Məhkəmə qərarları › İş №3(3-9)-435/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-435/2026

03.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-435/2026 03.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Cinayət Kollegiyasının hakimi Əliyev Əli Abdulla oğlunun sədrliyi, Zeynallı Aslan İsmayıl oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakları ilə, ##.##.1983-cü ildə Cəlilabad rayonu, Xanəgah kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu, Xanəgah kəndində qeydiyyatda olan və yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM-in) 157-ci maddəsi ilə inzibati tənbeh edilməsinə dair Cəlilabad Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, 3(5-117)-394/2026 nömrəli qərarından barəsində inzibati cərimə tənbeh tədbiri haqqında qərar verilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Cəlilabad Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X1 tərəfindən ## ##### 2026-cı il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə Cəlilabad Rayon Məhkəməsinə göndərilmişdir. Cəlilabad Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, 3(5-117)-394/2026 nömrəli qərarına əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-in 157-ci maddəsi ilə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə qərarından narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayət verərək, Cəlilabad Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, 3(5-117)-394/2026 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətini onunla əsaslandırmışdır ki, Cəlilabad Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli 3(5-117)-394/2026 saylı qərarı ilə onun barəsində İXM-in 157-ci maddəsi ilə 300 manat cərimə edilmişdir. Hesab edir ki, qərar əsassız və qanunsuz olduğundan ləğv edilməlidir. Belə ki, Protokolu tərtib edən orqan-də qonşusu Zərərçəkmiş şəxs şikayəti əsasında araşdırılma aparılmış və guya ona qarşı fiziki zorakılıq hərəkətləri etmişdir. Buna görə də, Protokolu tərtib edən orqan-də aparılmış təhqiqat nəticəsində ekpertiza rəyi əsasında toplanmış materiallar baxılmasından ötrü Cəlilabad Rayon Məhkəməsinə göndərilmişdir. O, qonşusu Zərərçəkmiş şəxs qarşı heç bir zorakılıq hərəkətləri etməmişdir. Əksinə Zərərçəkmiş şəxs ona qarşı kobud ifadələr işlətmişdir. Heç bir sübut olmadan məhkəmə onun barəsində 300 manat cərimə qərarı qəbul etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətini müdafiə edərək, həmin şikayətinin təmin olunmasını, Cəlilabad Rayon Məhkəməsinin ## ##### 2026cı il tarixli, 3(5-117)-394/2026 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs şikayətin dəlilləri ilə razılaşmayaraq, əsassız olduğundan təmin olunmamasını, Cəlilabad Rayon Məhkəməsinin müvafiq qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq inzibati protokolu tərtib etmiş Cəlilabad Rayon Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İXM-in 133.2.4-cü maddəsinə əsasən, onun iştirakı olmadan inzibati işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR: İXM-in 128.1 və 133.2.8-ci maddələrinə əsasən “Barəsində qərar çıxarılmış şəxs, .... zərər çəkmiş şəxs, .... inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər”, “inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır”. Məhkəmə inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, aşağıda göstərilən əsaslara görə şikayət əsassız olduğundan təmin edilməməli, Cəlilabad Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, 3(5-117)-394/2026 nömrəli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, inzibati xəta haqqında iş üzrə toplanmış materiallara əlavə edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi barədə” ##.##.2026-cı il tarixli qərarda və inzibati xəta materialında əks olunmuş “xxxx” X2 canlı şəxsin ekspertizasının ## #### 2026-cı il tarixli, *** saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ said, sol bud və sağ baldır nahiyəsində qançırlar müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan ##.##.2026-cı il tarixə uyğun gəlir və saxlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri müəyyən edilmir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətində göstərmişdir ki, “o, heç vaxt Zərərçəkmiş şəxs döyməmişdir”. İXM-in 157-ci maddəsinin tərkibi üçün isə fiziki təsirin nəticəsində sağlamlığa zərər faktının yaranması kifayətdir. Birinci instansiya məhkəməsinin iclasında Zərərçəkmiş şəxs ilə aralarında münaqişə yarandığını bildirmiş, məhkəmə tibbi ekspertizasının rəyində də sonuncunun bədəni üzərində xəsarətlərin olması əks olunmuşdur. Şəxsin xəsarət alması ilə nəticələnən əməlin törədilməsi özü də fiziki təsir formasıdır, nəticədə xəsarət yaranması isə tibbi sənədlərlə təsdiq edildikdə, inzibati məsuliyyəti istisna etmir. Məhkəmə şikayətin dəlillərini qiymətləndirərək, belə nəticəyə gəlir ki, zərərçəkmiş şəxsin ardıcıl izahatları, tibbi rəylə təsdiqlənmiş xəsarət, tərəflər arasında münaqişənin inkar edilməməsi, hazırki iş üzrə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində İXM-in 157-ci maddəsinin tərkibinin mövcudluğunu istisna etmir. Bu səbəbdən də şikayətin həmin dəlilləri əsassızdır. İXM-in 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, İXM-in 75, 76 və 84-cü maddələrinin tələblərinə uyğun olaraq izahatları və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, düzgün nəticəyə gələrək, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs mübahisə zəmnində Zərərçəkmiş şəxs döyərək ona dərəcəsi təyin olunmayan bədən xəsarətləri yetirməsi, həmçinin inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq hesab etmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. İş materiallarından və birinci instansiya məhkəməsinin araşdırdığı sübutlardan müəyyən edilir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs mübahisə zəminində Zərərçəkmiş şəxs qarşı zor tətbiq etmiş, nəticədə zərərçəkmiş şəxsə dərəcəsi təyin olunmayan bədən xəsarətləri yetirilmişdir. Bu hal zərərçəkmiş şəxsin izahatı, hadisə ilə bağlı tərtib edilmiş inzibati xəta haqqında protokol, habelə iş materiallarında mövcud olan digər sübutlarla təsdiq olunur. Birinci instansiya məhkəməsi tərəfindən sübutlar İXM-in 84-cü maddəsinin tələblərinə uyğun olaraq hərtərəfli, obyektiv və tam şəkildə qiymətləndirilmiş, şəxsin əməlində inzibati xəta tərkibinin mövcudluğu barədə əsaslı nəticəyə gəlinmişdir. Əməlin hüquqi tövsifi İXM-in 157-ci maddəsinə əsasən inzibati xəta hesab olunur və qanunla müəyyən edilmiş inzibati tənbeh tədbirlərinin tətbiqini nəzərdə tutur. Məhkəmə hesab edir ki, şəxs tərəfindən törədilmiş əməl qəsdən zor tətbiqi formasında ifadə olunmuş, zərərçəkmiş şəxsin sağlamlığına xəsarət yetirilməsi ilə nəticələnmiş, lakin xəsarətin dərəcəsinin müəyyən edilməsi üçün tibbi əsaslar olmadığından cinayət tərkibi yaratmamışdır. Bu baxımdan, birinci instansiya məhkəməsi tərəfindən əməlin İXM-in 157-ci maddəsi ilə tövsif edilməsi doğru və qanunauyğun hesab olunur. İnzibati tənbeh tətbiq edilərkən məhkəmə tərəfindən törədilmiş xətanın xarakteri, ictimai təhlükəlilik dərəcəsi, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyəti qiymətləndirilmişdir. Şəxs barəsində 300 (üç yüz) manat məbləğində cərimə təyin edilməsi qanunvericilikdə nəzərdə tutulmuş sanksiya hədlərinə uyğundur, törədilmiş xətanın xarakterinə mütənasibdir, inzibati tənbehin məqsədlərinə tərbiyəedici və preventiv təsir göstərilməsinə cavab verir. Məhkəmə kollegiyası hesab edir ki, tətbiq olunmuş inzibati tənbeh ədalətli, əsaslı və balanslıdır. Apellyasiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini formal, heç bir subutlara əsaslanmayan, əsassız və barəsində inzibati xəta üzrə icraat aparılan şəxsin müdafiə üsulu kimi qiymətləndirir. Belə ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs mübahisə zəminində Zərərçəkmiş şəxs döyərək dərəcəsi təyin olunmayan bədən xəsarətləri yetirmişdir, bununla da İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İş üzrə materialları nəzərdən keçirib hesab edirəm ki, toplanmış sübutlar birinci instansiya məhkəməsində tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbəyinin mötəbərliyi məhkəmədə heç bir şübhə doğurmayan bu sübutlar əsasında birinci instansiya məhkəməsi inzibati xəta törətmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində işin hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş və onun əməlini İXM-in 157-ci maddəsi ilə düzgün tövsif etmişdir. İXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84-cü maddəsinə görə, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 106.0.5-ci maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən, həll etməli olduğu məsələlərdən biri də mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanılmasının yoxlanılmasıdır. Həmin Məcəllənin 133.1-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-in 53-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən, İXM-in 2, 4, 6, 8, 9.1, 12.1, 21, 22, 31.3, 32 və 33-cü maddələrinin tələblərini və inzibati tənbehin minimum həddə tətbiqini qanunvericiliyin tələbləri baxımından düzgün nəzərə almışdır. Odur ki, qanunvericiliyin müddəalarını və inzibati xəta haqqında iş üzrə icraat materiallarını tədqiq edən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticələri işin faktiki hallarına uyğun hesab edir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat materiallarının müqayisəli təhlili göstərir ki, birinci instansiya məhkəməsi maddi və prossesual hüquq normalarına əsaslanaraq qanuni qərar qəbul etmişdir. İXM-in 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Odur ki, apellyasiya qaydasında verilmiş şikayət təmin edilməməli və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməklə barəsində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsinə dair Cəlilabad Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, 3(5-117)-394/2026 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanları və İXM-in 128-134.1.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Cəlilabad Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, 3(5-117)-394/2026 nömrəli qərarı barəsində inzibati cərimə tənbeh tədbiri haqqında qərar verilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar