcburi göstərişi ilə barəsində inzibati icraat aparılan şəxsdən qüvvədə olan əmək müqavilələrinin qanunvericiliyin tələblərinə uyğun olaraq elektron sənəd formasına keçirilməsi və görülmüş tədbirlər barədə on iş günü müddətində məlumat təqdim edilməsi tələb edilmişdir. İş materiallarında olan inzibati xəta haqqında protokol, icrası məcburi göstəriş, elektron məktubların surətləri və digər yazılı sübutlar həmin göstərişin müəyyən olunmuş müddətdə icra edilmədiyini təsdiq etmişdir. Məhkəmə də məhz həmin sübutların məcmusuna əsaslanaraq inzibati xəta hadisəsinin baş verdiyi qənaətinə gəlmişdir. Bununla yanaşı, birinci instansiya məhkəməsi hesab etmişdir ki, X4 Xidməti tərəfindən icrası məcburi göstərişin və sonradan inzibati xəta haqqında protokolun tərtib edilməsində iştirak etməyə dair dəvət məktubunun barəsində inzibati icraat aparılan şəxsə elektron qaydada göndərilməsi iş materialları ilə təsdiq olunur. Elektron göndərişlərə dair məlumatlar göstərir ki, səlahiyyətli inzibati orqan tərəfindən şəxsin məlumatlandırılması istiqamətində qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər həyata keçirilmişdir. Bu baxımdan məhkəmə həmin sübutları mötəbər hesab etmiş və onların hüquqi qüvvəsini şübhə altına alan hər hansı hal müəyyən etməmişdir. Apellyasiya şikayətində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs birinci instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarını pozduğunu, müdafiə hüququnun təmin edilmədiyini, ##.##.2026-cı il tarixli vəsatətinin nəzərə alınmadığını, işə onun iştirakı olmadan baxıldığını və bunun nəticəsində işin tam və obyektiv araşdırılmadığını göstərmişdir. Bundan başqa, o, qərarın surətinin faktiki olaraq ##.##.2026-cı il tarixində təqdim edildiyini bildirərək apellyasiya şikayətinin verilmə müddətinin həmin tarixdən hesablanmalı olduğunu qeyd etmişdir. Məhkəmə apellyasiya şikayətində göstərilən həmin dəlilləri iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, onlar özlüyündə birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyünü təkzib etmir. Belə ki, şikayətdə əsas etiraz müdafiə hüququnun pozulması və məhkəmə iclasının təxirə salınmaması ilə əlaqələndirilsə də, iş üzrə mövcud yazılı sübutlar icrası məcburi göstərişin müəyyən olunmuş müddətdə yerinə yetirilmədiyini təsdiq edir. Apellyasiya şikayətində isə həmin göstərişin icra olunduğunu təsdiq edən və ya inzibati orqanın müəyyən etdiyi faktiki halları təkzib edən hər hansı yeni sübut təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, apellyasiya şikayətində işin tam və hərtərəfli araşdırılmaması barədə irəli sürülən arqumentlər də ümumi xarakter daşıyır. Şikayətdə birinci instansiya məhkəməsinin hansı konkret sübutu araşdırmadığı, hansı faktiki halı nəzərə almadığı və ya hansı maddi hüquq normasını düzgün tətbiq etmədiyi əsaslandırılmamışdır. Halbuki iş materiallarından görünür ki, məhkəmə inzibati xəta haqqında protokolu, icrası məcburi göstərişi, elektron yazışmaları, dəvət məktubunu və digər sənədləri qarşılıqlı əlaqədə qiymətləndirərək iş üzrə əhəmiyyət kəsb edən halları müəyyən etmiş və həmin hallara hüquqi qiymət vermişdir. Apellyasiya şikayətində qərarın surətinin sonrakı tarixdə təqdim olunması barədə göstərilən dəlilə münasibətdə apellyasiya məhkəməsi qeyd edir ki, həmin hal apellyasiya şikayətinin verilməsi müddətinin hesablanması baxımından əhəmiyyət kəsb etsə də, bu, birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın mahiyyəti üzrə qanuniliyinə və əsaslılığına təsir göstərən hal hesab edilə bilməz. Azərbaycan Respublika İnzibati Xətalar Məcəlləsinin: 116.1. Eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.2, 192.4, 192.6, 192.10, 192.11, 201, 203, 205-1.1.2–205-1.1.4, 205-1.1.6, 205-1.2, 209, 220.1, 220.2, 279.1.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539, 540.3-540.5, 541-544, 551.2, 557.2 və 603cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. 539.1-1-ci maddəsinə əsasən əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi, əmək şəraiti, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18- dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə məsuliyyət müəyyən edilmişdir. Apellyasiya məhkəməsi hesab edir ki, hazırkı iş üzrə İXM-in 116.1-ci maddəsində nəzərdə tutulmuş inzibati cərimənin şərti tətbiqi institutunun məqsədi həyata keçirilə bilməz. Belə ki, həmin institutun mahiyyəti şəxsin inzibati xəta törətməsinə səbəb olmuş qanun pozuntusunu aradan qaldırmasına imkan yaratmaqdan ibarətdir. Lakin hazırkı halda hüquqpozuntusunun xarakteri nəzərə alınmaqla onun sonradan aradan qaldırılması obyektiv olaraq mümkün deyildir. Bu səbəbdən şərti cərimənin tətbiqi öz preventiv və bərpaedici məqsədinə xidmət etmir, hüquqpozuntusunun nəticələrinin aradan qaldırılmasına səbəb ola bilməz və formal xarakter daşıyacaqdır. Belə olan halda, apellyasiya məhkəməsi belə hesab edir ki, işin konkret halları nəzərə alınmaqla İnzibati Xətalar Məcəlləsinin 116.1-ci maddəsinin tətbiqi üçün hüquqi və faktiki əsaslar mövcud deyildir. Beləliklə, apellyasiya məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə toplanmış sübutları İXM-in tələblərinə uyğun olaraq qiymətləndirmiş, iş üçün əhəmiyyətli olan halları müəyyən etmiş və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-in 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə düzgün nəticəyə gəlmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tətbiq olunmuş inzibati cərimə növündə tənbeh tədbirinə də münasibət bildirərək apellyasiya məhkəməsi aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. İXM-in 539.1-1-ci maddəsinin mütləq-müəyyən sanksiyasına görə, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. İXM-in ədalətlilik prinsipindən bəhs edən 9.1-ci maddəsində deyilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Göründüyü kimi, İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinin sanksiyası mütləqmüəyyən xarakter daşıyır və həmin normaya əsasən vəzifəli şəxslər min manat, hüquqi şəxslər isə iki min manat məbləğində inzibati cərimə edilir. Bu baxımdan, qanunverici həmin inzibati xətaya görə tətbiq ediləcək cərimənin məbləğini əvvəlcədən müəyyən etmiş, sanksiyanın artırılması və ya azaldılması ilə bağlı məhkəməyə hər hansı diskresion səlahiyyəti verməmişdir. Apellyasiya məhkəməsi hesab edir ki, hazırkı iş üzrə vəzifəli şəxs barəsində 1.000 manat məbləğində inzibati cərimənin tətbiqi İXM-in 9.1-ci maddəsinin tələblərinə uyğundur. Belə ki, məhkəmə cərimənin məbləğini öz mülahizəsinə əsasən müəyyən etməmiş, qanunvericinin həmin inzibati xəta üçün nəzərdə tutduğu mütləq-müəyyən sanksiyanı tətbiq etmişdir. Qanunvericinin bu inzibati xəta üçün məhz 1.000 manat məbləğində cərimə müəyyən etməsi onun ictimai zərərlilik dərəcəsinə verilmiş hüquqi qiymətin ifadəsidir. Məhkəmə həmin sanksiyanı tətbiq etməklə inzibati xətanın xarakterini, törədilmə hallarını və təqsirkarın hüquqi statusunu nəzərə almış, beləliklə də tətbiq olunan tənbeh qanunilik və ədalətlilik prinsiplərinə uyğun olmuşdur. Bu səbəbdən apellyasiya məhkəməsi belə qənaətə gəlir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 1000 manat məbləğində inzibati cərimənin tətbiqi həm İXM-in 539.1-1-ci maddəsinin imperativ tələblərinə, həm də İXM-in 9.1-ci maddəsində təsbit olunmuş ədalətlilik prinsipinə tam uyğundur. Beləliklə də, qeyd olunanları yekunlaşdıraraq belə qənaətə gəlinir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün kifayət edən hüquqi və faktiki əsaslar yaratmadığından, şikayət təmin edilməməli, Şirvan Şəhər Məhkəməsinin # #### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Odur ki, apellyasiya məhkəməsi şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti təmin edilməsin. Şirvan Şəhər Məhkəməsinin # #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı həmin şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-9)-431/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-431/2026
03.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver