Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-432/2026 10.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Ələskərov Sənan Adil oğlunun katibliyi, «LİLİT» Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni nümayəndəsi nümayəndə2 iştirakı ilə. Hüquqi şəxs “LİLİT” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında icraata xitam verilməsinə dair Ağcabədi rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarından protokol tərtib etmiş orqan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin hüquq İdarəsinin rəis müavini Tamerlan Məlikli tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin əmək müfəttişi X2 tərəfindən “LİLİT” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə ## ##### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Ağcabədi Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, «LİLİT» Məhdud Məsuliyyətli Cəmiyyətinə inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında ##.##.2026-cı il tarixli MN ******* nömrəli qərarın icrası ilə əlaqədar cəmiyyətə ##.##.2026-cı il tarixli, *-**-*/*-*-*****/**** nömrəli xəbərdarlıq məktubu göndərilmiş, məktub ##.##.2026-cı il tarixdə cəmiyyətə çatsa da, bu vaxtdan cəmiyyət tərəfindən heç bir tədbir görülməmişdir Ağcabədi rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarı ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən hüquqi şəxs “LİLİT” MMC barəsində İXM-in 529.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibinin olmaması əsası ilə İXM-in 53.1.2-ci maddəsinə əsasən xitam verilmişdir Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin hüquq İdarəsinin rəis müavini Tamerlan Məlikli məhkəmənin qeyd olunan qərarından Şirvan Apellyasiya Məhkməsinə şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxılmasında, yalnız barəsində İnzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin MMC-nin müdafiəsi və məsuliyyətdən yayındırılması məqsədi ilə sonradan düşünülərək irəli sürdüyü mülahizələrə əsaslanmışdır. İnzibati xəta haqqında protokol tərtib etmiş orqanın mövqeyi nəzərə alınmadan, əsassız olaraq iş üzrə icraata xitam verilmişdir. nümayəndə2 “LİLİT” MMC-də rəsmi işləməsi və əmək haqqı alması ilə əlaqədar X1 Xidməti İXM-nın 150-ci maddəsinin tələblərinə əsasən ##.##.2026-cı il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar üzrə 1000 manat məbləğində cərimənin ödənilməsinin təmin edilməsi məqsədi ilə “LİLİT” MMC-yə ##.##.2026-cı il tarixli, *-**-*/*-*-*****/**** nömrəli xəbərdarlıq məktubu ünvanlamışdır. Sadalanan tədbirlərə baxmayaraq “LİLİT” MMC tərəfindən Xidmətin qanuni göstərişinə əsasən 1000 manat cərimənin ödənilməsi ilə əlaqədar hər hansı vəsaitin köçürülməsi təmin edilməmişdir. Sözügedən cərimənin əmək haqqından tutulması ilə bağlı “LİLİT” MMC-nin rəhbərliyi tərəfindən hər hansı tədbir görülmədiyindən İXM-nın 529.1-1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanılmışdır. Bu səbəbdən həm hüquqi şəxs, həm də vəzifəli şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Nəticədə hüquqi şəxs barəsində ##.##.2026-cı il tarixli, MN ******* nömrəli protokol baxılması üçün aidiyyəti üzrə Ağcabədi Rayon Məhkəməsinə göndərilmişdir. Göründüyü kimi X1 Xidməti tərəfindən ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolun tərtib edilməsinə səbəb inzibati məsuliyyətə cəlb edilmiş şəxsin cəriməsinin tutulması üçün işəgötürənin İXM- nın 150.1 -ci maddəsinin tələblərini saymayaraq heç bir tədbir görməməsi olmuşdur. Həmçinin, işəgötürənlərin bu kimi hərəkətləri şəxsin törətdiyi əmələ görə məsuliyyət daşıması və qanunlara əməl etmək ruhunda tərbiyələndirilməsi yolunda maneələr törədir, habelə heç bir lüzum olmadan İcra orqanlarının işinin əsassız artmasına gətirib çıxarır. Beləliklə, “LİLİT” MMC tərəfindən ##.##.2026-cı il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar üzrə 1000 manat cərimənin ödənilməsi ilə bağlı heç bir tədbir görülməmiş və qanunvericiliyin tələbləri pozulmuşdur. Belə olan halda X1 Xidməti tərəfindən MMC barəsində tərtib edilmiş ##.##.2026- cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol qanuni və əsasladır. Qeyd olunalara əsasən, Ağcabədi Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli, *(*-***)- ***/**** nömrəli qərarının ləğv edilməsi və “LİLİT” MMC barəsində tərtib edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilmiş hüquqi şəxs «LİLİT» Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni nümayəndəsi nümayəndə2 şikayətin dəlillərini əsassız hesab edərək təmin edilməməsini və Ağcabədi Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli, *(*-***)-***/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq protokol tərtib etmiş X1 Xidmətinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Lakin nümayəndə nümayəndə1 əvvəlki məhkəmə iclasında şikayətin dəlillərini müdafiə edərək, şikayətin təmin olunmasını xahiş etmişdir. İnzibati Xətalar Məcəlləsinin 128.1 və 133.2.8-ci maddələrinə əsasən “Barəsində qərar çıxarılmış şəxs, .... zərər çəkmiş şəxs, .... inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər”, “inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır”. Şikayətin dəlillərindən göründüyü kimi, şikayət verən hakimin gəldiyi nəticənin işin faktiki hallarına uyğun olmamasını iddia edərək, tələbini İnzibati Xətalar Məcəlləsinin 135.1.5-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Həmin Məcəllənin 135.1.5-ci maddəsinə əsasən tətbiq edilmiş tənbehin bu Məcəllənin 31- 34-cü maddələrinin tələblərinə uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. İnzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, ## ##### 2026-cı il tarixli, MN ******* nömrəli protokolda “LİLİT» Məhdud Məsuliyyətli Cəmiyyətinə inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında ##.##.2026-cı il tarixli MN ******* nömrəli qərarın icrası ilə əlaqədar cəmiyyətə ##.##.2026-cı il tarixli, 3-17-5/2-7 *****/**** nömrəli xəbərdarlıq məktubu göndərilmiş, məktub ##.##.2026-cı il tarixdə cəmiyyətə çatsa da, bu vaxtdan cəmiyyət tərəfindən heç bir tədbir görülməməsi göstərilsə də, «LİLİT» Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni nümayəndəsi nümayəndə2 məhkəməyə təqdim etdiyi sənədlərdə qeyd edilən sənədlərin göndərildiyi müəyyən edilir. Apellyasiya baxışında müəyyən olunmuşdur ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən hüquqi şəxs “LİLİT” MMC barəsində eyni əməl haqqında İXM-in 529.1-1-ci maddəsi ilə ## ##### 2026-cı il tarixli, MN ******* nömrəli protokol əsasında inzibati xəta haqqında icraat başlamış və aidiyyəti üzrə baxılması üçün Yasamal rayon məhkəməsinə göndərilmişdir. Həmin inzibati xəta haqqında protokoldan görünür ki, “LİLİT” MMC -nin direktoru nümayəndə2 tərəfindən inzibati cərimənin şərti tətbiq edilməsi haqqında ##.##.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar ## ###### 2026-cı il tarixli, 3-17-5/2-7 *****/**** nömrəli xəbərdarlıq məktubu göndərilmiş, məktub ##.##.2026-cı il tarixdə ünvana çatsa da bu vaxtadək nümayəndə2 tərəfindən məktubda nəzərdə tutulmuş tədbirlər görülməmişdir. Nəticədə “LİLİT” MMC tərəfindən Azərbaycan Respublikasının İXM-nin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli ##.##.2026-cı il qərarı ilə tarixli qərarı ilə “LİLİT» MMC-i Azərbaycan Respublikasının İXM-nin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 3000(üç min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmiş, həmin qərardan verilmiş şikayət Bakı Apellyasiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-*)-****/**** saylı qərarı ilə təmin edilmiş, qeyd edilən inzibati xəta haqqında icraata, inzibati xəta tərkibinin olmaması əsasına görə xitam verilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, “LİLİT” MMC ## ###### 2018-ci ildə dövlət qeydiyyatına alınmış, hüquqi ünvanı Ağcabədi rayonu Qaravəlli kəndidir. Göründüyü kimi, qeyd olunan bildirişlər “LİLİT” MMC-yə çatdırılmamış, eyni zamanda eyni hüquqi məsələ ilə bağlı inzibati xəta haqqında icaata baxılaraq, Bakı Apellyasiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-*)-****/**** saylı qərarı ilə inzibati xəta haqqında icraata xitam verilmişdir. İXM-nin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 53.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İsitnad olunmuş Məcəllənin 135.1 və 135.1.5-1-ci maddələrinə uyğun olaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Beləliklə məhkəmə verilmiş şikayəti tam, obyektiv, hərtərəfli araşdıraraq, inzibati xəta haqqında qərarın, eləcədə məhkəmə qərarının qanuniliyini yoxlayaraq belə hüquqi nəticəyə gəlir ki, şikayət əsassız olsa da, birinci instansiya məhkəməsi inzibati xəta haqqında icarata xitam verərkən işin halları tam araşdırılmamış, nəticədə faktiki vəziyyətlə uzlaşmayan qərar qəbul edilmişdir. Belə olan halda, şikayət təmin olunmamalı, qərar ləğv olunmalı və «LİLİT» MMC barəsində başlanılmış inzibati xəta haqqında icraata Azərbaycan Respublikası İXM-nin 53.1.7-ci maddəsinə əsasən xitam verilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135 və 136-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDIM: Şikayət təmin edilməsin. Ağcabədi rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarı ləğv edilsin. «LİLİT» MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında icraata, həmin Məcəllənin 53.1.7-ci maddəsinə əsasən xitam verilsin. Qərar elan olunduğu andan qüvvəsini alır, qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №3(3-9)-432/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-432/2026
10.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver